Məhkəmə qərarları › İş №e-2(3-9)-1012/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-9)-1012/2026

14.08.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № e-2(3-9)-1012/2026 14.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi, hakimlər Əsədov İlham Qoşunəli oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Hacıqabul Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qətnaməsindən İsifaliyev Xalid Sübhan oğlu tərəfindən verilmiş apellyasiyanın mümkünlüyünə baxıb MÜƏYYƏN ETDİ: İsifaliyeva Zümrüd Mətləb qızı İsifaliyev Xalid Sübhan oğluna qarşı iddia ərizəsi ilə ##.##.2026-cı il tarixdə məhkəməyə müraciət edərək birgə nikahdan anadan olmuş ##.##.2022-ci il təvəllüdlü İsifaliyev Sübhan Xalid oğlunun, ##.##.2023-cü il təvəllüdlü İsifaliyeva Zeynəb Xalid qızının və ##.##.2024-cü il təvəllüdlü İsifaliyev Pünhan Xalid oğlunun yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay cavabdehdən hər uşağın saxlanılması üçün ölkə üzrə müəyyən olunmuş orta aylıq əmək haqqının 0,57 misli məbləğində olmaqla, 3 uşağın saxlanılması üçün ölkə üzrə müəyyən olunmuş orta aylıq əmək haqqının 1,71 misli həddində sabit pul məbləğində alimentin və ##.##.2024-cü il təvəllüdlü İsifaliyev Pünhan Xalid oğlunun 3 yaşı tamam olanadək hər ay mənə 100 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya verilməsini xahiş etmişdir. Hacıqabul Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi qərara alınmışdır. Qətnamədən İsifaliyev Xalid Sübhan oğlu apellyasiya şikayəti vermişdir. Hacıqabul Rayon Məhkəməsi tərəfindən # ###### 2026-cı il tarixdə məktub daxil olmuş və orada Hacıqabul Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli qətnaməsindən İsifaliyeva Zümrüd Mətləb qızı tərəfindən də apellyasiya şikayətinin verildiyi göstərilmişdir. Göründüyü kimi, iş üzrə digər şəxs tərəfindən də apellyasiya şikayəti verilmiş və həmin şikayətin MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması zərurəti yaranmışdır. Məhkəmə tərkibi hesab edir ki, hazırkı mərhələdə İsifaliyev Xalid Sübhan oğlunun apellyasiya şikayətinə baxılması mümkün deyildir. Belə ki, İsifaliyeva Zümrüd Mətləb qızının apellyasiya şikayətinin MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğu ilk növbədə yoxlanılmalı, şikayət həmin tələblərə uyğun olduğu təqdirdə isə hər iki apellyasiya şikayəti birlikdə apellyasiya baxışına göndərilməlidir. Mülki prosessual qanunvericiliyin tələbinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi daxil olmuş işlərin apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Məhkəmə tərkibi yuxarıda qeyd olunanlara əsasən belə hesab edir ki, İsifaliyev Xalid Sübhan oğlu tərəfindən verilmiş apellyasiya qeyri-mümkün hesab edilməlidir. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 361, 364, 366, 400 və 402-ci maddələrini rəhbər tutub QƏRAR VERDİ: Hacıqabul Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qətnaməsindən İsifaliyev Xalid Sübhan oğlu tərəfindən verilmiş apellyasiya qeyri-mümkün hesab edilsin. İsifaliyeva Zümrüd Mətləb qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun hüquqi qiymət verilməsi üçün iş materialları Hacıqabul Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar