Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(5-104)-553/2026 12.03.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2(004)- 4841/2025 saylı, 29 oktyabr 2025-ci il tarixli qətnaməsi ilə 04 noyabr 2010-cu il təvəllüdlü X5, 27 fevral 2012-ci il təvəllüdlü X1, 23 iyun 2015-ci il təvəllüdlü X6, 26 dekabr 2016-cı il təvəllüdlü X4, 14 oktyabr 2020-ci il təvəllüdlü X7, 26 dekabr 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,375 misli həddində sabit pul məbləğində müəyyən edilmiş aliment həcminin azaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə 20 oktyabr 2009-cu ildə rəsmi nikahla ailə həyatı qurmuşdur. Birgə yaşadıqları müddətdə ilk öncə onların dörd övladı olmuşdur. Xasiyyətləri uyğun gəlmədiyi üçün ayrılmışlar və Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2(004)- 3366/2019 saylı, 29 may 2019-cu il tarixli qətnaməsi ilə cavabdehlə aralarında olan nikah pozulmuş və övladlarının cavabdehin yanında qalmaları müəyyən olunmuşdur. Lakin nikahları pozulduqdan sonra yenidən barışıb birlikdə yaşamışlar və bu müddət ərzində onların yenidən iki uşaqları anadan olmuşdur. Sonradan isə yenidən ailə münasibətləri pozulmuş və hal-hazırda ayrı yaşayırlar. Cavabdeh iddia ərizəsi ilə sabit pul məbləğində alimentlə bağlı məhkəməyə müraciət etmiş və Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2(004)-4841/2025 saylı, 29 oktyabr 2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək 06 avqust 2025-ci ildən başlayaraq 04 noyabr 2010-cu il təvəllüdlü X5, 27 fevral 2012-ci il təvəllüdlü X1, 23 iyun 2015-ci il təvəllüdlü X6, 26 dekabr 2016-cı il təvəllüdlü X4, 14 oktyabr 2020-ci il təvəllüdlü X7 və 26 dekabr 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,375 misli həddində sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Belə ki, hazırki artımın misli ödənişi iddiaçını əlverişsiz bir vəziyyətə gətirib çıxaracaq, maddi sıxıntılarla qarşılaşacaq və bu da bir sıra problemlər yaradacaqdır. Ona görə ki, himayəsində xəstə anası var və ona da iddiaçı baxır. Özü də xəstədir və müalicələrini çətinliklə davam etdirir. Bankdan da kredit götürmüşdür, aylıq kredit ödəyir. Məhkəmə iddiaçının maddi vəziyyətini tam nəzərə almamışdır. İddiaçı yalnız aşağı həddə alimenti ödəyə bilər. Ona görə də alimentin azaldılması zərurəti yaranmışdır. Həmçinin bildirilir ki, alimentlə bağlı məhkəmə iclası onun iştirakı olmadan keçirilmişdir, baxmayaraq ki, iddiaçı məhkəmə iclasının təxirə salınması barədə məhkəməyə teleqram göndərsə də bu hal nəzərə alınmamışdır. İddiaçı aliment məbləğinin azaldılması tələbi barədə Mediasiya Şurasına müraciət etmiş, ərizəsi mediator tərəfindən icraata götürülmüşdür. Nəticədə mediator tərəfindən ona 07 yanvar 2026-cı il tarixli arayış verilmişdir. Qeyd edilir ki, mediasiya sessiyasının keçirilməsi barədə 60 (altmış) manat məbləğində mediasiya xərci ödəmişdir. Bu barədə mediator tərəfindən verilmiş X3 iştirak etməsi barədə arayışda da öz əksini tapmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək, aliment təyin edildikdən sonra ailə və maddi vəziyyətində heç bir dəyişiklik olmadığını, cəmi 500 manat məbləğində aliment ödəyə biləcəyini, əmək haqqının az olduğunu, özünə çatmadığını bildirərək, alimentin miqdarını azaldılmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək, iddiaçının uşaqları ilə maraqlanmadığını, uşaqların əlavə xərclərinin olduğunu nəzərə alaraq, iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4841/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilərək, 06 avqust 2025-ci ildən başlayaraq 04 noyabr 2010-cu il təvəllüdlü X5, 27 fevral 2012-ci il təvəllüdlü X1, 23 iyun 2015-ci il təvəllüdlü X6, 26 dekabr 2016-cı il təvəllüdlü X4, 14 oktyabr 2020-ci il təvəllüdlü X7 və 26 dekabr 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,375 misli həddində sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZ-İİİ 862767 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən X4 xx.xx.2016-cı il tarixdə doğulmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında 13 nömrə ilə qeyd edilmişdir. Atası İddiaçı, anası Cavabdehdır. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş AZ-İİİ 571554 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən X6 xx.xx.2015-ci il tarixdə doğulmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında 449 nömrə ilə qeyd edilmişdir. Atası İddiaçı, anası Cavabdehdır. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZ-T 087903 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən X1 xx.xx.2012-ci il tarixdə doğulmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında 804 nömrə ilə qeyd edilmişdir. Atası İddiaçı, anası Cavabdehdır. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AZ-İV 437249 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən X7 xx.xx.2020-ci il tarixdə doğulmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında 554 nömrə ilə qeyd edilmişdir. Atası İddiaçı, anası Cavabdehdır. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş AZ-İV 636123 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən X8 xx.xx.2021-ci il tarixdə doğulmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında 14 nömrə ilə qeyd edilmişdir. Atası İddiaçı, anası Cavabdehdır. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş AZ-İİ 736232 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən X5 xx.xx.2010-cu il tarixdə doğulmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında 2701 nömrə ilə qeyd edilmişdir. Atası İddiaçı, anası Cavabdehdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 101.2-ci maddəsinə əsasən məhkəmə alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Yetkinlik yaşına çatmayanlar üçün alimentin miqdarı bu Məcəllənin 76-cı maddəsinə uyğun müəyyən edilir. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarına əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli 15 nömrəli qərarına əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.13-cü bəndinə “Alimentin miqdarının dəyişdirilməsi barədə qətnamə qəbul edilərkən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydaya əməl edilməli olduğu nəzərə alınmalıdır.” məzmunda birinci cümlə əlavə edilmişdir. Həmin bəndin ikinci cümləsinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Bundan başqa 8.11-ci bəndə aşağıdakı məzmunda 8.11-1-ci yarımbənd əlavə edilmişdir. “Alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir.” Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” Qanununa əsasən 2026-cı il üçün yaşayış minimumu uşaqlar üçün 260 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)-4841/2025 nömrəli qətnaməsinə əsasən 06 avqust 2025-ci ildən başlayaraq 04 noyabr 2010-cu il təvəllüdlü X5, 27 fevral 2012-ci il təvəllüdlü X1, 23 iyun 2015-ci il təvəllüdlü X6, 26 dekabr 2016-cı il təvəllüdlü X4, 14 oktyabr 2020-ci il təvəllüdlü X7 və 26 dekabr 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,375 misli həddində sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Hazırda İddiaçı əmək haqqının az olduğunu və maddi vəziyyətini nəzərə alaraq Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)-4841/2025 nömrəli qətnaməsi ilə hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,375 misli həddində sabit pul məbləğində müəyyən edilmiş alimentin miqdarının azaldılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Belə ki, qanunvericiliyin tələbinə əsasən, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra nə İddiaçı, nə də Cavabdeh ailə və ya maddi vəziyyətində dəyişiklik olmamışdır. Beləliklə, məhkəmə yetkinlik yaşına çatmayan uşaqların Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu, uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunu, uşağı saxlamağın hər iki valideynin öhdəliyi olmasını, tərəflərin ailə və ya maddi vəziyyətində dəyişiklik olmadığını nəzərə alıb, uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddiası təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu
Məhkəmə qərarları › İş №e-2(5-104)-553/2026
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-104)-553/2026
12.03.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver