Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № e-2(5-134)-13/2026 12.02.2026 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Muxtarov Muxtar Arif oğlunun sədrliyi, İsayev Orxan Mahir oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı məhkəməd iddia qaldıraraq Cavabdeh qarşı ila birgə nikahlarından olan uşaqları xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadak saxlanılması üçün her ay bir uşaq üçün 300 manat sabit pul məbləğinda, cəmi 600 manat alimentin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Kürdəmir rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən cavadeh Cavabdeh ilə arallarında olan nikah pozulmuşdur. Birgə nigahlarından xx.xx.2013-cü il təvəllüdlü Tunar və xx.xx.2017-ci il təvllüdlü Nur adlı övladları vardır. Uşaqlar onun himayəsində saxlanılmışdır. Cavabdeh onların saxlanılmasına yardım etmir. Buna görə də X2 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək cavabdehdən hər ay bir uşaq üçün 300 manat, cəmi 600 manat alimentin alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mahkeme iclasının vaxtı va yeri barasinda iddiaçı və cavabdeha resmi qaydada xabardar edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə vəsatətlə müraciət edərək məhkəmənin hazırlıq iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən cabvadeh Cavabdeh bildirmişdir ki, iddiaçı ilə nikahda olmuşlar Kürdəmir rayon məhkəməsinin qərarı ilə nikahları pozulmuşdur. Məhkəmədən qabaq iddiaçı ilə aralarında xx.xx.2025-ci il tarixdə mediasiya prossesi əsasında barışıq sazilişi bağlanmışdır. Həmin barışıq sazişinə əsasən az yaşlı övladları anaları İddiaçı yanında saxlanılmış, həmçinin övladlarının ananın yanında qaldığı müddət ərzində İddiaçı yetkinlik yaşına çatanaqədər ondan uşaqların saxlanılması üçün aliment tələbindən imtina etmişdir. Həmin barışıq sazişini hər ikisi imzalamışdır. O, uşaqların ananın yanında qalmasına ona görə razılıq vermişdir ki, uşaqların saxlanılması üçün ondan aliment tələb etməsin. Hal hazırda isə iddiaçı barışıq sazişinə əməl etməyərk aliment tələbi barədə ona qarşı iddia qaldırmışdır. İddianın təmin edilməməsinin xahiş edir. Məhkəmə cavabdehin izahatını dinlayib, iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Bela ki, iş materiallarında olan Şirvan 1 saylı Mediasiya Təşkilatında mediasiya prosesi əsasında bağlanmış xx.xx.2025-ci il tarixli MŞŞ/MT-045/00336 nömrəli barışıq sazişinin surətindən görünür ki, İddiaçı və Cavabdeh mediator X1 iştirakı ilə aşağıdakılar barədə razılığa gələrək barışıq sazişi bağlamışlar: “Birinici tərəf: 1.1.Mən İddiaçı Cavabdeh ilə xx.xx.2013-cü il tarixdə 03 saylı qeyd ilə Kürdəmir ray. İHB-nin Yenikənd kəndi üzrə icra nümayəndəliyində rəsmişləşdirilmiş nikahlamızın pozulmasına razıyam. Bunun üçün müvafiq icra hakimiyyəti orqanlarında rəsmi razılıq verəcəyini öhdəmə götürürəm. 1.2.Nikahımız pozulduqdan sonra birgə nigahımızdan doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X7 adlı övladlarımızın mənim himayəmdə qalmalarına razıyam. 1.3.Övladlarımızın mənim himayəmdə qaldığı müddət ərzində ataları Cavabdeh uşaqlarla onların təhslinə və istirahətlərinə mane olmamaq şərti ilə istənilən vaxt ünsiyyətdə olmasına razıyam. Bunun üçün onlara lazımı şərait yaradacağımı öhdəmə götürürəm. 1.4. Övladlarımızın mənim himayəmdə qaldıqları müddətdə, yetkinlik yaşına çatanadək ataları Cavabdeh uşaqların saxlanılması üçün aliment tələbindən imtina edirəm. 1.5. Başqa heç bir iddiam və tələbim yoxdur.” “İkinci tərəf: 2.1.Mən Cavabdeh İddiaçı ilə xx.xx.2013-cü il tarixdə 03 saylı akt qeydi ilə Kürdəmir ray. İHB-nın Yenikənd kəndi üzrə icra nümayəndəliyində rəsmişləşdirilmiş nikahımızın pozulmasına razıyam.Bunun üçün müvafiq icra hakimiyyəti orqanlarında rəsmi razılıq verəcəyimi öhdəmə götürürəm. 2.2.Nikahımız pozulduqdan sonra birgə nigahımızdan doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X7 adlı övladlarımızın anası İddiaçı himayəsində qalmalarına razıyam. 2.3.Övladlarımızın analarının himayəsində qaldıqları müddətdə uşaqlarla onların təhsilinə və istirahətlərinə mane olmamaq şərti ilə istənilən vaxt ünsiyyətdə olacağıma etiraz etmirəm. 2.4. Başqa heç bir iddiam və tələbim yoxdur.” Kürdəmir rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(041)-1863/2025 saylı qətnamasinin suretindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış və Kürdəmir rayon İH-nin Yenikənd kənd üzrə icra nümayəndələiyində 30 yanvar 2013-cü il tarixdə 03 nömrə ilə qeydə alınmış nikahın pozulması qət edilmişdir. Həmçinin uşaqların anasının himayəsində qalması və alimentdən imtina edilməsi barədə Cavabdeh və İddiaçı arasında Şirvan 1 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2025-ci il tarixli MŞŞ/MT-2025/00336 nömrəli barışıq sazişi nəzərə alınmışdır. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 17 (hissə 2). Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 1.3. Ailə qanunvericiliyi ailənin möhkəmləndirilməsi zəruriyyətindən,ailə m ünasibətlərinin qarşılıqlı məhəbbət və hörmət hissləri əsasında qurulmasından,ailənin işi nə hər kəsin qarışmasının yolverilməzliyindən, ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyətindən, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunmasından və bu hüquqların məhkəmədə müdafiəsi imkanlarından irəli gəlir. Maddə 2.2. Ailə münasibətlərinin hüquqi tənzimi qadınla kişinin nikahının könüllülüyü, ər-arvadın hüquq bərabərliyi, ailədaxili məsələlərin qarşılıqlı razılıq əsasında həll olunması, uşaqların ailə tərbiyəsinin üstünlüyü, onların rifahına və inkişafına qayğı, ailənin yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan üzvlərinin hüquq və mənafelərinin müdafiəsinin təmin olunması prinsiplərinə uyğun həyata keçirilir. Maddə 22.1. Nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. Maddə 22.2. Bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə: 22.2.1. boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməli; 22.2.2. uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməli; “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: Maddə 1.0.7. barışıq sazişi – tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşma; Maddə 33.1. Barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Maddə 33.2. Barışıq sazişi tərəflər və mediator (mediatorlar) tərəfindən imzalanır. Barışıq sazişinin nüsxələri tərəflərin və təqdim ediləcəyi orqanların (qurumların) sayına uyğun olaraq tərtib olunur. Maddə 33.4. Barışıq sazişi imzalandığı gündə tərəflərə təqdim edilməlidir. Barışıq sazişinin müvafiq orqana (quruma) təqdim edilməli olan nüsxəsini tərəflərdən biri həmin nüsxənin ona təqdim edildiyi tarixdən 1 iş günü müddətində müvafiq orqana (quruma) təqdim edir. Maddə 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Maddə 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Maddə 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: maddə 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; Maddə 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Maddə 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Maddə 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Maddə 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Azərbaycan Respiblikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsini müəyyən edən xx.xx.2024-cü il tarixli 2(102)-3821/2024 nömrəli 3 ulduzlu qərarında olan hüquqi mövqeyə görə tərəflər arasında uşaqların İddiaçı yanında saxlanılması və Cavabdeh uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentdən imtina etməsi barədə mediasiya prosessi nəticəsində bağlanmış barışıq sazişi qüvvədə olduğuna görə iddiaçının aliment tələbi hazırkı mülki işin çərçivəsində həll edilə bilməz. Həmin qərarda qeyd edilmişdir ki, mediasiya prossesində bağlanan barışıq sazişinin hüquqi təbiəti və barışıq sazişinin nikahın pozulması zamanı həll edilməli olan məsələlələrə təsiri ilə bağlı qeyd ol unmalıdır ki, boşanma üzrə meydana gələn mübahisələr əsasən məhkəmə araşdırması və məhkəmə tərəfindən qərar qəbul olunması ilə həll olunur. Lakin “Mediasiya haqqında” qanunla mübahisələrin alternativ həlli üsulu kimi mediasiya institutu təsis edilmişdir. Mediasiyanın məqsədi, tərəflər arasında münaqişə səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə mübahisənin həllini təmin etməkdən ibarətdir. Eyni zamanda, ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflərin ilkin mediasiya sessiyasında iştirak etməli olması pozulmaz şərt kimi müəyyən edilmişdir. Ailə münasibətləri baxımından mediasiyanın mahiyyəti ər-arvadın məhkəməyə getmədən könüllük,hüquq bərabərliyi və əməkdaşlığı, mediasiya prosesinə müdaxilənin yolverilməzliyi, konfidensiallıq prinsipləri əsasında ailə münasinətləri üzrə fikir ayrılıqlarının həllinə çatmaqdır. Qanun mübahisənin bu cür həllini ilkin olaraq tərəflərin iradə ifadələrinə uyğun hesab etməklə, ona məcburi qüvvə verir və razılaşdırılmış məsələ ilə bağlı məhkəməyə müraciət olunmasının xüsusi qaydasını müəyyən edir. İşdə olan sənədlərə, cavadehin izahatına və yuxarıda qeyd edilən qərarda olan hüquqi mövqeydə görə hazırkı iş üzrə İddiaçı və Cavabdeh arasında uşaqların anasının himayəsində qalması və ananın alimentdən imtina edilməsi barədə və arasında Şirvan 1 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2025-ci il tarixli MŞŞ/MT-2025/00336 nömrəli barışıq sazişinın qüvvədə olması səbəbindən İddiaçı aliment tələbinə dair iş üzrə icraat xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən həmin Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Mediasiya prossesində nikah pozulduqdan sonra uşaqların yaşayış yerinin müəyyən edilməsi və uşaqların saxlanılması üçün alimentdən imtina edilməsi barədə barışıq sazişi bağlandığı halda, əldə edilən barışıq sazişinin könüllü şəkildə icrasından imtina edildiyi halda, maraqlı tərəf barışıq sazişinin məcburi icraası üçün barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170, 261-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işin hazırlıq icraatına xitam verilsin. Qərardaddan, tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Muxtar Muxtarov
Məhkəmə qərarları › İş №e-2(5-134)-13/2026
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-134)-13/2026
12.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver