Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № e-2(3-9)-937/2026 27.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), İmanov Cahid Fehruz oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, Masallı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq məhkəmə tərkibi müəyyən etdi: İddiaçı İddiaçı cavabdeh Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” ASC-yə qarşı birgə nikah dövründə götürülmüş kredit öhdəliyinin bölünməsi tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Masallı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Maraqlı şəxs ASC-dən götürülmüş kredit borcuna görə ödənilmiş 5591,13 manatın ½ hissəsinin, yəni 2795,56 manat, hüquqi xidmətin göstərilməsinə görə 100 manat, mediasiya xərcinə görə 60 manatın cavabdeh Cavabdeh iddiaçı İddiaçı xeyrinə tutulması, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Daha sonra cavabdeh Cavabdeh ##.##.2026-cı il tarixdə Masallı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. Masallı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qərardadına əsasən Masallı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Daha sonra cavabdeh Cavabdeh ##.##.2026-cı il tarixdə Masallı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qərardadından şikayət verərək, qeyd edilən qərardadının ləğv edilməsini xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qərardadına əsasən Masallı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-2(050) ****/**** saylı qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli, e-2(3-9) ***/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş, Masallı Rayon Məhkəməsinin ##.##.2026cı il tarixli, e-*(***)-****/**** saylı qərardadı ilə dəyişdirilməmişdir. Daha sonra cavabdeh Cavabdeh Masallı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e- *(***)-****/**** saylı qətnaməsindən apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpa olunması barədə vəsatətlə müraciət etmişdir Masallı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadı ilə (hakim Ellara Abbasova) vəsatəti rədd edilmiş və apellyasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardaddan cavabdeh şikayət verərək qərardadın ləğv edilməsini, apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsini və işinə Şirvan Apellyasiya Məhkəməsində mahiyyəti üzrə baxılması üçün qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qeydiyyatda olduğu ünvana qətnamə göndərilsə də qətnamə onun tərəfindən alınmamışdır. Atası ölmüş, anam isə Türkiyyə Respublikasında yaşayır. Ərindən ayrılmış, qardaşı da xarici ölkədə yaşayır. Yəni heç bir yaxın qohumu yoxdur ki, qətnaməni alsın. Qanun onun hüquq və azadlıqlarını məhkəmədə müdafiəsinə təminat yaradır. O, apellyasiya şikayətində qeyd etmişdir ki, o Masallı rayonunda qeydiyyatda olsa da, faktiki olaraq uzun müddətdir ki, Sumqayıt şəhərində yaşayır. Məhkəmə iclaslarından məlumatı olmamış, məhkəmə iclaslarında iştirak etməmişdir. Qətnaməni almadığından apellyasiya şikayəti verə bilməmişdir. Məhkəmə qərardadında MPM-nin 360-cı maddəsinə istinad edir. Maddə deyir ki, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətinə verilə bilər. Məhkəmənin yeganə istinad etdiyi ##.##.2025-ci il tarixli poçt xəbərnaməsidir. Xəbərnaməyə kim tərəfindən imza edilibsə onu da bilmir. O, evli olduğu müddətdə Bakı şəhərində yaşamış, boşandıqdan sonra yəni 2025-ci ilin yanvar ayından Sumqayıt şəhərində qalır. Bu barədə məhkəmədən telefonunun anten dairəsinin çıxarılmasını xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət baxılması üçün işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən məhkəmə tərkibi işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərkibi iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Masallı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 128.1-ci maddəsinə görə prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. 129.3-cü maddəsinə əsasən edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. 130.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 135.1, 135.3 və 135.4-cü maddələrinə görə bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır; Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir; Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. 135.5-ci maddəsinə görə bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Cavid Nurəddin oğlu İsmayılzadənin şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2007-ci il qərarında göstərilmişdir ki, ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Belə ki, MPM-in 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Məhkəmə tərkibi hesab edir ki, cavabdeh Cavabdehnun Masallı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən şikayət etmək hüququ onun konstitusion hüququdur və o bu hüququndan qanunvericilikdə nəzərə tutulmuş müddətdə istifadə edə bilərdi. Cavabdeh Cavabdeh Masallı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, 2(050)- 1147/2025 saylı qətnaməsindən üzrlü səbəblərdən vaxtında şikayət verməməsinə dair mötəbər sübut məhkəməyə təqdim edə bilməmişdir. İş materiallarına əsasən Cavabdeh Masallı Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli qətnaməsini ## ###### 2025-ci il tarixdə əldə etmişdir. Belə ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi mobil telefon nömrəsi birinci instansiya məhkəməsinin məhkəmə bildirişləri və SMS məlumatlarını göndərdiyi nömrə ilə eynidir. Bu isə cavabdehin məhkəmənin istifadə etdiyi əlaqə vasitəsinin ona məxsus olduğunu təsdiq etməklə onun məhkəmə iclaslarından ümumiyyətlə xəbərsiz olması barədə dəlilini inandırıcı hesab etməyə əsas verməmişdir. İş materiallarından görünür ki, məhkəmə tərəfindən cavabdehin məlumatlandırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş zəruri tədbirlər həyata keçirilmişdir. Bundan başqa, cavabdehin poçt xəbərnaməsindəki imzanın ona məxsus olmaması və həmin sənədin kim tərəfindən imzalanmasının araşdırılmalı olması barədə dəlili də əsaslı hesab edilə bilməz. Belə ki, iş materiallarında olan xəbərnamədən görünür ki, məhkəmə sənədi MPMin 135.3-cü maddəsinin tələblərinə uyğun qaydada təqdim edilmişdir. Qanun məhkəmə sənədlərinin ünvan sahibinin özü ilə yanaşı, onunla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvünə və ya qanunda göstərilən digər şəxslərə təqdim edilməsini də rəsmi çatdırılma kimi qəbul edir. Hər bir konkret halda xəbərnamədəki imzanın kimə məxsus olmasının ayrıca araşdırılmasının tələb edilməsi məhkəmələrin fəaliyyətini iflic vəziyyətinə salmaqla yanaşı, prosessual müddətlərin və məhkəmə icraatının operativliyi prinsiplərinin pozulmasına səbəb olardı. Bu baxımdan, cavabdehin yalnız xəbərnamədəki imzanın ona məxsus olmadığını bildirməsi, məhkəmə sənədinin qanunvericiliyin tələblərinə uyğun qaydada çatdırılması faktını təkzib etmir və prosessual müddətin bərpası üçün üzrlü səbəb kimi qəbul edilə bilməz. Cavabdeh mübahisənin birbaşa iştirakçısı olmaqla qəbul ediləcək məhkəmə aktının onun hüquq və vəzifələrinə təsir edəcəyini bildiyindən, işin gedişinə lazımi diqqət yetirməli, məhkəmə ilə əlaqə saxlamalı, məhkəmə bildirişlərini izləməli və prosessual hüquqlarından qanunla müəyyən edilmiş müddətlərdə istifadə etməli idi. İş materiallarından göründüyü kimi, cavabdehin məhkəmə iclasları barədə məlumatlandırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görülmüşdür. Buna baxmayaraq, onun prosessual hüquqlarından vaxtında istifadə etməməsi və apellyasiya şikayətini müəyyən olunmuş müddətdə verməməsi öz prosessual davranışının nəticəsidir. Məhkəmə tərkibi qeyd edir ki, birinci instansiya məhkəməsi Masallı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən Cavabdeh tərəfindən şikayətin verilməsi üçün ötürülmüş müddətin bərpa edilməməsi barədə düzgün nəticəyə gəlmişdir. Məhkəmə tərkibi diqqətə çatdırmağı zəruri hesab edir ki, qanunvericilikdə şikayətlərin verilməsi müddəti və şikayətin geri qaytarılması hallarından olan prosessual müddətin ötürülməsi halı konkret şəkildə göstərilmiş, habelə müddətin buraxılması səbəbinin məhkəmə tərəfindən üzrlü hesab edildiyi halda onun bərpa edilə bilməsi də qanunun normalarında öz əksini tapmışdır. Avropa İnsan Hüquqları Məhkəməsi, «X4rşı» iş üzrə qərarında (1985-ci il) qeyd etmişdir ki, vaxt məhdudiyyətləri ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi və vaxtı keçmiş iddiaların qarşısının alınması məqsədilə qoyula bilər. Presessual hüquq qabiliyyəti üzrə məhdudiyyətlər, məsələn, müvafiq hüquqa malik olmayan iddiaçıları məhkəmənin dəyərli vaxtını almaqdan çəkindirmək üçün qoyula bilər. Digər məhdudiyyətlərə hökümət nazirlərinin, parlament üzvlərinin, mülki dövlət qulluqçularının və digər şəxslərin immunitet və imtiyazları aid edilə bilər. Lakin tətbiq edilən məhdudiyyətlər məhkəməyə müraciət hüququnun mahiyyətinə xələl gətirən dərəcədə olmamalıdır. Bundan başqa, məhkəməyə müraciət hüququna qoyulan məhdudiyyətlər qanuni məqsəd daşımalı və tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan əlaqə mövcud olmalıdır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin «Ryabıx Rusiyaya qarşı» ## #### 2003cü il tarixli işi üzrə qərarında qeyd olunmuşdur ki, hüquqi müəyyənlik, «res judicata» prinsipinə hörməti (yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi) nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz. İşə yenidən baxılması üzrə yuxarı məhkəmə instansiyasının səlahiyyəti işə mahiyyəti üzrə yenidən baxmaq məqsədilə deyil, məhkəmə səhvlərini, ədalət mühakiməsinin qeyri-düzgün aparılmasını aradan qaldırmaq məqsədilə həyata keçirilməlidir. Yenidən baxma şikayətin gizli forması hesab edilə bilməz, eyni zamanda yalnız bir məsələyə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Yalnız əsaslı və qarşısıalınmaz xarakterli hallara görə məcburiyyət qarşısında qalma bu prinsipdən geri çəkilməyə haqq qazandırır. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” ## ###### 2001-ci il tarixli qərarında prosessual müddətlərlə bağlı göstərilmişdir ki, “Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Diqqətə çatdırılmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, şikayət təmin edilməməli, Masallı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 398, 400 və 405ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi qərara aldı:
Masallı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Masallı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.