Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № e-2(3-9)-691/2026 25.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi, hakimlər Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Füzuli Rayon Məhkəməsinin # ### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərardadından Cavabdeh Mirbəşir qızı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxıb MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizə ilə məhkəməyə müraciət edərək ##.##.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh xeyrinə tutulan aliment məbləğinin azaldılaraq 2026-cı ilin ölkə üzrə minimum əmək haqqının 0,65 misli həddində, yəni halhazırda ölkə üzrə uşaqların yaşayış minimumuna uyğun (260 manat) tutulmasını xahiş etmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək işin aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh qarşı iddia ilə Füzuli Rayon Məhkəməsinə müraciət etmişdir. Cavabdeh ünvan 3 ünvanında qeydiyyatda olsa da himayəsində olan övladı X1 ilə birlikdə Bakı şəhərində yaşayır. Belə ki, cavabdeh Füzuli rayonundan məcburi köçkün düşmüş, pasport qeydiyyatında olduğu ünvan Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən tamamilə məhv edilmişdir. Hazırda cavabdeh ünvan 2 ünvanında məskunlaşmış və həmin ünvanda məcburi köçkün kimi müvəqqəti qeydiyyatdadır. Cavabdeh 1993-cü ildən Bakı şəhərində yaşayır. Cavabdehin məcburi köçkün vəsiqəsindən görünür ki, cavabdeh məcburi köçkün kimi ünvan 1 ünvanında qeydə alınmış və sonuncu dəfə ##.##.2026-cı il tarixdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Binəqədi rayon üzrə sektoru qeydiyyatdan keçmə barədə məlumatı hissəsində müvafiq qeydiyyat aparmış və həmin hissəsini də möhürləmişdir. Həm Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Binəqədi rayon üzrə sektorunun, həm də Binəqədi rayon MKTB *** saylı MKİS-nin arayışlarından görünür ki, cavabdeh məcburi köçkün kimi ünvan 2 ünvanında qeydiyyatdadır və orada məskunlaşmışdır, ailə üzvi X1r. Bundan başqa, İddiaçı özü Bakı şəhərində yaşayır və o məcburi köçkün kimi Bakı şəhəri Xətai rayonu Zığ yolu M2929 Zeytun küçəsində məskunlaşmışdır. İndiyə kimi tərəflər arasında olan bütün məhkəmə işlərinə Bakı şəhərində yerləşən məhkəmələrdə baxılmışdır. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2019-cu il tarixli *(***)-****/**** saylı qətnaməsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2018- ci il tarixli *(***)-****/**** saylı qətnaməsi mübahisələndirilən hissədə ləğv edilmiş, ##.##.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün ##.##.2018-ci il tarixdən başlayaraq İddiaçı hər ay 160 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2020-ci il tarixli *(***)-***/**** saylı qətnaməsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2019-cü il tarixli *(***)-****/**** saylı qətnaməsi ləğv edilmiş, tərəflər arasında bağlanmış nikah pozulmuş və boşanmadan sonra ##.##.2018-ci il təvəllüdlü X1 anası Cavabdeh MirBəşir qızının yananında qalması qət edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** saylı qərardadı ilə ərizə təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin ##.##.2019-cu il tarixli 2(103)- ****/**** saylı qətnaməsi ilə ##.##.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə sabit pul məbləğində tutulmuş 160 manat alimentin məbləği sonrakı artımlar da nəzərə alınmaqla, ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin 1,23 misli həddində indeksasiya edilməsi qərara alınmışdır. Göründüyü kimi, tərəflər arasında olan bütün məhkəmə işlərinə onların cavabdeh və ya iddiaçı olmalarından asılı olmayaraq Bakı şəhərində yerləşən məhkəmələrdə baxılmışdır. Ona görə də, hazırkı işin aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Füzuli Rayon Məhkəməsinin # ### 2026-cı il tarixli qərardadı ilə ərizənin təmin edilməməsi qərara alınmışdır. Məhməkə mövqeyini onunla əsaslandırmışdır ki, iş materiallarında olan elektron portaldan çıxarışdan görünür ki, cavabdeh Füzuli rayonu Füzuli şəhəri Ə.Qarayev küçəsi ev.1 mənzil 3-də rəsmi qeydiyyatdadır. Bununla da, müəyyən olunur ki, cavabdeh Füzuli rayonu inzibati ərazisində qeydiyyatdadır və iddiaçı cavabdehin qeydiyyatda olduğu yerin məhkəməsinə, yəni Füzuli Rayon Məhkəməsinə iddia tələbi ilə müraciət etməkdə haqlı olmuşdur. Beləliklə, məhkəmə işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, hazırkı mülki işə Füzuli Rayon Məhkəməsində baxılması qanunamüvafiqdir və ona görə də, Cavabdeh nümayəndəsi Nümayəndə mülki işin aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməsi barədə ərizəsi təmin edilməməlidir. Qərardaddan Cavabdeh şikayət verərək onun ləğv edilməsini və mülki işin baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməsi haqqında cavabdehin ərizəsinin (vəsatətinin) təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Füzuli şəhəri 1993-cü il ######un ##-də ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir. İşğal nəticəsində şəhər, o cümlədən cavabdehin Füzuli şəhərində qeydiyyatda olduğu ünvan da tamamilə dağıdılaraq məhv edilmiş, şəhər xarabalığa çevrilmişdir. Məhz bu işğalın nəticəsi olaraq bir çox vətəndaşlarımız kimi indi 34 yaşı olan cavabdeh 1 yaşından bəri artıq 33 ildən çoxdur ki, Füzuli şəhərində yaşamır, həmin rayondan məcburi köçkün düşmüş, cavabdeh Füzuli şəhərində adı çəkilən, reallıqda isə mövcud olmayan ünvanda sadəcə olaraq pasport qeydiyyatda qalmışdır. Müvafiq qeydiyyat aparmış cavabdehin məcburi köçkün vəsiqəsinin surəti, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Binəqədi rayon üzrə sektorunun və Binəqədi rayon MKTB *** saylı MKİS-nin arayışları ##.##.2026-cı il tarixdə məhkəməyə təqdim edilmişdir. Həmçinin Binəqədi rayon MKTB *** saylı MKİS-nin yeni tarixli arayışda elektron məhkəmə sisteminə ##.##.2026-cı il tarixdə əlavə edilmişdir. hazırkı şəraitdə cavabdehin himayəsindəki azyaşlı uşağı başqa şəxsə verməsi mümkünsüzdür və uşağın hüquqlarını müdafiə etməsi üçün Füzuli Rayon Məhkəməsinin yerləşdiyi ünvana məhkəmə iclaslarında iştirak etmək üçün getmək həm maddi cəhətdən, həm vaxt baxımından cavabdehə çox çətindir. Bu isə həm cavabdehin, həm də alimentə ehtiyacı olan uşağın lüzumsuz məhrumiyyətlərə (hüquqi, sosial, maddi və s.) məruz qalmasına səbəb olacaqdır. Bundan başqa, İddiaçı özü Bakı şəhərində yaşayır və o məcburi köçkün kimi Bakı şəhəri Xətai rayonu Zığ yolu M2929 Zeytun küçəsində məskunlaşmışdır. İşin halları qrafasında qeyd edilənlərəndən isə görünür ki, bu iddiaya tərəflərin yaşadıqları Bakı şəhəri ərazisində yerləşən məhkəmədə baxılması qanunidir, hətta ədalət mühakiməsini həyata keçirilməsinə, tərəflərin məhkəmə proseslərində iştirak etməsini asanlaşdırmaq məqsədi daşıyır. Sadalanan maddi hüquq normalarından göründüyü kimi, işə Füzuli Rayon Məhkəməsində baxılmasının israr edilməsi ağlabatan müddətə məhkəmə araşdırılması prinsipinin pozulmasına səbəb ola bilən prosessual hərəkətlər olduğundan belə qərarların qəbul edilməsi Konstitusiyada, qanunvericilik aktlarında təsbit edilmiş normalara ziddir. Məhkəmənin qəbul etdiyi qərardad ilə qeyd edilən maddi normaların tələblərinə xələl gəlmiş və həmin normalar pozulmuşdur. Füzuli Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə tərkibi iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İşdə olan ## ##### 2026-cı il tarixli 118№-li arayışdan görünür ki, Cavabdeh Binəqədi rayonu Z.Bünyadov küçəsi **V saylı evin ** saylı mənzilində Füzuli rayonundan müvəqqəti olaraq məcburi köçkün kimi məskunlaşmış və hal-hazırda yaşayır. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə Cavabdeh mülki işin baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməsi barədə ərizəsinin təmin edilməməsinə dair nəticəsi prosessual qanunvericiliyin tələblərinə uyğun olmaqla qanuni və əsaslıdır. Məhkəmə tərkibi bu qənaətə gəlir ki, qüvvədə olan mülki prosessual qanunvericiliyin tələblərinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydiyyatda olduğu yer üzrə məhkəməyə verilməlidir. İş materiallarından, habelə iddiaçının məhkəməyə təqdim etdiyi yazılı məlumatlardan müəyyən edilir ki, o, ünvan 4 ünvanında rəsmi qeydiyyatdadır. Bu baxımdan, işin ərazi aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməsi üçün prosessual qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud olmamışdır. Qeyd edilməlidir ki, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu isə öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüquq tətbiq edənin hərəkətlərinin isə qabaqcadan bilməsinə imkan verməlidir. Bu prinsip azadlıq və toxunulmazlıq hüququnun məhdudlaşdırılması şərtlərinin milli qanunvericilikdə aydın və dəqiq təsbitini, hüquq tətbiq etmə praktikasının qanunun eyni cür və dürüst təfsirinə əsaslanmasını, müxtəlif məhkəmə qərarlarında hüququn tətbiqi məsələlərində ardıcıllığın gözlənilməsini, yəni qanunun tətbiqi təcrübəsinin şəxslər üçün gözlənilən olmasını nəzərdə tutur. Beləcə, işə baxan məhkəmələr hüquqi müəyyənlik prinsipinin yüksək səviyyədə gözlənilməsi və məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi baxımından hüququn tətbiqində tərəflərin mövqeyindən və hüquqi əsaslandırmasından asılı deyildir. Odur ki, məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən prosessual hüquq normalarını düzgün tətbiq etmiş və nəticə etibarilə düzgün qənaətə gəlmişdir. Buna görə də, həmin qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün hüquqi əsaslar mövcud deyildir. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, Füzuli Rayon Məhkəməsinin # ### 2026-cı il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməməlidir. MPM-in 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 128, 130, 135, 135, 360, 366, 368 və 402-ci maddələrini rəhbər tutub QƏRAR VERDİ: Şikayət təmin edilməsin və Füzuli Rayon Məhkəməsinin # ### 2026-cı il tarixli *(*- ***)-***/**** saylı qərardadı dəyişdirilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2(3-9)-691/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-9)-691/2026
25.06.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver