Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2(5-160)-387/2026 16.03.2026 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi ilə , İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə yazılı icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi Şirvan şəhər Məhkəməsinə 12 mart 2026-cı il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. İddia ərizəsindən görünür ki, İddiaçı Cavabdeh ona məxsus əmlakın alınaraq ona verilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 149.2.2-ci və 149.2.3-cü maddələrinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. MPM-in 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri qaytarır. Elektron məhkəmə informasiya sistemin şəxsi məlumatlar bölməsinə dair çıxarışdan görünür ki, Cavabdehdır. İddia ərizəsindən göründüyü kimi, İddiaçı iddia ərizəsində cavabdehin eyniləşdirmə məlumatlarını (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya FİN) qeyd etsə də, elektron məhkəmə informasiya sistemindən cavabdehin qeydiyyatda olduğu ünvanı müəyyən etmək mümkün olmur. Bu da həmin məlumatların düzgünlüyünü şübhə altına alır. MPM-in 111.1.2-ci maddəsinə əsasən əmlakın tələb edilməsi haqqındakı iddialarda iddianın qiyməti - tələb edilən əmlakın dəyəri ilə müəyyən edilir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı iddia tələbində əmlakların alınaraq ona verilməsi tələbini irəli sürmüş, lakin tələb edilən qızıl-zinət əşyalarının təsviri əlamətləri, çəkisi, əyarı və digər əşyaların ayrı-ayrılıqda və cəmi dəyəri göstərilməmişdir. Belə olan halda yəni tələb qeyri-müəyyən olduğundan iddianın qiymətini və ona uyğun olaraq ödənilməli olan dövlət rüsumunun miqdarını da hazırda müəyyən etmək mümkün olmamışdır. Beləliklə, məhkəmə iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq belə bir nəticəyə gəlir ki, iddia ərizəsində tələb edilən qızıl-zinət əşyalarının təsviri əlamətləri, çəkisi, əyarı və digər əşyaların ayrı- ayrılıqda və cəmi dəyərinin göstərilməməsi, həmçinin cavabdehin eyniləşdirmə məlumatlarının (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya FİN) düzgün göstərilməməsi ərizənin MPM-in 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməməsi kimi qiymətləndirilməli, habelə iddianın qiyməti yəni tələb edilən əmlakın dəyəri konkret müəyyən edilmədiyindən və ona uyğun olaraq ödənilməli olan dövlət rüsumunun miqdarını da hazırda müəyyən etmək mümkün olmadığından iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı, iddiaçıya qeyd edilən nöqsanı aradan qaldırıb təkrarən ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. MPM-nin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. İddia ərizəsinə əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi ilə əlaqədar iddiaçı 50 (əlli) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarıldığından iddia ərizəsinin verilməsi ilə əlaqədar Şirvan şəhər Məhkəməsinin büdcəsinə ödənilmiş 50 (əlli) manat dövlət rüsumu qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 263, 264, 268-ci maddələrini rəhbər tutaraq və göstərilənləri nəzərə alıb məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada təkrarən məhkəməyə müraciət edə bilər. İddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Aydan Məmmədli
Məhkəmə qərarları › İş №e-2(5-160)-387/2026
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(5-160)-387/2026
16.03.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver