Azərbaycan Respublikası adından Qətnamə Kürdəmir rayon İş № e-2(5-134)-72/2026 25.02.2026 KÜRDƏMIR RAYON MƏHKƏMƏSI Kürdəmir Rayon Məhkəməsinin hakimi Mehdiyev Rahid Baxşəli oğlu, İddiaçı İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdeh Cavabdeh qarşı sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsi barədə iddiası üzrə mülki işə məhkəmənin binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı Sığorta Şirkəti ASC cavabdeh Cavabdeh qarşı sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsi barədə iddia ərizəsi ilə ##.##.2026-cı il tarixdə məhkəməyə müraciət edərək, 3400 manat sığorta ödənişi məbləğinin və 54 manat məbləğində dövlət rüsumunun cavabdeh Cavabdeh tutulub iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinin tələblərinə uyğun olaraq tərəf olduqları mülki işə, iddianın məbləği beş min manatdan az olduğundan sadələşdirilmiş icraat qaydasında baxılacağı barədə cavabdehə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surəti əlavə edilməklə rəsmi bildirişlər göndərilmişdir. Ona iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda, öz dəlillərini və onları təsdiq edən sənədləri 10 (on) iş günü müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsinə təqdim etməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138-139-cu maddələrinin tələblərinə əsasən MPM-in 47-ci maddəsində nəzərdə tutulmuş prossesual hüquq və vəzifələri izah edilmişdir. Cavabdeh Cavabdeh məhkəmə bildirişi və ona əlavə edilmiş sənədlər lazımı qaydada göndərilmiş, lakin cavabdeh həmin ünvanda olmadığı üçün məktub məhkəməyə geri qayıtmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən, cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Azərbaycan Respublikası MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh təqsirli olması DYP əməkdaşları tərəfindən tərtib olunmuş ##.##.2025-ci tarixli IXP ******* saylı inzibati xəta haqqında protokolda öz əksini tapmışdır. Həmin protokola əsasən iş üzrə cavabdeh Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci, 332.1-ci, 327.6-cı və 334.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. İş materiallarına əlavə edilmiş izahatlardan, forma 4 arayışından, inzibati xəta haqqında protokoldan, polis orqanının məktubundan da aydın olur ki, yol-nəqliyyat hadisəsi cavabdehin təqsiri ucbatından baş vermiş, sonuncu hadisə yerini tərk etmişdir. İş materiallarına eyni zamanda, subroqasiya məktubları, avtomaşının texniki pasportlarının surətləri və digər sənədlər əlavə edilmişdir. İş materiallarında olan Kürdəmir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı inzibati qərarına əsasən, cavabdeh Cavabdeh yol nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan, sərxoş vəziyyətdə idarə etmiş və zərərçəkmiş şəxslərə maddi zərər vurmuş, hadisə yerindən yayınmışdır. Buna görə də İXM-nin 334.3-cü maddəsi ilə təqsirli bilinmiş və 1 ay müddətinə inzibati həbs edilmişdir. “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma 4) əsasən ##.##.2025-ci il tarixdə Cavabdeh tərəfindən sürücülük hüququ olmadan və sərxoş vəziyyətdə idarə olunan “Mercedes Benz E220” markalı, **-KK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi, “Nissan Terrano” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və “Mercedes Benz E270” markalı, **-FK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. İş materiallarına əlavə edilmiş ****** nömrəli sığorta aktından və icbari sığorta bürosundan çıxarışdan görünür ki, hadisə zamanı zərərvuran “Mercedes Benz E220” markalı, **-KK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı Sığorta Şirkəti ASC-də ##.##.2024-cü ildən ##.##.2025-ci ilə qədər müddətdə mülki məsuliyyətin icbari sığortası növü üzrə sığortalı olmuşdur. “Nəqliyyat vasitələrinin yol-nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə” hesabatdan görünür ki, hadisə nəticəsində “Mercedes Benz E270” markalı, **-FK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 3100 manat zərər dəymişdir. Digər qiymətləndirmə hesabatına əsasən, digər zərərçəkən “Nissan Terrano” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 300 manat zərər dəymişdir. Zərərçəkənlər dəymiş zərərin məbləği ilə razı olduqları üçün bank hesab məlumatlarını təqdim etmiş və ##.##.2025-ci il tarixli qəbzə əsasən, 300 manat ödəniş “Nissan Terrano” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X2 hesabına köçürülmüşdür. Həmçinin, ##.##.2025-ci il tarixli qəbzə əsasən, 3100 manat (üç min yüz manat) sığorta ödənişi məbləği “Mercedes Benz E270” markalı, **-FK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi X1 hesabına köçürülmüşdür. Məhkəmə qeyd edir ki, Cavabdeh tərəfindən sürücülük hüququ olmadan və sərxoş vəziyyətdə idarə olunan “Mercedes Benz E220” markalı, **-KK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi, “Nissan Terrano” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və “Mercedes Benz E270” markalı, **-FK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi nəticəsində maddi zərər vurduğundan və həmin zərər İddiaçı Sığorta Şirkəti ASC ilə bağlanmış sığorta müqaviləsinin şərtlərinə əsasən sığortaçı İddiaçı Sığorta Şirkəti ASC tərəfindən ödənildiyindən, verilmiş sığorta ödənişi həcmində tələb sonuncuya keçdiyindən iddiaçının verilmiş sığorta ödənişi həcmində zərəri tələb etmək hüququ vardır. “İcbari sığortalar haqqında” Qanunun: 25.1.2-ci maddəsinə əsasən, bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması hallarında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. 63.1-ci maddəsinə əsasən, bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 916.1-ci maddəsinə görə əgər sığortalı zərərin əvəzini ödəmək tələbini üçüncü şəxs qarşısında irəli sürə bilirsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə, məhkəmə qeyd edir ki, sadələşdirilmiş icraat üzrə iddia təmin edilməli, cavabdeh Cavabdeh “Nissan Terrano” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 300 manat və “Mercedes Benz E270” markalı, **-FK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 3100 manat, ümumilikdə 3400 (üç min dörd yüz) manat məbləğində sığorta ödənişi və ödənilmiş dövlət rüsumunun əvəzi olan 54 manat məbləğində pul tutularaq iddiaçı İddiaçı Sığorta Şirkəti ASC-nin hesabına ödənilsin. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Cavabdeh “Nissan Terrano” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 300 manat və “Mercedes Benz E270” markalı, **-FK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 3100 manat, ümumilikdə 3400 (üç min dörd yüz) manat məbləğində sığorta ödənişi və ödənilmiş dövlət rüsumunun əvəzi olan 54 (əlli dörd) manat məbləğində pul tutularaq iddiaçı İddiaçı Sığorta Şirkəti ASC-nin hesabına ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apelyasiya Məhkəməsinin apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №e-2(5-134)-72/2026
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-134)-72/2026
25.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver