Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(5-140)-64/2026 02.03.2026 QUBADLI RAYON MƏHKƏMƏSİ X7 Mübariz oğlunun sədrliyi, Rzayeva Lamiyə Azər qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahından doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X1, xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2025-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdehin pensiyasının və digər gəlirlərinin yarısı məbləğində, o cümlədən xx.xx.2025-ci il təvəllüdlü X3 3 yaşının tamam olduğu xx.xx.2028-ci ilə kimi hər ay 200 manat əlavə olaraq alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması, o cümlədən işin mediasiya və məhkəməyə verilməsi ilə bağlı iddiaçının çəkdiyi xərclər - vəkilin xidmət haqqı 325 manat, mediasiya təşkilatı üçün ödənilmiş 50 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə məhkəmə hazırlıq iclasında baxılması xx.xx.2026-cı il tarixə təyin olunmuşdur. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə elektron kabinet vasitəsi ilə ərizə ünvanlayaraq, tərəflər barışdığına görə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdi. Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3-cü və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. - 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261-269-cu maddələrini rəhbər tutaraq məhkəmə, q ə r a r v e r d i: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin əsilləri geri qaytarılsın. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qubadlı Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) verilə bilər. HAKİM RAMİZ QULİYEV
Məhkəmə qərarları › İş №e-2(5-140)-64/2026
Qubadlı Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-140)-64/2026
02.03.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver