Məhkəmə qərarları › İş №e-2(5-94)-244/2026

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-94)-244/2026

16.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(5-94)-244/2026 16.01.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abdullayeva Aynur Aydın qızı, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə qarşı inzibati xəta haqqında qərarın ləğv edilməsi və buraxılmış şikayət müddətinin bərpa edilməsi barədə ərizəsinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə qarşı inzibati xəta haqqında qərarın ləğv edilməsi və buraxılmış şikayət müddətinin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, üzrlü səbəbləri nəzərə alaraq şikayət müddətinin bərpa edilməsi, ərizənin icraata qəbul edilməsi, işin hərtərəfli, tam və obyektiv araşdırılması məqsədilə, EQ25481912 saylı protokolun yazılmasına əsas olmuş orijinal, yüksək keyfiyyətli foto və video materialların tələb edilərək iş materiallarına əlavə olunmasının təmin edilməsi, onun barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ25481912 saylı inzibati xəta haqqında qərarın, həmin qərarla tətbiq edilmiş inzibati cərimə ballarının və cavabdehin regional qurumunun onun motosikletinin mühafizə olunan duracağa yerləşdirilməsi barədə qanunsuz qərarının ləğv edilməsi, cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin hesabından ödənilmiş cərimə məbləğinin geri qaytarılmasının təmin edilməsi, çəkdiyi bütün məhkəmə xərclərinin (ödənilmiş dövlət rüsumu da daxil olmaqla) cavabdeh tərəfindən ödənilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə ona əlavə edilmiş sənədlərlə iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İddiaçı elektron iddia ərizəsində inzibati xəta haqqında qərarın ləğv edilməsi və buraxılmış şikayət müddətinin bərpa edilməsini xahiş etmişdir. Hesab edirəm ki, mübahisənin predmeti inzibati xəta haqqında qərarın ləğv edilməsi barədə qərar olduğundan hazırki ərizəyə mülki icraat qaydasından baxılmalı olmadığından, ərizə geri qaytarılmalı, iddiaçıya inzibati xətalar işləri üzrə icraat qaydasında şikayətlə məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. MPM-nin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən Q ə r a r a a l d ı m: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə qarşı inzibati xəta haqqında qərarın ləğv edilməsi və buraxılmış şikayət müddətinin bərpa edilməsi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı inzibati xətalara dair işlər üzrə inzibati xətaya dair qərardan şikayət icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində işə baxan Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) şikayət verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar