Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № e-2(3-9)-601/2026 16.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər İlham Qoşunəli oğlu Əsədov (sədrlik edən və məruzəçi), X7 və X8 ibarət tərkibdə, Zaur Nəsir oğlu Dəmirovun katibliyi, tərəflərin iştirakı ilə, Şirvan Şəhər Мəhkəməsinin ## #### 2026-cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında, iddiaçı İddiaçı cavabdeh Cavabdeh Mehralı qızına qarşı alimentin məbləğinin azaldılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ilə Cavabdeh Mehralı qızı ## ###### 2011-ci ildən rəsmi nikahda olmuşlar. Bu nikahdan 2 uşaq- ##.##.2012-ci il təvəllüdlü Mirnəzrin və ##.##.2013-cü il təvəllüdlü Mirkənan doğulmuşdur. Tərəflər arasındakı nikah Şirvan Şəhər Məhkəməsinin ## ### 2019-cu il tarixli, *(***)- ***/**** saylı qətnaməsi ilə pozulmuş, həmin qətnamə ilə birgə nikahdan doğulmuş uşaqların ana- X3 yanında qalmaları müəyyən edilmiş, İddiaçı ## ###### 2019-cu il tarixdən başlayaraq uşaqlar yetkinlik yaşına çatana qədər onların saxlanması üçün hər ay hər biri üçün 100 manat, cəmi 200 manat sabit pul məbləğində alimentin X3 ödənilməsi qət edilmişdir. Sonra Cavabdeh ərizəsi əsasında alimentin indeksasiyası həyata keçirilmiş, Şirvan Şəhər Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı ilə ##.##.2012-ci ildə anadan olmuş X4 və ##.##.2013-cü ildə anadan olmuş X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün İddiaçı sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,77 misli həddində sabit pul məbləğində aliment tutulması müəyyən edilmişdir. Hazırda İddiaçı iddia ilə məhkəməyə müraciət edərək, Şirvan Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə ondan tutulmalı olan, sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,77 misli həddində sabit pul məbləğində alimentin miqdarının dəyişdirilərək azaldılmasını, ##.##.2012-ci il təvəllüdlü X4 və ##.##.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonralı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,35 misli həddində sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çxarılmasını xahiş etmişdir. İddiaçı tələbini aşağıdakı kimi əsaslandırmışdır: Cavabdehlə nikahları pozulduqdan sonra birgə nikahdan doğulan uşaqları hazırda cavabdehin himayəsində yaşayırlar. Şirvan Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə, ##.##.2012-ci ildə anadan olmuş X4 və ##.##.2013-cü ildə anadan olmuş X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün İddiaçı sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,77 misli həddində sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. Faktiki olaraq məhkəmə tərəfindən aliment məbləği artırılmışdır. Müəyyən edilmiş aliment məbləği hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının müəyyən misli həddində sabit pul məbləği həddində indeksasiya tətbiq etməklə (400 x 0.77 = 308 manat) onun onsuz da ağır olan vəziyyətini daha da ağırlaşdırır. Səhhəti ilə əlaqədar (II qrup şəkərli diabet) müalicələr alır. Hazırda işləməklə 360 manat əmək haqqı alır. X5 ağır əməliyyat keçirməsi səbəbindən “xxxx” ASC-nin Salyan filialına 11700 manat kredit məbləğini ödəyir. Ailəlidir. Gündəlik ailə xərclərinin, kredit məbləğinin ödənilməsini və cavabdehlə birgə nikahdan doğulmuş övladlarının saxlanması üçün Şirvan Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş ##.##.2019-cu il tarixli qətnaməsi üzrə müəyyən edilmiş aliment məbləğinin ödənilməsini çətinliklə olsa da icra edir. Digər övladları ilə ünsiyyətdə ola bilmir. Cavabdehin süni maneələr yaratması səbəbindən onun hüquqları pozulur. Övladlarını çox istəyir, təyin edilmiş aliment məbləğindən kənarda bacardıqca köməklik etmişdir. Birinci instansiya məhkəməsində cavabdeh Cavabdeh Mehralı qızı iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, indeksasiya nəticəsində hazırda hər bir uşaq üçün ödənilən alimentin məbləği 308 manat təşkil edir. İddiaçı rəsmi olaraq 360 manat əmək haqqı almasını qeyd etməsinə baxmayaraq, onun əlavə gəlirləri vardır. Belə ki, iddiaçı özü “dönərxana fəaliyyəti” ilə məşğul olur. Özü 500 manat əmək haqqı alır və bu məbləğ mövcud şəraitdə uşaqların saxlanılması üçün kifayət etmir. Şirvan Şəhər Məhkəməsinin (hakim C.Mustafayev) ## #### 2026-cı il tarixli qətnaməsi ilə Cavabdeh Mehralı qızının iddiası qismən təmin edilmiş, Şirvan Şəhər Məhkəməsinin *(***)- ***/**** saylı, ## ###### 2025-ci il tarixli qərardadı ilə İddiaçı tutulmuş minimum əmək haqqının 0,77 misli həddində müəyyən edilmiş sabit pul məbləğində alimentin indeksi dəyişdirilərək, hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla İddiaçı Cavabdeh Mehralı qızının xeyrinə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər uşağa münasibətdə 0,65 misli həddində sabit pul məbləğində alimentin tutulması, iddianın qalan hissədə təmin edilməməsi, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədən iddiaçı İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, Şirvan Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə müəyyən edilmiş, alimentin tutulması hissəsində dəyişdirilərək alimentin azaldılmasını, ##.##.2012-ci il təvəllüdlü X4 və ##.##.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün borcludan sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,35 misli həddində sabit pul məbləğində aliment tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətdə göstərilir ki, müəyyən edilmiş aliment məbləği hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının müəyyən misli həddində sabit pul məbləği həddində indeksasiya tətbiq etməklə (400 x 0.77 = 308 manat) onun onsuzda ağır olan vəziyyətini daha da ağırlaşdırır. Səhhəti ilə əlaqədar (II qrup şəkərli diabet) müalicələr alır. Hazırda işləməklə 360 manat əmək haqqı alır. Əlavə olaraq bildirir ki, X5 ağır əməliyyat keçirməsi səbəbindən xxxx Salyan filialından 11700 manat kerdit məbləğini ödəyir. Ailəlidir. Gündəlik ailə xərclərini, kredit məbləğinin ödənilməsini və cavabdehlə birgə nikahdan doğulmuş övladlarının saxlanması üçün Şirvan Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş *(***)-***/**** saylı, ##.##.2019-cu il tarixli qətnaməsi üzrə müəyyən edilmiş aliment məbləğinin ödənilməsi çətinliklə də olsa icra edir. Digər tərəfdən cavabdehlə birgə nikahdan anadan olmuş övladları ilə ünsiyyətdə ola bilmir. Cavabdeh süni maneələr yaratmaqla onun hüquqlarını pozur. İzahatlar Apellyasiya baxışında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin olunmasını xahiş etmiş və izahatında bildirmişdir ki, alimentin azaldılmasını istəyir. Alimentin artırılmasından sonra alimenti ödəyə bilmir. Əvvəl satıcı işləyirdi. 414 manat maaş alırdı. Hazırda işləmir. Şəkər xəstəsidir. Hazırda 350-400 manat ödəmək imkanı çatır. Cavabdeh Cavabdeh Mehralı qızı apellyasiya şikayətinin dəlillərini etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etmiş, izahatında bildirmişdir ki, alimentin azaldılmasına etiraz edir. 8 ildir uşaqları tək böyüdür. 200 manat alimentlə uşaqları dolandıra bilmir. Uşaqların hər ikisi məktəblidir. Qızı- 9-cu sinifdə, oğlu- 8-ci sinifdə oxuyur. İddiaçının imkanları var, aliment ödəyə bilər. Həmçinin iddiaçının dönər satış məntəqəsi var. Əsaslandırma Məhkəmə Kollegiyası məruzəni, izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş üzrə materiallarla araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməli, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşin hallarından görünür ki, iddiaçı ilə cavabdehin rəsmi nikahından 2 uşaq- ##.##.2012ci il təvəllüdlü Mirnəzrin və ##.##.2013-cü il təvəllüdlü Mirkənan doğulmuşdur. Tərəflər arasındakı nikah Şirvan şəhər Məhkəməsinin ## ### 2019-cu il tarixli, *(***)- ***/**** saylı qətnaməsi ilə pozulmuş, həmin qətnamə ilə birgə nikahdan doğulmuş uşaqların ananın yanında qalmaları müəyyən edilmiş, İddiaçı ## ###### 2019-cu il tarixdən başlayaraq uşaqlar yetkinlik yaşına çatana qədər onların saxlanması üçün hər ay hər biri üçün 100 manat, cəmi 200 manat sabit pul məbləğində alimentin X3 ödənilməsi qət edilmişdir. Sonra Cavabdeh ərizəsi əsasında alimentin indeksasiyası həyata keçirilmiş, Şirvan şəhər Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı ilə uşaqlar yetkinlik yaşına çatana qədər saxlanması üçün İddiaçı sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,77 misli həddində sabit pul məbləğində alimentin tutulması müəyyən edilmişdir. Hazırki tələbində iddiaçı alimentin miqdarının azaldılmasını xahiş etmişdir. İddiaçı hazırki tələbində müəyyən olunmuş minimum əmək haqqının 0,77 misli həddində sabit pul məbləğində alimentin dəyişdirilərək azaldılmasını, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün sonralı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,35 misli həddində sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çxarılmasını xahiş etmişdir. Kollegiya hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” ## #### 2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). ... Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Qərarda qeyd edilir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir (8.2 və 8.3-cübəndlər). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair ## #### 2016cı il tarixli qərarında qeyd olunmuşdur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. İddiaçı şəkər xəstəsi olduğunu, hazırda işsiz olduğunu aylıq qazancının olmadığını, ailəli olduğunu bildirmişdir. Elektron məhkəmə informasiya sistemindən çıxarışdan müəyyən edilir ki, İddiaçı “X1” şirkətində bölmə rəhbəri / bölgə müdiri işləməklə, onun aylıq əmək haqqı 600 manat təşkil edir. Kollegiyanın qənaətinə görə, borclunun ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunu nəzərə alaraq təyin edilmiş alimentin miqdarının azaldılması hazırki vəziyyətdə mümkündür. Kollegiya hesab edir ki, təyin edilmiş alimentin miqdarı azaldılmalı, tərəflərin birgə nikahından doğulan uşaqların saxlanılması üçün borclu İddiaçı tələbkar Cavabdeh Mehralı qızının xeyrinə tutulmalı olan aliment hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər uşağa münasibətdə 0,55 misli həddində müəyyən edilməlidir. Beləliklə, Kollegiya belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməli, iddia qismən təmin edilməli, Şirvan Şəhər Məhkəməsinin *(***)-***/**** saylı, ## ###### 2025-ci il tarixli qərardadı ilə İddiaçı tutulmalı olan minimum əmək haqqının 0,77 misli həddində sabit pul məbləğində alimentin miqdarı dəyişdirilməli və hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla İddiaçı Cavabdeh Mehralı qızının xeyrinə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər uşağa münasibətdə 0,55 misli həddində sabit pul məbləğində aliment tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki halda mübahisələndirilən hissədə iddianın qiyməti (azaldılması tələb edilən məbləğin illik məcmusu) Qanunla müəyyən edilmiş həddən az olduğu üçün qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.3, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qət etdi: İddiaçı İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan Şəhər Мəhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-**/**** saylı qətnaməsi dəyişdirilsin. İddia qismən təmin edilsin. Şirvan Şəhər Məhkəməsinin *(***)-***/**** saylı, ## ###### 2025-ci il tarixli qərardadı ilə İddiaçı tutulan minimum əmək haqqının 0,77 misli həddində sabit pul məbləğində alimentin miqdarı dəyişdirilərək azaldılsın və hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla İddiaçı Cavabdeh Mehralı qızının xeyrinə hər uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,55 misli həddində sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal qanuni qüvvəyə minir və ondan kassasiya qaydasında şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2(3-9)-601/2026
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-9)-601/2026
16.06.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver