Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(5-93)-1303/2026 19.03.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qoşqarlı Rəşad Nizami oğlu, İddiaçı Cavabdeh qarşı “uşaqların ananın himayəsindən alınaraq atanın himayəsinə verilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq m ü ə y y ə n e t d i m: İddiaçı Cavabdeh qarşı “uşaqların ananın himayəsindən alınaraq atanın himayəsinə verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmayan X3, xx.xx.2011-ci il təvəllüdlü və X4, xx.xx.2014-cü il təvəllüdlü, yaşayış yerinin onun yanında müəyyən edilməsi, Cavabdeh yetkinlik yaşına çatmayan X1 üçün hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,75 misli miqdarında sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsi, Cavabdeh yetkinlik yaşına çatmayan X2 üçün hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,75 misli miqdarında sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsi, alimentin tutulmasının iddia ərizəsinin məhkəməyə təqdim edildiyi tarixdən hesablanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. İddia ərizəsindən və ona əlavə olunmuş sənədlərdən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)- 797/2024 saylı qətnaməsi ilə uşaqlar ananın himayəsində saxlanılmışdır. Lakin hazırkı iddia ərizəsi tərtib edilərkən mülki-prosessual qanunvericiliklə nəzərdə tutulmuş ərizənin forma və məzmununa riayət edilmədən tərtib edilmiş, ərizənin “xahiş edirəm” hissəsində tələb uşaqların ananın himayəsindən alınaraq, atanın himayəsinə verilməsi kimi yox, uşaqların yaşayış yerinin müəyyən olunması kimi qeyd olunmuşdur. Həmçinin, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1.2ci maddəsinə əsasən ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə mediasiya tətbiq edilir. Həmin Qanunun 28.1-ci maddəsinə əsasən ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.6-cı maddəsinə əsasən ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur; 149.2.4-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat ərizədə göstərilməlidir; 150.1.7-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd ərizəyə əlavə edilməlidir; Hazırkı iddia üzrə tələb “uşaqların ananın himayəsindən alınaraq, atanın himayəsinə verilməsi” olmasına baxmayaraq, iddiaçı tərəfindən “uşaqların ananın himayəsindən alınaraq, atanın himayəsinə verilməsi” ilə bağlı mediasiya prosesində iştirakını təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməmiş, iddiaçının əlavə etdiyi mediasiya prosesində iştirakını təsdiq edən sənəd isə “uşaqların yaşayış yerinin müəyyən edilməsi” mübahisəsi ilə bağlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Qanununun 3.1-ci maddəsinə əsasən yaşayış yeri - Azərbaycan Respublikası vətəndaşı barədə - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Həmçinin, iddia ərizəsi ərazi aidiyyatı üzrə də düzgün verilməmişdir. Belə ki, elektron məhkəmə informasiya sistemindən əldə edilmiş şəxsiyyət vəsiqəsi (AA******* nömrəli) məlumatlarından görünür ki, cavabdehin rəsmi qeydə alındığı ünvan ünvan 1çəsi, ev 115 ünvanıdır. Göründüyü kimi, cavabdehin rəsmi qeydə alındığı yer ünvan 1çəsi, ev 115 ünvanı olduğundan, hazırkı iddia ərizəsinə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsində deyil, aidiyyəti üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.2-ci maddəsində göstərilir ki, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Qeyd edilənlərə əsasən belə nəticəyə gəlirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və iddiaçıya izah edilməlidir ki, o, cavabdehin rəsmi qeydə alındığı yer üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessaul Məcəlləsinin 152, 263-264-cü maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: İddiaçı Cavabdeh qarşı “uşaqların ananın himayəsindən alınaraq atanın himayəsinə verilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilir ki, o, cavabdehin rəsmi qeydə alındığı yer üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etməlidir. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №e-2(5-93)-1303/2026
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-93)-1303/2026
19.03.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver