Məhkəmə qərarları › İş №e-2(3-9)-537/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-9)-537/2026

04.06.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № e-2(3-9)-537/2026 04.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Hüseynov Pünhan Sübhan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh Cavabdeh iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “alimentin əmək haqqına yönəldilməklə tutulması və qətnamənin dəyişdirilməsi” tələbinə dair mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Şirvan Şəhər Məhkəməsinə müraciət edərək, Şirvan Şəhər Məhkəməsinin 2(032) ****/**** saylı, ## #### 2017-ci il tarixli qətnaməsinin dəyişdirilməsi, cavabdeh Cavabdeh iddiaçı İddiaçı xeyrinə ## ###### 2013 cü il təvəllüdlü X1 və ## ### 2015-ci il təvəllüdlü X3 üçün hər uşağa 100 manat olmaqla cəmi 200 (iki yüz) manat alimentin tutulma dəyişdirilərək cavabdeh Cavabdeh əmək haqqı və başqa gəlirlərinin 1/3 hissəsinə yönəlməklə aliment tutulması barədə qətnamə qəbul edilməsi, mediasiya üçün ödənilmiş 60 manat və vəkilə ödənilən 300 (üç yüz) manat pulun cavabdeh Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, Şirvan Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ## #### 2017-ci il tarixli qətnaməsinə əsasən cavabdeh Cavabdeh iddiaçı İddiaçı xeyrinə ## ###### 2013-cü il təvəllüdlü X1 və ## ### 2015-ci il təvəllüdlü X3 üçün Şirvan Şəhər Məhkəməsinin *(***)-***/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment artırılmış və hər uşağa 100 manat olmaqla cəmi 200 (iki yüz) manat aliment tutulmuşdur. Tərəfindən xxxx X2ə sorğu edilmiş və iddiaçının keçmiş əri Cavabdeh Şirvan şəhər RMX PHŞ-də tutduğu vəzifənin adı, aldığı maaş, bununla bərabər 2025-ci ilin yanvar ayından sorğu təqdim edilən vaxta qədər xəstəxanada çalışdığı müddətdə maaş da əlavə aldığı və əmək haqqına hesablanan əlavələr, bütün gəlirləri barədə məlumatın verilməsi xahiş edilmiş və cavab olaraq bildirilmişdir ki, Cavabdeh hal-hazırda müəssisədə həkim vəzifəsində çalışır. 2025-ci il üzrə əmək haqqı kartına köçən əmək haqqı və digər gəlirləri əldə olmuşdur. Mediasiyaya müraciət edilsə də arada razılıq olunmamışdır. Şirvan * saylı mediasiya təşkilatın mediatoru Natiq Həsənov tərəfindən mediasiya prosesi keçirilmiş və müvafiq arayış verilmiş, 60 manat mediasiya xərci ödənilmiş, bundan əlavə 300 (üç yüz manat da vəkilə pul ödənilmişdir. Həmin pul vəsaitləri cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Birinci instansiya məhkəməsində icraat Şirvan Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə (hakim Ceyhun Mustafayev) iddia təmin edilmiş, Şirvan Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ## #### 2017-ci il tarixli qətnaməsi əsasında cavabdeh Cavabdeh iddiaçı İddiaçı xeyrinə tutulan alimentin miqdarının dəyişdirilməsi, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq ## ###### 2013-cü il təvəllüdlü X1 və ## ### 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Cavabdeh hər ay qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında alimentin tutularaq iddiaçı İddiaçı verilməsi, iş üzrə iddiaçı İddiaçı tərəfindən ödənilmiş olan mediasiya xərci olaraq 60 (altmış) manat və vəkil üçün ödənilən 300 (üç yüz) manat xidmət haqqının cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı verilməsi, cavabdeh Cavabdeh 115.04 (yüz on beş manat 04 qəpik) manat dövlət rüsumunun alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İş materillarında olan: Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından ##.##.2013-cü il tarixdə X1 və ##.##.2015-ci il tarixdə X3 doğulmuşdur. Şirvan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş ## ### 2017-ci il tarixli, AZ-İ № ****** seriyalı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin nikahına ## ### 2017-ci il tarixdə xitam verilmiş və bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 84 nömrə ilə qeyd edilmişdir. Şirvan Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ## #### 2017-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Şirvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)- ***/**** saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılması, cavabdeh Cavabdeh ## ###### 2013-cü ildə anadan olmuş X1 və ## ### 2015-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər biri üçün 100 manat, cəmi 200 manat sabit pul məbləğində aliment alınaraq iddiaçı X4 verilməsi qət edilmişdir. Salyan rayon Vəkil Bürosunun vəkili Nümayəndə sorğusuna əsasən Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X2 “xxxx” X2in ## ###### 2025-ci il tarixli, 18-1 **/*-****/**** nömrəli cavab məktubundan görünür ki, Cavabdeh hal hazırda müəssisədə həkim vəzifəsində çalışır, onun 2025-ci il üzrə əmək haqqı kartına köçən əmək haqqı və bonus gəlirləri cəmi 45459.61 manat təşkil edir. Salyan rayon Vəkil Bürosunun vəkili Nümayəndə sorğusuna əsasən Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X2 “xxxx” X2in ## ###### 2025-ci il tarixli, 18-1 **/*-****/**** nömrəli cavab məktubundan görünür ki, Səfərova (Əhədova) Dürdanə Rauf qızı hal-hazırda müəssisədə həkim vəzifəsində çalışır, onun əmək haqqı kartına köçən əmək haqqı və bonus gəlirləri 2024-cü il üzrə 24455.14 manat, 2025-ci il üzrə 45072.48 manat manat təşkil edir. “AzeMis” elektron məhkəmə informasiya sistemində şəxsin gəlir məlumatlarından görünür ki, Cavabdeh “xxxx” X2 şüa diaqnostika üzrə həkim vəzifəsində işləyir, aylıq əmək haqqısı 725 manat, həmçinin “xxxx” X2 baş idarə müdiri, sosial xidmətlər vəzifəsində işləyir, aylıq əmək haqqısı 1895 manat təşkil edir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, uşaqların mənafeyini və iddiaçının himayəsində yaşamalarını, habelə digər halları nəzərə alaraq hesab etmişdir ki, ötən müddətdə uşaqlar böyüməklə onların maddi tələbatı da artmışdır. Ona görə də məhkəmə belə nəticəyə gəlmişdir ki, təyin olunmuş alimentin artırılması üçün Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar vardır. Alimentin məbləği artırılarkən həm də nəzərə alınmalıdır ki, uşağı saxlamaq hər iki valideynin vəzifəsidir və onların maddi tələbatları valideynlərin hər biri tərəfindən ödənilməlidir. Valideyn heç bir halda (hətta başqası ilə evləndikdə belə) uşaqların normal maddi təminatını ödəmək vəzifəsindən azad edilmir və qanuna görə uşaqların zəruri dolanışıq səviyyəsini təmin etməyə borcludur. Qeyd olunmalıdır ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar, uşaqların minimal dolanışıq səviyyəsindən də aşağı aliment müəyyən olunmasına əsas vermir. Çünki tərəflərin maddi vəziyyəti və diqqətəlayiq olan digər hallarla müqayisədə uşaqların mənafelərinə üstünlük verilməli, uşaqların maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir. Bu baxımdan təyin edilmiş miqdarda aliment müəyyən edilməsi, uşaqların maddi tələbatlarını təmin etmədiyi açıqaşkardır. Məhkəmə qeyd etmişdir ki, işin faktiki hallarından göründüyü kimi hazırkı mülki iş üzrə cavabdehin iş yeri vardır və aylıq olaraq müntəzəm əmək haqqı alır. Belə olan halda məkəmə hesab etmişdir ki, əvvəlki qətnamə ilə ## ###### 2013-cü il təvəllüdlü X1 və ## ### 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşınadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı sabit pul məbləğində deyil, məhz Ailə Məcəlləsinin 76-cı maddəsinin tələbləri nəzərə alınmaqla artırılaraq hər ay 2 uşağa görə qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda alimentin müəyyən edilməsi qanuni və ağlabatandır. Beləliklə, məhkəmə hesab etmişdir ki, iddia təmin edilməlidir. Alimentin tutulma müddəti ilə bağlı məhkəmə hesab etmişdir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Məhkəmə cavabdehdən vəkil xidmət haqqı, mediasiya xərci və dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab etmişdir ki, hazırkı iddia tələbi üzrə əvvəki qətnamə ilə müəyyən edilmiş alimentin məbləği cavabdehin əmək haqqı və başqa gəlirlərinin 1/3 hissəsi məbləğində artırıldığından və həmin məbləğlə bir il ərzində ödəmənin məcmusu 792 manat (792x12=9504) müəyyən edilməklə iddianın qiyməti 1000 manatdan çox olduğundan cavabdehdən 115.04 (yüz on beş manat 04 qəpik) manat tutularaq dövlət büdcəsinə ödənilməlidir. Həmçinin mediasiya ilə bağlı olaraq ödənilmiş 60 manat rüsum və vəkil üçün ödənilən 300 manat ximdət haqqı da cavabdeh Cavabdeh iddiaçı İddiaçı xeyrinə tutulmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 76.1, 78.2, 112.1-ci maddələri, “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8, 13, 19-cu maddələri, ## ###### 1989-cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3, 26-ci maddələri, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun ## #### 2016-cı il tarixli, 8-* №-li Qərarının 8.14-cü bəndi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3, 119.1, 124.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən narazı qalan cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək Şirvan Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsi, ## ###### 2013-cü il təvəllüdlü X1 və ## ### 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana qədər saxlanmalarından ötrü təyin olunmuş alimentin məbləğinin dəyişdirilərək hər ay hər bir uşağa 246 manat, cəmi 492 manat sabit pul məbləğində alimentin təyin edilməsi, mediasiya xərci olaraq 60 (altmış) manat və vəkil üçün ödənilən 300 (üç yüz) manat xidmət haqqının, 115.04 (yüz on beş manat 04 qəpik) manat dövlət rüsumunun İddiaçı aid edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəfindən həmin aliment bu günədək ödənilir, uşaqlara əlavə xərclərin çəkilməsi də tərəfindən təmin edilmişdir. Məhkəmənin qətnaməsi ilə uşaqların həftədə iki gün olmaqla ata ilə görüşməsi nəzərdə tutulsa da, iddiaçı tərəfindən ona neçə illər ərzində uşaqları ilə görüşməyinə imkan verilməmiş, uşaqlarını ona nifrət ruhunda tərbiyə edərək onlarda ona qarşı kin yaratmışdır. Uşaqları ilə görüşmək üçün dəfələrlə icra qurumlarına müraciət etmiş, bununla bağlı İddiaçı barəsində inzibati tənbeh tədbirinin də görülməsinə baxmayaraq bu günədək uşaqları ilə görüşməyi mümkün olmamışdır. İddiaçı mediasiya təşkilatına müraciət etsə də, özü mediasiya prosesində iştirak etməmişdir. Qeyd edir ki, İddiaçı xxxx X2 həkim vəzifəsində işləyir. Tərəfindən xxxx X2inə İddiaçı 2024-2025-ci illər ərzində əmək haqqı və digər gəlirləri barədə sorğu ünvanlanmış, həmin sorğuya cavab olaraq İddiaçı xxxx X2 həkim vəzifəsində işlədiyi və 2024-2025-ci illər ərzində əmək haqqı və digər gəlirləri barədə məlumat təqdim edilmişdir. Qeyd edilən məlumatda İddiaçı gəlirlərinin demək olar ki, onun gəlirləri ilə eyni olması, bəzi aylarda isə gəlirlərinin ondan daha çox göstərilmişdir. İddiaçı gəlirləri 2025-ci ildə əvvəlki ildən təxminən iki dəfə çox olmuşdur. 2024-cü ildə iddiaçının gəlirləri indiki gəlirlərindən iki dəfə az olsa da, o, gəlirləri artandan sonra alimentin ödənilməsi üsulunun dəyişdirilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Bu hal bir daha İddiaçı məqsədinin onunla şəxsi ədavətinin olmasını, əsassız olaraq alimentin miqdarını artırmaqla onun və ailəsinin maddi durumlarını çətinliyə salmaqdan ibarət olmasını göstərir. Qeyd edir ki, İddiaçı ilə boşandıqdan sonra X10 ilə nikahlarını rəsmi olaraq qeyd etdirərək evlənmiş və həmin evlilikdən bir azyaşlı övladları var. Həyat yoldaşı işləmir, həmçinin ata və anası da onun himayəsində yaşayır. Məhkəmə təyin olunmuş alimentin miqdarını dəyişərkən İddiaçı xxxx X2 həkim vəzifəsində işləməsi və aylıq rəsmi gəlirinin olmasını, xxxx X2i tərəfindən təqdim edilmiş 2024-2025-ci illər ərzində əmək haqqı və digər gəlirləri barədə məlumatda İddiaçı gəlirlərinin onunla eyni olmasını, İddiaçı ilə boşandıqdan sonra X10 ilə ailə qurmaqlarını, həmin evlilikdən bir azyaşlı uşaqlarını olmasını, həyat yoldaşının işləməməsini, həmçinin ata və anasının da onun himayəsində olmasını, ailədə yeganə qazanc gətirən şəxsin o olmağını nəzərə almamışdır. Alimentin miqdarının dəyişdirilməsinin onu və ailəsini ciddi maddi sıxıntılara salacağını nəzərə almamışdır. Aellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh izahat verərək bildirmişdir ki, apellyasiya şikayətini müdafiə edir və təmin edilməsini xahiş edir. O, birinci instansiya məhkəməsinin qətnaməsi ilə bugünkü gündə razı deyil. Çünki qətnamədə aliment müəyyən olunsa da onun əsaslandırılması və nəyə görə o qənaətə gəlməsi onu qane etmir. O bugünkü gündə öz uşaqlarını görə bilmir. Uşağı saxlamaq həm ananın, həm də ananın borcudur. Bu gün iddiaçı özü kifayət qədər əmək haqqı alır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə izahat verərək bildirmişdir ki, apellyasiya şikayətini qəbul etmir. Apellyasiya şikayətinə baxdıqda demək olar ki, şikayət onunla əsaslandırılmışdır ki, uşaqların üzünü məhz atası görə bilmir. Eyni zamanda Konstitusiyaya da əsaslanmışdır ki, məhz uşaqları saxlamaq hər iki valideynin borcudur. Bugünkü gündə ana da öz aldığı əmək haqqı ilə uşaqlarını saxlayır. Birinci instansiya məhkəməsinin qətnaməsinə gəldikdə isə cavabdeh qeyd edir ki, əsaslandırma onu qane etmir. Burada xüsusi hər hansı əsaslandırmaya ehtiyac yoxdur. Ailə Məcəlləsi qeyd edir ki, bu gün alimentin müəyyən olunması zamanı aliment ya sabit pul məbləğinə, ya da əmək haqqına yönəldilir. İddiaçı da buna uyğun olaraq cavabdehin əmək haqqına yönəldilməsi ilə bağlı ərizə vermişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının: 17-ci maddəsinin 2-ci bəndinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinə əsasən uşaqlara qayğı göstərmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.2-ci maddəsinə əsasən, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 78.1-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 78.2-ci maddəsində göstərilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 75.4-cü maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 112.1-ci maddəsinə əsasən, alimetin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. «Uşaq hüquqları haqqında» Konvensiyanın: 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. 18-ci maddəsinin 1-ci bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin ediliməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. “Uşaq hüquqları haqqında” Qanunun: 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial, hüquqi və digər tədbirləri görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, cavabdeh Şirvan Şəhər Məhkəməsinin ##.##.2026cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsi, ## ###### 2013-cü il təvəllüdlü X1 və ## ### 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana qədər saxlanmalarından ötrü təyin olunmuş alimentin məbləğinin dəyişdirilərək hər ay hər bir uşağa 246 manat, cəmi 492 manat sabit pul məbləğində alimentin təyin edilməsi, mediasiya xərci olaraq 60 (altmış) manat və vəkil üçün ödənilən 300 (üç yüz) manat xidmət haqqının, 115.04 (yüz on beş manat 04 qəpik) manat dövlət rüsumunun İddiaçı aid edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilibedilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olubolmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə tərkibi Şirvan Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)- ****/**** saylı qətnaməsini apellyasiya şikayətlərinə münasibətdə apellyasiya şikayətlərinin dəlilləri həcmində-iddianın təmin edilmiş hissəsində tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərini nəzərə alaraq mübahisəni düzgün olaraq yuxarıda qeyd edildiyi kimi həll etmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Hazırkı iş üzrə müəyyən edilmişdir ki, iddiaçı, alimentin miqdarının artırılmasını müəyyənləşdirilmiş aliment məbləğinin uşağın tələbatının çoxalması və cavabdehin yüksək əmək haqqı almasına əsaslanmaqla tələb etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, məhkəmə təyin olunmuş alimentin miqdarını dəyişərkən İddiaçı xxxx X2 həkim vəzifəsində işləməsi və aylıq rəsmi gəlirinin olmasını, xxxx X2i tərəfindən təqdim edilmiş 2024-2025-ci illər ərzində əmək haqqı və digər gəlirləri barədə məlumatda İddiaçı gəlirlərinin onunla eyni olmasını, İddiaçı ilə boşandıqdan sonra X10 ilə ailə qurmaqlarını, həmin evlilikdən bir azyaşlı uşaqlarını olmasını, həyat yoldaşının işləməməsini, həmçinin ata və anasının da onun himayəsində olmasını, ailədə yeganə qazanc gətirən şəxsin o olmağını nəzərə almamışdır. Məhkəmə tərkibi cavabdehin apellyasiya şikayətinə münasibət bildirir və qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizələrdən ibarətdir. Məhkəmə tərkibi qeyd edir ki, 2017-ci il üçün uşaqlar üçün müəyyən edilmiş 200 manat (hər uşağa münasibətdə 100 manat) aliment məbləğini nəzərdən keçirdikdə müəyyən etmək olur ki, birinci instansiya məhkəməsi alimentin məbləğini cavabdeh Cavabdeh hər ay qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında qət etməklə əslində hər iki tərəfin mənafeyini nəzərə almışdır. Eyni zamanda məhkəmə tərkibi qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən aliment məbləği müəyyən edilərkən uşaqların layiqli, firəvan yaşayış səviyyəsi, təlimtərbiyəsi, təhsili, sosial müdafiəsi, sağlamlığının yüksək səviyyədə təşkili, tərəflərin maddi həyat şəraiti və uşaqların mənafeyi nəzərə alınaraq uşaqların saxlanması üçün cavabdeh Cavabdeh hər ay qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında alimentin tutularaq iddiaçı İddiaçı verilməsi ilə bağlı gəldiyi nəticə əsaslı olduğundan apellyasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin təmin edilməsi üçün əsas ola bilməz. Məhkəmə tərkibi qeyd edir ki, apellyatorun yeni nikahdan uşağının olması onu birinci nikahdan olan uşaqlarının firavan həyat şəraitində saxlanması vəzifəsindən azad etmir. Bundan başqa cavabdeh iddiaçının işləməsi və yüksək gəlir əldə etməsinə istinad etsə də, bu dəlil əsassızdır. Valideynlərin hər ikisinin gəlir əldə etməsi onların uşaqları saxlamaq üzrə birgə məsuliyyətini aradan qaldırmır və xüsusilə də atanın üzərinə düşən aliment öhdəliyinin azaldılması üçün müstəqil əsas kimi çıxış etmir. Ananın gəlirinin olması uşaqların təminat yükünü təkbaşına onun üzərinə yönəltməməklə cavabdehin daha az aliment ödəməsinə dəlalət edə bilməz. Eyni zamanda cavabdehin yeni nikahdan uşağının olması, həyat yoldaşının işləməməsi və valideynlərinin onun himayəsində olması kimi halları da alimentin artılmaması üçün əsas hesab edilə bilməz. Qanunvericiliyin mənasına görə, valideyn öz sonrakı ailə vəziyyətini dəyişməklə əvvəlki nikahdan olan uşaqlar qarşısında daşıdığı öhdəlikləri məhdudlaşdıra bilməz. Bu kimi hallar cavabdehin şəxsi həyat seçimlərinin nəticəsi olmaqla, onun birinci nikahdan olan uşaqların saxlanmasına dair vəzifələrinə təsir etməməkdədir. Bundan əlavə, iş materialları ilə müəyyən olunmuşdur ki, cavabdeh müntəzəm və kifayət qədər gəlir əldə edir və bu baxımdan onun gəlirinin müəyyən hissəsinin, yəni üçdə birinin uşaqların saxlanmasına yönəldilməsi nə həddən artıq, nə də qeyri-mütənasib hesab oluna bilməz. Əksinə, bu yanaşma uşaqların artan tələbatlarının təmin olunmasına xidmət etməklə onların mənafelərinin qorunmasına yönəlmişdir. Məhkəmə tərkibi həmçinin qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Məhkəmə tərkibi uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını nəzərə alır. Qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir; lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur, bununla belə, yaşayış minimumu həddində tutulan aliment belə, heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir. Məhkəmə tərkibi qeyd edir ki, cavabdehin uşaqlarla görüşməsinə şərait yaradılmaması, iddiaçı ilə aralarında şəxsi ədavətin olması barədə göstərdiyi hallar hazırkı mübahisənin predmetinə aid deyildir. Belə ki, valideynin uşaqla ünsiyyət və görüş hüququ ayrıca hüquqi münasibətlər çərçivəsində tənzimlənir. Görüş hüququnun pozulması iddiası mövcud olduqda, bu, ayrıca qaydada mübahisələndirilməli və həll edilməlidir. Eyni zamanda, aliment öhdəliyinin yerinə yetirilməsi valideynin digər valideynlə olan şəxsi münasibətlərindən və ya aralarındakı mübahisələrdən asılı deyildir. Uşaqların saxlanılması üçün tutulmuş aliment heç bir halda digər valideynə qarşı təsir və ya təzyiq vasitəsi kimi qiymətləndirilə bilməz. Aliment birbaşa uşaqların mənafeyinə xidmət edən hüquqi institutdur və onun ödənilməsi valideynin mütləq vəzifəsidir. Məhkəmə tərkibi uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını, uşağın məktəbli yaşında olmaqla təlabatlarının artmasını, valideynlərin uşaqlarını saxlamağa borclu olmalarını, eləcə də diqqətəlayiq olan halları nəzərə alaraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Beləliklə məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şirvan Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392-393, və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi qət etdi: Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi cavabdeh Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar