Məhkəmə qərarları › İş №e-2(5-154)-25/2026

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-154)-25/2026

24.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № e-2(5-154)-25/2026 24.02.2026 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Siyəzən Rayon Məhkəməsinin hakimi X1, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «subroqasiya qaydasında pul tutulması» tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı «subroqasiya qaydasında pulun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “BYD Destroyer 05” markalı, ** YS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 770 manat məbləğində pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma 4) əsasən, 04 iyun 2025-ci il tarixdə Cavabdeh tərəfindən idarə olunan “Chevrolet Cruze” markalı, ** YR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “BYD Destroyer 05” markalı, ** YS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. İş materiallarına əlavə edilmiş **********63 nömrəli sığorta şəhadətnaməsindən çıxarışdan və 144069 saylı sığorta aktından görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “BYD Destroyer 05” markalı, ** YS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı SŞ-da xx.xx.2025-ci ildən xx.xx.2028-ci ilə qədər könüllü (kasko) sığorta müqaviləsi ilə sığortalanmışdır. Azadolma (franşiza) məbləği 250 AZN olaraq müəyyən edilmişdir. Nəqliyyat vasitəsinin istehsal ili 2024-cü il olmaqla, hadisə tarixinə cəmi 1 ildir ki, istifadə edilmişdir. Sığortalanmış nəqliyyat vasitəsinə müstəqil ekspert X2 tərəfindən baxış keçirilmiş və dəymiş zərərin məbləği 1020 AZN müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qəbzə əsasən, 250 AZN azadolma məbləği çıxılmaqla qalan 770 AZN məbləğ sığorta müqaviləsi üzrə sığortalı olan "xxxx" MMC-nin bank hesabına köçürülmüşdür. İş materiallarında olan İSB (İcbari Sığorta Bürosu) çıxarışına əsasən, hadisə baş verən tarixdə cavabdehin idarə etdiyi“Chevrolet Cruze” markalı, ** YR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icbari avtoməsuliyyəti heç bir sığorta şirkətində sığorta edilməmişdir. xx.xx.2025-ci il tarixdə yol-nəqliyyat hadisəsinin baş verməsində Cavabdeh təqsirli bilindiyi üçün ona qarşı Subroqasiya hüquqları yaranmışdır. Belə ki, Cavabdeh barəsində İXM-nin 327.1-ci maddəsi ilə inzibati tənbehvermə haqqında TP seriyalı 72593197 saylı qərar və İXP ******* saylı protokol qəbul edilmişdir. Həmçinin, iş materiallarında olan forma 4 arayışından, izahatlardan, hadisə sxemindən görünür ki, həqiqətən yol-nəqliyyat hadisəsi cavabdehin təqsirli hərəkətləri nəticəsində baş vermişdir. Cavabdehə pretenziya göndərilmiş, şifahi əlaqə yaradılmağa çalışsa da, mümkün olmamışdır. Odur ki, göstərilən halları nəzərə alaraq, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci və 284-5.2-ci maddəsinə əsasən iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə bilməsi üçün cavabdehə rəsmi qaydada bildirişin göndərilməsinə və sonuncuya bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını, eləcə də ona əlavə olunmuş sənədləri məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş cavabdehin qeydiyyatda olduğu ünvana göndərilməsinə baxmayaraq, cavabdehə bildiriş vərəqəsini təqdim etmək mümkün olmamış və bildiriş vərəqəsi aidiyyəti icra hakimiyyəti orqanı tərəfindən 22 yanvar 2026-cı il tarixdə təsdiq edilməklə geri qaytarılmışdır. İş materiallarını araşdırılaraq hesab edilir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki, qeyd olunan sənədlərdən də göründüyü kimi “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma 4) əsasən, 04 iyun 2025-ci il tarixdə Cavabdeh tərəfindən idarə olunan “Chevrolet Cruze” markalı, ** YR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “BYD Destroyer 05” markalı, ** YS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. İş materiallarına əlavə edilmiş **********63 nömrəli sığorta şəhadətnaməsindən çıxarışdan və 144069 saylı sığorta aktından görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “BYD Destroyer 05” markalı, ** YS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı SŞ-da xx.xx.2025-ci ildən xx.xx.2028-ci ilə qədər könüllü (kasko) sığorta müqaviləsi ilə sığortalanmışdır. Azadolma (franşiza) məbləği 250 AZN olaraq müəyyən edilmişdir. Nəqliyyat vasitəsinin istehsal ili 2024-cü il olmaqla, hadisə tarixinə cəmi 1 ildir ki, istifadə edilmişdir. Sığortalanmış nəqliyyat vasitəsinə müstəqil ekspert X2 tərəfindən baxış keçirilmiş və dəymiş zərərin məbləği 1020 AZN müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qəbzə əsasən, 250 AZN azadolma məbləği çıxılmaqla qalan 770 AZN məbləğ sığorta müqaviləsi üzrə sığortalı olan "xxxx" MMC-nin bank hesabına köçürülmüşdür. İş materiallarında olan İSB (İcbari Sığorta Bürosu) çıxarışına əsasən, hadisə baş verən tarixdə cavabdehin idarə etdiyi“Chevrolet Cruze” markalı, ** YR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icbari avtoməsuliyyəti heç bir sığorta şirkətində sığorta edilməmişdir. xx.xx.2025-ci il tarixdə yol-nəqliyyat hadisəsinin baş verməsində Cavabdeh təqsirli bilindiyi üçün ona qarşı Subroqasiya hüquqları yaranmışdır. Belə ki, Cavabdeh barəsində İXM-nin 327.1-ci maddəsi ilə inzibati tənbehvermə haqqında TP seriyalı 72593197 saylı qərar və İXP ******* saylı protokol qəbul edilmişdir. Həmçinin, iş materiallarında olan forma 4 arayışından, izahatlardan, hadisə sxemindən görünür ki, həqiqətən yol-nəqliyyat hadisəsi cavabdehin təqsirli hərəkətləri nəticəsində baş vermişdir. Cavabdehə pretenziya göndərilmiş, şifahi əlaqə yaradılmağa çalışsa da, mümkün olmamışdır, nəticədə cavabdehin iddiaçıya sığorta ödənişinə görə 770 manat borcu yaranmış, həmçinin, "xxxx" ASC məhkəməyə müraciət edərkən 30 manat məbləğində məhkəmə xərci çəkmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Bu Məcəllənin 926-cı maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir. Sığorta hadisəsi nəticəsində bir neçə zərərçəkən müəyyən edildikdə, bu Məcəllənin 927.3-cü maddəsinin tələbi nəzərə alınmaqla, onlardan sığorta tələbi ilə müraciət etmiş hər hansı biri faydalanan şəxs kimi tanınır. Həmin Məcəllənin 936-cı maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, "ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur". "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununun 25.1.8-ci maddəsinə əsasən bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda, sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Bu Məcəllənin 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Qeyd olunan Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verilərək belə qənaətə gəlinir ki, iddia əsaslı olduğundan təmin edilməli, subroqasiya qaydasında öhdəliklərini icra etmədiyi üçün həmin öhdəliyin icrasını təmin etmək məqsədilə Cavabdeh 770 manat məbləğində pul vəsaiti, 30 dövlət rüsumu alınaraq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “BYD Destroyer 05” markalı, ** YS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 770 (yeddi yüz yetmiş) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Günel Quluzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar