Məhkəmə qərarları › İş №e-2(5-101)-13/2026

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-101)-13/2026

17.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(5-101)-13/2026 17.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Mahmudova Həqiqət Sahib qızı, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC tərəfindən ödənilmiş inzibati xəta haqqında protokollara görə cavabdehlər Cavabdeh2 160 manat, Cavabdeh1 261 manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumunun müştərək qaydada cavabdehlərdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış 27 avqust 2022-ci il tarixli MAS-4637 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsinə əsasən lizinq alanın müvəqqəti sahiblik və istifadəsinə “Khazar SD” minik markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobil verilmişdir. “Daxili lizinq müqaviləsi” və “Ödəniş cədvəli”nin şərtlərinə Cavabdeh2 tərəfindən əməl edilmədiyi üçün İddiaçı MMC iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin 29 oktyabr 2024-cü il tarixli e-2(008)- 2268/2024 saylı qətnaməsi ilə İddiaçı MMC-nin iddası qismən təmin edilərək cavabdehdən ümumilikdə 4094.93 manat məbləğində borcun tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Həmçinin avtomobilin idarə olunmasına dair Cavabdeh1 etibarnamə verilmişdir. Lizinq obyekti olan “Khazar LX” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdehlərin müvəqqəti istifadəsində olduğu müddət ərzində inzibati xəta ilə əlaqədar sürücülər Azərbaycan Respublikası DİN BDYPİ və BNA tərəfindən inzibati qaydada cərimələnmişdir. Bu faktı hökumət ödəniş portaldan alınmış çıxarış təsdiq edir. Cavabdeh2 1. İXP5329608 saylı protokola görə 160 manat; Cavabdeh1

1. EQ11728388 saylı protokola görə 36 manat; 2. EQ11728387 saylı protokola görə 18 manat; 3. EQ11804768 saylı protokola görə 36 manat; 4. EQ11937710 saylı protokola görə 9 manat; 5. EQ11937714 saylı protokola görə 9 manat; 6. EQ1193766 saylı protokola görə 9 manat; 7. EQ12415745 saylı protokola görə 45 manat; 8. EQ13146874 saylı protokola görə 9 manat; 9. EQ14177227 saylı protokola görə 18 manat; 10. EQ14243608 saylı protokola görə 9 manat; 11. EQ14447591 saylı protokola görə 18 manat; 12. EQ14516309 saylı protokola görə 9 manat; 13. EQ14661355 saylı protokola görə 18 manat; 14. EQ14776532 saylı protokola görə 18 manat cərimələnmişdir. Şirkət tərəfindən yuxarıda qeyd edilən cərimələrə görə ümumilikdə 421 manat məbləğində ödəniş edilmişdir. Məhkəmənin nəzərinə çatdırılır ki, mülkiyyət hüququ ilə İddiaçı MMC-yə məxsus nəqliyyat vastəsilə törədilmiş inzibati xəta haqqında protokollar əsasında yaranmış cərimələr iddiaçı tərəfindən ödənilmişdir. Həmin cərimələr ödənilmədiyi təqdirdə, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələbinə uyğun olaraq həmin nəqliyyat vastəsinin saxlanılaraq cərimə meydançasına yerləşdirilməsi haqqında qərar qəbul edilir və qərarın icra edilməsi üçün YPX inpektorlarına təlimat verilir. Bununla da lizinq şirkəti ilə yanaşı nəqliyyat vastəsini faktiki idarə edən şəxsin də hüquqları pozulmuş olur. Qeyd olunan qanununun 85-ci maddəsinin görə, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində icra edilməməsinə görə nəqliyyat vasitəsinin saxlanılması barədə məhkəmə və ya müvafiq icra hakimiyyəti orqanının qərarı olduqda yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən əməkdaş nəqliyyat vasitəsini idarə edən şəxslərdən nəqliyyat vasitəsini dayandırmağı tələb edir. Məhkəmə tərəfindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 rəsmi qaydada göndərilmiş və bildirişi aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri (elektron qaydada verildikdə “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq) məhkəməyə təqdim etmək təklif edilmişdir. Göstərilən müddət ərzində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmamışdır. İş materiallarını araşdırıb, iş üzrə təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edirəm ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş materiallarından görünür ki, hazırkı iddianın qiyməti 421 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 284-2-ci maddəsinə əsasən kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü və 284-6.1-ci maddələrinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İş materiallarında olan İddiaçı MMC ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli daxili lizinq müqaviləsindən, həmin müqaviləyə 1 №-li əlavədən görünür ki, lizinq verən İddiaçı MMC “Khazar SD” minik markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh1 və Cavabdeh2 müvəqqəti sahiblik və istifadəsinə vermiş, sonuncu isə müqavilənin ayrılmaz hissəsi olan 1 №-li əlavəyə müvafiq olaraq lizinq ödənişlərini lizinq verənə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan “şirkət” İddiaçı MMC, “öhdəlikləri ötürən” Cavabdeh1 və “öhdəlikləri qəbul edən” Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli MAS-4632 nömrəli öhdəliklərin ötürülməsi müqaviləsindən görünür ki, şirkət İddiaçı MMC “öhdəlikləri ötürən” Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli MAS-4632 nömrəli daxili lizinq müqaviləsi üzrə “öhdəlikləri ötürən” Cavabdeh1 İddiaçı MMC qarşısında götürdüyü bütün öhdəlikləri “öhdəlikləri qəbul edən” Cavabdeh2 ötürür, “öhdəlikləri qəbul edən” Cavabdeh2 isə bu öhdəlikləri “öhdəlikləri ötürən” Cavabdeh1 qarşı heç bir tələb irəli sürmədən tam həcmdə qəbul edir və bu öhdəlikləri lizinq müqaviləsində göstərilən müddətdə, şərtlərlə və qaydada İddiaçı MMC-nin qarşısında tam həcmdə və lazımınca yerinə yetirəcəyinə dair öhdəlik götürür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, “Khazar SD” minik markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobil alıcı “öhdəlikləri ötürən” Cavabdeh1 tərəfindən “öhdəlikləri qəbul edən” Cavabdeh2 təhvil verilmişdir. İş materiallarında olan inzibati cərimələrə dair məlumatdan müəyyən olunur ki, Cavabdeh2 İXP5329608 saylı protokola görə 160 manat, Cavabdeh1 1. EQ11728388 saylı protokola görə 36 manat; 2. EQ11728387 saylı protokola görə 18 manat; 3. EQ11804768 saylı protokola görə 36 manat; 4. EQ11937710 saylı protokola görə 9 manat;

5. EQ11937714 saylı protokola görə 9 manat; 6. EQ1193766 saylı protokola görə 9 manat;

7. EQ12415745 saylı protokola görə 45 manat; 8. EQ13146874 saylı protokola görə 9 manat; 9. EQ14177227 saylı protokola görə 18 manat; 10. EQ14243608 saylı protokola görə 9 manat; 11. EQ14447591 saylı protokola görə 18 manat; 12. EQ14516309 saylı protokola görə 9 manat; 13. EQ14661355 saylı protokola görə 18 manat; 14. EQ14776532 saylı protokola görə 18 manat cərimə edilmişdir. İş materiallarında olan ödəniş qəbzlərindən müəyyən olunur ki, İXP5329608 saylı protokola görə 160 manat; EQ11728388 saylı protokola görə 36 manat; EQ11728387 saylı protokola görə 18 manat; EQ11804768 saylı protokola görə 36 manat; EQ11937710 saylı protokola görə 9 manat; EQ11937714 saylı protokola görə 9 manat; EQ1193766 saylı protokola görə 9 manat; EQ12415745 saylı protokola görə 45 manat; EQ13146874 saylı protokola görə 9 manat; EQ14177227 saylı protokola görə 18 manat; EQ14243608 saylı protokola görə 9 manat; EQ14447591 saylı protokola görə 18 manat; EQ14516309 saylı protokola görə 9 manat; EQ14661355 saylı protokola görə 18 manat; EQ14776532 saylı protokola görə 18 manat olmaqla, cəmi 421 manat məbləğində cərimə 547224*****4630 nömrəli kartdan Daxili İşlər Nazirliyinin hesabına ödənilmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)- 2268/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnamədən görünür ki, Cavabdeh2 271,76 manat məbləğində əsas borc, 120,81 manat gecikmiş mükafat, 20 manat dəbbə puluvə 3682.36 manat dəymiş ziyan olmaqla cəmi 4094.93 manat borc və 60.94 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 1334 saylı xəbərdarlıqdan görünür ki, İddiaçı MMC Cavabdeh2 xx.xx.2022-ci il tarixli MAS-4637 nömrəli daxili lizinq müqaviləsi üzrə götürdüyü öhdəliyin yerinə yetirilməsi tələb edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 1335 saylı xəbərdarlıqdan görünür ki, İddiaçı MMC Cavabdeh1 xx.xx.2022-ci il tarixli MAS-4637 nömrəli daxili lizinq müqaviləsi üzrə götürdüyü öhdəliyin yerinə yetirilməsi tələb edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli aktdan görünür ki, “Azari” Express poçtdaşıma kuryer xidməti, akt tərtib və təsdiq etmişdir ondan ötəri ki, xx.xx.2025 İddiaçı qəbul edilmiş zərf qaimə (1031254) Cavabdeh1 məktub çatdırılmamışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli aktdan görünür ki, “Azari” Express poçt-daşıma kuryer xidməti, akt tərtib və təsdiq etmişdir ondan ötəri ki, xx.xx.2025 İddiaçı qəbul edilmiş zərf qaimə (1031255) Cavabdeh2 məktub çatdırılmamışdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı MMC ilə lizinq alan Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli MAS-4637saylı Daxili lizinq müqaviləsi üzrə öhdəliklər xx.xx.2022-ci il tarixli “öhdəliklərin ötürülməsi” müqaviləsinə əsasən Cavabdeh2 ötürülmüş və lizinq obyekti olan “Khazar SD” minik markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobil onun müvəqqəti istifadə və sahibliyinə verilmişdir. Həmin avtomobil cavabdehin müvəqqəti istifadəsində olduğu müddət ərzində inzibati xəta ilə əlaqədar cavabdehlər Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən ayrı-ayrı vaxtlarda ayrı-ayrı protokollar üzrə cəmi 421 manat məbləğində inzibati qaydada cərimələnmişdir. Cavabdehlər müqavilənin şərtlərini pozduğundan, sözügedən avtomobil iddiaçının mülkiyyətinə qaytarılmışdır. Mülkiyyət hüququ ilə İddiaçı MMC-yə məxsus avtomobillə törədilmiş inzibati xəta haqqında protokollar əsasında yaranmış cərimələr iddiaçı tərəfindən tam şəkildə ödənilmişdir. Bu səbəbdən də, Cavabdeh2 tərəfindən 160 manat və Cavabdeh1 tərəfindən 261 manat olmaqla iddiaçıya 421 manat məbləğində maddi zərər vurulmuşdur. Cavabdeh hazırkı iddia ilə müraciət edərək, 421 manat məbləğində pulu cavabdehlərdən geri tələb edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qətnaməni iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəməyə təqdim olunmuş sübutlarla əsaslandırıraq hesab edirəm ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdehlər Cavabdeh2 160 manat və Cavabdeh1 261 manat olmaqla, cəmi 421 manat pul və 30 manat dövlət rüsumunun əvəzi müştərək qaydada İddiaçı xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 284-5, 284-6, 357, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq,

QƏT ETDİM:

İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 160 manat və Cavabdeh1 261 manat olmaqla, cəmi 421 (dörd yüz iyirmi bir) manat pul və 30 (otuz) manat dövlət rüsumunun əvəzi müştərək qaydada İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar