Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № e-2(3-8)-878/2026 20.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı Fətəliyev Anar Malik oğlunun cavabdeh Mirzəyeva Könül Rafiq qızına qarşı alimentin azaldılması tələbinə dair mülki iş üzrə apellyasiya şikayətin geri qaytarılması, ötürülmüş prosessual müddətin bərpası barədə ərizənin təmin edilməməsi Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), X1 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin e-*(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından cavabdeh Mirzəyeva Könül Rafiq qızı tərəfindən verilən şikayətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2019- cu il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə qət edilmiş və Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə indeksasiya olunaraq sonrakı artımları nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.88 misli miqdarında təyin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2019-cu il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə qət edilmiş və Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə indeksasiya olunaraq sonrakı artımları nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.64 misli miqdarında təyin edilmiş sabit pul məbləğində aliment məbləğlərinin azaldılması, ##.##.2015-ci il təvəllüdlü X4 və ##.##.2019-cu il təvəliüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün ondan hər ay hər uşaq üçün 180 manat olmaqla, cəmi 360 manat məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Sumqayıt Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(*-***)-***/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2019-cu il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə qət edilmiş və Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə indeksasiya olunaraq sonrakı artımları nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.88 misli miqdarında təyin edilmiş; Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2019-cu il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə qət edilmiş və Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə indeksasiya olunaraq sonrakı artımları nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.64 misli miqdarında təyin edilmiş sabit pul məbləğində aliment məbləğlərinin azaldılması, ##.##.2015-ci il təvəllüdlü X4 və ##.##.2019-cu il təvəliüdlü X5 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün İddiaçı cavabdeh Cavabdeh xeyrinə sonrakı artımları nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.55 misli həddində sabit pul məbləğində aliment tutulması qət edilmişdir.
3. Cavabdeh Cavabdeh məhkəməyə ##.##.2026-cı il tarixdə elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(*-***)-***/**** saylı qətnaməsindən apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpa olunması barədə ərizə vermişdir.
4. Sumqayıt Şəhər Məhkəməsinin e-*(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə cavabdeh Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(*-***)-***/**** saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün müddətin bərpa edilməsinə dair ##.##.2026-cı il tarixli vəsatəti (ərizəsi) təmin edilməmişdir.
5. Cavabdeh Cavabdeh məhkəməyə ##.##.2026-cı il tarixdə elektron kabinet vasitəsi ilə şikayət vermiş, Sumqayıt Şəhər Məhkəməsinin e-*(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir.
6. Sumqayıt Şəhər Məhkəməsinin e-*(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.
7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işdən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(*-***)-***/**** saylı qətnaməsi ##.##.2026-cı il tarixdə cavabdeh Cavabdeh şəxsi elektron kabinetinə yerləşdirilmişdir. Cavabdehin buraxılmış prosessual müddətin bərpa olunması barədə ərizəsi ##.##.2026-ci il tarixdə, yəni 1 ay 20 gün müddət keçdikdən sonra elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsinə daxil olmuşdur. Nəticədə qətnamədən 1 aylıq apellyasiya şikayəti vermə müddəti ötürülmüşdür. Hazırda cavabdeh apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş müddəti ötürülməsini elektron məhkəmə informasiya sistemində yaranmış texniki problemlərin olması ilə əlaqələndirsə də, məhkəməyə bununla bağlı sübut təqdim etməmişdir. Məhkəmə iclasında cavabdehə ona məxsus elektron kabinetə daxil olması, vaxtında göndərildiyini iddia etdiyi və "göndərilmiş" statusunda olan şikayətini göstərməsi təklif edilmişdir. Cavabdeh elektron kabinetinə daxil olmuş, lakin həmin kabinetdə ##.##.2026-cı il tarixli apellyasiya şikayətindən başqa heç bir sənəd olması aşkar edilməmişdir. Cavabdeh həmin dövrdə sistemdə xəta olduğunu bildirsə də, yeni sistemə keçid ##.##.2026-cı il tarixdə başlamış və ## ##### 2026-cı il tarixdə tam olaraq yekunlaşmışdır. Cavabdehin şikayəti təqdim etməli olduğu ##.##.2026- ##.##.2026-cı il tarixlərdə yüzlərlə sənəd hakimin icraatında olan digər mülki işlər üzrə problemsiz şəkildə məhkəməyə daxil olmuşdur. Ona görə də məhkəmə hesab edib ki, cavabdehin ərizəsində istinad etdiyi hallar üzrlü hal hesab edilə və Sumqayıt Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-2(5-155)- ***/**** saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası üçün əsas ola bilməz.
8. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.1, 128.3, 133.1, 133.2, 133.3, 133.4, 133.5, 360, 364.1ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2007-ci il tarixli qərarı, “Avropa İnsan Hüquqları Məhkəməsi “Miraqall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə ## ###### 2000-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Şikayətin dəlilləri
9. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-***/**** saylı qətnaməsindən narazıdır. Həmin qətnamədən qanunla müəyyən edilmiş müddətdə apellyasiya şikayəti vermək niyyətində olmuş və bu məqsədlə Elektron Məhkəmə Sisteminə daxil olaraq apellyasiya şikayətini sistemə yerləşdirmişdir. Şikayət sistemdə “göndərildi” statusunda göründüyündən müraciətinin qəbul olunduğunu hesab etmişdir. Bir müddət sonra elektron kabinetini yoxlayanda ərizənin statusunun göndərilmiş olduğunu görməyib. Lakin o, şikayətini asan imza vasitəsilə imzalamışdır. Bununla bağlı elektron məhkəmənin qaynar xətti olan 887 nömrəsi ilə əlaqə saxlamış və ona bildirmişlər ki, texniki problem olmuşdur. Hüquqi məlumatsızlıq və texniki proseduru tam bilmədiyi üçün həmin mərhələni tamamlamamışdır. Qeyd etmək istəyir ki, apellyasiya şikayəti vermək iradəsi və niyyəti açıq şəkildə mövcud olmuş, şikayət vaxtında hazırlanaraq sistemə daxil edilmişdir. Onun məqsədi prosesi uzatmaq deyil, hüquqlarını qanuni qaydada müdafiə etmək olmuşdur. Baş vermiş hal texniki xarakterli səhvdən ibarətdir. Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə onun müddətin bərpası barədə vəsatəti təmin edilməmişdir. Lakin hesab edir ki, həmin müddətin ötürülməsi tamamilə ondan asılı olmayan, obyektiv və üzrlü səbəblərlə bağlı olmuşdur. Məhkəmə qəbul etdiyi qərarında elektron kabinetdə hər hansı texniki problemin mövcud olmadığını ümumi praktikaya istinad etməklə əsaslandırmışdır. Halbuki belə bir nəticəyə gəlməzdən əvvəl işin bütün halları hərtərəfli, tam və obyektiv araşdırılmalı, zərurət yarandığı halda aidiyyəti texniki mütəxəssislərin rəyi alınmalı və ya elektron sistemin fəaliyyəti ilə bağlı səlahiyyətli qurumlardan məlumat tələb edilməli idi. Çünki hazırda elektron məhkəmə sistemində və elektron kabinetin fəaliyyətində vaxtaşırı texniki nasazlıqların və giriş problemlərinin baş verməsi istisna olunmur və bu hallar istifadəçilərin iradəsindən kənarda yaranan obyektiv çətinliklərdir. Təəssüf ki, məhkəmə bu halları araşdırmadan, təqdim etdiyim izahat və dəlillərə lazımi hüquqi qiymət vermədən, yalnız ümumi ehtimallara əsaslanaraq nəticəyə gəlmişdir. Bu isə iş üzrə bütün faktiki halların tam və obyektiv araşdırılması prinsipinə uyğun hesab edilə bilməz. Hesab edir ki, qəbul edilmiş qərar onun və azyaşlı övladının qanunla qorunan hüquq və mənafelərini pozmuşdur. Bütün yuxarıda göstərilənləri nəzərə alaraq, apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin 20 (iyirmi) gün ötürülməsini üzrlü səbəb kimi qiymətləndirib, prosessual müddətin bərpa edilməsini, apellyasiya şikayətinin icraata qəbul olunması və işə mahiyyəti üzrə yenidən baxılması xahiş edilmişdir.
b) Şikayəti qarşı etirazın dəlilləri
10. Şikayətə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Maddə 129.3. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 133.5. Müddətin bərpasından imtina barədə qərardad çıxarılır. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Maddə 364. Apellyasiya şikayətini aldıqdan sonra birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Maddə 363.1.3 Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, qaytarılır.
13. “Akif Həsənov Azərbaycana qarşı” məhkəmə işi üzrə qəbul etdiyi Qərarda Avropa İnsan Hüquqları Məhkəməsi göstərmişdir ki, “Hətta .. məhkəmə onu məhkəməyə çağırmamış olsa və onun məhkəmə baxışında iştirakını təmin etməmiş olsa belə (həmçinin qərarın surətini ərizəçiyə verməmiş olsa da), bu faktlar ərizəçinin özünün müvafiq orqanlardan öz şikayətinin nəticəsi barədə məlumat almaq üçün elementar addımlar atmaq öhdəliyindən azad etmir.”
Apellyasiya baxışının hədləri
14. Şikayətdən görünür ki, apellyator Sumqayıt Şəhər Məhkəməsinin e-*(*-***)- ***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadının tam ləğv olunmasını xahiş etmişdir.
15. Ona görə də Sumqayıt Şəhər Məhkəməsinin e-*(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadını tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası iş materiallarını verilmiş şikayətin dəlilləri ilə birlikdə əlaqəli şəkildə araşdıraraq belə qənaətə gəlir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin e-*(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
17. Araşdırılan işin hallarından müəyyən edilir ki, Sumqayıt Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(*-***)-***/**** saylı qətnaməsi ##.##.2026-cı il tarixdə cavabdeh Cavabdeh şəxsi elektron kabinetinə yerləşdirilmişdir. Bu hesabla cavabdehin qətnamədən apellyasiya şikayəti verməsi üçün qanunda nəzərdə tutulmuş son müddət ##.##.2026-cı il tarixində bitir.
18. Cavabdeh isə qətnamədən apellyasiya şikayəti verə bilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə ərizə ilə ##.##.2026-ci il tarixdə, məhkəməyə müraciət etmişdir. Göründüyü kimi cavabdeh apellyasiya şikayətini məhkəməyə təxminən 20 gün müddət keçdikdən sonra daxil etmişdir.
19. Cavabdeh apellyasiya şikayətini verilməsi üçün nəzərdə tutulmuş müddətin ötürülməsini elektron məhkəmə informasiya sistemində yaranmış texniki problemlərin olması ilə əlaqələndirsə də, məhkəməyə bununla bağlı sübut təqdim etməmişdir.
20. İşə baxan birinci instansiya məhkəməsi cavabdehə ona məxsus elektron kabinetə daxil olması, vaxtında göndərildiyini iddia etdiyi və "göndərilmiş" statusunda olan şikayətini göstərməsini təklif etmiş, lakin həmin kabinetdə ##.##.2026-cı il tarixli apellyasiya şikayətindən başqa heç bir sənəd aşkar edilməmişdir.
21. Kollegiya işə baxan məhkəmənin mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdeh həmin dövrdə sistemdə xəta olduğunu bildirsə də, yeni sistemə keçid ##.##.2026-cı il tarixdə başlamış və ## ##### 2026-cı il tarixdə tam olaraq yekunlaşmışdır. Yəni onun elektron sistemdə mövcud texniki nasazlıq barədə dəlili əsassız olduğundan cavabdehin Sumqayıt Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(*-***)-***/**** saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün müddətin bərpa edilməsinə dair ##.##.2026-cı il tarixli vəsatəti (ərizəsi) təmin edilməməlidir.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2007-ci il ## ###### tarixli Qərarında göstərilmişdir: “İmperativ xarakterə malik prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı riayət edilməsi vacib şərtlərdən biridir. Belə ki, MPM-in 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur”.
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2008ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPMin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın (“X9 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın ## ###### 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair).
24. Göründüyü kimi, qanunvericilikdə prosessual hüquq və vəzifələrin müəyyən müddət çərçivəsində icra edilə bilməsinin imperativ norma kimi nəzərdə tutulması qəbul edilmiş məhkəmə aktlarının qeyri-müəyyən zaman kəsiyində mübahisələndirilə bilməsinin qarşısının alınmasına, bununla da ədalət mühakiməsinin həyata keçirilməsində hüquqi müəyyənlik prinsipinə əməl olunmasına, yekun məhkəmə aktlarının sabitliyinə, davamlılığına xələl gətirilməsinə, habelə həmin məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alınmasının yol verilməməsinə yönəlmişdir.
25. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, birinci instansiya məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından müddətin bərpa olunması ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.
26. Beləliklə, yuxarıda qeyd olunanlara və tətbiq edilməli olan hüquq normalarına əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, şikayət əsassız olduğundan təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin e-*(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
27. Prosessual qanunvericiliyin tələbinə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.
28. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 47.1, 120 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin e-*(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.