Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № e-2(5-151)-49/2026 02.03.2026 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İDDİA TƏLƏBİNİN MAHİYYƏTİ: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,61 misli miqdarında sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2009-cu ildə rəsmi nikahla ailə həyatı qurmuş və birgə nikahdan xx.xx.2009-cu il təvəllüdlü X12, xx.xx.2011-ci il təvəllüdlü X11 və xx.xx.2015-ci il təvəllüdlü X13 doğulmuşdur. Sabirabad rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli və 2(056)-1409/2022 saylı qətnaməsinə əsasən aralarındakı nikah pozulmuş və xx.xx.2009-cu il təvəllüdlü X12, xx.xx.2011-ci il təvəllüdlü X11 onun himayəsində, xx.xx.2015-ci il təvəllüdlü X13 Cavabdeh himayəsinə verilmişdir. Onun xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2009-cu il təvəllüdlü X3 pul məbləğində aliment tələbinə dair ərizə ilə Mediasiya Şurasına etdiyi müraciət isə nəticəsiz qalmış, Sabirabad 1 saylı Mediasiya Təşkilatının xx.xx.2025-ci il tarixli arayışı əsasında ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilməsi mümkün olmamışdır. TƏRƏFİN İZAHATİ: İddiaçının vəkili nümayəndəsi Nümayəndə məhkəməyə elektron ərizə ünvanlayaraq, işə onun iştirakı olmadan baxılıb iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinin tələblərinə istinad edərək, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddia ərizəsinə əlavə olunmuş: Sabirabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(056)-1409/2022 saylı qətnaməsindən görünür ki, iddiaçı X1 cavabdeh İddiaçı qarşı «Nikahın pozulması və aliment tələbinə dair» iddiası qismən təmin edilərək, İddiaçı ilə Əzizova (Cəfərova) Şahidə Ağaqardaş qızı arasında xx.xx.2009cu il tarixdə Saatlı rayon Genişkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 06 sayla qeydə alınmış nikahın pozulması, tərəflər arasında nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X12 və xx.xx.2011-ci il təvəllüdlü X11 adlı uşağın cavabdeh İddiaçı, digər xx.xx.2015-ci il təvəllüdlü X13 adlı uşağın isə iddiaçı Əzizova (Cəfərova) Şahidə Ağaqardaş qızının yanında saxlanmasının müəyyən olunması, cavabdeh İddiaçı xx.xx.2015ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 100 (bir yüz) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Əzizova (Cəfərova) Şahidə Ağaqardaş qızına ödənilməsi qət edilmişdir. Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2009-cu il təvəllüdlü X12, xx.xx.2011-ci il təvəllüdlü X11 və xx.xx.2015-ci il təvəllüdlü X13 adlı uşaqları anadan olmuşdur. SÜBUTLARİN QİYMƏTLƏNDİRİLMƏSİ VƏ HÜQUQİ TÖVSİF: Məhkəmə, iş üzrə təqdim olunmuş sübutları hərtərəfli, tam və obyektiv araşdıraraq, iş üzrə müəyyən olunmuş halları onlara tətbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, hazırki iş üzrə tərəflər xx.xx.2009cu ildə ailə həyatı qurmuş, onların nikahlarından xx.xx.2011-ci il təvəllüdlü X11 və xx.xx.2015-ci il təvəllüdlü X13 oğlu adlı uşaqları anadan olmuşdur. Tərəflər arasında olan nikah Sabirabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(056)-1409/2022 saylı qətnaməsi əsasında tərəflər arasında olan nikah pozulmuş, birgə nikahdan doğulmuş uşaqlardan xx.xx.2009-cu il təvəllüdlü X12 və xx.xx.2011-ci il təvəllüdlü X11 atası İddiaçı, xx.xx.2015-ci il təvəllüdlü X13 isə anası Əzizova (Cəfərova) Şahidə Ağaqardaş qızının himayəsində saxlanmış, uşaqlardan yalnız xx.xx.2015-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün atası İddiaçı hər ay 100 (bir yüz) manat sabit pul məbləğində alimentin tutularaq anası Əzizova (Cəfərova) Şahidə Ağaqardaş qızına verilməsi qət edilmiş, lakin atanın himayəsində saxlanmış uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün alimentin tutulması müəyyən edilməmişdir. Hazırda himayəsində 2 azyaşlı övladı saxlanmış İddiaçı həmin uşaqların saxlanması üçün uşaqların anasından alimentin tutulması ilə bağlı məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76-cı maddəsinə görə valideynlər arasında aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən hər ay tutulacaq alimentin miqdarı məhkəmə tərəfindən müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Göründüyü kimi valideynlər arasında ödəniləcək alimentin miqdarı barədə razılıq əldə olunmamışdır. Belə ki, iddiaçı sabit pul məbləğində hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən oulnmuş minimum əmək haqqının 0,61 misli həddində alimentin tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmiş, cavabdeh isə məhkəmədə iştirak etməməklə yanaşı iddia tələbinə hər hansı razılığını ifadə etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndində uşaqlara qayğı göstərmək, onları tərbiyyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsi kimi müəyyən olunub. «Uşaq hüquqları haqqında Qanun»-un 19-cu maddəsinin birinci abzasında isə göstərilmişdir ki, valideynlər uşağı saxlamalı, böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Orada xüsusilə qeyd edilmişdir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Göründüyü kimi valideynlərin uşağını saxlamaq vəzifəsi nəinki hüquqi, habelə sosial əhəmiyyət kəsb edir. Bu vəzifənin məzmunu qanunvericilikdə müəyyən edilməsə də, belə hesab edilir ki, valideynlərin uşaqlarını saxlamaq vəzifəsinə yemək, geyim, müalicə, təhsil və s. sahələrdə zəruri ehtiyaclar daxildir. Bu zaman məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumumun «Nigahın pozulması və yetkinlik yaşına çatmamış uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 28 mart 2016cı il tarixli qərarının tövsiyəsini və Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli Qərarının göstərişini (Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.) də nəzərə alır. Qeyd edilən normalar konktekstində məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşaqlardan xx.xx.2015-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün alimentin tutulması barədə müvafiq qətnamənin mövcud olması, digər birgə nikahdan doğulmuş uşaqların saxlanması üçün isə bu günə kimi hər hansı məhkəmə aktının mövcud olmaması, bunun da uşaqların hüquqlarının təmin edilməsində ədalət balansının pozulmasına gətirib çıxarması, hazırki halda da iki uşağın saxlanması üçün tələb edilən aliment məbləğinin xeyrinə aliment tutulması qət edilmiş uşağın saxlanması üçün müəyyən edilmiş aliment məbləğindən əhəmiyyətli dərəcədə fərqlənməsi, uşaqların valideynlərinə münasibətdə bərabər olması və valideynlərin də övladlarına münasibətdə bərabər vəzifələr daşıması, uşaqların maddi tələbatları ilə bağlı hüquq və mənafeləri (mövcud yaş durumu, bu yaş durumunda olan tələbatları), tərəflərin maddi, ailə vəziyyətləri və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 15 nömrəli qərarının tələbləri nəzərə alınmaqla sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,25 misli miqdarında sabit pul məbləğində müəyyən edilməli və həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 15 nömrəli qərarına əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-1-ci yarımbəndinə əsasən, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Məhkəmə alimentin tutulmağa başlanması vaxtının müəyyən edilməsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Ailə Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İşdən göründüyü kimi, iddiaçı hazırki tələblə xx.xx.2026-cı il tarixində məhkəməyə müraciət etmişdir. Odur ki, Ailə Məcəlləsinin tələbləri nəzərə alınmaqla qətnamə üzrə təyin edilmiş alimentin tutulması xx.xx.2026-cı il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. NƏTİCƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. xx.xx.2009-cu il təvəllüdlü X12 və xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xx.xx.2026-cı il tarixindən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,25 misli miqdarında sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icraya yönəldilsin. Qətnamədən, onun surəti tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad rayon Məhkəməsi vasitəsi ilə elektron kabinetlə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(5-151)-49/2026
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-151)-49/2026
02.03.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver