Məhkəmə qərarları › İş №e-2(3-9)-640/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-9)-640/2026

07.07.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № e-2(3-9)-640/2026 07.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər İlham Qoşunəli oğlu Əsədov (sədrlik edən və məruzəçi), X10 və X13 ibarət tərkibdə, Dəmirov Zaur Nəsir oğlunun katibliyi, iddiaçı Abbasova (Xudayeva) Sevda Qaraxan qızının iştirakı ilə Şirvan Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı Abbasova (Xudayeva) Sevda Qaraxan qızının cavabdeh Əhməd Təranə Ağabala qızına qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Əhməd Təranə Ağabala qızı tərəfindən əmlakın özəlləşdirilməsi müddətindən etibarən cəmiyyətin fəaliyyəti, fəaliyyət dövrü ərzində illik və maliyyə hesabatları, səhm sahibinə emitentin mənfəətinin səhmdara çatası hissəsinin (dividendlərin) 15000 (on beş min) manatının ödənilməsi və ödənilmiş məhkəmə xərclərinin alınaraq verilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ##.##.1986-cı il tarixdən Şirvan şəhərində yerləşən * saylı Şəfəq uşaq bağçasında tərbiyəçi vəzifəsinə işləmiş, 20 il çalışdığı müddət ərzində dövlət əmlakının özəlləşdirilməsi zamanı ##.##.2007-ci il tarixdə çalışdıqları bağça Ağayeva (Əhməd) Təranə Ağabala qızı tərəfindən özəlləşdirilmişdir. Özəlləşdirmə aparılan zamanda əmlakın 0.33 hissəsini özəlləşdirmə çekini cavabdehə təqdim etməklə səhmlər üzrə payı müəyyən edilməklə yaratdıqları cəmiyyət (VÖEN **********) üzrə payçıdır. Qeyd edilən pay üzrə hüquqları daşınmaz əmlakın dövlət reyestrində ##.##.2013-cü il tarixdə 1313002177 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. Qeyri-yaşayış binasının 2007-ci ildən etibarən 5 il müddətində bağça kimi fəaliyyət göstərmiş, əmlak üzrə digər qeyri-yaşayış sahələri (xxxx) icarə müqaviləsi əsasında indiyədək fəaliyyətdədir. Sonradan, yəni ##.##.2025-ci il tarixdə iddiaçının nümayəndəsi və vəkili nümayəndə1 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək cavabdeh Əhməd Təranə Ağabala qızı tərəfindən əmlakın özəlləşdirilməsi müddətindən etibarən qeyri-yaşayış sahəsinin fəaliyyət dövrü ərzində pay sahibinə çatası mənfəət hissəsinin (payına uyğun gəlir hissəsinin) 15000 (on beş min) manatının ödənilməsi və ödənilmiş məhkəmə xərclərinin alınaraq verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı X4 cavabdeh Əhməd Təranə Ağabala qızına qarşı cavabdeh tərəfindən əmlakın özəlləşdirilməsi müddətindən etibarən cəmiyyətin fəaliyyəti, fəaliyyət dövrü ərzində illik və maliyyə hesabatları, səhm sahibinə emitentin mənfəətinin səhmdara çatası hissəsinin (dividendlərin) 15000 (on beş min) manatının ödənilməsi və ödənilmiş məhkəmə xərclərinin alınaraq verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbində göstərmişdir ki, səhmlər üzrə payı müəyyən edilməklə yaradılmış cəmiyyət (VÖEN **********) üzrə payçıdır. Qeyd edilən pay üzrə hüquqları daşınmaz əmlakın dövlət reyestrində ##.##.2013-cü il tarixdə 1313002177 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. Qeyri-yaşayış binasının 2007-ci ildən etibarən 5 il müddətində bağça kimi fəaliyyət göstərmiş, əmlak üzrə digər qeyri-yaşayış sahələri (xxxx) icarə müqaviləsi əsasında indiyədək fəaliyyətdədir. Hazırda iddia tələbi üzrə dəqiqləşmə verilməsi zərurəti yaranmışdır. X4 ##.##.1986-cı il tarixdən Şirvan şəhərində yerləşən * saylı Şəfəq uşaq baxçasında tərbiyəçi vəzifəsinə çalışdığı müddət ərzində maddi təminatın olmaması səbəbindən işçilərin şəxsi vəsaitləri hesabına otaqları qismən təmir edilmişdir. ##.##.2007-ci il tarixdə cavabdeh Əhməd Təranə Ağabala qızı dövlət əmlakının özəlləşdirilməsindən sonra qeyriyaşayış sahəsində ailəsi ilə birlikdə yaşamış, yaşadığı otaqları təmir etdirməklə ərazidə olan torpaq sahəsində əkin-abadlıq işləri aparmaqla meyvə ağacları əkmişlər. Yəni şəxsi fərdi yaşayış evinə və həyətyanı sahəyə uyğun qulluq edilməklə ərazidə olan qeyri-yaşayış sahələri icarəyə verilməklə mənfəət əldə etmişdir. X4 çalışdığı baxçadan çıxdıqdan sonra cavabdehin şəxsi evi kimi yaşadığı fəaliyyət göstərməyən qeyri-yaşayış sahəsinə dair heç bir kommunal ödənişlər etməyə borclu olmamışdır. Digər tərəfdən cavabdehin qeyri-yaşayış sahəsinin 98.88 hissəsinin icarəyə verməklə mənfəət əldə etməsi və ya əldə edilmiş gəlirdən yaxşılaşdırma (təmir) işlərinin aparılması pay sahibi olan iddiaçı ilə razılaşdırılmamışdır. Hesab edirlər ki, əmlak paylar üzrə naturada bölünmədiyindən icarəyə verilən 98.88 hissəsində iddiaçının payına toxunulmaması yalnış yanaşmadır. Qeyri-yaşayış sahələri üzrə 2007-ci ildən etibarən xərclər və icarə müqaviləsi əsasında əldə edilmiş gəlirlər barədə payçılara heç bir məlumat verilməmiş və ya mülkiyyətçilərin (səhm sahiblərinin yığıncağı) iclası təşkil edilməklə keçirilməmiş, payçılara əldə edilmiş gəlirlərdən heç bir hissəsi ödənilməmişdir. Birinci instansiya məhkəməsində cavabdeh Cavabdeh nümayəndəsi nümayəndə2 iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş iddia tələbinin dəqiqləşdirilməsinə dair etirazı ##.##.2025-ci il tarixdə elektron kabinet vasitəsi ilə məhkəməyə daxil olmuşdur. Etiraz ərizəsinə görə, iddia tərəfinin verdiyi qəliz iddiadan aydındır ki, iddia tərəfi Şirvan Şəhər Məhkəməsinə müraciət edərək, “paylı mülkiyyətdə olan Şirvan şəhər, T.İsmayılov küçəsi 4 ünvanında yerləşən * saylı “Şəfəq” uşaq bağçasının istifadəsindən götürülən gəlirin iddiaçı Sevda Abbasovanın 0,33 faiz payına uyğun surətdə onunla bölüşdürülməsini” tələb edir. Lakin sözgedən tələb irəli sürülərkən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sorna Mülki Məcəllə) 215, 216, 217 tələbləri əvəzinə Həmin Məcəllənin 98, 99-cu maddələrinin tələbləri nəzərə alınmış və həmin qaydalar tətbiq edilməklə iddiyaçıya ödəniş olunması xahiş edilmişdir. İlk öncə qeyd edilməlidir ki, “Özəlləşdirmə aparılan zamanda əmlakın 0.33 hissəsini özəlləşdirmə çekini cavabdehə təqdim etməklə səhmlər üzrə payı müəyyən edilməklə yaradılmış cəmiyyət (VÖEN **********)” anlayışı özü-özlüyündə yanlış anlayışıdır. Belə ki, Sevda Abbasova özəlləşdirmə aprarılan zaman “6-10 manat aralığında olan çeki”ni təqdim etməklə Şirvan şəhər, T.İsmayılov küçəsi 4 ünvanında yerləşən * saylı “Şəfəq” uşaq bağçasında 0.33 payla mülkiyyət hüququ əldə etmişdir. Hal hazırda Sevda Abbasovanın Daşınmaz Əmlakın Reyestrində ************-***** nömrəli əmlak üzrə mülkiyyət hüququ 0,33 faiz payla ********** nömrəli qeydiyyat üzrə tanınır. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, heç də mübahisə obyekti səhmlər üzrə payı müəyyən edilməklə yaradılmış səhmdar cəmiyyət deyil və iddia tərəfinin iddia ərizəsində adını çəkdiyi ********** nömrəli VÖEN fiziki şəxs olan Əhməd Təranə Ağabala qızına məxsusdur. Qeyd olunmuş https://www.taxes.gov.az/az/page/vergi-ucotunaalinmis-vergiodeyicileri-barede melumatlarin-verilmesi linkindən VÖEN nömrəli yazılmaqla həmin məlumatı təsdiq etmək mümkündür. İddia ərizəsinə hər hansı hüquqi şəxsin mövcud olması ilə əlaqədar sənəd təqdim edilmədiyindən, bu barədə heç bir təsdiqedici məlumat verilmədiyindən bu hissədə iddiaçının tələbi əsassızdır. Bundan əlavə, iddia ərizəsində qeyri yaşayış sahəsi üzrə 2007-ci ildən etibarən xərclər və icarə müqaviləsi əsasında əldə edilmiş gəlirlər barədə payçılara heç bir məlumat verilməməsi və ya mülkiyyətçilərin (səhm sahiblərinin yığıncağı) iclası təşkil edilməklə keçirilməməsi, payçılara əldə edilmiş gəlirlərdən heç bir hissəsinin ödənilməməsinə münasibətdə qeyd edir ki, paylı mülkiyyətdə olan əmlakın istifadəsindən əldə edilmiş gəlirlər barədə digər payçılara məlumat verilməsi və ya bu barədə mülkiyyətçinin iclası təşkil edilməklə keçirilməsi Mülki Məcəllənin 215-217-ci maddələrinə nəzərdə tutulmamışdır. İddia ərizəsinin “payçılara əldə edilmiş gəlirlərdən heç bir hissəsinin ödənilməməsi” hissəsinə münasibətdə qeyd edir ki, ## #### 2025-ci il tarixli iddia ərizəsinə etiraza əlavə edilmiş müqavilələrdən və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər İdarəsinin təqdim etdiyi ## ######## 2025-ci il tarixli məktubundan görünür ki, əmlakın ümumi sahəsi 2145.90 kvadratmetr olsa da, Əhməd Təranə Ağabala qızının Şirvan şəhəri, T. İsmayılov küçəsi, ev 4 ünvanında yerləşən, ümumi sahəsi 2117.57 kvadratmetr olan, **********-21001 kodlu, “İcarə obyekti” adlı” aktiv təsərrüfat subyekti (obyekti) vergi orqanında uçotdadır. Yəni, Şirvan şəhəri, T. İsmayılov küçəsi, ev 4 ünvanında yerləşən uşaq bağçasının 28,33 kvadratmetri hal hazırda istifadəsizdir. 2117.57 kvadratmetr əmlakın 98,68 faizini təşkil edir ki, Mülki Məcəllənin 215.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir və sözügedən maddənin tələbləri nəzərə alınmaqla əmlakın 2117.57 kvadratmetr icarəyə verilmiş, **********-21001 kodlu, “İcarə obyekti” adlı” aktiv təsərrüfat subyekti kimi (obyekti) vergi orqanında uçota alınmış və Şirvan şəhəri, T. İsmayılov küçəsi, ev 4 ünvanında yerləşən obayekyin yalnız Təranə Əhmədə aid 98,68 faiz hissəsi həmin paya nisbətdə olan 2117.57 kvadratmetrdən istifadə edərək ondan gəlir əldə etmiş və qanunamüvafiq qaydada vergisini ödəmişdir. Təranə Əhməd paylı mülkiyyətdə olan əşyayanın 100 faizi istifadə edilmədiyi üçün, həmçinin Sevda Abbasovanın əmlakın 100 faizini istifadə etməkdə marağı olmadığı və nəticə etibari ilə bu niyyətini Təranə Əhmədə rəsmi şəkildə bildirmədiyi üçün onun razılığı əldə edilməmişdir. İddia ərizəsinin dəyişdirilmiş halında Təranə Əhmədin Şirvan şəhəri, T.İsmayılov küçəsi, ev 4 ünvanında yaşamasını, məhz bu səbəbdən də oranı təmir etdirməsi qeyd edilməsinə münasibətdə isə qeyd edilir ki, Təranə Əhməd əmlakın 99,01 faiz payla mülkiyyətçisidir. Lakin iddiaçının xəyali hesabladığı məbləği, yəni əmlakı yüz faiz istifadəsindən xalis mənfəət kimi əldə etməsini təsdiq edəcək heç sübut təqdim edə bilməmişdir. Ona görə 15.000 manatının ödənilməsi tələbi əsassızdır. Şirvan Şəhər Məhkəməsinin (hakim A.Məmmədli) ## ##### 2026-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh Əhməd Təranə Ağabala qızından 765 (yeddi yüz altmış beş) manat məbləğində pulun alınaraq iddiaçı Abbasova (Xudayeva) Sevda Qaraxan qızına ödənilməsi, məhkəmə xərclərinin 5 faizinin cavabdehə aid edilməsi, cavabdeh Əhməd Təranə Ağabala qızından dövlət rüsumu üçün ödənilmiş pulun 30 (otuz) manat hissəsinin alınaraq iddiaçı Abbasova (Xudayeva) Sevda Qaraxan qızına verilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Qətnamədən iddiaçı Abbasova (Xudayeva) Sevda Qaraxan qızı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı Abbasova (Xudayeva) Sevda Qaraxan qızı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. İddiaçı şikayətində göstərmişdir ki, ##.##.1986-cı il tarixdən Şirvan şəhərində yerləşən * saylı Şəfəq uşaq baxçasında tərbiyəçi vəzifəsinə işləmişdir. 20 il çalışdığı müddət ərzində dövlət əmlakının özəlləşdirilməsi zamanı ##.##.2007-ci il tarixdə çalışdığı baxça Ağayeva (Əhməd) Təranə Ağabala qızı tərəfindən özəlləşdirilmişdir. Özəlləşdirmə aparılan zamanda əmlakın 0.33 hissəsini özəlləşdirmə çekini cavabdehə təqdim etməklə səhmlər üzrə payı müəyyən edilməklə yaratdığı cəmiyyət (VÖEN **********) üzrə payçıdır. Qeyd edilən pay üzrə hüquqların daşınmaz əmlakın dövlət reyestrində ##.##.2013-cü il tarixdə 1313002177 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. Qeyri-yaşayış binasının 2007-ci ildən etibarən 5 il müddətində baxça kimi fəaliyyət göstərmiş, əmlak üzrə digər qeyri-yaşayış sahələri (xxxx) icarə müqaviləsi əsasında indiyədək fəaliyyətdədir. X4 ##.##.1986-cı il tarixdən Şirvan şəhərində yerləşən * saylı Şəfəq uşaq baxçasında tərbiyəçi vəzifəsinə çalışdığı müddət ərzində maddi təminatın olmaması səbəbindən işçilərin şəxsi vəsaitləri hesabına otaqları qismən təmir edilmişdir. ##.##.2007-ci il tarixdə cavabdeh Əhməd Təranə Ağabala qızı dövlət əmlakının özəlləşdirilməsindən sonra qeyri-yaşayış sahəsində ailəsi ilə birlikdə yaşamış, yaşadığı otaqları təmir etdirməklə ərazidə olan torpaq sahəsində əkin-abadlıq işləri aparmaqla meyvə ağacları əkmişlər. Yəni şəxsi fərdi yaşayış evinə və həyətyanı sahəyə uyğun qulluq edilməklə ərazidə olan qeyri-yaşayış sahələri icarəyə verilməklə mənfəət əldə etmişdir. X4 çalışdığı baxçadan çıxdıqdan sonra cavabdehin şəxsi evi kimi yaşadığı fəaliyyət göstərməyən qeyri-yaşayış sahəsinə dair heç bir kommunal ödənişlər etməyə borclu olmamışdır. Digər tərəfdən cavabdehin qeyri-yaşayış sahəsinin 98.88 hissəsinin icarəyə verməklə mənfəət əldə etməsi və ya əldə edilmiş gəlirdən yaxşılaşdırma (təmir) işlərinin aparılması pay sahibi olan iddiaçı ilə razılaşdırılmamışdır. Hesab edir ki, əmlak paylar üzrə naturada bölünmədiyindən icarəyə verilən 98.88 hissəsində iddiaçının payına toxunulmaması yalnış yanaşmadır. İş üzrə edilmiş sənədlər əsasında mühasibatlıq ekspertizasının keçirilməsini xahiş etmişdir. Lakin ekspertizanın keçirilməsi barədə vəsatəti təmin edilməmişdir. Şirvan şəhər Məhkəməsi tərəfindən qətnamə qəbul edərkən iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, sübutlar tam və obyektiv qiymətləndirilməmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilmişdir. İzahatlar Prosessual məsələlər Apellyasiya baxışında iddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsi qətnaməsinin qismən ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmiş və izahatında bildirmişdir ki, sözügedən bağça özəlləşdirilərkən o, özəlləşdirmə çeki qoymuşdur. Divident tələb edir. O təsisçilərdən biridir. Əhməd Təranə həmin qeyd olunan obyektdə hüquqi şəxs yaratmışdır. Cavabdeh Əhməd Təranə Ağabala qızı məhkəmə iclasında iştirak etməmişdir. Əvvəlki apellyasiya baxışında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməmiş, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, izahatında bildirmişdir ki, mübahisəli obyekt açıq səhmdar cəmiyyəti və ya hüquqi şəxs deyil. İş üzrə tərəflər daşınmaz əmlakın paylı mülkiyyətçiləridir. İddiaçının həmin əmlakda 0,33 % payı vardır. İddiaçı ərizəsində qeyri yaşayış obyektindən 15000 manat, daşınmaz əmlakdan gələn gəlirdən 5 milyon manat tələb etmiş, lakin gəlirin əldə olunması ilə bağlı məhkəməyə heç-bir sübut təqdim etməmişdir. Cavabdehin nümayəndəsi nümayəndə2 apellyasiya baxışının sonrakı iclasında iştirak etməmiş, elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə ərizə göndərərək sonrakı iclasın onun iştirakı olmadan keçirilməsini, apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsi qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kollegiya işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının MPM-nin və ya MPM-in) 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə edilmiş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası iş üzrə materialları nəzərdən keçirib, iddiaçının izahatını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İşin faktiki hallarından görünür ki, Şirvan şəhəri, T.İsmayılov küçəsi, 4 ünvanında yerləşən qeyriyaşayış binası xüsusi paylı mülkiyyət hüququ əsasında X19 0.33 hissədə ##.##.2013-cü ildə, X6 0.33 hissədə ##.##.2013-cü ildə, X5 0.33 hissədə ##.##.2013-cü ildə, X4 0.33 hissədə ##.##.2013-cü ildə və Əhməd Təranə Ağabala qızının 98.68 hissədə ##.##.2014-cü il tarixdə qeydiyyata alınmışdır. ##.##.2014-cü il tarixli, ** №-li icarə müqaviləsinə görə, bir tərəfdən Cavabdeh (icarəyə verən) və digər tərəfdən xxxx MMC-nin direktoru X2 (icarəçi) arasında Şirvan şəhəri, T.İsmayılov küçəsi, 4 ünvanında yerləşən 800 kv.m əsas sahəsi olan əmlakı təhsil fəaliyyəti üçün ## ######## 2014-cü il tarixdən ## ######## 2015-ci il tarixə qədər 1 il müddətinə bağlanmış və imzalandığı andan qüvvəyə minir. İcarə haqqının məbləği 1000 (bir min) manat. ##.##.2015-ci il tarixli , ** №-li icarə müqaviləsinə görə, bir tərəfdən Cavabdeh (icarəyə verən) və digər tərəfdən xxxx MMC-nin direktoru X2 (icarəçi) arasında Şirvan şəhəri, T.İsmayılov küçəsi, 4 ünvanında yerləşən 800 kv.m əsas sahəsi olan əmlakı təhsil fəaliyyəti üçün ## ######## 2015-ci il tarixdən ## ######## 2017-ci il tarixə qədər 2 il müddətinə bağlanmış və imzalandığı andan qüvvəyə minir. Müqavilənin müddəti qurtardıqdan sonra, əgər tərəflər onun şərtlərini yerinə yetirməkdə davam edərlərsə, müqavilə yenidən müəyyən edilmiş müddətə uzadılmış hesab olunur. İcarə müqaviləsinin müddəti 2 il, icarə haqqının məbləği 1000 (bir min) manat . ##.##.2015-ci il tarixli , ** №-li icarə müqaviləsinin tərkib hissəsi olan ##.##.2024-cü il tarixli * №-li əlavənin surətindən görünür ki, bir tərəfdən Cavabdeh və digər tərəfdən xxxx MMC-nin direktoru X3 icarə müqaviləsinin 1.2-ci bəndinə əsasən müqavilənin 7.1-ci bəndində göstərilən icarə haqqı 2000 (iki min) manat razılaşmışdır. Bu müqavilə eyni şərtlərlə 2030-cu ilə qədər uzadılmışdır. ##.##.2024-cü il tarixli Əhməd Təranə Ağabala qızı (icarəyə verən) ilə “X1-Uşaq Bağçası” MMC (icarəçi) adından qanuni təmsilçi X11 arasında müqavilə bağlamışlar. İcarəyə verən mülkiyyətində olan Şirvan şəhəri, T.İsmayılov küçəsi, 4 ünvanında ümumi sahəsi 2117.57 kv.m olan qeyri-yaşayış sahəsinin 98.68 hissəsini 5 il müddətinə icarəçinin istifadəsinə və sahibliyinə verir. İcarə müddətinin bitməsinə azı 6 ay qalmış tərəflərdən hər hansısa biri bu müqavilənin ləğv edilməsi təşəbbüsü ilə çıxış etmədikdə müqavilə müddətin bitmə anına olan eyni şərtlərlə 5 il müddətinə avtomatik uzadılmış hesab edilir. İcarə haqqı vergi və məcburi ödənişlər daxil olmaqla aylıq 4844.97 manat olmaqla illik toplam 58139.64 manat təşkil edir. İcarə haqqı müqavilənin imzalanma tarixindən asılı olmayaraq ##.##.2024-cü il tarixindən etibarən hesablanır. Müəyyən edilir ki, Şirvan şəhəri, T.İsmayılov küçəsi, 4 ünvanında yerləşən qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ üzrə paylı mülkiyyətdə adlarına daşınmaz əmlakın dövlət reyestrində * nömrəli reyestr kitabının ** nömrəli vərəqində X16 0.33 hissə ##.##.2013-cü ildə, X6 0.33 hissə ##.##.2013-cü ildə, X4 0.33 hissə ##.##.2013-cü ildə və Əhməd Təranə Ağabala qızının 99.01 hissə ##.##.2025-ci il tarixdə qeydiyyata alınmışdır. Hazırki tələbində iddiaçı, cavabdeh Əhməd Təranə Ağabala qızı tərəfindən əmlakın özəlləşdirilməsi müddətindən etibarən qeyri-yaşayış sahəsinin fəaliyyət dövrü ərzində pay sahibinə çatası mənfəət hissəsinə (payına uyğun gəlir hissəsinə) uyğun 15000 (on beş min) manatının ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Həmin Məcəllənin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Həmin Məcəllənin 216-cı maddəsinə əsasən mülkiyyətçilər arasında razılaşma ilə ayrı qayda nəzərdə tutulmayıbsa, paylı mülkiyyətdə olan əşyanın istifadəsindən götürülən bəhər, məhsul və gəlir ümumi əmlakın tərkibinə daxil olur və paylı mülkiyyətin mülkiyyətçilərinin paylarına uyğun surətdə onlar arasında bölüşdürülür. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İşin müəyyən edilmiş hallarından görünür ki, sonuncu məlumata görə, Şirvan şəhəri, T.İsmayılov küçəsi, 4 ünvanında yerləşən qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ əsasında paylı mülkiyyətdə adlarına daşınmaz əmlakın dövlət reyestrində * nömrəli reyestr kitabının ** nömrəli vərəqində X4 0.33 payı ##.##.2013-cü ildə və Əhməd Təranə Ağabala qızının 99.01 payı ##.##.2014-cü il tarixdə qeydiyyata alınmışdır. Beləliklə, iddiaçı və cavabdeh daşınmaz əmlak üzrə paylı mülkiyyətçilərdir. İddiaçının payı 0,33 hissədən ibarətdir. Qalan pay cavabdehə məxsusdur. Qanunun tələbinə görə paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir və paylı mülkiyyətdə olan əşyanın istifadəsindən götürülən bəhər, məhsul və gəlir ümumi əmlakın tərkibinə daxil olur və paylı mülkiyyətin mülkiyyətçilərinin paylarına uyğun surətdə onlar arasında bölüşdürülür. Müəyyən edilir ki, cavabdeh Cavabdeh ümumi əmlakı müxtəlif vaxtlarda icarəyə vermiş və icarədən əldə edilmiş gəlirdən digər payçı X4 paya uyğun vəsait əldə etməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, əmlak üzrə əldə edilmiş gəlir paylı mülkiyyətçilərin paylarına uyğun surətdə onlar arasında bölüşdürülmədiyindən cavabdeh Əhməd Təranə Ağabala qızından iddiaçının icarə haqqının əvəzi qismində ona çatası pulun tutulması hissəsində tələbi təmin edilməlidir. İş materialları ilə isə müəyyən olunur ki, Şirvan şəhəri, T.İsmayılov küçəsi, 4 ünvanında yerləşən qeyri-yaşayış obyektinin icarəyə verilməsi ilə əlaqədar cavabdeh Əhməd Təranə Ağabala qızı ilə xxxx MMC arasında ## ######## 2014-cü il tarixdən ## ######## 2015-ci il tarixə qədər 1 il müddətinə müqavilə bağlanmış və icarə haqqının məbləği 1000 (bir min) manat müəyyən edilmişdir. ## ######## 2015-ci il tarixdə ## ######## 2017-ci il tarixə qədər 2 il müddətinə müqavilə bağlanmış, yenidən icarə haqqının məbləği 1000 (bir min) manat müəyyən edilmişdir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən müqavilə icarəyə verən tərəfindən icarəyə götürəni bir ay qabaqcadan xəbərdar etməsi ilə vaxtından əvvəl pozula bilər. Müqavilənin qüvvədə olma müddəti qurtarandan sonra əgər tərəflər onun şərtlərini yerinə yetirməkdə davam edərlərsə müqavilə yenidən müəyyən müddətə uzadılmış hesab olunur. ##.##.2024-cü il tarixdə icarə haqqı 2000 (iki min) manat razılaşdırılmış, müqavilənin müddəti 2030-cu ilə qədər uzadılmışdır. ##.##.2024-cü il tarixdə isə icarə haqqı ##.##.2024-cü il tarixindən hesablanmaqla “X1-Uşaq Bağçası” MMC ilə 5 il müddətinə aylıq 4844.97 manat olmaqla illik toplam 58139.64 manat təşkil edən müqavilə imzalanmışdır. Məhkəmə iclasında cavabdeh tərəf “xxxx” MMC ilə 2017-ci ildən 2024-cü il tarixədək müqaviləni məhkəməyə təqdim edə bilməsələr də ## ######## 2015-ci il tarixli müqavilənin 1.2ci bəndinə əsasən onun 1000 manat icarə haqqı ödənilməklə 2017-ci il tarixdən ##.##.2024-cü il tarixə qədər uzadıldığını bildirmişdir. Məhkəmə Əhməd Təranə Ağabala qızı ilə “xxxx” MMC arasında ##.##.2014-cü ildən ##.##.2024-cü il tarixədək aylıq icarə haqqı 1000 (bir min) manat və ##.##.2024-cü il tarixdən etibarən 2030-cu ilədək icarə haqqının 2000 (iki min) manat olmasını, eyni zamanda cavabdeh Əhməd Təranə Ağabala qızı ilə ##.##.2024-cü il tarixdə isə “X1-Uşaq Bağçası” MMC arasında 5 il müddətinə icarə haqqının 4844.97 manat olmasını və iddiaçı Abbasova (Xudayeva) Sevda Qaraxan qızının Şirvan şəhəri, T.İsmayılov küçəsi, 4 ünvanında yerləşən qeyri-yaşayış obyektində 0.33 hissə payının olmasını nəzərə alıb hesab etmişdir ki, ##.##.2014-cü ildən ##.##.2024-cü il tarixədək (120 ay) aylıq icarə haqqının, yəni 1000 (bir min) manat pulun 0.33 misli (1000*0.33/100=3.3 manat, 3.3*120=396 manat), ##.##.2024-cü il tarixdən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizənin verildiyi 2025-ci ilin noyabr ayınadək (22 ay) aylıq icarə haqqı 2000 (iki min) manat pulun 0.33 misli (2000*0.33/100=6.6 manat, 6.6*22=145 manat), ##.##.2024-cü il tarixdən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizənin verildiyi 2025-ci ilin noyabr ayınadək (14 ay ) aylıq icarə haqqı 4844.97 manat pulun 0.33 misli (4844.97*0.33/100=16 manat, 16*14=224 manat), paylı mülkiyyətdə olan qeyri-yaşayış binasının istifadəsindən götürülən gəlirin iddiaçının payına uyğun hissəsi, yəni ##.##.2014-cü ildən ##.##.2024-cü il tarixədək 396 manat, ##.##.2024-cü il tarixdən 2025-ci ilin noyabr ayınadək 145 manat, ##.##.2024-cü il tarixdən 2025-ci ilin noyabr ayınadək 224 manat olmaqla, ümumilikdə 765 manat təşkil edir. Kollegiya məhkəmənin mövqeyi ilə razılaşır. İddiaçı apellyasiya şikayətində daşınmaz əmlakın icarəsindən əldə edilən gəlirin məbləğini mübahisələndirməmişdir. İddiaçı tələbində və apellyasiya şikayətində göstərmişdir ki, o, hüquqi şəxsin təsisçisidir. O, hüquqi şəxsin gəlirlərindən divident tələb edir. İddiaçı səhm sahibi olaraq mənfəətin səhmdara çatası hissəsindən (dividendləri) 15000 (on beş min) tələb etmişdir. İddiaçı VÖEN ********** üzrə payçı olmaqla mənfəətdən payını tələb etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti * saylı Ərazi Vergilər İdarəsi ##.##.2026-cı il tarixli, 3-21-2-12/2-33860/2026 sorğuya cavab məktubundan müəyyən olunur ki, fərdi sahibkar Əhməd Təranə Ağabala qızı (VÖEN: **********) ##.##.2012-ci il tarixdə vergi ödəyicisi (fiziki şəxs) kimi vergi orqanında uçota alınmışdır və hazırda vergi orqanında uçotdadır. Dövlət reyestrində olan məlumatlara görə, Əhməd Təranə Ağabala qızının * saylı Ərazi Vergilər İdarəsində qeydiyyatda olan, təsisçisi və rəhbəri olduğu "REGİONAL ÖZƏL MƏKTƏBƏQƏDƏR KOMPLEKS" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) ##.##.2008-ci il tarixdə, "KİMSƏSİZ VƏ AZTƏMİNATLI AİLƏLƏRİN UŞAQLARINA SOSİALMƏNƏVİ DƏSTƏK" İctimai Birliyi (VÖEN: **********) ##.##.2011-ci il tarixdə və "ZİYA TƏHSİL MƏRKƏZİ" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) ##.##.2014-cü il tarixdə dövlət qeydiyyatından keçmişdirlər. Adıçəkilən hüquqi şəxslər hazırda vergi orqanında qeydiyyatdadır. Uçot məlumatlarına əsasən Abbasova (Xudayeva) Sevda Qaraxan qızının (FIN: *******) * saylı Ərazi Vergilər İdarəsində vergi ödəyicisi (fiziki şəxs) kimi uçotda olması, dövlət reyestrində olan məlumatlara əsasən sözügedən şəxsin rəhbəri və təsisçisi olduğu və * saylı Ərazi Vergilər İdarəsində qeydiyyatda olan hər hansı hüquqi şəxs barədə məlumat aşkar edilməmişdir. Göstərilənlər onu deməyə əsas verir ki, təqdim edilmiş sənədlərdə iddiaçının hər-hansı hüquqi şəxs üzrə təsisçi oduğu müəyyən edilməmişdir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya hesab edir ki, iddiaçı mübahisələndirilən hissədə öz tələbini əsaslandıra və sübuta yetirə bilməmişdir. Beləliklə, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Apellyasiya şikayətini təmin etmək üçün əsas yoxdur. Odur ki, şikayət təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası qət etdi: İddiaçı Abbasova (Xudayeva) Sevda Qaraxan qızının apellyasiya təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən ondan 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına Qanunla müəyyən edilmiş qaydada kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar