Məhkəmə qərarları › İş №e-2(5-102)-95/2026

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-102)-95/2026

13.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(5-102)-95/2026 13.02.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X7 Rüstəmlinin sədrliyi, Kərimova Nəzrin Asim qızının katibliyi İddiaçının nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin azaldılması» tələbinə dair iddiası üzrə mülki işə Səbail Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin azaldılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-3002/2018 nömrəli icra sənədi və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(004)-792/2025 saylı qərardadı müəyyən edilmiş alimentin miqdarının azaldılması və İddiaçı xx.xx.2009-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 130 (yüz otuz) manat sabit pul məbləğində alimentin Cavabdeh xeyrinə tutulması ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-3002/2018 nömrəli icra vərəqəsinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(004)-2957/2016 nömrəli qətnaməsi ilə uşaqların saxlanması üçün tutulmuş alimnetin miqdarı dəyişdirilərək, xx.xx.2007-ci il təvəllüdlü Əliyev CamalAğa oğlunun və xx.xx.2009-ci il təvəllüdlü X1 üçün İddiaçı hər ay hər uşağa 154 (yüz əlli dörd) manat, cəmi 308 (üç yüz səkkiz) manat sabit pul məbləğində alimentin Cavabdeh xeyrinə tutulması qət edilmişdir. İddiaçı Cavabdeh ilə nikahı pozulduqdan sonra o, X5 ilə nikah münasibətinə girmiş və onların birgə nikahından 01 aprel 2015-ci il təvəllüdlü X2 övladları dünyaya gəlmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il il tarixli, 2(001)-4705/2021 saylı qətnaməsinə əsasən isə xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimisaxlanılması üçün 20 may 2021-ci il tarixdən başlayaraq cavabdeh İddiaçı hər ay 130 (bir yüz otuz) manat alimentin sabit pul məbləğində tutularaq iddiaçı X3 ödənilməsi qət edilmişdir. Cavabdeh Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-3002/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin indeksasiyası barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2(004)-3002/2018 nömrəli icra vərəqəsi ilə cavabdehdən bir uşaq üçün cəmi 154 manat məbləğində sabit pul şəklində tutulan alimentin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində indeksasiya edilməsi barədə qərardad qəbuledilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(004)- 792/2025 saylı qərardadı ilə ərizə təmin edilmiş və Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-3002/2018 nömrəli qətnaməsi ilə İddiaçı xx.xx.2009-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 154 (yüz əlli dörd) manat sabit pul məbləğində tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.18 misli həddində indeksasiya olunması qərara alınmışdır. Qeyd olunur ki, iddiaçı hal-hazırda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin Təchizat şöbəsinin sürücüsü vəzifəsində işləyir və aylıq əmək haqqısı 733,75 manat, müvafiq tutmalar çıxıldıqdan sonra isə ələ çatası məbləğ 603,98 manat təşkil edir. Göründüyü kimi, halhazırda iddiaçının üzərində həddindən artıq çox yüksək miqdarda aliment yükü yaranmışdır və o, çox çətin və çıxılmaz vəziyyətdədir. Belə ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il il tarixli, 2(001)-4705/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş 130 manat və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(004)-792/2025 saylı qərardadı ilə müəyyən edilmiş 472 manat aliment məbləğləri iddiaçıdan tutulduqdan sonra ona cəmi 1,98 manat pul vəsaiti qalır. Bundan əlavə, qeyd olunur ki, iddiaçı 2022-ci ildən ürək xəstəliyinə tutulub və hal-hazırda da davamlı müalicələr alır. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi-vəkili iddianı müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, cavabdehin xeyrinə iddiaçıdan hazırki aliment tutularkən də iddiaçı hazırki vəzifəsində çalışırdı. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsaslanaraq mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdirir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarından görünür ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(004)-792/2025 saylı qərardadı ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-3002/2018 nömrəli qətnaməsi ilə İddiaçı xx.xx.2009-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 154 (yüz əlli dörd) manat sabit pul məbləğində tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.18 misli həddində indeksasiya olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. «Uşaq hüquqları haqqında» Qanunun 19-cu maddəsinə əsasən valideynlər uşağın tərbiyyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması bərabər vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qanunun yuxarıda göstərilən tələblərinə əsasən tərəflərin maddi vəziyyətlərinin dəyişməsi dedikdə, onların maddi vəziyyətlərinin yaxşılaşması və ya pisləşməsi nəzərdə tutulur. Qanunun mənasına görə bu hal aliment ödəyən, yaxud aliment alan şəxsin gəlirlərinin çoxalması və ya azalması ilə əlaqədar olur. Aliment ödəyən şəxsin gəlirləri azaldıqda o, aliment miqdarının azaldılmasını, əksinə, onun gəlirləri çoxaldıqda, aliment alan şəxs aliment miqdarının artırılmasını tələb edir. «Uşaq hüquqları haqqında» Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə işin faktiki hallarına qiymət verib, uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını əsas tutaraq hesab edir ki, iddiaçıdan alimentin tutulması vaxtından hazırkı dövrədək zaman ərzində iddiaçının maddi vəziyyətində mənfi dəyişikliklər baş verməyərək, onun aylıq gəlirlərinin azalması halı yaranmadığından, iddia tələbi tam əsassızdır və təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin azaldılması» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş mediasiya xərci iddiaçının özünə aid edilsin. Qətnamədən təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar