Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(5-93)-376/2026 30.01.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X1 Hüseynağa qızının sədrliyi ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı müqavilənin ləğvi tələbinə dair iddia ərizəsini Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı müqavilənin ləğvi tələbinə dair iddia ərizəsi ilə xx.xx.2026-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Daxil olmuş iddia ərizəsi və ona əlavə olunmuş sənədləri araşdırarkən müəyyən olunmuşdur ki, iddia ərizəsinin mülki prosessual qanunvericiliklə nəzərdə tutulmuş məcburi forma və məzmununa riayət edilməmiş, iddia ərazi aidiyyəti üzrə düzgün verilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 149.2.2-ci maddəsinə əsasən, cavabdehin və işdə iştirak edən digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. 152.1.3-ci maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmənin mövqeyi: «Elektron məhkəmə» informasiya sistemindən çıxarışdan göründüyü kimi, Kapital Bank” ASCnin hüquqi ünvanı isə Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər pr., ev 153, 687-ci məhəllə, X2 2 ünvanıdır. Cavabdehin hüquqi ünvanının Nəsimi rayonu olduğu halda iddia ərizəsinin hansı əsaslarla Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə verilməsi iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən aydın deyil. Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi iddia bir qayda olaraq cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir, lakin bəzi tələblər üzrə iddiaçıya seçim imkanı da verilmişdir. Həmçinin iddia ərizəsinin məzmunu və ona əlavə edilmiş sənədlərin ilkin araşdırılması zamanı müəyyən edilir ki, mübahisə istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı deyil, məhz cavabdehlə iddiaçının iradəsinə zidd “istehlak kreditinin verilməsinə dair” müqavilənin bağlanılması və həmin müqavilənin etibarsız hesab edilməsi və borc öhdəliklərinin ləğv edilməsi ilə əlaqədardır. Yəni tərəflər arasında faktiki istehlak deyil, müqavilə münasibətlərindən yaranan mübahisə mövcuddur. Beləliklə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılmalı və iddiaçıya izah edilməlidir ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada müvafiq məhkəməyə müraciət etməyə mane olmur. Mülki Prosessual Məcəllənin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3, 263 və 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı müqavilənin ləğvi tələbinə dair iddia ərizəsi, ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada müvafiq ərazi məhkəməsinə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səidə Məmmədova
Məhkəmə qərarları › İş №e-2(5-93)-376/2026
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-93)-376/2026
30.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver