Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № e-2(3-9)-825/2026 09.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədov Ilham Qoşunəli oğlu və X1 ibarət tərkibdə, Beyləqan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətə Şirvan Apelyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında bахаrаq, MÜƏYYƏN ETDI: Iddiaçı İddiaçı Məmməd oğlu məhkəməyə ərizə ilə müraciət edərək cavabdeh “xxxx” MMCyə qarşı əmək haqqının ödənilməsi və əmək haqqının gecikdirilməsinə görə kompensasiya və mənəvi ziyanın ödənilməsi tələbi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Beyləqan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı ilə, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmışdır. Hazırda iddiaçı İddiaçı Məmməd oğlu qərardaddan şikayət verərək, Beyləqan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)-***/**** saylı qərardadının ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Iddiaçı İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh “xxxx” MMC-yə qarşı “əmək haqqının ödənilməsi, əmək haqqının gecikdirilməsinə görə kompensasiya və mənəvi ziyanın ödənilməsi” tələbinə dair Beyləqan Rayon Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Lakin Beyləqan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-2(5-113)- ***/**** saylı qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. Hesab edir ki, Beyləqan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e- *(*-***)-***/**** saylı qərardadı qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, qərardadda hazırki iddia ərizəsinə iddiaçı öz tələblərini əsaslandırdığı hallara dair sənədləri, yəni işə götürülmə və işdən çıxma barədə əmrlərin əslini və ya notariat qaydada təsdiq olunmuş surətlərini əlavə etməməsi göstərilmişdir. Daha sonra qeyd edilmişdir ki, iddiaçı iddia ərizəsində Ilham Qasımovun rəhbərlik etdiyi “xxxx” Mənzil Tikinti Kooperativi tərəfindən layihə rəhbəri vəzifəsinə qəbul edilməsini göstərməsinə baxmayaraq, cavabdeh qismində “xxxx” MMC-ni göstərmişdir. Beyləqan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-***/**** saylı qərardadı ilə iddiaçının iddia ərizəsi qeyd olunan nöqsanlara görə iddiaçıya geri qaytarılmış, həmin nöqsanların aradan qaldırılması ona izah olunmuşdur. Lakin iddiaçı məhkəmə qərardadında göstərilən nöqsanları aradan qaldırmadan iddia ərizəsini eyni qaydada təkrar məhkəməyə göndərmişdir. Məhkəmə qərardadında göstərilən işə qəbul və işdən azad edilmə ilə bağlı əmrlər, şəxsi iş materialları və digər əmək sənədləri iddiaçının deyil, işəgötürənin sərəncamında olan sənədlərdir. Ona görə də nəzərə alınmalıdır ki, cavabdehin həmin sənədlərin təqdim edilməsində maraqlı olmaması və ya onların təqdim edilməsindən yayınması ehtimalı mövcuddur. Bu səbəbdən obyektiv olaraq həmin sənədlərin əslini əldə etmək qeyri-mümkündür. Işə qəbul və işdən azad edilmə barədə Azərbaycan Respublikasının Əmək və X2 (ƏMAS) əldə edilmiş çıxarışlardan da göründüyü kimi o, ##.##.2024-cü il tarixdən etibarən cavabdeh xxxx” MMC-də layihə rəhbəri vəzifəsində işləmiş, ##.##.2025-ci il tarixli, 01№-li Əmr əsasında isə onunla bağlanmş əmək müqaviləsinə xitam verilmişdir. Lakin birinci instansiya məhkəməsinin qeyd etdiyi qaydada əmək müqaviləsinin və Əmrin əsli ona cavabdeh tərəfindən təqdim edilməmişdir. Ona görə də Beyləqan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)-***/**** saylı qərardadının ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Beyləqan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı ilə, şikayətin təmin edilməməsi və şikayətin mülki işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-nin 397.3-cü maddəsinə əsasən şikayət verən şəxs apellyasiya instansiyası məhkəməsində qərardad qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Şikayətdən imtina birinci instansiya məhkəməsinin qərardadının qüvvəyə minməsinə səbəb olur. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdıraraq hesab edir ki, iddiaçı İddiaçı Məmməd oğlunun cavabdeh “xxxx” MMC-yə qarşı əmək haqqının ödənilməsi, əmək haqqının gecikdirilməsinə görə kompensasiya və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsinin geri qaytarılması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini hərtərəfli, tam və obyektiv araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsinin geri qaytarılması ilə bağlı hüquqi nəticəyə gələrkən prosessual hüquq normasının tələblərinə düzgün əməl etmişdir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Iddiaçının tələbi əmək mübahisəsindən irəli gələn əmək haqqı tələbi olmaqla iddiaçı müvafiq olaraq qanunsuz hesab etdiyi əmrləri və işə götürən tərəfindən qəbul edilmiş sənədləri iddia ərizəsinə əlavə etməlidir. Bundan başqa iddiaçı iddia ərizəsində Ilham Qasımovun rəhbərlik etdiyi “xxxx” Mənzil Tikinti Kooperativi tərəfindən layihə rəhbəri vəzifəsinə qəbul edilməsini göstərməsinə baxmayaraq, cavabdeh qismində “xxxx” MMC-ni göstərmişdir. Beyləqan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-***/**** saylı qərardadı ilə iddiaçının iddia ərizəsi qeyd olunan nöqsanlara görə iddiaçıya geri qaytarılmış, həmin nöqsanların aradan qaldırılması ona izah olunmuşdur. Lakin iddiaçı məhkəmə qərardadında göstərilən nöqsanları aradan qaldırmadan iddia ərizəsini eyni qaydada təkrar məhkəməyə göndərmişdir. Halbuki MPM-in 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları): Beləliklə, məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, iddiaçının şikayətinin dəlilləri əsassız olmaqla Beyləqan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də şikayətin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarındankassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 44.2.2, 263, 264, 372, 398.0.1, 400 və 402.2-402.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Iddiaçı İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Beyləqan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2(3-9)-825/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-9)-825/2026
09.07.2026 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver