Məhkəmə qərarları › İş №e-2(5-163)-109/2026

Tovuz Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-163)-109/2026

14.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № e-2(5-163)-109/2026 14.01.2026 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi Cavadova Kəklik Mirəziz qızının katibliyi ilə İddiaçı cavabdeh X2 qarşı alimentin indeksasiyası tələbinə dair iddia ərizəsinə Tovuz şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X2 qarşı alimentin indeksasiyası barədə iddia ərizəsi verərək borclu X1 birgə nikahlarından anadan olmuş 3 uşağın saxlanılması üçün müəyyən olunmuş alimentin minimum əmək haqqı məbləğinə indeksasiya edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Göründüyü kimi İddiaçı ərizəni mülki mühakimə ümumi icraatı qaydasında vermişdir. Lakin ərizə faktiki olaraq mülki məhkəmə qaydasında baxılmalı deyildir. Belə ki, alimentin indeksasiyası barədə ərizələr məhkəmə qərarlarının icrası qaydasında verilməlidir. Bu hal həmçinin işin daha qısa müddətdə baxılıb yekun məhkəmə qərarı çıxarılması üçün daha məqsədəmüvafiqdir. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən, hakim ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Odur ki, MPM-nin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı ərizəsi icraata qəbul edilməkdən imtina edilməlidir və onun alimentin indeksasiyası barədə məhkəmə qərarlarının icrası qaydasında müvafiq məhkəməyə müraciət etməsi izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 269-cu maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İddiaçıya müvafiq qaydada alimentin indeksasiyası barədə məhkəmə qərarlarının icrası qaydasında məhkəməyə müraciət etməsi izah edilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar