Məhkəmə qərarları › İş №e-2(5-126)-497/2026

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-126)-497/2026

04.03.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № e-2(5-126)-497/2026 04.03.2026 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəmənin hakimi Ağazadə Nərmin Calal qızı, İddiaçı cavabdeh Maraqlı şəxs “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair iddia ərizəsinə baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Maraqlı şəxs “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizəni araşdıraraq müəyyən etdi ki, iddia ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olmadığından geri qaytarılmalıdır. Məhkəmə iddia icraatı qaydasında təqdim edilmiş müraciəti nəzərdən keçirərkən müəyyən etmişdir ki, bu müraciət hər nə qədər iddia icraatı qaydasında baxılan iddia ərizəsi kimi məhkəməyə təqdim olunsa da, xüsusi icraat qaydasında baxılmalı olan ərizədir. Həmçinin “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə dövlət rüsumu olaraq 100 manat məbləğində pul ödənilməlidir. Lakin iddia ərizəsinə baxılması ilə əlaqədar müvafiq qaydada dövlət rüsumunun ödənilməsi barədə qəbz iş materiallarına əlavə edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi prosessual qanunvericiliklə müəyyən edilmiş forma və məzmuna dair tələblərə riayət edilmədən, xüsusi icraat qaydasında ərizə kimi yox, iddia ərizəsi kimi məhkəməyə təqdim edildiyindən və iş üzrə dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə edilmədiyindən iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 152. İddia ərizəsinin qaytarılması. 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; 152.1.5. müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə; 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Maddə 305.1.17. Məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır Maddə 306.1. Məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Beləliklə, ərizə və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əməl edilmədiyindən ərizənin icraata qəbul edilməsi qeyri-mümkündür. Həmçinin qeyd olunur ki, geri qaytarma nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149, 151, 152, 267, 268, 305, 306-cı maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Maraqlı şəxs “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah olunsun ki, göstərilən nöqsanı aradan qaldırmaqla iddia ərizə ilə təkrar məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nərmin Ağazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar