Məhkəmə qərarları › İş №e-2(5-150)-71/2026

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-150)-71/2026

23.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(5-150)-71/2026 23.02.2026 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Cəmilova Aygün Fərhad qızınun sədrliyi, Məhkəmə iclasının katibi X3, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Məhəmmməd oğlunun Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M ÜƏ Y Y Ə N E T D İ: İddiaçı Məhəmmməd oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Saatlı Rayon Məhkəməsinin 28 iyul 2025-ci il tarixli 8(055)-161/2025 saylı qərardadı ilə müəyyən olunmuş sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,76 misli alimentin miqdarı azadılmaqla 16 iyun 2012-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli məbləğində alimentin ondan tutularaq cavabdehə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçının nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edərək izahatında göstərdi ki,. Saatlı Rayon Məhkəməsinin 07 sentyabr 2018-ci il tarixli, 2(055)-1154/2018 saylı qətnaməsinə əsasən onunla cavabdehin arasındakı rəsmi nikah qeydi pozulmuş, birgə nikahdan 16 iyun 2012-ci ildə anadan olmuş X2 cavabdehin (ananın) yanında qalması müəyyən edilmiş, uşağın yetginlik yaşına çatana kimi saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində alimentin ondan tutularaq Cavabdeh verilməsi qət edilmşdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının indeksasiya olunmasını xahiş etmişdir. Saatlı Rayon Məhkəməsinin 28 iyul 2025-ci il tarixli 8(055)-161/2025 saylı qərardadı ilə ərizə təmin edilmiş, Saatlı Rayon Məhkəməsinin 07 sentyabr 2018-ci il tarixli, 2(055)- 1154/2018 nömreli qətnaməsinə əsasən bir uşaq üçün müeyyen olunmug 100 manat alimentin mebleği sonrakı artrmlar nəzərə ahnmaqla olkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,76 misli həddində indeksasiya olunmuş ve alimentin mebleli 100 manatdan 304 manata qaldırılması qərara alınmışdır. Göründüyü kimi ölke üzre müeyyen olunmug minimum emek haqqının artması nəzərə alınaraq alimentin mebleği indeksasiya olunub birdən-birə 100 manatdan 304 manata artırılsa da mənim maddi vəziyyətim ve diqqətəlayiq olan digər hallarrm nəzərə ahnmamışdır. Yuxarıda qeyd etdiyim kimi maddi vəziyyətimdə yaxşıya doğru dəyişikliklər olmamışdır. İddiaçının dediyine görə iş tapa bilmediyi üçün işləmir.Ozünün yaşaması üçün valideyinleri ona maddi köməklik edirlər. Əvvəlki müəyyən olunmuş alimenti belə çətinliklə ödəyirdi. Odur ki, iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 iddianı qəbul etməyərək izahatında göstərdi ki, aliment azaldığı təqdirdə maddi sıxıntılar olacaqdır. Belə ki, uşaq böyüdükcə xərcləri də artır. Ona görə də iddianın rədd olunmasını xahiş edir. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı Məhəmmməd oğlunun Cavabdeh ilə nikahlarından 16 iyun 2012-ci ildə X4 anadan olmuşdur. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin ikinci bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Qeyd edilən müddəalardan göründüyü kimi, qanun valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsini imperativ qaydada tələb edir. Bir-birindən ayrı yaşayan valideynlər bu vəzifələrini, həm də uşaq yetkinlik yaşına çatanadək aliment ödəməklə yerinə yetirmiş olurlar. İşin faktiki hallarına görə, tərəflərin birgə nikahından xx.xx.2010-cu ildə X4 doğulmuşdur. Saatlı Rayon Məhkəməsinin 23 may 2018-ci il tarixli 2(055)-702/2018 saylı qətnaməsinə əsasən tərəflər arasındakı rəsmi nikah qeydi pozulmuş, anadan olmuş uşaq cavabdehin (ananın) yanında qalması müəyyən edilmiş, uşaqğın yetginlik yaşına çatana kimi saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində alimentin ondan tutularaq Cavabdeh verilməsi qət edilmşdir. Saatlı Rayon Məhkəməsinin 28 iyul 2025-cül tarixli 8(055)-161/2025 saylı qərardadı ilə, Saatlı Rayon Məhkəməsinin 23 may 2018-ci il tarixli 2(055)-702/2018 saylı qətnaməsinə əsasən bir uşaq üçün tutalan 100 manat alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,76 misli həddində indeksasya olunmuşdur. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Saatlı Rayon Məhkəməsinin 28 iyul 2025-cül tarixli 8(055)-161/2025 saylı qərardadı ilə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,76 misli həddində indeksasiya olunduqdan sonra iddiaçının bir uşaq üçün cavabdehə ödədiyi alimentin məbləği 307 manat olmuşdur. Azərbaycan Respublikası AM-nin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İşin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı iddia tələbi üzrə Ailə Məcəlləsinin 112.1-ci maddəsində göstərilən əsaslar mövcuddur. Məhkəmə, iddiaçının daimi iş yerinin olmamasını, 307 manat alimentin məbləğinin iddiaçını çətin vəziyyətə salacağını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilərək, Saatlı Rayon Məhkəməsinin 28 iyul 2025-cül tarixli 8(055)-161/2025 saylı qərardadı ilə müəyyən olunmuş alimentin miqdarı azaldılaraq 16 iyun 2012-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı Məhəmmməd oğlundan sonrakı artımlar nəzərə alınmaqla hər ay hər bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli həddində sabit pul məbləğində aliment alınaraq iddiaçı Cavabdeh xeyrinə ödənilməlidir. İş materiallarından görünür ki, İddiaçı Məhəmmməd oğlu tərəfindən 50 manat mediasiya xərci və 50 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, ödənilmiş 50 manat mediasiya xərci və 50 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edisin. Saatlı Rayon Məhkəməsinin 28 iyul 2025-cül tarixli 8(055)-161/2025 saylı qərardadı ilə müəyyən olunmuş alimentin miqdarı azaldılaraq 16 iyun 2012-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı Məhəmmməd oğlundan sonrakı artımlar nəzərə alınmaqla hər ay hər bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli həddində sabit pul məbləğində aliment alınaraq iddiaçı Cavabdeh xeyrinə ödənilsin. Azaldılmış alimentin tutulmasına hazırkı iş üzrə qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılsın. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş 50 manat mediasiya xərci və 50 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. İş № 2(5-150)-71/2026 çıxarış AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ SAATLİ RAYON MƏHKƏMƏSİ 23 fevral 2026-cı il Saatlı şəhəri Hakim Cəmilova Aygün Fərhad qızınun sədrliyi, Məhkəmə iclasının katibi X3, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Məhəmmməd oğlunun Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq... Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia qismən təmin edisin. Saatlı Rayon Məhkəməsinin 28 iyul 2025-cül tarixli 8(055)-161/2025 saylı qərardadı ilə müəyyən olunmuş alimentin miqdarı azaldılaraq 16 iyun 2012-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı Məhəmmməd oğlundan sonrakı artımlar nəzərə alınmaqla hər ay hər bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli həddində sabit pul məbləğində aliment alınaraq iddiaçı Cavabdeh xeyrinə ödənilsin. Azaldılmış alimentin tutulmasına hazırkı iş üzrə qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılsın. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş 50 manat mediasiya xərci və 50 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar