Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № e-2(3-9)-438/2026 11.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Hüseynov Pünhan Sübhan oğlunun katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “cehiz əmlaklarının məcburi qaydada mənzildən çıxarılması” tələbinə dair ilkin, cavabdeh Cavabdeh iddiaçı İddiaçı qarşı “cehiz əmlak və qızıl-zinət əşyaları” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Yardımlı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qətnaməsindən ilkin iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı İddiaçı iddia ərizəsi ilə Yardımlı Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Cavabdeh məxsus 300 dəyərində olan taxt, 300 manat dəyərində olan dolab, 300 manat dəyərində olan televizor, 500 manat dəyərində olan soyuducu, 400 manat dəyərində olan paltaryuyan, 200 manat dəyərində olan yorğan döşək, 300 manat qablar, 200 manat dəyərində olan xalça, 100 manat dəyərində olan pərdə, 100 manat dəyərində olan soba, 200 manat dəyərində olan stol-stul olmaqla ümumilikdə-2900 manat dəyərində olan 11 adda cehiz əmlaklarının Sumqayıt şəhəri, Corat Bağları ərazisində fərdi evdən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, onun cavabdeh Cavabdeh ilə xasiyyəti uyğun gəlmədiyinə görə Yardımlı Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə onunla cavabdeh Cavabdeh arasında olan ## #### 2024-cü il tarixdə * saylı Sumqayıt «ASAN XİDMƏT» X7 703 nömrə ilə qeydə alınmış nikah qeydi pozulmuşdur. Cavabdeh Cavabdeh özünə məxsus qızıl-zinət əşyalarını götürüb mənzildən çıxıb getmişdir. Cavabdeh cehiz əmlakları onların müvəqqəti yaşadığı Sumqayıt Corat Bağları fərdi ev–ünvanda yerləşir. Dəfələrlə cehiz əşyalarının könüllü olaraq götürülməsi barəsində cavabdehə xəbərdarlıq etmiş, buna baxmayaraq cavabdeh cehiz əşyalarını götürmək istəməmişdir. Ona görə də məcbur olub məhkəməyə müraciət etmişdir. Cavabdeh Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə Yardımlı Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı 9471 manat dəyərində cehiz əmlakları və 2650 manat dəyərində qızıl-zinət əşyaları natura şəklində, həmin əmlaklar və qızıl-zinət əşyaları olmadığı təqdirdə onların dəyəri, cəmi-13216 manat və dövlət rüsumu olaraq ödədiyi 130 manat pulun alınaraq öna verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı İddiaçı 2200 manat dəyərində olan yataq dəsti– böyük taxt, kiçik taxt, şfaner, termo, iki balaca şkaf, oturacaq stol; 850 manat dəyərində olan soyuducu; 700 manat dəyərində olan televizor; 600 manat dəyərində olan paltaryuyan; 600 manat dəyərində olan 1 ədəd stol, 6 ədəd qonaq otağı üçün stul; 350 manat dəyərində olan 1 ədəd stol, 4 ədəd mətbəx üçün stul; 250 manat dəyərində olan 1 ədəd elektrik sobası, 250 manat dəyərində olan 1 ədəd tozsoran; 120 manat dəyərində olan 1 ədəd ətçəkən maşını; 35 manat dəyərində olan ütü; 30 manat dəyərində olan gecə lampası; 25 manat dəyərində olan 1 ədəd saat; 300 manat dəyərində olan lüstür; 850 manat dəyərində olan yataq dəsti- 3 ədəd döşək, 3 ədəd yorğan, 1 ədəd yay yorğanı, 8 ədəd balış; 110 manat dəyərində olan ədyal- 1 ədəd qalın, 2 ədəd nazik; 70 manat dəyərində olan 1 ədəd taxt üstlüyü; 70 manat dəyərində olan dəsmal–6 ədəd əl-üz dəsmalı, 6 ədəd hamam dəsmalı; 110 manat dəyərində olan 4 dəst çxol-prastina; 420 manat dəyərində olan pərdə-qonaq otağı, yataq otağı, 3 ədəd mətbəx; 340 manat dəyərində olan xalça–1 ədəd böyük, 2 ədəd balaca; 30 manat dəyərində olan 1 ədəd divan üstlüyü; 50 manat dəyərində olan 18 ədəd stəkan, 18 ədəd nəlbəki; 80 manat dəyərində olan 2 ədəd çaynik, 2 qəhvədan, 1 çay dəsti; 40 manat dəyərində olan qaşıq dəsti–12 ədəd qaşıq, ədəd 12 vilka, 12 ədəd çayqaşığı; 60 manat dəyərində olan boşqab dəsti– 48 ədəd, 6 ədəd böyük; 50 manat dəyərində olan külqabı, qəndqabı, ləpəqabı; 50 manat dəyərində olan 2 ədəd Vaz; 45 manat dəyərində olan düzqabı, salfetkaqabı; 20 manat dəyərində olan 1 ədəd skater; 150 manat dəyərində olan tefal dəsti– tava, qazan: 35 manat dəyərində olan mürəbbəqabı; 25 manat dəyərində olan pıçaq dəsti– 5 ədəd böyük, 12 ədəd balaca; 35 manat dəyərində olan 4 ədəd balaca boşqab, 4 ədəd dərin boşqab, 4 ədəd dayaz boşqab; 38 manat dəyərində olan bulud- 3 ədəd dəst, 3 ədəd şüşə; 20 manat dəyərində olan aşsüzən; 60 manat dəyərində olan 2 ədəd çuğun tas; 20 manat dəyərində olan çömçə kəpkir; 20 manat dəyərində olan 2 ədəd plastik vanna, 1 ədəd vedrə; 40 manat dəyərində olan podnus, meyvəqabı, çörəkqabı; 20 manat dəyərində olan kartof-soğan kəsən; 20 manat dəyərində olan 2 ədəd ət taxtası; 30 manat dəyərində olan mətbəx üçün– 4 ədəd plastik qablar, 2 ədəd balaca, 2 paçka şpilka; 40 manat dəyərində olan çörəkdoğrayan aparat; 20 manat dəyərində olan paltar səbəti; 25 manat dəyərində olan 8 ədəd mətbəx dəsmalı; 28 manat dəyərində olan pas-pas, süpürgə, zibilqabı; 40 manat dəyərində olan 2 ədəd çaşka dəsti; 20 manat dəyərində olan 1 ədəd ləpəqapı mərtəbə; 14 manat dəyərində olan maskur; 15 manat dəyərində olan 1 ədəd lampa; 25 manat dəyərində olan 11 ədəd sokqabı; 6 manat dəyərində olan iynə-sap dəsti; 5 manat dəyərində olan 1 ədəd troyka; 5 manat dəyərində olan vanna setka yaşıl rəng; 10 manat dəyərində olan 1 ədəd sufrə güllü; 200 manat dəyərində olan 6 dəst idmangeyimləri; 150 manat dəyərində olan 2 dəst kostyum şalvar; 50 manat dəyərində olan 4 ədəd köynək; 30 manat dəyərində olan 2 ədəd kofta; 80 manat dəyərində olan 4 ədəd qol çantası; 120 manat dəyərində olan 4 cüt ayaqqabı; 230 manat dəyərində olan 2 ədəd don; 30 manat dəyərində olan 1 ədəd saç feni; 25 manat dəyərində olan saçburan; 20 manat dəyərində olan 4 cüt başmaq; 70 manat dəyərində olan hamam dəsti; 90 manat dəyərində olan 1 ədəd kasmetika dəsti olmaqla, ümumilikdə 10566 manat dəyərində cehiz əmlakları və 650 manat dəyərində olan qızıl üzük– 5 qram 585 əyar; 450 manat dəyərində olan qızıl üzük- 4 qram 585 əyar; 650 manat dəyərində olan qızıl sep– 5 qram 585 əyar; 450 manat dəyərində olan qızıl qolbağı– 4 qram 585 əyar; 450 manat dəyərində olan qızıl sırğa– 4 qram 585 əyar olmaqla, ümumilikdə 2650 manat dəyərində qızıl-zinət əşyaları natura şəklində, həmin əmlaklar və qızıl-zinət əşyaları olmadığı təqdirdə onların ümumi dəyəri olan 13216 manat və dövlət rüsumu olaraq ödənilmiş 130 manat pul alınaraq ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ilkin iddia tələbini qəbul etmir və aşağıda göstərdiklərinə əsasən qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qaldırmışdır. Belə ki, İddiaçı ilə ## #### 2024-cü il tarixdə nikaha girməklə cavabdehə məxsus Sumqayıt Corat bağlarında olan ünvanında yerləşən evə gəlin köçmüşdür. Gəlin köçərkən özünə məxsus əmlakları da özü ilə aparmışdır. Bundan əlavə onun toyunda cavabdeh tərəfindən ona hədiyyə kimi 2 qızıl üzük, 1 cüt qızıl sırğa, 1 qızıl boyunbağı, 1 qızıl qolbağı hədiyyə verilmişdir (bu barədə disk və fotoşəkillər iddia ərizəsinə əlavə edilir). İddiaçı ona məxsus cehiz əmlakların bir qismini evdən çıxarılmasını iddia ərizəsində göstərsə də, digər əmlakları göstərməmişdir. Halbuki, o, evdən çıxarkən ona məxsus əmlaklar və qızıl-zinət əşyaları cavabdehə məxsus evdə qalmışdır. Onu incitdiklərinə görə 2024-cü il noyabr ayının 8-də gecə saat 12-00 da atası xəstə olduğu üçün əmisi şahid1 onu aparması üçün zəng etmişdir. Əmisi səhərisi gün noyabrın 9-da gəlmişdir. Onu incitdiklərini əmisinə demişdir. Əmisi onun orada qalmasının mümkün olmadığını bilərək, birlikdə ordan çıxması qərarına gəlmişlər. Görmüşlər ki, evdən çıxırlar Elçin və bacısı Gülnar onu otağa aparmış, onun əyninidə olan paltarı və qızılları almışlar. O, otaqdan çıxanda ağlamışdır. Əmisi demiş ki, niyə ağlayırsan? O da əmisinə demişdir ki, “mənim paltarlarımı soyundurdular və qızıllarımı aldılar” demişdir. Atası evindən gətirdiyi paltarı əyninə geyindirmişlər. Əmisi əsəbləşərək demişdir ki, niyə belə edirsiniz. Gətirin qızılların paltarların verin. Mübahisə yaranmış, amma onlar onun paltarlarını və qızıllarını verməmişlər. Onlar əmisinə nə vaxt evə qayıtsa, onda qızılların və paltarların verəcəyik” demişlər. Ona məxsus olan paltarlar və qızıllar və bütün cehizləri o evdə qalmışdır. Birinci instansiya məhkəməsində icraat Yardımlı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə (hakim Rəşad Məmmədov) ilkin iddia və qarşılıqlı iddia təmin edilmiş, iddiaçı Cavabdeh məxsus 2200 manat dəyərində olan yataq dəsti– böyük taxt, kiçik taxt, şfaner, termo, iki balaca şkaf, oturacaq stol; 850 manat dəyərində olan soyuducu; 700 manat dəyərində olan televizor; 600 manat dəyərində olan paltaryuyan; 600 manat dəyərində olan 1 ədəd stol, 6 ədəd qonaq otağı üçün stul; 350 manat dəyərində olan 1 ədəd stol, 4 ədəd mətbəx üçün stul; 250 manat dəyərində olan 1 ədəd elektrik sobası, 250 manat dəyərində olan 1 ədəd tozsoran; 120 manat dəyərində olan 1 ədəd ətçəkən maşını; 35 manat dəyərində olan ütü; 30 manat dəyərində olan gecə lampası; 25 manat dəyərində olan 1 ədəd saat; 300 manat dəyərində olan lüstür; 850 manat dəyərində olan yataq dəsti- 3 ədəd döşək, 3 ədəd yorğan, 1 ədəd yay yorğanı, 8 ədəd balış; 110 manat dəyərində olan ədyal- 1 ədəd qalın, 2 ədəd nazik; 70 manat dəyərində olan 1 ədəd taxt üstlüyü; 70 manat dəyərində olan dəsmal–6 ədəd əl-üz dəsmalı, 6 ədəd hamam dəsmalı; 110 manat dəyərində olan 4 dəst çxol-prastina; 420 manat dəyərində olan pərdə-qonaq otağı, yataq otağı, 3 ədəd mətbəx; 340 manat dəyərində olan xalça– 1 ədəd böyük, 2 ədəd balaca; 30 manat dəyərində olan 1 ədəd divan üstlüyü; 50 manat dəyərində olan 18 ədəd stəkan, 18 ədəd nəlbəki; 80 manat dəyərində olan 2 ədəd çaynik, 2 qəhvədan, 1 çay dəsti; 40 manat dəyərində olan qaşıq dəsti– 12 ədəd qaşıq, ədəd 12 vilka, 12 ədəd çayqaşığı; 60 manat dəyərində olan boşqab dəsti– 48 ədəd, 6 ədəd böyük; 50 manat dəyərində olan külqabı, qəndqabı, ləpəqabı; 50 manat dəyərində olan 2 ədəd Vaz; 45 manat dəyərində olan düzqabı, salfetkaqabı; 20 manat dəyərində olan 1 ədəd skater; 150 manat dəyərində olan tefal dəsti– tava, qazan: 35 manat dəyərində olan mürəbbə qabı; 25 manat dəyərində olan pıçaq dəsti– 5 ədəd böyük, 12 ədəd balaca; 35 manat dəyərində olan 4 ədəd balaca boşqab, 4 ədəd dərin boşqab, 4 ədəd dayaz boşqab; 38 manat dəyərində olan bulud- 3 ədəd dəst, 3 ədəd şüşə; 20 manat dəyərində olan aşsüzən; 60 manat dəyərində olan 2 ədəd çuğun tas; 20 manat dəyərində olan çömçə kəpkir; 20 manat dəyərində olan 2 ədəd plastik vanna, 1 ədəd vedrə; 40 manat dəyərində olan podnus, meyvəqabı, çörəkqabı; 20 manat dəyərində olan kartof-soğan kəsən; 20 manat dəyərində olan 2 ədəd ət taxtası; 30 manat dəyərində olan mətbəx üçün–4 ədəd plastik qablar, 2 ədəd balaca, 2 paçka şpilka; 40 manat dəyərində olan çörəkdoğrayan aparat; 20 manat dəyərində olan paltar səbəti; 25 manat dəyərində olan 8 ədəd mətbəx dəsmalı; 28 manat dəyərində olan pas-pas, süpürgə, zibilqabı; 40 manat dəyərində olan 2 ədəd çaşkadəsti; 20 manat dəyərində olan 1 ədəd ləpəqapı mərtəbə; 14 manat dəyərində olan maskur; 15 manat dəyərində olan 1 ədəd lampa; 25 manat dəyərində olan 11 ədəd sok qabı; 6 manat dəyərində olan iynə-sap dəsti; 5 manat dəyərində olan 1 ədəd troyka; 5 manat dəyərində olan vanna setka yaşıl rəng; 10 manat dəyərində olan 1 ədəd sufrə güllü; 200 manat dəyərində olan 6 dəst idman geyimləri; 150 manat dəyərində olan 2 dəst kostyum şalvar; 50 manat dəyərində olan 4 ədəd köynək; 30 manat dəyərində olan 2 ədəd kofta; 80 manat dəyərində olan 4 ədəd qol çantası; 120 manat dəyərində olan 4 cüt ayaqqabı; 230 manat dəyərində olan 2 ədəd don; 30 manat dəyərində olan 1 ədəd saç feni; 25 manat dəyərində olan saçburan; 20 manat dəyərində olan 4 cüt başmaq; 70 manat dəyərində olan hamam dəsti; 90 manat dəyərində olan 1 ədəd kasmetika dəstinin iddiaçı İddiaçı məxsus Sumqayıt şəhəri, Corat Bağları ərazisində yerləşən fərdi evdən çıxarılaraq cavabdeh Cavabdeh verilməsi, 650 manat dəyərində 5 qram çəkidə 585 əyarlı qızıl üzük, 450 manat dəyərində 4 qram çəkidə 585 əyarlı qızıl üzük, 650 manat dəyərində, 5 qram çəkidə 585 əyarlı qızıl boyunbağı, 450 manat dəyərində 4 qram çəkidə 585 əyarlı olan qızıl qolbaq, 450 manat dəyərində 4 qram çəkidə 585 əyarlı qızıl sırğanın iddiaçı İddiaçı alınaraq cavabdeh Cavabdeh verilməsi, yuxarıda qeyd olunan əmlaklar mövcud olmadıqda onların dəyərinin İddiaçı alınaraq Cavabdeh ödənilməsi, ekspertiza tədqiqatının dəyəri 300 (üç yüz) manat məbləğində pul vəsaitinin iddiaçı İddiaçı tutularaq «xxxx» MMC-nin Bank BT ASC-nin Həzi Aslanov filialında olan VÖEN: 1302164881, MH: AZ13NABZ01350100000000093944, SWIFT: BBTBAZ22, KOD: 510835, HM: AZ88BBTB40060944113370000016, VÖEN: 1303007051 hesabına ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İş materiallarında olan: Yardımlı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan ##.##.2024-cü il tarixdə * saylı Sumqayıt “ASAN XİDMƏT” X7 703 nömrə ilə qeydə alınmış nikah qeydi pozulmuşdur. «xxxx» MMC tərəfindən verilmiş **/E nömrəli, ##.##.2026-cı il tarixli mütəxəssis rəyindən görünür ki, qızıl-zinət əşyalarının dəyəri: 1 ədəd qızıl üzük/585 əyar/5qram 734.80 manat, 1 ədəd qızıl üzük/585 əyar/4qram– 587.84 manat, 1 cüt sırqa/585 əyar/4 qram– 587.84 manat, boyunbağı/585 əyar/5 qram– 734.80 manat, qolbaq/585 əyar/4 qram– 587.84 manat olmaqla, cəmi 3233.12 manat olaraq qiymətləndirilmişdir. «xxxx» MMC-nin ##.##.2024cü il tarixli, ******* nömrəli çekindən görünür ki, Nümayəndə 440 manat dəyərində televizor almışdır. «xxxx» MMC-nin ##.##.2024-cü il tarixli, ***** nömrəli satış qaiməsindən görünür ki, şahid2 699.99 manat dəyərində Soyuducu Vestel və 499.99 manat dəyərində Paltaryuyan Vestel məhsulları almışdır. Şahid şahid1 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, 2024-cü ilin noyabr ayında axşam saatlarında qardaşı qızı ona zəng edərək “məni gəl apar” demişdir. O da, həmin günün sabahı getmiş və gedərkən qızın qayınatası, qayını və baldızı evdə olmuşdur. Onlarla söhbət etmiş, sonra çölə çıxdıqda qız ağlamış və ona “paltarlarımı və qızıllarımı aldılar” demişdir. Daha sonra onlarla söhbət etdikdə “iki, üç günə qayıtdıqda paltarlarını və qızıllarını geri verəcəyik” demişlər. Şahid şahid2 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Cavabdeh onun əmisi qızıdır. Toylarında iştirak etmişdir. Cehiz əşyalarının aparılmasında iştirak etmişdir. Televizor, paltaryuyan, soyuducu və s. əmisi ilə birlikdə mağazadan almışdır. Həmçinin onun adına da cehiz əşyaları alınmışdır. Diskdə görüntülənən Elçinin bacısıdır və qızıl-zinət əşyalarını qıza təqdim edir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı İddiaçı 2024-cü il tarixdə cavabdeh Cavabdeh ilə ailə qurmuş və onların evinə gəlin köçmüşdür. Cavabdeh gəlin köçərkən iddiaçının iddia ərizəsində qeyd etdiyi cehiz əşyalarını aparmışdır. Ailə münasibətləri zəminində baş vermiş mübahisələr səbəbindən Cavabdeh iddiaçı İddiaçı evinə gəlin köçdükdən bir müddət sonra tərk etmiş və əri İddiaçı müxtəlif yerlərdə yaşamışlar. Cavabdeh gəlin köçərkən cehiz apardığı əşyalar İddiaçı evində qalmışdır. Cavabdeh Cavabdeh ilkin iddia tələbində göstərilən cehiz əmlaklarından başqa ona məxsus olan qızılzinət əşyalarının da iddiaçı İddiaçı qaldığını bildirmiş, iddiaçı İddiaçı cavabdehin gedərkən qızıl-zinət əşyalarını apardığını, lakin bu barədə sübutu olmadığını bildirmişdir. İddiaçının tələbindən görünür ki, iddiaçı ona məxsus qızıl-zinət əşyalarının cavabdehin qanunsuz sahibliyindən geri qaytarılmasını tələb edir. Sübutetmə yükü ilə əlaqədar məhkəmə qeyd etmişdir ki, iddia tələbində qeyd olunan əmlakların mövcudluğu, həmin əmlakların iddiaçıya məxsus olması, həmin əmlakların cavabdehin qanunsuz sahibliyində olmasını təsdiq edən sübutları təqdim etmək vəzifəsi iddiaçının, qeyd olunan əmlakların iddiaçının sahibliyində olmasını təsdiq edən sübutları təqdim etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Məhkəmə ilk növbədə onu qeyd etmişdir ki, ilkin iddia və qarşılıqlı iddianın hər ikisi Cavabdeh məxsus əmlakların sonuncuya qaytarılması ilə bağlı olduğundan hər iki iddiaya birlikdə qiymət verilməsi zəruridir. Yuxarıda qeyd edilənlər baxımından məhkəmə hesab etmişdir ki, Cavabdeh tələb etdiyi əmlakların mövcudluğu və həmin əmlakların İddiaçı qanunsuz sahibliyində olması, tərəflərin izahatları, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə öz təsdiqini tapır. Məhkəmə həmçinin İddiaçı qızıl-zinət əşyalarının qarşılıqlı iddiaçı evi tərk edərkən özü tərəfindən aparılması, həmçinin məişət texnikasının məhz onun vəsaiti əsasında alınması ilə bağlı izahatlarının dəlillərinə qiymət verərək hesab etmişdir ki, həmin dəlillər hər hansı mötəbər sübutlarla öz təsdiqini tapmadığından qarşılıqlı iddianın rədd edilməsi üçün əsas kimi qəbul edilə bilməz. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək, hesab etmişdir ki, ilkin və qarşılıqlı iddia təmin edilməli, həmçinin ekspertiza tədqiqatının dəyəri olan 300 manat məbləğində pul vəsaiti isə iddiaçı İddiaçı tutularaq dövlət büdcəsinə ödənilməlidir Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsi, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə ## #### 2007-ci il tarixli qərarı, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Kraska İsveçrəyə qarşı» iş üzrə ##.##.1993-cü il tarixli qərarı, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77, 9.3, 14.2, 88, 217.4, 218.3, 222.1-ci maddələri, «Avşar Türkiyəyə qarşı» iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı, “Qavazov Bolqarıstana qarşı” ## #### 2008-ci il tarixli qərarı ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Qətnamədən narazı qalan cavabdeh İddiaçı apellyasiya şikayəti verərək Yardımlı Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsinin dəyişdirilərək qarşılıqlı iddiada qızıl–zinət əşyaları hissəsinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırda qızıl üzük 4 qram 585 əyar 650 manat dəyərində olan qızıl sep, 5 qram 585 əyar 450 manat dəyərində olan qızıl qolbaq 4 qram 585 əyar 450 manat dəyərində olan qızıl sırğanın ondan alınmasını tələb edir. O, iddiaçının tələbi ilə razı deyil. Onun yazdıqları tamamilə ağ yalandır, həqiqətə uyğun deyildir. Nəzərə çatdırır ki, Yardımlı Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnamə ilə aralarında bağlanmış nikah pozulmuşdur. 2024-cü ilin noyabr ayının 8-də gecə saat 12-də atası xəstə olduğu üçün əmisi şahid1 onu aparmaq üçün zəng etmişdir. Əmisi səhəri gün 09 noyabrda gəlmişdir. Onu incitdiklərini əmisinə demişdir. Əmisi onun orada qalmasını mümkün olmadığını bilərək onu evdən aparmaq qərarına gəlmişlər. O, evdən gedərkən X1 Gülnar Yusif qızı, İsmayılov Cümşüd İlham oğlu gəlinin evdən gedərkən qızılın onun üzərində olmasını görmüşlər. Əsmər gedən zaman qızıl-zinət əşyalarını öz üzərinə taxmış, yəni sırğa, üzük sep onun üstündə olmuş, dəyərsiz paltarlar isə evdə qalmışdır. İddiaçı qərəzli olaraq məhkəmə açmış və öz yalanları ilə nə isə qazanmaq istəmişdir. Belə olmasaydı, o 102 xidmətinə zəng vurardı. Bildirərdi ki, onu döymüşlər. Ona aid paltarları və qızıl-zinət əşyalarını apardıqdan sonra onların evdən yoxa çıxan əşyaları da görmüşdürlər. Məbləğ çox böyük olmadığı üçün anası bildirmişdir ki, eybi yoxdur, bir üzüyü özü ilə aparmışdır. Dəfələrlə ona bildirmişdir ki, ona aid qızıl üzüyü qaytar, o alimenti ödəyəcək. Bu səbəbdən o, uzun vaxt alimenti ödəməmişdir. Bundan öncə o, qaynatasına zəng etmişdir ki, “bir yerə yığışsınlar, o öz şikayətlərini desin, valideyn olaraq onlarda şikayətlərə qulaq asmışdır. Son vaxtlar Əsmər onunla yola getmir. Bu səbəbdən hospitalda həkimə müraciət edərək 2000 manatlıq müalicə yazdırmışdır. Valideynlər bir yerdə söhbət edib məsələni həll etsinlər. Son vaxtları yerli-yersiz Əsmər evdə dava-dalaş salırdı. Ancaq bütün bu halları qeyd edərkən məhkəmə şahidlərin iddiaçının yaxın qohumları olmasına tənqidi yanaşmamış, onun iddia ərizəsinə etirazında göstərdikləri dəlillərin araşdırılması və şahidlərinin dindirilməsi üçün heç bir cəhd etməmişdir. İddiaçının onlara məxsus evdən könüllü getdiyi halda, məcburi getməsini, ancaq bunun qohum ifadələri ilə təsdiqini tapmasını məhkəmə mötəbər sübut hesab etmişdir. Onun əvvəlki məhkəmədə iştirak etmədiyi halda necə bu qənaətə gəlmək olar? Məhkəmə iclasında əmisi şahid1 şahid qismində və əmisi oğlu şahid şahid2 verdiyi izahatlar sübut kimi qəbul etməsi də mötəbər sübut hesab edilə bilməz. İddiaçı qonaq gedən zaman qızıl-zinət əşyalarını öz üzərinə taxmış, aparmışdır. Yəni sırğa, üzük sep onun üstündə olmuş, dəyərsiz paltarlar isə evdə qalmışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz etdiyini bildirərək apellyasiya şikayətinin təmin edilməməsini, Yardımlı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. İddiaçı elektron kabinet üzərindən ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 157.2-ci maddəsi görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 668.1.3-cü maddəsinə əsasən daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə, bağışlama etibarlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, ilkin iddiaçı Yardımlı Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsinin dəyişdirilərək qarşılıqlı iddiada qızıl–zinət əşyaları hissəsinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilibedilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olubolmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Hazırkı iş üzrə mübahisələndirilən qətnamə ilə ilkin və qarşılıqlı iddia tələbləri təmin edilmiş, ilkin iddiaçı apellyasiya şikayəti verərək qarşılıqlı iddianın təmin edilmiş qızıl-zinətə aid hissədə rədd edilməsini xahiş etmişdir. Ona görə də məhkəmə tərkibi Yardımlı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində-qarşılıqlı iddianın təmin edilmiş qızıl-zinət tələbi hissəsində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən qızıl-zinət tələbinə aid hissədə maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq mübahisəni düzgün olaraq yuxarıda qeyd edildiyi kimi həll etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə tərkibinin araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında ##.##.2024-cü il tarixdə bağlanmış nikahdan sonra tərəflər arasında ailə münasibətləri yaranmış, lakin sonradan münasibətlər pozulmuş və nikah məhkəmə qaydasında pozulmuşdur. Mübahisə tərəflər arasında cehiz əmlakları və qızıl-zinət əşyalarının kimə məxsus olması və hansı tərəfin faktiki sahibliyində qalması ilə bağlı yaranmışdır. İddiaçı cehiz əmlaklarının cavabdehin evində qaldığını və onların qaytarılmasını tələb etmiş, cavabdeh isə həmin əmlakların və əlavə olaraq qızıl-zinət əşyalarının iddiaçının sahibliyində qaldığını bildirərək qarşılıqlı iddia qaldırmışdır. Eyni zamanda müəyyən edilmişdir ki, cavabdeh tərəfindən təqdim edilmiş video və səs yazılarında, eləcə də şahid ifadələrində mübahisə predmeti olan cehiz əşyalarının və qızıl-zinət əşyalarının cavabdehin faktiki sahibliyində qalması və onun yaşadığı ünvanda mövcud olması öz təsdiqini tapır. Ilkin iddiaçı İddiaçı isə apellyasiya şikayətində əmlakların cehiz hissəsini mübahisələndirməmiş, qızıl-zinət əşyalarının cavabdeh tərəfindən götürüldüyünü bildirmişdir. Odur ki, məhkəmə tərkibi qətnaməni qarşılıqlı iddianın təmin edilmiş qızıl-zinət əşyalarına münasibətdə yoxlayır. Məhkəmə tərkibi iddiaçının apellyasiya şikayəti ilə bağlı qeyd edir ki, şikayət əsaslandırılmamış, şikayətin dəlillərini təsdiq edəcək sübutlar iş materiallarında aşkar edilməmişdir. Qeyd edilməlidir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmə tərkibi hesab edir ki, qarşılıqlı iddiaçının tələblərinin qanuni əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsi nəzərdən keçirilə bilər. Belə ki, Mülki Məcəllənin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İlk olaraq, hər hansı üçüncü şəxsin törətdiyi pozuntudan mülkiyyətçinin əşya hüquqları məhkəmə müdafiəsi üsulu ilə müdafiə edilir. Belə hüquqi müdafiə üsulunun əsas məqsədi ya mülkiyyətçiyə ona məxsus olan sahiblik, əmlakdan istifadə və onun üzərində sərəncam vermək hüquqlarını bərpa etməkdən, ya da bu hüquqların həyata keçirilməsinə mane olan halları aradan qaldırmaqdan ibarətdir. Bu üsulun əsas istiqaməti subyektiv hüquq olan mülkiyyət hüququnu bilavasitə müdafiə etməklə şərtlənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci maddəsinə əsaslanan iddianın təmin edilməsi üçün maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi (yaxud qanuni sahibi) olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Hazırkı iddia tələbi ilə bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, qanunverici iş üzrə sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Beləliklə, baxılan mübahisə üzrə iddiaçının üzərinə düşən sübutetmə yükü qaytarılmasını tələb etdiyi əmlakın özünün mülkiyyətində (qanuni sahibliyində) olduğunun, onun cavabdehdə saxlandığının, cavabdehin həmin əşyaya qanunsuz sahiblik etməsinin sübut olunmasıdır. Məhkəmə tərkibi qeyd edir ki, cehiz və qızıl-zinət əşyaları ilə bağlı mübahisələrə baxılarkən şahid ifadələri, hadisənin baş vermə şəraiti və əşyaların faktiki hərəkət trayektoriyası xüsusi sübut əhəmiyyəti daşıyır. Hazırkı iş üzrə cavabdeh Cavabdeh tərəfindən onun evdən çıxmasına kömək etmiş əmisi şahid qismində dindirilmiş və o, ifadəsində evdən çıxarkən qızıl-zinət əşyalarının üzərində olmadığını, həmin əşyaların sonradan ondan alındığını bildirmişdir. Digər tərəfdən, iddiaçı apellyasiya şikayətində cavabdehin evdən çıxarkən qızıl-zinət əşyalarını üzərində aparmasını təsdiq edən şahidlərin mövcudluğunu bildirsə də, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsində icraatın uzun müddət davam etməsinə baxmayaraq həmin şahidlərin dindirilməsi üçün hər hansı vəsatət verilməmiş, onların məhkəmə iclasına çağırılması ilə bağlı təşəbbüs göstərilməmişdir. Beləliklə, iddiaçı prosessual hüquqlarından istifadə etməmiş (hazırlıq iclaslarında iştirak etməmiş) və sübutların təqdim edilməsi istiqamətində aktivlik nümayiş etdirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən, tərəflər öz mövqelərini əsaslandıran halları vaxtında təqdim etməli və həmin halları təsdiq edən sübutları məhkəməyə təqdim etməlidirlər. Bu öhdəliyin yerinə yetirilməməsi iddianın və ya etirazın əsaslı hesab edilməsinə imkan vermir. Eyni zamanda, cavabdehin şahid ifadələrinə tənqidi yanaşılması ilə bağlı dəlillərinə münasibətdə məhkəmə tərkibi qeyd edir ki, şahidlər məhkəmə iclasında ifadə verərkən yalan ifadə verməyə görə cinayət məsuliyyəti daşıdıqları barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilmiş və bu barədə iltizam vermişlər. Bu səbəbdən onların verdikləri ifadələrin yalnız tərəflə qohumluq münasibətlərinə əsaslanaraq etibarsız hesab edilməsi üçün hər hansı bir əsas yoxdur. Məhkəmə tərkibi hesab edir ki, şahid ifadələri digər sübutlarla birlikdə, qarşılıqlı əlaqədə və məcmu şəkildə qiymətləndirilməlidir və bu baxımdan birinci instansiya məhkəməsi sübutların qiymətləndirilməsində düzgün nəticəyə gəlmişdir. Beləliklə, iş üzrə toplanmış sübutların məcmusu göstərir ki, iddiaçının irəli sürdüyü dəlillər mötəbər sübutlarla təsdiq olunmamış, cavabdehin izahatları isə iş materialları ilə ziddiyyət təşkil etməmişdir. Yekunda məhkəmə tərkibi belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Hüquq və azadlıqların müdafiəsinə məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə müdafiəsi hüququ eyni zamanda pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Bu baxımdan, nəzərə alınmalıdır ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan (o cümlədən daxili inamından) istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Məhkəmə tərkibinin qənaətinə görə qarşılıqlı iddianın mübahisələndirilən hissədə təmin edilməməsi qanunvericiliyin yuxarıda göstərilən məqsədi, eləcə də məhkəmə müdafiəsi hüququnun tələbləri ilə uzlaşmır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə nəticəyə gələrkən mübahisəyə qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət vermiş, mübahisənin maddi və prosessual hüquqi əsaslarını düzgün müəyyən edilmiş, gəldiyi nəticəni iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırmış, təqdim edilmiş sübutlara sübutetmənin əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından qiymətləndirmiş və həqiqəti müəyyən etmək vəzifəsini yerinə yetirmişdir. Ona görə də iddiaçı İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, Yardımlı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qətnaməsi iddiaçı İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Daha sonra məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı halda qətnamədən tərəflərin kassasiya şikayəti vermək hüququ yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi Qət etdi: İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Yardımlı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qətnaməsi iddiaçı İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2(3-9)-438/2026
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-9)-438/2026
11.06.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver