Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(5-133)-34/2026 18.02.2026 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlu, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbi barədə” kiçik iddialara dair işlər üzrə ərizəsinə Kəlbəcər Rayon Məhkəməsinin binasında sadələşdirilmiş icraat qaydasında, məhkəmə iclası baxaraq, keçirmədən m ü ə y y ə n e t d i m: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti (bundan sonra: İddiaçı Sığorta Şirkəti ASC) Cavabdeh qarşı subroqasiya qaydasında kiçik iddialara dair işlər üzrə ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, “Hyundai Sonata” markalı, ** MJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 200 (iki yüz) manat sığorta ödənişinin və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma 4) əsasən 22 iyul 2025-ci il tarixdə Cavabdeh tərəfindən sürücülük hüququ olmadan idarə olunan “VAZ 21074” markalı, ** DX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi, “Hyundai Sonata” markalı, ** MJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. 2. İş materiallarına əlavə edilmiş 145426 nömrəli sığorta aktından və icbari sığorta bürosundan çıxarışdan görünür ki, hadisə zamanı zərərvuran “VAZ 21074” markalı, ** DX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı Sığorta Şirkətində 29 dekabr 2024-cü ildən 29 dekabr 2025-ci ilə qədər müddətdə mülki məsuliyyətin icbari sığortası növü üzrə sığortalı olmuşdur. 3. “Nəqliyyat vasitələrinin yol-nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə” hesabatdan görünür ki, hadisə nəticəsində “Hyundai Sonata” markalı, ** MJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 200 AZN zərər dəymişdir. Zərərçəkən nəqliyyat vasitəsinin mülkiyyətçisi X6 ərizə ilə iddiaçıya müraciət edərək sığorta ödənişi ilə razı olduğunu və ona məxsus bank hesabına ödənilməsini xahiş etmişdir. 4. 20 avqust 2025-ci il tarixli qəbzə əsasən, 200 AZN (iki yüz manat) sığorta ödənişi məbləği “Hyundai Sonata” markalı, ** MJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi X2 hesabına köçürülmüşdür. 4. İş materiallarında olan Qəbələ Rayon Məhkəməsinin 3(025)-349/2025 saylı inzibati qərarına əsasən, Cavabdeh yol nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsini etibarnamə, sürücülük vəsiqəsi olmadan idarə etmişdir. Buna görə də İXM-nin 332.1, 332.4, 339.1-1 və 327.1-cimaddələri ilə təqsirli bilinmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş izahatlardan , hadisə sxemindən və forma 4 arayışından da aydın olur ki, yol nəqliyyat hadisəsi cavabdehin təqsiri ucbatından baş vermişdir. 7. Cavabdeh icbari qaydada sığortalanmış nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan idarə etdiyinə görə ona qarşı subroqasiya hüququmuz yaranmışdır. 8. Cavabdeh faktiki yaşayış ünvanına pretenziya məktubu göndərilmiş, şifahi əlaqə yaradılmışdır. Lakin cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir. Buna görə də hazırki iddia ilə məhkəməyə müraciət edilmişdir. 9. Buna görə də, hesab edirik ki, qarşı tərəfə dəymiş zərər iddiaçı tərəfindən qarşılandığından Subroqasiya qaydasında ödənilmiş 200 AZN (iki yüz manat) ödəniş Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra: Mülki Prosessual Məcəllə): 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-ci maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdehlər Cavabdeh yazılı məhkəmə bildirişi göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Hakim mülki işin materiallarını araşdıraraq hesab edir ki, iş materiallarında olan sənədlər əsasında yekun məhkəmə aktı qəbul edilə bilər. Belə ki, iş materiallarında olan: 145426 saylı sığorta aktının surətindən görünür ki, İddiaçı Sığorta Şirkəti ASC-də 29 dekabr 2024-cü il tarixdən 29 dekabr 2025-ci il tarixədək sığortalanmış “VAZ 21074” markalı, ** DX *** dövlət qeydiyyat nişanlı avtomobilin “Hyundai Sonata” markalı, ** MJ *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində X4 200 (iki yüz) manat sığorta ödənişinin köçürülməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan: “Nəqliyyat vasitələrinin yol-nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə” hesabatdan görünür ki, “Hyundai Sonata” markalı, ** MJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 200 (iki yüz) manat məbləğində zərər dəymişdir. İş materiallarında olan: 20 avqust 2025-ci il tarixli **********0/104177421 nömrəli Ödəniş qəbzinin surətindən görünür ki, “Hyundai Sonata” markalı, ** MJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə zərəçəkmiş X4 200 (iki yüz) manat sığorta ödənişi həyata keçirmişdir. İş materiallarında olan: Qəbələ Rayon Polis X8 Polisi bölməsi tərəfindən İddiaçı Sığorta Şirkəti ASC-yə təqdim edilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayış”dan (Sözügedən arayışda səlahiyyətli vəzifəli şəxsin imzası və orqanın ştampı yoxdur) görünür ki, 22 iyul 2025-ci il tarixdə saat 08:50-də Qəbələ rayonu, Z.Əliyeva küçəsində Cavabdeh nəqliyyat vasitəsini idarəetmək hüququ (vəsiqəsi) olmadan ayıq vəziyyətdə idarə etdiyi X1 məxsus olan “VAZ 21074” markalı ** DX *** dövlət qeydiyyat nişanlı avtomobillə X2 idarə etdiyi “Hyundai Sonata” markalı ** MJ *** dövlət qeydiyyat nişanlı avtomobili vurmuşdur və Qəbələ Rayon Polis X8 X7 Patrul Xidmətinin baş inspektoru, polis baş leytenantı X5 tərəfindən 22 iyul 2025-ci il tarixdə inzibati icraat başlanılmışdır. İş materiallarında olan: Qəbələ Rayon Məhkəməsinin 22 iyul 2025-ci il tarixli qərara əsasən Cavabdeh İXM-nin 327.1, 332.1, 332.4 və 339.1-1-ci maddələri ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan: “ASAN ödəniş” sisteminin 06 yanvar 2026-cı il tarixli **********68 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı Sığorta Şirkəti ASC iddianın verilməsi üçün 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1 və 25.1.3-cü maddələrindən görünür ki, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi hallarında da sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; -936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; -936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; -1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə araşdırması nəticəsində təsdiq edilmişdir ki, 22 iyul 2025-ci ildə Cavabdeh tərəfindən sürücülük hüquq olmadan idarə olunan “VAZ 21074” markalı, ** DX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yol-nəqliyyat hadisəsi törədərək “Hyundai Sonata” markalı, ** MJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş və nəticədə “Hyundai Sonata” markalı, ** MJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. İddiaçı Sığorta Şirkəti ASC-də 29 dekabr 2024-cü il tarixdən 29 dekabr 2025-ci il tarixədək sığortalanmış “VAZ 21074” markalı, ** DX *** dövlət qeydiyyat nişanlı avtomobilin “Hyundai Sonata” markalı, ** MJ *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində X4 200 (iki yüz) manat sığorta ödənişi köçürülmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): -14.2-cimaddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -77.1-cimaddəsində qeyd edilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; -88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. -119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Sadalanan qanuvericilik normalarına əsasən hesab edirəm ki, iddia qanuni və əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, 22 iyul 2025-ci ildə Cavabdeh tərəfindən idarəetmə hüququ olmadan idarə olunan “VAZ 21074” markalı, ** DX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yol-nəqliyyat hadisəsi törədərək “Hyundai Sonata” markalı, ** MJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşması nəticəsində “Hyundai Sonata” markalı, ** MJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. İddiaçı (sığorta edən) “Hyundai Sonata” markalı, ** MJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş 200 (iki yüz) manat məbləğində zərəri ödəyərək, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinin və Mülki Məcəllənin 936.1-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehdən subroqasiya qaydasında tələbetmə hüququnu əldə etmişdir. İddiaçı Sığorta Şirkəti ASC ödədiyi sığorta ödənişinin əvəzini subroqasiya qaydasında ödənilməsini tələb etməkdə haqlıdır. Beləliklə, iddia təmin edilməli, Cavabdeh subroqasiya qaydasında 200 (iki yüz) manat pul tutularaq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli, həmçinin iddia təmin edildiyi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun pul əvəzi cavabdehdən tutularaq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 284-6.1 və 360-cı maddələrinin müddəalarını rəhbər tutaraq, qətetdim: İddia təmin edilsin. Cavabdeh subroqasiya qaydasında 200 (iki yüz) manat pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun pul əvəzi olmaqla, ümumilikdə 230 (iki yüz otuz) manat birgə qaydada tutularaq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №e-2(5-133)-34/2026
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-133)-34/2026
18.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver