Məhkəmə qərarları › İş №e-2(5-139)-339/2026

Quba Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-139)-339/2026

19.02.2026 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № e-2(5-139)-339/2026 19.02.2026 QUBA RAYON MƏHKƏMƏSİ Mən, Quba Rayon Məhkəməsinin hakimi, Məmmədov Samir Əlibala oğlu – İddiaçı MMC cavabdehlər Cavabdeh ASC və Quba rayon İcra və probasiya şöbəsinə qarşı “protokolun etibarsız hesab edilərək nəticələrinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı MMC cavabdehlər Cavabdeh ASC və Quba rayon İcra və probasiya şöbəsinə qarşı “protokolun etibarsız hesab edilərək nəticələrinin ləğv edilməsi” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, Mülkiyyət hüququ İddiaçı MMC olmuş Quba şəhəri, 25-ci məhəllə ünvanında yerləşən, 1.10 ha sahədən ibarət torpaq sahəsi Quba rayon İcra şöbəsinin P/e 30611/2025-13-6 nömrəli xx.xx.2026-cı il tarixli protokoluna əsasən tələbkar Cavabdeh ASC-yə təqdim edilməsi barədə protokolun etibarsız hesab edilərək nəticələrinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-2(103)-522/2024 nömrəli icra vərəqəsinə əsasən cavabdehlər İddiaçı MMC, “Ecofruit “MMC, “D.X3” MMC və X1 müştərək qaydada cəmi 953.165,94 ABŞ dolları məbləğində kredit borcları tutularaq iddiaçı "xxxx" ASCyə ödənilməlidir. Borcun tutulması ipoteka predmeti olan torpaq sahələrinə, o cümlədən mübahisələndirilən qərardadla barəsində müvəqqəti təminat tədbiri tətbiq olunmuş Quba şəhəri, 25-ci məhəllədə yerləşən 1.10 ha torpaq sahəsinə yönəldilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli 2- 2(103)-522/2024 nömrəli icra sənədi ilə əlaqədar icra icraatı aparılmış və girov əmlak - Quba şəhəri, 25-ci məhəllədə yerləşən 1.10 ha torpaq sahəsinin satışı məqsədilə hərrac keçirilmişdir. Mübahisə hüquqi şəxslər arasında girov əmlakın satışı ilə bağlı iqtisadi xarakterli münasibətlərdən yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26ci maddəsinə əsasən, hüquqi şəxslər arasında iqtisadi fəaliyyətlə bağlı mübahisələr kommersiya məhkəmələrinin yurisdiksiyasına aiddir. İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında göstərilir ki, mübahisə tərəflərindən birinin dövlət orqanı və bələdiyyə olduğu halla bağlı isə məhkəmələrə izah edilməlidir ki, qanunvericiliyin tələbinə görə dövlət və bələdiyyə orqanları hakimiyyət səlahiyyətlərini icra etməkdən başqa mülki dövriyyənin bərabər hüquqlu subyektləri qismində malların (işlərin və xidmətlərin və s.) dövlət və bələdiyyə vəsaiti hesabına alınmasında, sahibkarlıq subyektləri ilə mülki hüquqi əqdlərin bağlanmasında, həmçinin investisiya fəaliyyətinin həyata keçirilməsində eyni ilə digər hüquqi şəxslər kimi iştirak edə bilərlər. Bu zaman sahibkarlıq subyektləri tərəfindən dövlət orqanlarına və bələdiyyələrə qarşı və ya sonuncuların sahibkarlıq subyektlərinə qarşı tələbləri mahiyyət etibarı ilə iqtisadi məzmunlu olduğundan, habelə bu tələblərdən irəli gələn mübahisələrə tətbiq edilən maddi hüquq normalarının sahibkarlıq fəaliyyətini tənzimləyən normalara aid olduğundan həmin mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 oktyabr 2017-ci il tarixli Qərarında qeyd olunur ki, müraciətdə qaldırılan məsələ ilə əlaqədar ilk növbədə qeyd olunmalıdır ki, Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair” 4 aprel 2012ci il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə İnzibati-Prosessual Məcəllənin 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır. Beləliklə iddia ərizəsinin məzmunundan və əlavə edilmiş sənədlərdən aydın olduğu kimi hazırki tələb bilavasitə eyni tərəflərin arasında yaranmış kommersiya münasibətlərindən irəli gələn mübahisəni həll etmiş Kommersiya Məhkəməsinin qanuni qüvvəsini almış qətnaməsinin icrası zamanı yaranan icra məmurunun hərəkətinin qanunsuz hesab edilməsi ilə bağlıdır. Yuxarıda qeyd olunduğu Konstitusiya Məhkəməsinin mövqeyindən də açıq aşkar bəlli olduğu kimi məhkəmə qərarının icrası zamanı yaranan mübahisəli məsələlərə həmin işə baxmış məhkəmə özü baxmalıdır. Azərbaycan Respublikası MPM-in: 31.1-ci madddəsinə görə aidiyyət qaydalarının pozulmasına yol verilmir. 32.4-cü maddəsinə görə aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. 45.2-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 (on) gün ərzində şikayət verilə bilər. Odur ki, İddiaçı MMC cavabdehlər Cavabdeh ASC və Quba rayon İcra və probasiya şöbəsinə qarşı “protokolun etibarsız hesab edilərək nəticələrinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi əlavə olunan sənədlərlə birlikdə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1, 31.1 və 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı MMC cavabdehlər Cavabdeh ASC və Quba rayon İcra və probasiya şöbəsinə qarşı “protokolun etibarsız hesab edilərək nəticələrinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi əlavə olunan sənədlərlə birlikdə geri qaytarılsın. Qərardad 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun (xx.xx.2026-cı il tarixli, qəbzin nömrəsi: **********) ödənişi edən İddiaçı MMC-nə qaytarılması üçün əsasdır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar