Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № e-2(3-8)-799/2026 21.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: alimentin miqdarının azaldılması) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), Mahmudov Ayaz Akif oğlu və X2 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, cavabdeh Cavabdeh iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia qaldıraraq, Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2014-cü il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin məbləğinin azaldılması, ## ###### 2009-cu il təvəllüdlü X1 və ## ###### 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay hər bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,225 misli (90 manat) həddində aliment tutulub cavabdehə verilməsi, həmçinin mediasiya üçün ödədiyi 60 manat və dövlət rüsumu üçün ödədiyi 50 manat rüsumun da cavabdehə aid edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh Şıxıyeva (Vəliyeva) Ülviyyə Babacan qızı ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin ## ######## 2014-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin 0.5 misli həddində indeksasiya edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin İş № *(***)-***/**** saylı ## #### 2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin ## ######## 2014-cü il tarixli, 2(060)- ****/**** saylı qətnaməsi ilə ondan ## ###### 2009-cu il təvəllüdlü X1 və ## ###### 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün təyin edilmiş hər ay hər bir uşaq üçün 100 manat sabit pul məbləğində aliment məbləği ölkə üzrə minimum əmək haqqının 0,952 (380 manat) misli həddində indeksasiya edilmişdir. Hazırkı qərardada görə cavabdehə hər ay hər uşağa görə 380 manat cəmi 760 manat aliment ödəməlidir. Cavabdehlə nikahın pozulmasından sonra ikinci dəfə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Həmin nikahdan hələ ki, övladı yoxdur. Həmçinin Sumqayıt * nömrəli şəhər xəstəxanası poliklinka şöbəsinin ** nömrəli, ## ###### 2026-cı il tarixli arayışına əsasən orta dərəcəli əqli gerilik, kəskin təzahür edən emosional-iradi pozuntular, davranış pozuntuları diaqnozu ilə * nömrəli şəhər xəstəxanasının poliklinika şöbəsinin psixiatrik kabinetində dispanser və ya ambulator müşahidədədir. Rəsmi iş yeri var və ## ###### 2021-ci il tarixindən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətində paket sexində işləyir və hər ay 415 manat məbləğində əmək haqqı alır. Hesab edir ki, həmin indeksasiya edilmiş aliment məbləği kifayət qədər yüksək məbləğdir. Ona görə də Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2014-cü il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla hər ay hər bir uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,225 misli (90 manat) həddində aliment tutulub cavabdehə verilməlidir.
3. İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır.
4. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Vəfa Şirəliyeva) iddia tələbi qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2014-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği azaldılaraq ## ###### 2009-cu il təvəllüdlü X1 və ## ###### 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana qədər saxlanması üçün İddiaçı cavabdeh Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində sabit pul məbləğində alimentin tutulması, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
5. Birinci instansiya məhkəməsi İddiaçı gəlirinin az olmasını, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qərardadı ilə alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,952 misli həddində indeksasiya edilməsi nəticəsində bir uşağa görə 380,8 manat olmaqla, iki uşaq üçün 761,6 manat aliment öhdəliyinin yaranması nəticəsində iddiaçının özünün şəxsi ehtiyaclarını ödəmək qabiliyyətindən məhrum olmasına gətirib çıxara biləcəyini, hər iki valideynin uşağın saxlanılmasında bərabər öhdəliklərə malik olmasını, aliment təyin edilən vaxt iddiaçının məhkəmə tərəfindən nəzərə alınan maddi vəziyyətinin hazırda mövcud olmamasını onun maddi vəziyyətində baş vermiş dəyişiklik kimi nəzərə alaraq iddianı qismən əsaslı hesab edir.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 76.1, 76.2, 78.2, 112.1-ci maddəsinə istinad edərək əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırda cavabdehin maddi vəziyyəti aylıq hər uşaq üçün alimenti ödəməsi üçün yetərlidir. Bundan başqa məhkəmə qərar çıxaran zaman onun himayəsində 2 uşağın olmasını, onların bütün xərclərinin onun üzərində olmasını, işsiz olmağını diqqətə almamışdır. Məhkəmə qərar qəbul edilən zaman 2026-cı ilə əsaslı olaraq uşaqlar üçün yaşayış minumumu həddini nəzərə almamış, daha aşağı həddə aliment təyin etmişdir. Məhkəmə ancaq cavabdehin reallığı əks etdirməyən iddialarını əsas götürmüş və ona qarşı qərəzli yanaşaraq yalnız ona uyğun qərar qəbul etmişdir. Məhkəmə həmçinin övladlarının hər ikisinin sağlamlığında problemlərin olmasını və onların davamlı müalicələr almasını da diqqətə almamışdır Belə ki, oğlu Vəliyev Əli uzun illərdir inkişafdan qalma və böyrəyində olan problemlərə görə (hər 3 aydan bir həkim müayinəsi şərtdir) müalicə alır. X3 isə onurğa əyriliyindən yəni, IIci dərəcəli skoliozdan əziyyət çəkdiyi üçün onun da müalicələri davamlı aparılır. Əlavə olunmuş rentgen müayinə sənədində də qızının onurğasının iki proyeksiyasında çəkilmiş rentgenoqrammasında onurğanın skoliozunun 3-cü dərəcəli olması qeyd olunmuşdur. Övladlarının hər ikisinin davamlı müayinələrə görə xərcləri tərəfindən ödənilir və heç bir maddi köməyi yoxdur. Əlavə olaraq apellyasiya şikayətinə əlavə edilmiş Rentgen müayinəsənədləri də övladlarının xəstəliyini təsdiq edir. Məhkəmə zamanı mövcud vəziyyəti bildirsə də bu hallar araşdırılmamışdır. Hazırda təyin edilən aliment məbləği əvvəlki məbləğlə müqayisədə kəskin azalma ilə fərqlənir və övladlarının ehtiyaclarını ödəmək üçün çox azdır. Hazırki dövr üçün hər uşaq üçün sabit aliment məbləği 260 manatdır, məhkəmə tamamilə azaltma edərək ciddi dəyişiklik etmişdir. Hazırki vəziyyətdə məhz hər uşaq üçün ilkin olaraq qəbul edilmiş Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025ci il tarixli, *(***)-***/**** saylı qərardadına əsasən aliment ölkə üzrə minimum əmək haqqının 0,952 misli həddində təyin edilməlidir. Məhkəmə onun təqdim etdiyi heç bir sübutu qətnamə qəbul edərkən nəzərə almamışdır. Bu isə işin hallarına düzgün şəkildə yanaşılmamasına səbəb olmuşdur. Məhkəmənin iddiaçının əsassız ifadələrini də sübut kimi nəzərə alması da qəbul edilən qətnamənin qanunsuz olmasına səbəb olmuşdur.Ümumiyyətlə qarşı tərəf alimentin miqdarının azaldılmasını istəyən zaman öz xərclərinin kəskin artmasını sübut etməmiş, sadəcə real olmayan ifadələrlə öz övladlarının haqqı olan pulu onlardan kəsmək üçün, onların vəziyyətini düşünmədən ancaq özünə xeyir olacaq qərar çıxarılmasına səy göstərmişdir. Bu hal tam əsassızdır. Həmçinin, iş üzrə iddiaçı təyin olunmuş aliment miqdarını ödəməkdə çətinik çəkdiyini, maddi vəziyyətinin həmin aliment məbləğini ödəməyə imkan vermədiyini qeyd etmişdir. İş üzrə iddiaçının əgər həqiqətən qeyd etdiyi kimi maddi durumu pisdirsə, necə olur ki, hüquqlarının müdafiəsi üçün vəkillə müqavilə bağlaya bilir?. Məlum məsələdir ki, vəkillə müqavilə bağlamaq üçün (orderin ən minimum qiyməti təqribi 320 manat) təşkil edir. Yəni hazırda cavabdehin mövcud maddi imkanı iki uşaq üçün ümumilikdə manat aliment ödəməyi imkan verir. Əlavə olaraq psixi-emosional durumunun pis olmasını və buna əsasən də müalicə almasını məhkəməyə bildirmişdir. Guya ki, bu əsasla o, övladına qanunla nəzərdə tutulmuş alimenti ödəyə bilmir. Şəxsin qeyd etdiyi kimi psixi durumu varsa, necə olurki paket sexində maşinist işləyə bilir. Bu fakt şəxsin əmək qabiliyyətinin tam olduğunu sübut edir. Sadəcə İddiaçı alimenti ödəməkdən boyun qaçırmaq məqsədilə müxtəlif bəhanələr uydurmuşdur. Məhkəmə proses gedişatında yalnız qarşı tərəfin və əsassız ifadələrinə əsaslanaraq qətnamə qəbul etmiş, onun isə ifadələrinə dair tutarlı sübutları olduğu təqdirdə bu sübutları nəzərə almamışdır. Hesab edir ki, məhkəmə onun sosial imkanlarını, övladlarının yaşayış və müalicə xərclərini, onun və övladlarının həyat şərtlərini nəzərə alaraq alimentin məbləğinin dəyişməsi və artırılması barədə qərar qəbul edilməsini xahiş edir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
9. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
b) Apellyasiya icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında cavabdeh Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, uşaqların biri 17, digər 16 yaşındadır. Uşaqların hər birinə 100 manat ödəniş edirlər, əlavə kömək etmirlər. Uşaqların tələbatı çoxdur. Uşaqları saxlamaqda çətinlik çəkir. Xətəlikləri var. Bir uşaq üçün 200 manat aliment azdır, 300 manat müəyyən edilməsinə razıdır. İddiaçı 500 manatdan çox əmək haqqı alır, gündəlik işləri də olur. Özü isə işləmir.
11. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İşdə olan sübutlar
12. Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2014-cü il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilərək ## ###### 2009-cu il təvəllüdlü X1 və ## ###### 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün ## ###### 2014-cü il tarixindən başlayaraq hər ay hər bir uşağa görə 100 (bir yüz) manat olmaqla, ümumilikdə 200 (iki yüz) manat sabit pul məbləğilə aliment İddiaçı tutulub X6 xeyrinə ödənilməsi qət edilmişdir.
13. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2014-cü il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı ## ###### 2009-cu il təvəllüdlü X1 və ## ###### 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün təyin edilmiş hər ay hər uşaq üçün 100 manat sabit pul məbləğində aliment məbləği ölkə üzrə minimum əmək haqqının 0,952 misli həddində indeksasiya edilməsi qərara alınmışdır.
14. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə ##.##.2026-cı il tarixli arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci və 10 manat kargüzarlıq xərci ödəmişdir.
15. “xxxx” LTD tərəfindən verilmiş ##.##.2026-cı il tarixli arayışdan görünür ki, İddiaçı ##.##.2021-ci il tarixindən “xxxx” MMC-nin Polietilen paket sexində maşinist peşəsində çalışır, hər ay 415 manat məbləğdə əmək haqqı ödənilir.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 75.1. Valideynlər uşaqları saxlamağa borcludurlar. 78.1. Valideynlər arasında yetkinlik-yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də sabit pul məbləğində müəyyən edilə bilər. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
18. Məhkəmə kollegiyası tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
20. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılşaraq qeyd edir ki, iddiaçı “xxxx” MMC-də maşinist peşəsində çalışır, hər ay 415 manat məbləğdə əmək haqqı alır. Məhkəmə kollegiyası iddiaçının tələb olunan həddə aliment ödəməsinə dair maddi imkanının olması ilə bağlı cavabdeh tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim edilməməsini, valideynlərin hər ikisinin uşağın saxlanmasında iştirakının zəruriliyini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməkdə haqlı olmuşdur.
21. Məhkəmə kollegiyası uşaqların xəstəliyi ilə xərclərə məruz qalması ilə bağlı cavabehin apellyasiya şikayətinin dəlilinə münasibətdə isə qeyd edir ki, uşaqların xəstəliyi ilə əlaqədar əlavə xəclərə məruz qaldığı halda iddiaçının faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb olunmasına dair iddia qaldırmaq hüququna malikdir.
22. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
23. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Cavabdeh Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan olunduğu andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.