Məhkəmə qərarları › İş №e-2(5-102)-88/2026

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-102)-88/2026

02.03.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(5-102)-88/2026 02.03.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahdan doğulmuş övladları 25 sentyabr 2019-cu il təvəllüdlü Amir Cavabdeh oğlu və 10 iyun 2015-ci il təvəllüdlü Elhan Cavabdeh oğlu saxlanılması üçün minimum əmək haqqının 0,65 misli qədəri ilə aliment məbləği tutulmasını qət edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: o, Cavabdeh ilə xx.xx.2014-cü il tarixdə nikah bağlanmışdir. Birgə nikahdan iki övladları dünyaya gəlmişdir: 25 sentyabr 2019-cu il təvəllüdlü Amir Cavabdeh oğlu və 10 iyun 2015-ci il təvəllüdlü Elhan Cavabdeh oğlu. Nikah Almaniya Respublikası Erfurt rayon məhkəməsinin xx.xx.2023-cü il qətnaməsi ilə pozulmuşdur. Ali Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadına əsasən İddiaçı və Cavabdeh arasında 22 aprel 2014-cü il tarixdə bağlanmış nikahın pozulmasına dair Almaniya Federativ Respublikası Erfurt Rayon Məhkəməsinin 04 oktyabr 2023cü il tarixli, 34 F 597/23 nömrəli qərarı, habelə 25 sentyabr 2019-cu il təvəllüdlü Amir Dəmirovun və 10 iyun 2015-ci il təvəllüdlü Elhan Dəmirovun ananın himayəsində saxlanılmasına dair Almaniya Federativ Respublikası Erfurt Rayon Məhkəməsinin 10 noyabr 2023-cü il tarixli, 34 F 720/23 nömrəli qərarı ilə Azərbaycan Respublikasında tanınmışdır. Bu müddət ərzində cavabdeh övladının necə yaşaması ilə maraqlanmamış, onun təlim tərbiyəsi ilə məşğul olmamışdır. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş, o məhkəmə iclasına gəlməmiş, lakin iddiaçının nümayəndəsi və vəkili X2 məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, işlərinin intensivliyi ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcək, onun iştirakı olmadan baxılmasını xahiş edərək iddia ərizəsinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş, o məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 10(102)-299/2025 nömrəli qərardadın surətindən görünür ki, ərizəçi İddiaçı tərəfindən verilmiş ərizə qismən təmin edilmiş. İddiaçı və Cavabdeh arasında 22 aprel 2014-cü il tarixdə bağlanmış nikahın pozulmasına dair Almaniya Federativ Respublikası Erfurt Rayon Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli, 34 F 597/23 nömrəli qərarı, habelə 25 sentyabr 2019cu il təvəllüdlü Amir Dəmirovun və 10 iyun 2015-ci il təvəllüdlü Elhan Dəmirovun ananın himayəsində saxlanılmasına dair Almaniya Federativ Respublikası Erfurt Rayon Məhkəməsinin 10 noyabr 2023-cü il tarixli, 34 F 720/23 nömrəli qərarı Azərbaycan Respublikasında tanınmış, ərizə qalan hissədə təmin edilməmişdir. Qərarın qəbul edildiyi andan qüvvəyə minməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X1 Federativ Respublikası Erfurt rayonunda anadan olmuş, ata qrafasında X7, ana qrafasında X8 qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 25 sentyabr 2019-cu il təvəllüdlü X11 Federativ Respublikası Erfurt rayonunda anadan olmuş, ata qrafasında Cavabdeh, ana qrafasında X9 qeyd edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh 22 aprel 2014-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Onların birgə nikahından 25 sentyabr 2019-cu il təvəllüdlü Amir Cavabdeh oğlu və 10 iyun 2015-ci il təvəllüdlü Elhan Cavabdeh oğlu anadan olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 10(102)- 299/2025 nömrəli qərardadı ilə İddiaçı və Cavabdeh arasında 22 aprel 2014-cü il tarixdə bağlanmış nikahın pozulmasına dair Almaniya Federativ Respublikası Erfurt Rayon Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli, 34 F 597/23 nömrəli qərarı, habelə 25 sentyabr 2019-cu il təvəllüdlü Amir Dəmirovun və 10 iyun 2015-ci il təvəllüdlü Elhan Dəmirovun ananın himayəsində saxlanılmasına dair Almaniya Federativ Respublikası Erfurt Rayon Məhkəməsinin 10 noyabr 2023-cü il tarixli, 34 F 720/23 nömrəli qərarı Azərbaycan Respublikasında tanınması barədə qərar qəbul edilmişdir. Hazırda iddiaçı məhkəməyə müraciət edərək cavabdehdən uşaqların saxlanılması üçün alimentin məhkəmə qətnaməsi əsasında alınaraq iddiaçıya ödənilməsini tələb edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. -75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. -75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. -78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından, (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. (AM-in 78.2.) Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının 7.1-ci bəndində göstərilmişdir ki, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. X12 edilmiş 20 dekabr 2024cü il tarixli dəyişikliyə əsasən Qərarın 8.4-1-ci bəndində göstərilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. - 8.4-2. Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 27 dekabr 2025-ci il tarixli Qanununa əsasən 2026-cı il üçün yaşayış minimumu uşaqlar üçün 260 (iki yüz altmış) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə alimentin miqdarını müəyyən edərkən uşaqların mənafeyini, onların təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını, eyni zamanda tərəflərin maddi vəziyyətini nəzərə alaraq hesab edir ki, tərəflərin azyaşlı övladları 25 sentyabr 2019-cu il təvəllüdlü X4 və 10 iyun 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün 16 yanvar 2026-cı il tarixdən hesablanaraq hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla minimum əmək haqqının 0,65 misli həddində - 260 manat sabit pul məbləğində alimentin müəyyən edilməsi uşaqların mənafeyi baxımından məqsədə uyğundur. Odur ki, iddia təmin edilərək Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinə uyğun olaraq alimentin tutulmasının əvvəli iddiaçı məhkəməyə müraciət etdiyi vaxtdan, yəni 16 yanvar 2026-cı il tarixindən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. -217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. (119.2.) Məhkəmə iddianın qimən təmin olunduğunu, iddiaçının qanunla müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edildiyindən sadalanmış normaları hazırki iş üzrə tətbiq edərək belə qənaətə gəlir ki, cavabdehdən 82 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Beləliklə, məhkəmə mülki iş üzrə araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 25 sentyabr 2019-cu il təvəllüdlü X4 və 10 iyun 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 16 yanvar 2026-cı il tarixdən hesablanaraq hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla minimum əmək haqqının 0,65 misli həddində 260 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməli, Cavabdeh 82 (səksən iki) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 25 sentyabr 2019-cu il təvəllüdlü X4 və 10 iyun 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 16 yanvar 2026-cı il tarixdən hesablanaraq hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla minimum əmək haqqının 0,65 misli həddində sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh 82 (səksən iki) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamə alimentin tutulmasına aid hissədə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar