Məhkəmə qərarları › İş №e-2(5-95)-542/2026

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-95)-542/2026

21.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(5-95)-542/2026 21.02.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlu İddiaçı cavabdehlər Cavabdeh1 Zülfüqar oğlu, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “sadələşdirilmiş icraat qaydasında İnzibati xəta haqqında protokollara görə ödənilmiş pulun geri tələb olunması” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, məhkəmə Müəyyən etdi İddiaçı cavabdehlər Cavabdeh1 Zülfüqar oğlu, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “İnzibati xəta haqqında protokollara görə ödənilmiş pulun geri tələb olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC tərəfindən ödənilmiş inzibati xəta haqqında protokollara görə cavabdehlər Cavabdeh3 92.10 manat, Cavabdeh4 243 manat, Cavabdeh2 45 manat, Cavabdeh1 Zülfüqar oğlundan 147 manat, Cavabdeh5 297 manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat dövlətr rüsumunun isə cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçıMMC ilə X1 arasında bağlanmış AZL-3583 saylı “Daxili lizinq” müqaviləsinə əsasən “X2 2” markalı, **-YZ-*** dövlət qeydiyyat nişanlı avtomobil onun müvəqqəti istifadə və sahibliyinə verilmişdir. Lizinq obyekti olan “X2 2” markalı, **-YZ-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdehlərin müvəqqəti sahiblik və istifadəsində olduğu müddət ərzində inzibati xəta ilə əlaqədar sürücülər Azərbaycan Respublikası DİN BDYPİ və AYNA tərəfindən inzibati qaydada cərimələnmişdir. Bu faktı hökumət ödəniş portaldan alınmış çıxarış təsdiq edir. Şirkət tərəfindən həmin cərimələrə görə ümumilikdə 824.1 manat məbləğində ödəniş edilmişdir. Həmin cərimələr ödənilmədiyi təqdirdə X3 Azərbaycan Respublikasının Qanununun tələbinə uyğun olaraq həmin nəqliyyat vastəsinin saxlanılaraq cərimə meydançasına yerləşdirilməsi haqqında qərar qəbul edilir və qərarın icra edilməsi üçün YPX inpektorlarına təlimat verilir. Bununla da lizinq şirkəti ilə yanaşı nəqliyyat vastəsini faktiki idarə edən şəxsin də hüquqları pozulmuş olur. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə və sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - “MPM”) 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. MPM-in 152.1.7-ci maddəsinə əsasən də, bir və ya bir neçə cavabdehə qarşı bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia tələbinin məzmunundan görünür ki, iddia tələbi cavabdeh olaraq qeyd olunmuş şəxslərdən müxtəlif vaxtlarda və müxtəlif əsaslarla törədilmiş inzibati xətalarla əlaqədar onlar barəsində inzibati tənbeh tədbiri kimi tətbiq edilmiş və iddiaçı tərəfindən ödənilmiş cərimə məbləğlərinin tələb olunması ilə bağlıdır. Məhkəmə qeyd edir ki, iddia tələbi eyni olsa da, həmin iddia tələbinin yaranma əsasları və cavabdehlərin bir biri ilə əlaqəsi yoxdur. Belə ki, iddia ərizəsində qeyd edildiyi kimi, iddiaçı Azərmaş Lizinq”MMC ilə X1 arasında bağlanmış “Daxili lizinq” müqaviləsinə əsasən “X2 2” markalı, **-YZ-*** dövlət qeydiyyat nişanlı avtomobil onun müvəqqəti istifadə və sahibliyinə verilmişdir. Yəni yalnız onlar arasında müqavilə münasibətləri mövcuddur. Qeyd edək ki, iddiaçı tərəfindən hazırda həmin şəxsə qarşı ümumiyyətlə iddia tələbi irəli sürülməmişdir, həmin şəxs hazırki iddia üzrə cavabdeh deyil. İddia ərizəsi üzrə qeyd edilən cavabdehlərlə isə iddiaçı arasında hüquq münasibətinin olması müəyyən edilmir. Bu hal isə qanunvericiliyə uyğun olaraq bir biri ilə əlaqədar olmayan ayrı tələblər olaraq qiymətləndirilir və belə iddia tələblərinin birləşdirilərək eyni bir icraatda baxılması yolverilməzdir. Beləliklə, məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər yuxarıda qeyd edilən əsaslaa geri qaytarılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, iddia ərizəsi geri qaytarıldığından, İddiaçı MMC tərəfindən xx.xx.2026-ci il tarixli, ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 30 manat dövlət rüsumu Bakı şəhəri üzrə Maliyyə İdarəsi vasitəsilə geri qaytarılmalıdır. Belə ki, MPM-in 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Habelə məhkəmə qeyd edir ki, MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən aidiyyəti üzrə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı İddiaçı cavabdehlər Cavabdeh1 Zülfüqar oğlu, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “sadələşdirilmiş icraat qaydasında nzibati xəta haqqında protokollara görə ödənilmiş pulun geri tələb olunması” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı MMC tərəfindən xx.xx.2026-ci il tarixli, ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 30 manat dövlət rüsumu Bakı şəhəri üzrə Maliyyə İdarəsi vasitəsilə geri qaytarılsın. İddiaçıya izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra onların ümumi qaydada yenidən aidiyyəti məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Natiq Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar