Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № e-2(5-121)-1256/2026 19.03.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSI Hakim Dəmirli Orxan Əhməd oğlu İddiaçılar iddiaçı2 cavabdeh İsmayılova Elnurə Zirəddin qızına qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib m ü ə y y ə n e t d i m: İddiaçılar iddiaçı2 cavabdeh İsmayılova Elnurə Zirəddin qızına qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddiaçı iddia ərizəsinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi əlavə etməmişdir. İddiaçı ərizədə rüsumun ödənilməməsi əsası olaraq aliment alınması barədə iddialar üzrə iddiaçıların rüsumdan azad olunmasını əsas gətirmişdir. Düzdür “Dövlət Rüsumu” haqqında Azərbaycan Respublikası qanunun 9.1.2-ci bəndinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar övlət rüsumu ödəməkdən azad olunurlar. Lakin, hazır ki, halda iddiaçı cavabdehdən aliment tələb etmir, alimentin azadılmasını tələb edir. Belə olan halda isə müəyyən edilmiş qaydada dövlət rüsumu ödəməli idi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinə əsasən iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda—ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. İddiaçı müəyyən edilmiş 412 manat alimentin 150 manata edirilməsini xahiş edir. Belə olan halda iddiaçı azaldımasını tələb etdiyi məbləğin 1 illik məcmusuna nisbətdə dövlət rüsumu ödəməli idi. Yəni alimenti 302 manat (452-150) azaldılmasını istədiyindən həmin azalmanın bir illik məcmusu 3624 manat edir (302x12) və bu səbəbdən də hazırda iddiaçı “Dövlət Rüsumu” haqqında Azərbaycan Respublikası qanunun 8.1.12-ci bəndinə əsasən 56.24 manat məbləğində dövlət rüsumu ödəməli idi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.2-ci maddəsinə əsasən iddiaçı iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: İddiaçılar iddiaçı2 cavabdeh İsmayılova Elnurə Zirəddin qızına qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən nöqsanları aradan qaldırdıqdan sonra yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Dəmirli
Məhkəmə qərarları › İş №e-2(5-121)-1256/2026
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №e-2(5-121)-1256/2026
19.03.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver