Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № e-2(3-9)-425/2026 22.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), Əsəsdov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət məhkəmə tərkibində, Şirvan Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** saylı qərardadından X1 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxıb MÜƏYYƏN ETDİ: X1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh2 ##.##.2025-ci ildə cavabdeh1 İsmayıl oğlu ilə X2 arasında bağlanmış barışıq sazişini 1.4-cü maddəsində övladlarının anasının himayəsində qaldıqları müddətdə, yetkinlik yaşına çatanadək ataları cavabdeh1 İsmayıl oğlundan uşaqların saxlanılması üçün aliment tələbindən imtina edilməsi hissəsinin etibarsız hesab edilməsi, ##.##.2013-cü il təvəllüdlü Tunarın və ##.##.2017-ci il təvəllüdlü Nurun yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər bir uşaq üçün 300 manat, cəmi 600 altı yüz manat alimentin alınıb X2 verilməsi və nümayəndə (vəkil) olaraq ödəndiyi 100 manat rüsumun ona qaytarılmasını xahiş etmişdir. Şirvan Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə X1 cavabdeh1 İsmayıl oğluna qarşı barışıq sazişinin hissəvi etibarsız hesab edilməsi və aliment tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması, X1 iddia tələbi ilə cavabdehin rəsmi qeydə alındığı yer üzrə Kürdəmir Rayon Məhkəməsinə müraciət etmək hüququnun olmasının izah olunması qərara alınmışdır. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddia ərizəsində iddiaçı qismində X1 göstrərilsə də, “Elektron məhkəmə” informasiya sistemində iddiaçı ümumiyyətlə qeyd edilməmişdir. Barışıq sazişi tərəflərin mübahisəli münasibətlərinə dair yeni bir hüquqi nəticə - hüquq və öhdəliklər əmələ gətirmək məqsədilə bağladıqları qarşılıqlı ikitərəfli (çoxtərəfli) müqavilədir. Barışıq sazişi tərəflər arasındakı mübahisənin və ya fikir ayrılığına səbəb olma potensialı daşıyan qeyri-müəyyənliyin aradan qaldırılmasına yönəlir. Göründüyü kimi barışıq sazişi ikitərəfli müqavilə olduğundan həmin müqavilənin şərtlərinin etibarsızlığı tələbi üzrə tərəf qismində müqavilə tərəfləri çıxış edə bilər. Bu baxımdan, hazırkı tələb üzrə cavabdeh qismində cavabdeh2 qeyd olunsa da, məhkəmə hesab edir ki, sözügedən tələb üzrə cavabdeh qismində yalnız müqavilə üzrə tərəf olan cavabdeh1 İsmayıl oğlu çıxış edə bilər. İddia ərizəsindən və “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, X1 və cavabdeh1 İsmayıl oğlu Kürdəmir rayonu Yenikənd kəndində qeydiyyatdadır. Habelə iddiaçı ərizəsinə dövlət rüsumunun ödənilməsinə dair ##.##.2026-cı il tarixli ********** saylı qəbzi əlavə etmişdir. Halbuki, elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlardan görünür ki, dövlət rüsumunun ödənilməsinə dair ##.##.2026-cı il tarixli ********** saylı qəbz Şirvan Şəhər Məhkəməsinin icraatında olmuş X1 cavabdeh1 İsmayıl oğluna qarşı barışıq sazişinin hissəvi etibarsız hesab edilməsi və aliment tələbinə dair *(***)-****/**** saylı mülki iş üzrə iddia ərizəsinə əlavə edilmiş, Şirvan Şəhər Məhkəməsinin e-*(*-***)-***/**** saylı ##.##.2026-cı il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarıılmış və həmin qərardadda iddia ərizəsinin verilməsi ilə əlaqədar ##.##.2026-cı il tarixli ********** saylı qəbzə əsasən dövlət rüsumu kimi ödənilmiş 100 manat 60 qəpik məbləğdə pulun X1 geri qaytarılması qərara alınmışdır. Göründüyü kimi, hazırkı iş üzrə iddiaçı tərəfindən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməmişdir. X1 ## #### 2026-cı il tarixdə qərardaddan şikayət verərək onun ləğv edilərək mahiyyəti üzrə baxılmasını, əks təqdirdə şikayətin baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şirvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə tərkibi iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, MPM-in 10-1.1-ci maddəsinə əsasən elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. MPM-in 10-1.2-ci maddəsinə əsasən məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. MPM-in 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. MPM-in 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. MPM-in 45.1-ci maddəsinə görə məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. MPM-in 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. MPM-in 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. MPM-in 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri qaytarır. “AZEMİS” EİS-dən Çıxarışdan görünür ki, cavabdeh1 İsmayıl oğlu Kürdəmir rayonunun Yenikənd kəndində qeydiyyatdadır. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, Şirvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərardadından X1 tərəfindən verilmiş şikayət təmin edilməməlidir. MPM-in 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 128, 130, 135, 135, 360, 366, 368 və 402-ci maddələrini rəhbər tutub QƏRAR VERDİ: Şikayət təmin edilməsin və Şirvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*- ***)-***/**** saylı qərardadı dəyişdirilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2(3-9)-425/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-9)-425/2026
22.04.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver