Məhkəmə qərarları › İş №e-2(5-166)-249/2026

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-166)-249/2026

18.03.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(5-166)-249/2026 18.03.2026 YEVLAX RAYON MƏHKƏMƏSİ X17 Əliyar oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment məbləğinin azaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi və tələbin əsaslandırıldığı hallar: İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı aliment miqdarının azaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 16 iyul 2015-ci il tarixli qətnaməsi ilə cavabdehlə ilə birgə nikahımızdan doğulmuş 23 sentyabr 2009-cu il təvəllüdlü X11 və 03 mart 2012-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün təyin edilmiş 108 manat aliment miqdarının azaldılaraq 47.25 manat miqdarında müəyyən edilməsi, həmin aliment məbləği yenidən indeksasiya edilməklə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının (400x0.45=180*2=360) 0.45 misli sabit pul məbləğində alimentin təyin edilməsi, 17 manat etibarnamə üçün ödənilmiş, 60 manat mediasiyaya çəkilmiş xərc və 500 manat vəkilə ödənilmiş xidmət haqqının Cavabdeh tutularaq iddaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçının Cavabdeh ilə birgə nikahlarından yetkinlik yaşına çatmamış 23 sentyabr 2009-cu il təvəllüdlü X11 və 03 mart 2012-ci il təvəllüdlü X14 adında uşaqları vardır. Cavabdehlə bir müddət aralarında olan mübahisə səbəbindən Suraxanı Rayon Məhkəməsinin 16 iyul 2015-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş, birgə nikahdan doğulmuş uşağın saxlanılması üçün 108 manat olmaqla 3 uşaq üçün 324 manat aliment təyin edilmişdir. Həmin alimenti əvvəllər gecikdirmədən ödəmiş, sonradan keçirdiyi qəza və işinin itirməsi səbəbindən borcu yaranmışdır. Təyin edilmiş aliment son dəyişillikdən sonra cavabdeh yenidən Suraxanı Rayon məhkməsinə icra icraatı qaydasında ərizə ilə müraciət etmiş, Suraxanı Rayon məhkəməsinin 12 iyun 2025ci il tarixli qərardadı ilə təyin edilmiş aliment minumum əmək haqqının 0.88 misli həcmi ilə indeksasiya edilmişdir. Həmin aliment gələn ildən artmasıda nəzərə alınarkən hazırdakı məbləği iki uşağa 704 manat təşkil edir. İddiaçının hazırda əmək haqqısı 600 manat təşkil edir. Əmək haqqısı özünündə yaşaması bir yana, hələ əlavə pulda tapıb aliment ödəməlidir. Yeni nikaha daxil olmuş həmin nikahdan 2 azyaşlı uşağı vardır. Ölkə üzrə uşaqların yaşayış minumu 260 manat olmasını, uşaqları saxlamaq vəzifəsinin hər valideynin borcu olduğunu və aldığı məvacibin onunda yaşamağı üçün minumum həddə müəyyən edilməli olmasını nəzərə alaraq hesab edir ki, aliment məbləği azaldılmalıdır. Tərəflərin izahatları: Məhkəmə baxış iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh izahat verərək, iddiaçının kifayət qədər aliment borcu olduğunu, uşaqlara özü tək baxdığını, ona görə də alimentin məbləğinin azaldılmasına razı olmadığını bildirdi. Bu səbəbdən də iddianın rədd edilməsini xahiş etdi. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar: xx.xx.2026-cı il tarixli, 25406 nömrəli qəbzin surətindən görünür ki, İddiaçı Nümayəndə hesabına 500 manat pul ödəmişdir; AZ İİİ 469727 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X2 rayonunda anadan olmuş, atası İddiaçı, anası isə X4r; AZ İV 046049 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2017-ci il təvəllüdlü X3 rayonunda anadan olmuş, atası İddiaçı, anası isə X5r; AZ İİ 015406 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X9 xx.xx.2012-ci il tarixdə nikahlarını Füzuli rayon Qeydiyyat şöbəsində rəsmiləşdirmişlər (arvada Quliyeva soyadı verilmişdir). X7 1 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2026-cı il tarixdə verilmiş MŞY/MT034/2026-00044 nömrəli arayışdan müəyyən olunur ki, tərəflər arasında xx.xx.2025-ci il tarixdə aliment məbləğinin azaldılması tələbinə ilkin mediasiya sessiyasında cavabdeh iştirak etməmişdir. İlkin mediasiya xərci (50 manat) iddiaçı tərəfindən ödənilmişdir. Bakı Şəhəri Suraxanı Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(010)-465/2025 saylı icra vərəqəsindən görünür ki, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4692/2013 saylı, xx.xx.2013-cü il tarixli qətanməsinə əsasən müəyyən olunmuş aliment indeksasiya edilərək, qərardad qanuni qüvvəyə mindiyi vaxtdan xx.xx.2009-cu il təvəllüdlü X11 və xx.xx.2012-ci il təvəllüdlü X1 üçün borclu İddiaçı tələbkar Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alnmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.88 misli həddində aliment tutulmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır... Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyib, işin faktiki hallarını və işə əlavə edilən sənədləri araşdıraraq, təqdim edilmiş sübutlara tam, obyektiv, qərəzsiz və hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, mübahisənin düzgün həlli edilməsi baxımından hazırkı iddia tələbinin aliment miqdarının azaldılması ilə bağlı olması, iddia tələbinin qanuni əsasını isə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsinin (məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə) təşkil etməsi nəzərə alınmalı və iş üzrə araşdırma aparılması zamanı iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normasının dispozisiya şərtləri rəhbər tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarında formalaşdırılan hüquqi mövqeyə əsasən, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə yuxarıda qeyd edilən qanunvericilik normalarının tələbləri baxımından qeyd edir ki, aliment miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) üçün imperativ olaraq müəyyən edilmiş şərtlər aşağıdakılardır: 1) tərəflərdən hər hansı birinin maddi vəziyyətində baş vermiş dəyişiklik; 2) tərəflərdən hər hansı birinin ailə vəziyyətində baş vermiş dəyişiklik. Məhkəmə hesab edir ki, Ailə Məcəlləsinin 112.1-ci maddəsi alimentin miqdarının artırılmasını (azaldılmasını) tərəflərin maddi və ya ailə vəziyyətində dəyişikliyin baş verməsi ilə bağladığından, hazırkı iddia tələbi üzrə alimentin miqdarının azaldılması üçün qanunda nəzərdə tutulmuş əsaslar mövcuddur. İş materiallarının əlaqəli təhlili məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, alimentin miqdarının dəyişdirilib yaşayış minumumu həddi daxilində sabit pul məbləğində müəyyən edilməsi tərəflərin real vəziyyətinə uyğun gəlir. Nəzərə alsaq ki, xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması üçün Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4692/2013 saylı xx.xx.2013-cü il tarixli qətnaməsi ilə təyin edilmiş 108 manat məbləğində tutulan alimentin, həmin təqdim ili üzrə müəyyən edilmiş minumum əmək haqqına münasibətdə, sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,88 misli həddində indeksasiya edilməsi iddiaçının ailə, maddi və əmlak vəziyyətinə, eləcə də yuxarıda sadalanan qanunvericilik normalarının tələblərinə uyğun deyildir. Bu da onu deməyə əsas verir ki, aliment məbləğinin dəyişdirilməsi ilə bağlı iddia tələbi Ailə Məcəlləsinin 112.1-ci maddəsində göstərilən əsasları ehtiva edir. Həmçinin nəzərə alınmalıdır ki, uşağı saxlamaq hər iki valideynin vəzifəsidir və onların maddi tələbatları valideynlərin hər biri tərəfindən ödənilməlidir. Valideyn heç bir halda uşağın normal maddi təminatını ödəmək vəzifəsindən azad edilmir və qanuna görə uşağın zəruri dolanışıq səviyyəsini təmin etməyə borcludur. Qeyd olunmalıdır ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar, uşağın minimal dolanışıq səviyyəsindən də aşağı aliment müəyyən olunmasına əsas vermir. Çünki tərəflərin maddi vəziyyəti və diqqətəlayiq olan digər hallarla müqayisədə uşağın mənafelərinə üstünlük verilməli, uşağın maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün alimentin miqdarı iddiaçının tələb etdiyi məbləğdə deyil, işin müəyyən olunmuş hallarına əsasən uşağın mənafeyinə və digər diqqətəlayiq hallara uyğun olaraq azaldılmalıdır. Məhkəmə bu qənaətə gəlir ki, alimentin miqdarının azaldılaraq hər ay sonrakı artımlar nəzərə alınmaqla, 2025-ci il üzrə minimum əmək haqqı məbləğinin 0,55 misli (400 x 0,55 = 220 manat) həddində sabit pul məbləğində müəyyən edilməsi uşağın qanuni mənafelərinə uyğun gəlir, habelə iddiaçını əlverişsiz vəziyyətə salmır. Məhkəmə tərəflərin hər birinin maddi və ailə vəziyyətini, valideynlərin uşaqlarına münasibətdə bərabər hüquq və vəzifələrə malik olmalarını, tərəflərin yetkinlik yaşına çatmamış uşağın təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, mövcud iqtisadi vəziyyətdəki infilyasiyanı və diqqətəlayiq olan digər halları (indeksasiya olunmuş aliment məbləğinin iddiaçının maddi vəziyyətini ağırlaşdırmasını) nəzərə alıb belə nəticəyə gəlir ki, iddiaçının cavabdehə qarşı aliment miqdarının azaldılmasına dair iddia tələbi qismən təmin edilməli, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4692/2013 saylı xx.xx.2013-cü il tarixli qətnaməsi ilə təyin edilmiş və Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(010)- 465/2025 saylı qərardadı ilə indeksasiya edilmiş alimentin miqdarı azaldılmalı, xx.xx.2009cu il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli həddində sabit pul məbləğində aliment, mediasiya xərci kimi ödənilmiş 60 manat və vəkilə ödənilmiş 100 manat xidmət haqqı tutularaq Cavabdeh xeyrinə ödənilməli, qalan hissədə iddia rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəsinin 2(010)-4692/2013 saylı xx.xx.2013-cü il tarixli qətnaməsi ilə təyin edilmiş və Bakı Şəhəri Suraxanı Rayon Məhkəsinin xx.xx.2025-ci il tarixli, 8(010)-465/2025 saylı qərardadı ilə indeksasiya edilmiş alimentin miqdarı azaldılsın. xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli həddində sabit pul məbləğində aliment, mediasiya xərci kimi ödənilmiş 60 manat və vəkilə ödənilmiş 100 manat xidmət haqqı tutularaq Cavabdeh ödənilsin. Qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq alimentin azaldılmış miqdarının hesablanmasına başlansın. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar