Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № e-2(3-9)-1141/2026 03.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Novruzova Aytən Nazim qızı (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Saatlı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-***/**** saylı qətnaməsindən cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə baxaraq, MÜƏYYƏN ETDI: Iddiaçı İddiaçı cavabdeh cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən bir ədəd 585 əyarlı çəkisi 10 qram olan brilyant qaşlı nişan üzüyü, bir ədəd 750 əyarlı çəkisi 14 qram olan qızıl sırğa, bir ədəd 585 əyarlı çəkisi 7 qram olan qızıl qolbaq və ya dəyəri 5600 manat pulun, ödənilmiş 26 manat dövlət rüsumunun və 50 manat mediasiya haqqının alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh1 cavabdeh qismində işə cəlb edilərək, cavabdehlər cavabdeh2 və cavabdeh1 müştərək qaydada bir ədəd 585 əyarlı çəkisi 10 qram olan brilyant qaşlı nişan üzüyü, bir ədəd 750 əyarlı çəkisi 14 qram olan qızıl sırğa, bir ədəd 585 əyarlı çəkisi 7 qram olan qızıl qolbaq və ya dəyəri 5600 manat pulun, ödənilmiş 26 manat dövlət rüsumunun və 50 manat mediasiya haqqının alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Saatlı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-***/**** saylı qətnaməsi ilə (Hakim: Aygün Cəmilova) iddia təmin edilmişdir. Saatlı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-***/**** saylı qətnaməsindən cavabdeh cavabdeh2 tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin mümkünlüyünü yoxlayan məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və qəbulundan imtina edilməli, mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Saatlı Rayon Məhkəməsinə qaytarılmalıdır. MPM-in 2021-ci il #######ın #-dən qüvvəyə minmiş 361.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublıkasının ## #### 2021-ci il tarixli Qanununa edilmiş “Apellyasiya şikayətinin forması” başlıqlı Əlavə 2-də müəyyən edilmiş) və qaydada verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 361.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir:
1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı;
2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti;
3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı;
4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi;
5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar;
6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar;
7. şikayətə əlavə edilən sənədlərin siyahısı. Apellyasiya şikayətinin forması Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin * nömrəli Əlavəsində müəyyən edilmiş orada ardıcıl olaraq doldurulması zəruri olan müvafiq başlıqlı qrafalar mövcuddur və apellyasiya şikayəti verilərkən həmin formanın tələblərinə ciddi riayət olunması zəruridir. Lakin cavabdeh tərəfindən təqdim edilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş forma və məzmun tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, təqdim edilmiş apellyasiya şikayətinin qanunvericiliklə müəyyən edilmiş formasında maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsinə dair dəlillər yalnız ümumi xarakterli mülahizələrlə ifadə olunmuş, həmin dəlillərin konkret olaraq nədən ibarət olduğu göstərilməmiş, eyni zamanda, bəzi qrafalar boş saxlanılmış, digər qrafalar da lazımi qaydada doldurulmamış, natamam fikirlər qeyd olunmuşdur. Qrafaların ardığıllığı pozulmuş, «işin halları» adlı 5-ci qrafaya tərəfin özü tərəfindən yaradılmış qrafalar əlavə edilmişdir. Bu isə apellyasiya şikayətinin qanunvericiliklə müəyyən edilmiş forma və məzmun tələblərinə uyğun təqdim edilmədiyini göstərir. Cavabdeh tərəf yenidən apellyasiya şikayəti vermək istədiyi halda, şikayəti MPM-in 361-ci maddəsinin tələblərinə uyğun olaraq, MPM-in * saylı Əlavəsində nəzərdə tutulmuş forma və məzmunda tərtib etməlidir. MPM-in 363.1.1-1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, həmin şikayət birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. MPM-in 364.1-ci maddəsinə əsasən isə birinci instansiya məhkəməsi apellyasiya şikayətinin MPM-in 361-ci maddəsinin tələblərinə uyğun olub-olmadığını yoxlamalıdır. Bu tələblərə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə birlikdə apellyasiya şikayəti vermə müddəti başa çatdıqdan sonra 7 gün ərzində apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Lakin hazırkı iş üzrə birinci instansiya məhkəməsi apellyasiya şikayətinin MPM-in tələblərinə uyğunluğunu yoxlamadan, onları əlavə edilmiş sənədlərlə və iş materialları ilə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərmiş, bununla da mülki-prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti MPM-in 361-ci maddəsinin tələblərinə cavab vermədiyindən, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli, şikayətin qanunun tələblərinə uyğunluğunun yoxlanılması və müvafiq prosessual tədbirlərin görülməsi üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. MPM-in 366.3-cü maddəsinə əsasən, apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Şərh edilənlərə əsasən və MPM-in 263, 264, 361, 363, 364 və 366-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDI: Saatlı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-***/**** saylı qətnaməsindən cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Saatlı Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə qanunla müəyyən edilmiş qaydada kassasiya şikayəti verilə bilər.