Məhkəmə qərarları › İş №e-2(5-160)-214/2026

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(5-160)-214/2026

03.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2(5-160)-214/2026 03.02.2026 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Şirvan şəhər Məhkəməsinin hakimi X1, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq, müəyyən etdim: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi Şirvan şəhər Məhkəməsinə xx.xx.2026-cı il tarixdə daxil olmuşdur. İddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü yoxlanılmalıdır. İddia ərizəsindən görünür ki, İddiaçı Cavabdeh qarşı birgə nikahdan 02 avqust 2015ci ildə anadan olmuş X3, xx.xx.2018-ci ildə anadan olmuş X4 və 21 dekabr 2019-cu ildə anadan olmuş Bayramlı NarinSənan qızının yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər uşağa hər ay 260 manat olmaqla, cəmi 780 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq ona verilməsi tələbini irəli sürmüşdür. İddia ərizəsindən və ona əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətindən, “Elektron Məhkəmə sistemi”nin şəxsiyyəti təsdiq edən sənəd məlumatlarından görünür ki, iddiaçı Bayramova X2 rayonu Talış Ərazi Dairəsi Talış kəndində və Cavabdeh isə Ağstafa rayonu Ağstafa şəhəri N nömrəli hərbi hissəsində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.3-cü maddəsinə əsasən alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. Göründüyü kimi qanunun tələbinə görə İddiaçı özünün yaşadığı yerə görə iddia verə bilər. Sənədlərdən müəyyən olunur ki iddiaçının rəsmi qeydə alındığı yer Hacıqabul rayonu Talış Ərazi Dairəsi Talış kəndidir. Buna baxmayaraq iddiaçı Hacıqabul Rayon Məhkəməsinə iddia verməli olduğu halda, Şirvan şəhər Məhkəməsinə vermişdir. Məhkəmə qeyd edir ki, şəxsin yaşayış yeri onun şəxsiyyət vəsiqəsinə əsasən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Beləliklə iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq belə bir nəticəyə gəlirəm ki, işə ərazi aidiyyatı üzrə Şirvan şəhər Məhkəməsində baxılmalı olmadığından iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı, İddiaçı ərazi aidiyyatı üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 263,264,268-ci maddələrini rəhbər tutaraq qərara aldım: İddiaçı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, ərazi aidiyyatı üzrə Hacıqabul Rayon Məhkəməsinə müraciət etmək hüququ vardır. Qərardaddan 10 gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Etibar Hümbətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar