Məhkəmə qərarları › İş №e-2(5-160)-399/2026

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(5-160)-399/2026

17.03.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2(5-160)-399/2026 17.03.2026 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan Şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi ilə, İddiaçı X1 Cavabdeh2 qarşı “barışıq sazişinin hissəvi etibarsız hesab edilməsi və aliment” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə yazılı icraat qaydasında baxaraq məhkəmə müəyyənetdi: İddiaçı X5 iddia ərizəsi xx.xx.2026-cı il tarixdə məhkəməyə müraciət edərək Şirvan 1 saylı mediasiya təşkilatında xx.xx.2025-ci ildə Cavabdeh2 ilə X6 arasında bağlanmış barışıq sazişini 1.4-cü maddəsində övladlarının anasının himayəsində qaldıqları müddətdə, yetkinlik yaşına çatanadək ataları Cavabdeh2 uşaqların saxlanılması üçün aliment tələbindən imtina edilməsi hissəsinin etibarsız hesab edilməsi, xx.xx.2013-cü il təvəllüdlü Tunarın və xx.xx.2017-ci il təvəllüdlü Nurun yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər bir uşaq üçün 300 (üç yüz) manat, cəmi 600 altı yüz manat alimentin alınıb X3 verilməsi və nümayəndə (vəkil) olaraq ödəndiyi 100 (bir yüz) manat rüsumun ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmiş, Şirvan şəhər Məhkəməsinin xx.xx.2026-cı il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçı təkrar xx.xx.2026-cı il tarixdə məhkəməyə eyni məzmunlu və eyni nöqsanlı iddia ərizəsi ilə Şirvan şəhər Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə, iddia ərizəsinin mümkünlüyü məsələsinə baxıb, iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, ərizəçi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM): 10-1.1-ci maddəsinə əsasən elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.2-ci maddəsinə əsasən məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddia ərizəsində iddiaçı qismində X5 göstrərilsə də, “Elektron məhkəmə” informasiya sistemində iddiaçı ümumiyyətlə qeyd edilməmişdir. MPM-nin 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. MPM-nin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. “Mediasiya haqqında” Azərbaycan Respublikasının 1.0.7-ci barışıq sazişi tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşmadır. Məhkəmə hesab edir ki, barışıq sazişi tərəflərin mübahisəli münasibətlərinə dair yeni bir hüquqi nəticə - hüquq və öhdəliklər əmələ gətirmək məqsədilə bağladıqları qarşılıqlı ikitərəfli (çoxtərəfli) müqavilədir. Barışıq sazişi tərəflər arasındakı mübahisənin və ya fikir ayrılığına səbəb olma potensialı daşıyan qeyri-müəyyənliyin aradan qaldırılmasına yönəlir. Göründüyü kimi barışıq sazişi ikitərəfli (çoxtərəfli) müqavilə olduğundan məhkəmə qeyd edir ki, həmin müqavilənin şərtlərinin etibarsızlığı tələbi üzrə tərəf qismində müqavilə tərəfləri çıxış edə bilər. Bu baxımdan hazırkı tələbi üzrə cavabdeh qismində Şirvan 1 saylı Mediasiya Təşkilatı qeyd olunsa da, məhkəmə hesab edir ki, sözügedən tələb üzrə cavabdeh qismində yalnız müqavilə üzrə tərəf olan Cavabdeh2 çıxış edə bilər. İddia ərizəsindən və “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, iddiaçı X5 və cavabdeh Əliyev X2 rayonu Yenikənd kəndində qeydiyyatdadır. Qeyd edilməlidir ki, MPM-in 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. MPM-in 36.3-cü maddəsinə əsasən alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. Sözügedən mübahisə üzrə müstəsna və ya müqavilə aidiyyatı müəyyən edilməmişdir. MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. MPM-in 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. MPM-in 45.1-ci maddəsinə görə məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Odur ki, hazırki halda iddia ərizəsinə ərazi aidiyyəti qaydalarına görə Şirvan şəhər Məhkəməsində baxılmalı olması müəyyən edilmədiyindən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti və ya məhkəmə aidiyyati üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri qaytarır. Beləliklə, iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq məhkəmə belə bir nəticəyə gəlir ki, iddiaçı X1 Cavabdeh2 qarşı “barışıq sazişinin hissəvi etibarsız hesab edilməsi və aliment ” tələbinə dair iddia ərizəsi MPM-in 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməklə verilmədiyindən, həmçinin sözügedən mülki işə ərazi aidiyyəti üzrə Şirvan Şəhər Məhkəməsində baxılmalı olmadığından iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı, iddiaçı X4 iddia tələbi ilə cavabdehin rəsmi qeydə alındığı yer üzrə Kürdəmir Rayon Məhkəməsinə müraciət etmək hüququnun olması izah olunmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, valideynlərin yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq vəzifəsi qanundan irəli gələn və davamlı xarakter daşıyan öhdəlikdir. Bu səbəbədən aliment tələbi müddətlə məhdudlaşmır və iddiaçı istənilən vaxt məhkəməyə müraciət edə bilər. Habelə Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001ci il tarixli qərarında prosessual müddətlərlə bağlı hüquqi mövqeyini açıqlayaraq göstərmişdir ki, qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Qeyd edilənlərlə görə hazırkı iş üzrə müvafiq prosessual hərəkətlər peşəkar hüquqşünas (vəkil) tərəfindən həyata keçirildiyi üçün məhkəmə diqqətə çatdırır ki, prosessual hüquqlardan istifadə zamanı onlardan sui-istifadəyə yol verilməməli və lüzumsuz olaraq iş vaxtının itirilməsinə gətirib çıxarmamalı, nəticədə işə düzgün və tezliklə baxılmasına maneçilik törədilməməlidir. Belə ki, MPM-in 120-ci maddəsinə görə məhkəmə, vicdansızcasına əsassız iddia vermiş və ya iddiaya qarşı mübahisə etmiş, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə ardıcıl surətdə maneçilik törətmiş tərəfdən, iş vaxtının itirilməsi üçün digər tərəfin və ya dövlətin xeyrinə məbləğ tuta bilər. Həmin məbləğ məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilir. Bundan başqa, MPM-in 174.5-ci maddəsinə əsasən məhkəmə, işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən, o cümlədən dəfələrlə açıq-aşkar əsassız vəsatət və ya şikayətlər verən işdə iştirak edən şəxsləri, onların nümayəndələrini və ya vəkillərini 500 manatadək cərimə edə bilər. Cərimənin məbləği məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilir. Məhkəmə həmçinin qeyd edirki, MPM-in 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən, ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Lakin iddiaçı iddia ərizəsinə dövlət rüsumunun ödənilməsinə dair xx.xx.2026-cı il tarixli ********** saylı qəbzi əlavə etmişdir. Halbuki, elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlardan görünür ki, dövlət rüsumunun ödənilməsinə dair xx.xx.2026-cı il tarixli ********** saylı qəbz Şirvan şəhər Məhkəməsinin icraatında olmuş iddiaçı X1 Cavabdeh2 qarşı “barışıq sazişinin hissəvi etibarsız hesab edilməsi və aliment ” tələbinə dair 2(032)-1271/2025 saylı mülki iş üzrə iddia ərizəsinə əlavə edilmiş, Şirvan şəhər Məhkəməsinin e-2(5-160)-324/2026 saylı xx.xx.2026-cı il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarıılmış və həmin qərardadda iddia ərizəsinin verilməsi ilə əlaqədar xx.xx.2026-cı il tarixli ********** saylı qəbzə əsasən dövlət rüsumu kimi ödənilmiş 100 (bir yüz) manat 60 (altmış) qəpik məbləğində pulun iddiaçı X4 geri qaytarılması qərara alınmışdır. Göründüyü kimi, hazırki iş üzrə iddiaçı X5 tərəfindən iddia ərizəsinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməmişdir. MPM-in 108.1.1-ci maddəsinə əsasən iddia ərizəsi verildikdə dövlət rüsumu ödənilir. MPM-in 108.3-cü maddəsinin tələbinə görə dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir. MPM-in 150.1.2-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. MPM-in 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 (yüz) manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.3-cü və 9.1.20-ci maddələrinə əsasən əlillik, səhhətə digər xəsarətlər yetirilməsinə və ya ailəni dolandıranın ölümü nəticəsində dəyən ziyanın ödənilməsi barəsində iddialar üzrə – iddiaçılar, məhkəmədə verilən iddialar üzrə şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. MPM-in 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. MPM-in 152.3-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Göstərilənlərə əsasən və MPM-in 152, 263-264-cü və 267-269-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: İddiaçı X1 Cavabdeh2 qarşı “barışıq sazişinin hissəvi etibarsız hesab edilməsi və aliment ” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı X4 iddia tələbi ilə cavabdehin rəsmi qeydə alındığı yer üzrə Kürdəmir Rayon Məhkəməsinə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar