Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(5-102)-49/2026 19.02.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Cavabdeh ilə onun arasında bağlanmış xx.xx.2022-ci il tarixli, MŞB/9-00184 saylı Barışıq Sazişindən görünür ki, “2.1.Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 242 No-li nikah haqqında aktın pozulmasına ikinci tərəf razılıq vermədi. 2.2.Tərəflər birgə nikahdan olan xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü X3 anası X2 yanında qalmasına razılaşdılar. 2.2. Birinci tərəf razılıq verir ki, ikinci tərəf uşaqların (xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü X3) gündəlik təhsil, qida və asüdə vaxtlarının pozulmaması şərtilə məhdudiyyət qoyulmadan istənilən gün, övladları ilə ünsiyyət yarada bilər. 2.3.İkinci tərəf Sazişin imzalandıqdan sonra hər ayın ilk həftəsi 800 (səkkiz yüz) AZN həcmində sabit pul məbləğini aliment olaraq birinci tərəfə ödəyəcəkdir. 2.4.İkinci tərəf övladları ilə ünsiyyət və görüş zamanı uşaqların geyim, qida və digər ehtiyacları barədə məsrəflər etdiyi sabit pul məbləğində alimentin məbləğindən çıxılmayacaq”. Ərizəçi Cavabdeh onu maraqlı şəxs qismində cəlb etdiyi “barışıq sazişin təsdiq edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri 9 saylı Mediasiya Təşkilatı tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, MŞB/9-00184 saylı barışıq sazişinin məcburi icra edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(009)-2765/2025 nömrəli qətnaməsi ilə qət edilmişdir ki, “ərizə təmin edilsin, X4 ilə İddiaçı arasında bağlanmış xx.xx.2025-ci il tarixli Barışıq sazişinin aşağıdakı şərti məcburi icrası üçün təsdiq edilsin. 2.3. İkinci tərəf Saziş imzalandıqdan sonra hər ayın ilk həftəsi 800 (səkkiz yüz) AZN həcmində sabit pul məbləği aliment olaraq birinci tərəfə ödəyəcəkdir”. O, xx.xx.2025-ci il tarixdən etibarən ştatların ixtisarı ilə əlaqədar olaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. xx.xx.2025-ci il tarixli ƏƏSMN-nin mərkəzləşdirilmiş elektron informasiya sistemindən çıxarışdan göründüyü kimi, o, hal-hazırda işsizdir, heç bir əmək fəaliyyəti ilə məşğul deyildir. Bu səbəbdən də məhkəmə tərəfindən tutulmuş aliment məbləğini ödəyə bilmir. Onun əmlak və maddi vəziyyəti əhəmiyyətli dərəcədə azalmışdır. Tərəfindən Bakı 6 saylı Mediasiya Təşkilatına müraciət olunmuş, mediator qismində X7 təyin edilmişdir. xx.xx.2025-ci il tarixdə saat 11.30-da keçirilmiş ilkin mediasiya sessiyasında mediasiya prosesinin davam etdirilməsi mümkün olmamış, tərəflər arasında razılıq əldə edilməmişdir. Onun tərəfindən 50 manat mediasiya xərci ödənilmiş, X7 tərəfindən isə xx.xx.2025-ci il tarixli, MŞB/6-01087 saylı “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” arayış təqdim edilmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı onunla Cavabdeh birgə nikahdan olan xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün, sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,65 misli həddində sabit pul məbləğində alimentin ondan tutularaq Cavabdeh ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. İddiaçı həmçinin göstərmişdir ki, işlədiyi müddətdə 800 manat alimentdən əlavə uşaqların başqa tələbatını da ödəmişdir. Hazırda o qədər məbləğdə aliment ödəməyə imkanı yoxdur. Lakin gələcəkdə işləyib kifayət qədər əmək haqqı alacağı təqdirdə əlavə ödənişlər edəcəkdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, iddiaçı işdən çıxdıqdan sonra 800 manat aliment ödəmək imkanı olmamış, 500 manat ödəmiş, cavabdeh ödənilən məbləğlə razılaşmamış və barışıq sazişinin təsdiq etmək üçün məhkəməyə müraciət etmişdir. İddiaçının hazırda uşaqlara görə 800 manat aliment ödəmək imkanı yoxdur. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, alimentin azaldılmasını istəmir, uşaqların tələbatı artıb, hazırlığa gedirlər, o, da işləmir, çatdıra bilmir. İddiaçı hətta 800 manat alimentlə razılaşanda bildirmişdir ki, əlavə də köməklik edəcək, lakin heç bir köməklik etməmişdir. Məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə təqdim edilmiş sübutları məcmu halında tam, hərtərəfli, obyektiv araşdıraraq və hüquqi qiymət verib hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, tərəflərin birgə nikahdan xx.xx.2012-ci il tarixli X5 və xx.xx.2015-ci il təvəllüdlü X8 adlı uşaqları var. İş üzrə İddiaçı əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.2010-cu il tarixdə ABŞ-nin Bakıdakı Səfirliyində rabitə mütəxəssisi vəzifəsinə təyin edilmiş, xx.xx.2025-ci il tarixdə ştatların ixtisası ilə əlaqədar Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. İş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(009)-2765/2025 saylı qətnaməsinin surətindən görünür ki, ərizə təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2025-ci il tarixli Barışıq sazişinin aşağıdakı şərti məcburi icrası üçün təsdiq edilmişdir: - 2.3.İkinci tərəf Saziş imzalandıqdan sonra hər ayın ilk həftəsi 800 (səkkiz yüz) AZN həcmində sabit pul məbləğini aliment olaraq birinci tərəfə ödəyəcəkdir. İş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzləşdirilmiş elektron informasiya sisteminin iş yeri haqqında xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Mərkəzləşdirilmiş elektron informasiya sistemində İddiaçı qüvvədə olan əmək müqaviləsi ilə bağlı məlumat mövcud deyil. İş üzrə Bakı 6 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə MŞB/6-01087 saylı, xx.xx.2025-ci il tarixli arayışından görünür ki, alimentin azaldılması tələbinə dair mübahisəsi üzrə İddiaçı və X6 xx.xx.2025-ci il tarixdə keçirilən ilkin mediasiya sessiyasında iştirak etmişlər. Lakin hər iki tərəf mediasiya prosesini davam etdirməyə razılıq verməmişlər. İş üzrə 4 saylı Bakı DOST Mərkəzi tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli arayışa əsasən Cavabdeh “əmək və məşğulluq” altsisteminə əsasən işsiz kimi qeydiyyatdadır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdehin birgə nikahdan yetkinlik yaşına çatmayan xx.xx.2012-ci il təvəllüdlü Mərvin və xx.xx.2015-ci il təvəllüdlü Ziyad adlı uşaqları var. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, tərəflər arasında mediasiya təşkilatında xx.xx.2022-ci il tarixdə barışıq sazişi bağlanılmışdır və həmin sazişin 2.3-cü bəndinə əsasən iddiaçı sazişin imzalandıqdan sonra uşaqların saxlanılması üçün hər ayın ilk həftəsi 800 manat sabit pul məbləğində alimentin cavabdehə ödəməlidir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, Səbail rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi ilə Cavabdeh ərizəsi təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli Barışıq sazişinin 2.3-cü bəndi (“İkinci tərəf Saziş imzalandıqdan sonra hər ayın ilk həftəsi 800 (səkkiz yüz) AZN həcmində sabit pul məbləğini aliment olaraq birinci tərəfə ödəyəcəkdir”) məcburi icrası üçün təsdiq edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2025-ci il tarixdə ştatın ixtisarı ilə əlaqədar tutduğu vəzifədən azad edilmiş və hazırda işləmir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, Cavabdeh ilə onun arasında bağlanmış xx.xx.2022-ci il tarixli, MŞB/9-00184 saylı Barışıq Sazişindən görünür ki, “2.1.Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 242 No-li nikah haqqında aktın pozulmasına ikinci tərəf razılıq vermədi. 2.2.Tərəflər birgə nikahdan olan xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü X3 anası X2 yanında qalmasına razılaşdılar. 2.2. Birinci tərəf razılıq verir ki, ikinci tərəf uşaqların (xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü X3) gündəlik təhsil, qida və asüdə vaxtlarının pozulmaması şərtilə məhdudiyyət qoyulmadan istənilən gün, övladları ilə ünsiyyət yarada bilər. 2.3.İkinci tərəf Sazişin imzalandıqdan sonra hər ayın ilk həftəsi 800 (səkkiz yüz) AZN həcmində sabit pul məbləğini aliment olaraq birinci tərəfə ödəyəcəkdir. 2.4.İkinci tərəf övladları ilə ünsiyyət və görüş zamanı uşaqların geyim, qida və digər ehtiyacları barədə məsrəflər etdiyi sabit pul məbləğində alimentin məbləğindən çıxılmayacaq”. Cavabdeh barışıq sazişin təsdiq edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri 9 saylı Mediasiya Təşkilatı tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, MŞB/9-00184 saylı barışıq sazişinin məcburi icra edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(009)-2765/2025 nömrəli qətnaməsi ilə qət edilmişdir ki, “ərizə təmin edilsin, X4 ilə İddiaçı arasında bağlanmış xx.xx.2025-ci il tarixli Barışıq sazişinin aşağıdakı şərti məcburi icrası üçün təsdiq edilsin. 2.3. İkinci tərəf Saziş imzalandıqdan sonra hər ayın ilk həftəsi 800 (səkkiz yüz) AZN həcmində sabit pul məbləği aliment olaraq birinci tərəfə ödəyəcəkdir”. O, xx.xx.2025-ci il tarixdən etibarən ştatların ixtisarı ilə əlaqədar olaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. xx.xx.2025-ci il tarixli ƏƏSMNnin mərkəzləşdirilmiş elektron informasiya sistemindən çıxarışdan göründüyü kimi, o, hal-hazırda işsizdir, heç bir əmək fəaliyyəti ilə məşğul deyildir. Bu səbəbdən də məhkəmə tərəfindən tutulmuş aliment məbləğini ödəyə bilmir. Onun əmlak və maddi vəziyyəti əhəmiyyətli dərəcədə azalmışdır. Bu səbəbdən iddiaçı onunla Cavabdeh birgə nikahdan olan xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün, sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,65 misli həddində sabit pul məbləğində alimentin ondan tutularaq Cavabdeh ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli Qərarının 8.13-cü bəndinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən göründüyü kimi alimentin azaldılmasına o halda yol verilir ki, tərəflərdən birinin maddi vəziyyətində hər hansı dəyişiklik olsun. Məhkəmə iddiaçının maddi vəziyyətində baş vermiş dəyişikliyi, yəni barışıq sazişi bağlayarkən işlədiyi halda, hazırda ştatın ixtisarı ilə əlaqədar tutduğu vəzifədən azad edildiyini və işləmədiyini nəzərə alaraq hesab edir ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməkdə tam haqlı olmuşdur. «Uşaq Hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2026-cı il üçün yaşayış minimumu ölkə üzrə adambaşına uşaqlar üçün 260 manat məbləğində təsdiq edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2016-cı il tarixli qərarına əsasən:
1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.
2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-1.-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Qanunvericiliyin tələbinə əsasən tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Göründüyü kimi qanunun bu norması imperativ xarakter daşımır və qanun alimentin dəyişməsini işin hallarına görə məhkəmənin mülahizəsinə təqdim edir. Tərəflər arasında barışıq sazişi xx.xx.2022-ci ildə bağlanılmış, uzun müddət alimentin ödənilməsi ilə bağlı hər hansı problem mövcud olmamış, yalnız barışıq sazişinin 2.3-cü bəndinin təsdiq edilməsinə dair Cavabdeh tələbi əsasında qətnamə xx.xx.2025-ci il tarixdə qəbul edilmişdir, iddiaçı isə xx.xx.2025-ci il tarixdən işdən azad edilmiş və bununla da iddiaçının maddi vəziyyətində dəyişiklik baş vermişdir. Məhkəmə iddiaçının maddi vəziyyətində dəyişkənliyin olduğunu (hazırda işləməməsini), uşaqlar üçün yaşayış minimumunun 260 manat olduğunu, barışıq sazişində müəyyən edilən və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi ilə təsdiq edilmiş alimentin məbləğinin uşaqlar üçün müəyyənləşdirilmiş yaşayış minimumdan kifayət qədər çox olduğunu nəzərə alaraq hesab edir ki, alimentin məbləği azaldılmalı, iddiaçıdan tutulacaq sabit aliment məbləği hər ay hər uşağa görə 260 manat həddində müəyyən edilməlidir. Məhkəmə azaldılmış aliment məbləğinin 260 manat həddində müəyyən edilməsi qənaətinə gəlinməsini, iddiaçının hər uşağa görə 260 manat məbləği həddində hazırda aliment ödəmək imkanının olması barədə mövqeyini, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən Qərarında göstərilənləri və 2026-cı il üçün minimum əmək haqqının 400 manat müəyyən edilməsini nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdeh xeyrinə tutulacaq aliment məbləği yetkinlik yaşına çatmamış uşaqların saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,65 misli həddində (260:400=0,65) sabit pul məbləğində aliment müəyyən edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, alimentin azaldılması ilə bağlı iddiaçıdan tutulmalı olan aliment iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan deyil, hazırki məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən sonra başlamalı və həmin vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8- 2/2016 saylı qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı azaldılarkən və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı azaldılmış alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə qeyd edir ki, AR MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələrin dərhal icra olunması nəzərdə tutulsa da, hazırki tələb alimentin azaldılması ilə bağlıdır. Bu səbəbdən göstərilən qanunun tələbləri alimentin azaldılması ilə bağlı tələbə aid edilə bilməz. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə…
QƏT ETDİ:
İddia təmin edilsin. İddiaçı xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay barışıq sazişi ilə müəyyən edilmiş və Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(009)-2765/2025 saylı qətnaməsi ilə təsdiq edilmiş aliment miqdarı azaldılsın və İddiaçı yetkinlik yaşına çatmamış uşaqların saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, tutulacaq aliment hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,65 misli həddində sabit pul məbləğində müəyyən edilsin və tutularaq Cavabdeh ödənilsin. Alimentin azaldılması ilə bağlı İddiaçı tutulmalı olan aliment məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən tutulmağa başlanılsın və tutma həmin vaxtdan hesablansın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev