Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(5-102)-456/2026 05.03.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarova, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2026-cı ilədək ödənilməmiş 6 948 (altı min doqquz yüz qırx səkkiz) manat məbləğində əvvəlki üç il üçün ödənilməmiş aliment məbləğinin və məhkəməyə müraciət edildiyi tarixdən 19 noyabr 2018-ci il təvəllüdlü X1 görə hər ay cavabdehin əmək haqqı və digər gəlirlərinin dörddə bir hissəsi həcmində aliment məbləğinin, 61 (altmış bir) manat mediasiya rüsumunun, 350 (üç yüz əlli) manat vəkil xərcinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddia ərizəsi yolverilməzliyinə görə qəbul edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2 və 153.2.2-ci maddələrinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İddiaçı iddia tələbində xx.xx.2026-cı ilədək ödənilməmiş 6 948 (altı min doqquz yüz qırx səkkiz) manat məbləğində əvvəlki üç il üçün ödənilməmiş aliment məbləğinin və məhkəməyə müraciət edildiyi tarixdən 19 noyabr 2018-ci il təvəllüdlü X1 görə hər ay cavabdehin əmək haqqı və digər gəlirlərinin dörddə bir hissəsi həcmində aliment məbləğinin Cavabdeh tutularaq İddiaçı ödənilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər arasında alimentin 193 manat sabit pul məbləğində ödənilməsi ilə bağlı barışıq sazişi mövcuddur. Odur ki, barışıq sazişinin şərti cavabdeh tərəfindən könüllü icra edilmədiyi halda iddiaçı aliment məbləği ilə bağlı sazişin təsdiq edilməsi üçün xüsusi icraat qaydasında məhkəməyə müraciət edilə bilər. Bundan başqa, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər arasında alimentin sabit pul məbləğində ödənilməsi ilə bağlı razılaşma əldə edilmişdir. Buna görə də, məhkəmədə təkrarən aliment tutulması məsələsinə baxıla bilməz. İddiaçı alimentin tutulma qaydasının dəyişdirilməsi və hər ay alimentin cavabdehin əmək haqqı və digər gəlirlərinin dörddə bir hissəsi həcmində aliment məbləğinin tutulmasının müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-nin 153.3-cü maddəsinə görə, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.4-cü və 153.5-ci maddələrinə əsasən, ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Belə olan halda, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilməli və iddia ərizəsi, ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153.2.1, 153.3, 153.4, 153.5, 153.6, 263 və 264-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəna Qafarova
Məhkəmə qərarları › İş №e-2(5-102)-456/2026
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-102)-456/2026
05.03.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver