Qanunvericilik › Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 18

Maddə 18. Valyuta sərvətləri və milli valyutanın transsərhəd daşınmasına nəzarət

Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

18.1. Valyuta sərvətləri və milli valyutanın transsərhəd daşınması zamanı qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş valyuta sərvətlərinin bəyan edilməsi rejiminin tələbləri çərçivəsində bəyan edilməmiş və ya düzgün bəyan edilməmiş valyuta sərvətləri və milli valyutanın aşkar edilməsi hallarında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) valyuta sərvətləri və milli valyutanın mənbəyi və istifadə məqsədi barədə məlumat və sənədləri tələb edir.

18.2. Bu Qanunun 18.1-ci maddəsində nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) valyuta sərvətləri və milli valyutanın transsərhəd daşınması zamanı cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi və digər cinayətlərin əlamətlərini aşkar edərsə, bu barədə məlumat və sənədləri araşdırmanın aparılması üçün maliyyə monitorinqi orqanına və cinayət təqibini həyata keçirən orqana göndərir.

18.3. “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən valyuta sərvətləri və milli valyuta barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təqdim olunan məlumatlar və sənədlər, həmçinin maliyyə monitorinqi orqanına göndərilir.

18.4. Valyuta sərvətləri və milli valyutanın transsərhəd daşınması zamanı bəyan edilməmiş və ya düzgün bəyan edilməmiş valyuta sərvətləri və milli valyutanın, habelə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi və digər cinayətlərin əlamətlərinin aşkar edilməsi hallarında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) valyuta sərvətləri və milli valyutanın hərəkətini 48 saat müddətində dayandırmaq hüququna malikdir. Bu maddənin tətbiqi çərçivəsində valyuta sərvətləri və milli valyutanın hərəkətinin dayandırılmasına dair qaydalar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Həmin qaydalarda valyuta sərvətləri və milli valyutanın hərəkətinin dayandırılması ilə bağlı indikatorların siyahısı da müəyyən edilir.

18.5. Bu Qanunun 18.2-ci və 18.3-cü maddələrində qeyd edilən məlumatların və sənədlərin tərtib olunma forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver