Azərbaycan Respublikası adından QƏRARDAD Zərdab rayonu İş № e-2(5-169)-99/2026 05.02.2026 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Mən Zərdab Rayon Məhkəməsinin hakimi Abbasov Cavid Mehman oğlu, İddiaçı cavabdeh "Zərdab Rayon Mərkəzi Xəstəxanası" X3rşı “vurulmuş mənəvi zərərə görə pul tələbi”nə dair iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri Zərdab Rayon Məhkəməsinin binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh "Zərdab Rayon Mərkəzi Xəstəxanası" X3rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "Zərdab Rayon Mərkəzi Xəstəxanası" X2 vurmuş olduğu mənəvi ziyanın əvəzi olaraq 19000 manat məbləğində vəsaitin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş sənədləri nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, hazırki iddia yolverilməz olduğundan ərizənin qəbul olunmasından imtina edilməlidir. Belə ki, “Elektron Məhkəmə” İnformasiya sistemində tərəflər haqqında məlumatlar yoxlanılarkən məlum olmuşdur ki, İddiaçı cavabdehlər “Zərdab Rayon Mərkəzi Xəstəxanası” X6 və Tibbi Ərazi X1rşı “vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Zərdab Rayon Məhkəməsinə müraciət etmiş və iddia ərizəsi məhkəmənin icraatında götürülərək 2(035)-665/2025 nömrə ilə mülki iş açılmışdır. Həmin iş üzrə İddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək maddi zərərlə yanaşı mənəvi zərərin də cavabdehlərdən tutulmasını məhkəmədən xahiş etmişdir. Hazırda iddia tələbinin həcminin artırılmasına dair iddiaçının ərizəsi iş materiallarına əlavə edilmiş və 2(035)-665/2025-saylı mülki iş üzrə Məhkəmə- mühasibatlıq ekspertizası təyin olunduğundan işin icraatı dayandırılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 153.2.4-cü maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Hesab edirəm ki, tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin icraatında başqa iş olduğundan İddiaçı cavabdeh "Zərdab Rayon Mərkəzi Xəstəxanası" X3rşı “vurulmuş mənəvi zərərə görə pul tələbi”nə dair iddia ərizəsi iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməli, iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Beləliklə, göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153.2.2, 263, 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh "Zərdab Rayon Mərkəzi Xəstəxanası" X3rşı “vurulmuş mənəvi zərərə görə pul tələbi”nə dair iddia ərizəsi iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. İddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zərdab Rayon Məhkəməsinə elektron qaydada şikayət verilə bilər. Hakim: Cavid Abbasov
Məhkəmə qərarları › İş №e-2(5-169)-99/2026
Zərdab Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-169)-99/2026
05.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver