Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(5-166)-19/2026 11.02.2026 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Babayeva Aybəniz Elman qızının sədrliyi, Məhkəmə iclasının katibi Quliyeva Ülkər Fikrət qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment miqdarının azaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi və tələbin əsaslandırıldığı hallar: İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı aliment miqdarının azaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müəyyən olunmuş alimentin miqdarı azadılaraq İddiaçı ilə Cavabdeh birgə nikahından doğulmuş 16 iyul 2014-cü il təvəllüdlü Cavid adlı uşağın saxlanması üçün nəzərdə tutulmuş aliment məbləği azaldılaraq hər ay üçün 200 manat olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh birgə nikahından 16 iyul 2014-cü il təvəllüdlü Cavid adlı adlı övladı doğulmuşdur. Tərəflər nikahlarının ilk dövrlərində ailə münasibətləri normal olmuş, mehriban yaşamışlar. Lakin bir müddət sonra iddiaçı ilə cavabdehin münasibətləri pozulmuşdur. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(017)-619/2015 saylı, 30 iyul 2019-cu il tarixli qətnaməsinə əsasən 16 iyul 2014-cü il təvəllüdlü Cavid adlı uşağın saxlanması üçün 100 manat sabit pul məbləğində aliment İddiaçı tutularaq Cavabdeh ödənilməsi qət olunmuşdur. Nəbiyeva X1 şəhər Məhkəməsinə müraciət edərək qeyd olunan aliment məbləğinin indeksasiya olunmasını xahiş etmişdir. Mingəçevir şəhər Məhkəməsinin 8(051)-462/2025 saylı, 25 noyabr 2025-ci il tarixli qərardadına əsasən təyin olunmuş alimentin miqdarı indekasiaya olunaraq bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.70 misli miqdarında müəyyən olunmuşdur. Daha sonra Mingəçevir şəhər Məhkəməsinin 8(051)-462/2025 saylı, 19 dekabr 2025-ci il tarixli qərardadına əsasən xx.xx.2025-ci il tarixli 8(051)- 462/2025 saylı qərardadda yol verilmiş yanlışlıq düzəldilmiş və qərardadın qərara aldı hissəsində “minimum əmək haqqının 0,95 misli həddində indeksasiya edilməsi” ifadələri, “minimum əmək haqqının 0,70 misli həddində indeksasiya edilməsi” kimi qeyd edilmişdir. İddiaçının maddi vəziyyətində çox mənfi dəyişikliklər olmuşdur. Bu səbəbdən də alimenti ödəməyə, hətta yaşamağa belə maddi imkanı yoxdur. Bütün bunlar nəzərə alınmalıdır. Tərəflərin izahatları: Məhkəmə baxış iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və azyaşlı uşağı Cavidin saxlanılması üçün hər ay 230 manat aliment ödəməyə imkanı olduğunu bildirmiş və məhkəmədən iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh izahat verərək, iddiaçı tərəfindən uşağın saxlanılması üçün hər ay 230 manat aliment ödənilməsinə razı olduğunu bildirmişdir. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar: X3 1 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş MŞY/MT034/2025-00592 nömrəli arayışdan müəyyən olunur ki, tərəflər arasında xx.xx.2025-ci il tarixdə aliment miqdarının azaldılması tələbinə ilkin mediasiya sessiyasında cavabdeh iştirak etməmişdir. İlkin mediasiya xərci (50 manat) iddiaçı tərəfindən ödənilmişdir. xx.xx.2016-cı il tarixli AZ-İİİ seriyalı, 729682 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, xx.xx.2014-cü il təvəllüdlü X4 (atası İddiaçı, anası Əliyeva Salatın qızı) xx.xx.2014-cü il tarixdə Yevlax rayonunda doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2014-cü il tarixdə 1104nömrə ilə qeyd edilmişdir; Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(051)-462/2025 saylı qərardadından görünür ki, həmin qərardadla ərizə təmin edilərək, xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-619/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsi ilə təyin edilmiş 100 manat məbləğində tutulan alimentin, həmin təqdim ili üzrə müəyyən edilmiş minumum əmək haqqına münasibətdə, sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,95 misli həddində indeksasiya edilsin və xx.xx.2025-ci il tarixdən başlayaraq borclu İddiaçı sabit pul məbləğində alimentin alınıb tələbkar Cavabdeh verilməsi qərara alınmışdır. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(051)-462/2025 saylı qərardadından görünür ki, ərizəçi X2 borclu İddiaçı qarşı alimentin indeksasiyasına dair ərizəsi üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(051)-462/2025 saylı qərardadında yol verilmiş yanlşılıq düzəldilsin və qarardadın qərara aldı hissəsində minimum əmək haqqının 0.95 misli həddində indeksasiya edilməsi ifadələri minimum əmək haqqının 0.95 misli həddində indeksasiya edilməsi ifadələri minimum əmək haqqının 0,70 misli həddində indeksasiya edilməsi kimi qeyd edilməsi qərara alınmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır... Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyib, işin faktiki hallarını və işə əlavə edilən sənədləri araşdıraraq, təqdim edilmiş sübutlara tam, obyektiv, qərəzsiz və hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə qeyd edir ki, mübahisənin düzgün həlli edilməsi baxımından hazırkı iddia tələbinin aliment miqdarının azaldılması ilə bağlı olması, iddia tələbinin qanuni əsasını isə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsinin (məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə) təşkil etməsi nəzərə alınmalı və iş üzrə araşdırma aparılması zamanı iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normasının dispozisiya şərtləri rəhbər tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarında formalaşdırılan hüquqi mövqeyə əsasən, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə yuxarıda qeyd edilən qanunvericilik normalarının tələbləri baxımından qeyd edir ki, aliment miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) üçün imperativ olaraq müəyyən edilmiş şərtlər aşağıdakılardır: 1) tərəflərdən hər hansı birinin maddi vəziyyətində baş vermiş dəyişiklik; 2) tərəflərdən hər hansı birinin ailə vəziyyətində baş vermiş dəyişiklik. Məhkəmə hesab edir ki, Ailə Məcəlləsinin 112.1-ci maddəsi alimentin miqdarının artırılmasını (azaldılmasını) tərəflərin maddi və ya ailə vəziyyətində dəyişikliyin baş verməsi ilə bağladığından, hazırkı iddia tələbi üzrə alimentin miqdarının azaldılması üçün qanunda nəzərdə tutulmuş əsaslar mövcuddur. İş materiallarının əlaqəli təhlili məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, alimentin miqdarının dəyişdirilib yaşayış minumumu həddi daxilində sabit pul məbləğində müəyyən edilməsi tərəflərin real vəziyyətinə uyğun gəlir. Nəzərə alsaq ki, xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-619/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsi ilə təyin edilmiş 100 manat məbləğində tutulan alimentin, həmin təqdim ili üzrə müəyyən edilmiş minumum əmək haqqına münasibətdə, sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,70 misli həddində indeksasiya edilməsi iddiaçının ailə, maddi və əmlak vəziyyətinə, eləcə də yuxarıda sadalanan qanunvericilik normalarının tələblərinə uyğun deyildir. Bu da onu deməyə əsas verir ki, aliment məbləğinin dəyişdirilməsi ilə bağlı iddia tələbi Ailə Məcəlləsinin 112.1–ci maddəsində göstərilən əsasları ehtiva edir. Həmçinin nəzərə alınmalıdır ki, uşağı saxlamaq hər iki valideynin vəzifəsidir və onların maddi tələbatları valideynlərin hər biri tərəfindən ödənilməlidir. Valideyn heç bir halda uşağın normal maddi təminatını ödəmək vəzifəsindən azad edilmir və qanuna görə uşağın zəruri dolanışıq səviyyəsini təmin etməyə borcludur. Qeyd olunmalıdır ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar, uşağın minimal dolanışıq səviyyəsindən də aşağı aliment müəyyən olunmasına əsas vermir. Çünki tərəflərin maddi vəziyyəti və diqqətəlayiq olan digər hallarla müqayisədə uşağın mənafelərinə üstünlük verilməli, uşağın maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün alimentin miqdarı iddiaçının tələb etdiyi məbləğdə deyil, işin müəyyən olunmuş hallarına əsasən uşağın mənafeyinə və digər diqqətəlayiq hallara uyğun olaraq azaldılmalıdır. Məhkəmə bu qənaətə gəlir ki, alimentin miqdarının azaldılaraq hər ay sonrakı artımlar nəzərə alınmaqla, 2025-ci il üzrə minimum əmək haqqı məbləğinin 0,575 misli (400 x 0,575 = 230 manat) həddində sabit pul məbləğində müəyyən edilməsi uşağın qanuni mənafelərinə uyğun gəlir, habelə iddiaçını əlverişsiz vəziyyətə salmır. Məhkəmə tərəflərin hər birinin maddi və ailə vəziyyətini, valideynlərin uşaqlarına münasibətdə bərabər hüquq və vəzifələrə malik olmalarını, tərəflərin yetkinlik yaşına çatmamış uşağın təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, mövcud iqtisadi vəziyyətdəki infilyasiyanı və diqqətəlayiq olan digər halları (indeksasiya olunmuş aliment məbləğinin iddiaçının maddi vəziyyətini ağırlaşdırmasını) nəzərə alıb belə nəticəyə gəlir ki, iddiaçının cavabdehə qarşı aliment miqdarının azaldılmasına dair iddia tələbi qismən təmin edilməli, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-619/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsi ilə təyin edilmiş və Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(051)- 462/2025 saylı qərardadı ilə indeksasiya edilmiş alimentin miqdarı azaldılmalı, xx.xx.2014cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,575 misli həddində sabit pul məbləğində aliment tutularaq Cavabdeh xeyrinə ödənilməli, qalan hissədə iddia rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-619/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsi ilə təyin edilmiş və Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(051)-462/2025 saylı qərardadı ilə indeksasiya edilmiş alimentin miqdarı azaldılsın. xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,575 misli həddində sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilsin. Qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq alimentin azaldılmış miqdarının hesablanmasına başlansın. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aybəniz Babayeva
Məhkəmə qərarları › İş №e-2(5-166)-19/2026
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-166)-19/2026
11.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver