Məhkəmə qərarları › İş №e-2(3-9)-428/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-9)-428/2026

23.04.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № e-2(3-9)-428/2026 23.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət məhkəmə tərkibində, Salyan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadından iddiaçı İmanov Elvin Yahya oğlu tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq məhkəmə tərkibi MÜƏYYƏN ETDİ: İddiaçı İmanov Elvin Yahya oğlu cavabdeh Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair dair ərizə ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, Salyan Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsinə əsasən 1.03 misli həddində sabit pul məbləğində alimentin tutulması hissəsində dəyişdirilməsini ##.##.2023-cü il təvəllüdlü İmanov Elvin Yahya oğlunun yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə minimum əmək haqqının 0.40 misli həddində sabit pul məbləğinin cavabdehdən alınaraq ona ödənilməsi barədə alimentin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Salyan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı ilə (hakim Vəsilə Əliyeva) iddiaçı İmanov Elvin Yahya oğlunun cavabdeh Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair *(*-***)-***/**** saylı mülki işin ərazi aidiyyəti üzrə baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddaçı İmanov Elvin Yahya oğlu həmin qərardaddan şikayət edərək Salyan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 2(5-152)-130/2026 tarixli qərardadının ləğv edilməsini və mülki işə Salyan Rayon Məhkəməsində baxılmasının davam etdirilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçının seçiminə əsasən alimentin alınması iddiası üzrə iddianın iddiaçının özünün yaşadığı yer üzrə verilməsinə MPM icazə verir. Buna əsasən də alimetin alınması ilə bağlı olduğundan eyni zamanda nikahın pozulması və alimentin indeksasiyası da Salyan Rayon Məhkəməsinin icraatında olmuşdur. ##.##.2016-ci il təvəllüdlü İmanlı X2 şəhəri Nizami Gəncəvi adına * nömrəli tam orta ümumtəhsil məktəbin 4-cü sinifində oxuyur və Salyan rayonunda yaşayır. Cavabdeh bilərəkdən qeydiyyat ünvanını göstərməklə ərizənin baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilməsini əsassız olaraq tələb edir. Salyan Rayon Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2025-ci il tarixli qərardadı ilə baxılmış ərizə, Salyan Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə baxılmış iddia ərizəsi Salyan Rayon Məhkəməsinin icraatında olmuşdur. Bundan əlavə tələb alimentin alınması ilə əlaqədardır. Buna əsasən də aidiyyat pozulmamış hesab edilməlidir. Salyan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş və qərardaddan verilmiş şikayətin iş materialları ilə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə tərkibi iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli, Salyan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Elektron İnformasiya Sistemindən tərəfin şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının: 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılmaq hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. 45.1-ci maddəsinə əsasən, məhkəməyə aidiyyət ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. Konstitusiyanın 62-ci maddəsində deyilir ki, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Bu normada nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. subyektiv elementləri ehtiva edir. Konstitusiyanın bu maddəsinə uyğun olaraq məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. Eyni zamanda, məhkəmə sistemi daxilində mülki işlərə mahiyyəti üzrə tez bir zamanda baxılıb həll edilməsinin təmin olunması üçün məhkəmə aidiyyəti qaydalarına riayət edilməsi müstəsna əhəmiyyət kəsb edir (Konstitusiya Məhkəməsi Plenumunun M.A.Muradovun şikayəti üzrə 2004-cü il ## ##### tarixli və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair” 2013-cü il ## #### tarixli Qərarları). Konstitusiyanın norma və prinsiplərini inkişaf etdirən Mülki Prosessual Məcəllənin 4-cü fəsli ərazi aidiyyəti qaydalarını müəyyən etməklə işlərə ədalət mühakiməsinin həyata keçirilməsi şərtlərinə uyğun olaraq tam, hərtərəfli və vaxtında baxılmasının təmin edilməsinə yönəlmişdir. Mülki prosessual qanunvericiliyin ərazi aidiyyətinə dair normalarından görünür ki, qanunvericinin ərazi aidiyyətinin müəyyənləşdirilməsində başlıca məqsədi: - şəxslərin məhkəməyə əlçatanlığının; - işlərə ağılabatan müddətdə baxılmasının; - prosessual qənaət prinsipinin; - ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsidir. Məhkəmə tərkibi qeyd edir ki, Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Qeyd edilən maddədə mülki məhkəmə icraatının ərazi aidiyyəti ilə bağlı əsas prinsipləri əks olunmuşdur. Belə ki, iddianın bir qayda olaraq cavabdehin rəsmi qeydə alındığı yerin və ya hüquqi şəxsin ünvanının olduğu yerin məhkəməsinə verilməli olduğu təsbit edilmişdir. Eyni zamanda Mülki Prosessual Məcəllədə mübahisənin predmeti, iş üzrə iddiaçının hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət imkanının asanlaşdırılması və s. amillər nəzərə alınmaqla ümumi qaydadan fərqli ərazi aidiyyəti nəzərdə tutulmuşdur. Qanunvericilikdə göstərilən bəzi hallarda iddiaçıya prosessual qənaət prinsipinə uyğun olaraq iddia irəli sürməkdə seçim hüququ verilmişdir. Lakin iddiaçının şikayətinin ərazi aiddiyyatı ilə bağlı dəlilləri əsassızdır. Belə ki, iddia tələbi mahiyyət etibarilə alimentin ilk dəfə tutulması deyil, artıq qüvvədə olan məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin azaldılmasına yönəlmişdir. Bu səbəbdən iddiaçının istinad etdiyi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi-nin 36.3-cü maddəsinin tətbiqi istisna olunur. Çünki həmin norma yalnız alimentin alınması və atalığın müəyyən edilməsi barədə ilkin iddialara münasibətdə alternativ ərazi aidiyyəti müəyyən edir. Mövcud halda isə mübahisə aliment öhdəliyinin dəyişdirilməsi ilə bağlı olduğundan, ərazi aidiyyəti ümumi qaydalar əsasında müəyyən edilməlidir. Bu baxımdan, həmin Məcəllənin 35.1-ci maddəsinə uyğun olaraq iddia cavabdehin rəsmi qeydiyyatda olduğu yer üzrə məhkəməyə verilməlidir. İş materialları ilə müəyyən edilir ki, cavabdeh Səbail rayonu üzrə qeydiyyatdadır və buna görə də işin həmin ərazi üzrə məhkəməyə göndərilməsi qanunvericiliyin tələblərinə tam uyğundur. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi-nin 44.2.2-ci maddəsinə əsasən işə baxan məhkəmə aidiyyət qaydalarının pozulduğunu müəyyən etdikdə işi aidiyyəti üzrə başqa məhkəməyə verməlidir ki, birinci instansiya məhkəməsi də məhz bu normaya uyğun olaraq prosesssual vəzifəsini yerinə yetirmişdir. Ona görə də məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar mövcud deyil. Ona görə də, şikayət təmin edilməməli, Salyan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Şərh edilənlərə əsasən və MPM-in 35, 36, 40, 45-ci və 402-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə tərkibi QƏRARA ALDI: İddiaçı İmanov Elvin Yahya oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Salyan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar