Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № e-2(5-107)-155/2026 26.02.2026 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlu, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi üzrə üzrə mülki işə məhkəmənin binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsində Cavabdeh1 797 manat, Cavabdeh2 isə 64 manat pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə olunmuş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsində qeyd edilən tərəflər arasında olan lizinq müqavilələri iş materiallarına əlavə olunmadığından və həmin nöqsan işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törətdiyindən ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Belə ki, iddia ərizəsində göstərilmişdir ki, İddiaçı MMC-nin mülkiyyətində olan “Chevrolet Cobalt” markalı ** PL *** nömrəli avtomobili cavabdehdlər idarə edərkən inzibati qaydada cərimə olunmuşlar və həmin cərəimləri iddiaçı tərəfindən ödənilmişdir. Ona görədə qeyd olunan iddia ərizəsində Cavabdeh1 797 manat və Cavabdeh2 isə 64 manat pul vəsaitinin tutulması tələb olunur, lakin həmin pul tələblərinin bir-biri ilə əlaqədar olması ərizədə göstərilməmiş və əsaslandırılmamışdır. O, cümlədən həmin avtomobilin iddiaçının mülkiyyətində olması, cavabdehlərin həmin avtomobili hansı sənəd əsasında və hansı müddətlərdə idarə edilməsi iddia ərizəsində göstərilməmişdir. Azərbaycan Respublikasının MPM-nin 149.2.3-cü maddəsinin tələbinə əsasən, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hazır ki, iddia tələbində bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirilmişdir. Həmçinin, məhkəmə onun da qeyd edir ki, göstərilən hal işə baxılan zaman ərazi aidiyyəti pozulmasına səbəb olar. Çünki Cavabdeh1 Ağdam rayonu, Eyvazxanbəyli kəndində pasport qeydiyyatında olsa da, lakin Cavabdeh2 Kəlbəcər rayonunda pasport qeydiyyatındadır. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən, Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh2 aid hissədə iddiaçı ərizə ilə aidiyyəti üzrə Kəlbəcər Rayon Məhkəməsinə müraciət etməlidir. Azərbaycan Respublikası MPM-nin 259.0.12-ci maddəsində göstərilir ki, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddia ərizəsinin baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hallar iddia ərizəsinin baxılmamış saxlanılması üçün əsasdır. Məhkəmə həmçinin hesab edir ki, iddia ərizəsinin baxılmamış saxlanılmasının Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsində nəzərdə tutulan nəticələri tərəflərə izah edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-nin 259.0.6, 260.5, 263- 264, 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borc tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi baxılmamış saxlanılsın. Tərəflərə izah edilsin ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Ağdam Rayon Məhkəməsinə ondan şikayət verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №e-2(5-107)-155/2026
Ağdam Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-107)-155/2026
26.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver