Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-10/2022 18.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X7, Xüsusi ittihamçı X3 etibarnamə üzrə nümayəndəsi və vəkili - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının fərdi fəaliyyət göstərən vəkil X10, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X1 və onun vəkili – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının «Yusifbəyli və Partnyorları» Vəkil Bürosunun vəkili X11, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X26 oğlunun və onun vəkili Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkilli X4 iştirakı ilə Xususi ittihamçı X5 barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxslər X12 və X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayəti üzrə işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xususi ittihamçı X13 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxslər X12 və X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması və cəzalandırılmasını barədə ittiham hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir.Xususi ittihamçı X13 göstərmişdir ki, X16 Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə ittiham olunur ondan ötrü ki, o, 05 yanvar 2019-cu il tarixdə MİQ.az internet qəzetində, 06 yanvar 2019-cu ildə, ünvan 1 ünvanında yerləşən “Xural” qəzetinin xural.com onlayn portalında, 07 yanvar 2019-cu il tarixdə, Bakı şəhəri, Mətbuat prosp, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 6-cı mərtəbədə yerləşən “Millətin səsi” saytında, 07 yanvar 2019-cu il tarixdə “Xalqxeber.az” internet qəzetində “Keçmiş rəisin 250 min manatı kimi və necə oğurlayb” - Kərim Soltanov oğlu və gəlini tərəfindən oğurlanan pula görə başqalarını həbs etdirib.., “ Keçmiş rəisin 250 min manatı kim və necə oğurlayb? Məqalə və paylaşımlarında onun barəsində yalan olduğunu bilə-bilə, onun şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan, onu ağır cinayətlər törətməkdə ittiham edən məlumatları kütləvi informasiya vasitələrində və kütləvi nümayəiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yaymaqla, bundan əlavə 15 yanvar 2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya, Azərbaycan Respublikasının köməkçisi, cənab Fuad Ələsgərova, Azərbaycan Respublikasının Ədliyyə Naziri, cənab Fikrət Məmmədova, Azərbaycan Respublikasının keçmiş Baş prokuroru cənab Zakir Qaralova və Azərbaycan Respublikasının Ali Məhkəməsinin sədri cənab Ramiz Rzayevə şikayət ərizəsi ilə müraciət etməklə ona böhtan atmış, kütləvi informasiya vasitəsində və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymışdır. Məhkəmə iclasında çıxış edən xüsusi ittihamçı X6 etibarnamə üzrə nümayəndəsi və vəkili X17 xüsusi ittiham qaydasında verilən şikayəti müdafiə edərək xüsusi ittiham qaydasında şikayət verilən şəxslər X12 və X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması və cəzalandırılması barədə ittiham hökmü çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X8 və onun vəkili «Yusifbəyli və Partnyorları» Vəkil Bürosunun vəkili X18 - M.S.Əbilovun əməlində cinayət tərkibi olmadığına görə xususi ittihamçı X5 barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxslər X12 və X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında çıxış edən barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X16 və onun vəkili Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili X9 – İ.Ə.Əliyevin əməlində cinayət tərkibi olmadığına görə xususi ittihamçı X5 barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxslər X12 və X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə xüsusi ittihamçının nümayəndə və vəkilini, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxsləri və onların vəkillləri dinləyib, belə qənaətə gəlir ki, xüsusi ittiham qaydasında şikayət verilən şəxslər X12 və X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 may 2021-ci il tarixli, 4/314 saylı ekspert rəyinə əsasən məlum olur ki, «Miq.az», «Az.Today.az», «Xural.com», «Millətin səsi», «Xalqxeber.az» saytları vasitəsilə yayımlanmış, «Keçmiş rəisin evindən 250 min manatı kim və necə oğurlayb» - Kərim Soltanov oğlu və gəlini tərəfindən oğlurlanan pula görə başqalarını həbs etdirib» başlıqlı yazılarda X16 və X8 tərəfindən X13 barəsində bildirilmiş «Belə ki, Kərim Soltanovun ... gəlini Zümrüd … onun evindəki seyfi oğurlayblar və küllü miqdarda vəsaiti mənimsəyiblər, … gəlini Zümrüd 2018-ci ilin yanvarında onun evindən 251 000 manat oğurladıqları halda» Kərim Soltanovun evindəki seyfi öz oğlu, gəlini və yaxın qohumları oğurlayaraq qarət ediblər» Məhəmmədlə Zümrüd əlbir olub 2011-ci ildən Kərim Soltanovun evindən pul oğurlayırlar,«…gəlin onları şantaj edərək… cümlələrində və 15 yanvar 2020-ci il tarixli şikayət ərizəsindəki «Soltanlı Zümrüd Əvəz qızı ilə birlikdə gizlincə mütəmadi olaraq atasına məxsus pulları oğurlayaraq…» «…qardaşının həyat yoldaşı X13 ilə cinayət əlaqəsinə girərək,…» oğurluğu qardaşının həyat yoldaşı X13 ilə birlikdə 07 yanvar 2018ci il tarixdə törətmişlər, ancaq evindən övladlarının və gəlinin çoxlu pul oğurluqları etmələrinə baxmayaraq…» cümlələrində işlədilmiş fikir və ifadələr daşıdıqları məna baxımından öz hüquqi təsdiqini tapmadığı təqdirdə X5 şərəf və ləyaqətini alçaldan fikir və ifadələr hesab olunur. Həmçinin, iş materiallarında olan «Hürriyyət» qazetinin 03 avqust 2021-ci il tarixli, № 78 (3178) saylı nüsxəsinə əsasən məlum olur ki, «Hürriyyət» qəzetinin 05 yanvar 2019-cu il tarixli, 171 (2789) nömrəli sayında, «Keçmiş rəisin evindən 250 min manatı kim və necə oğurladı» başlıqlı yazıda Əbilov Möhlətin şikayətinə əsaslanaraq, qəzet əməkdaşına verdiyi açıqlamada müsahib olaraq onun İlqar Əlinin tərəfindən qeyri-dəqiqliyə yol verildiyi üçün Soltanlı Zümrüddən üzr istəmişdir. Bundan başqa, X2 məhkəməyə ünvanladığı yazılı ərizəyə əsasən məlum olur ki, o, onun adından yazılmış şikayət və ərizələrdə yanlışlıqlara yol verdiyi üçün Soltanlı Zümrüddən üzr istəyir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla aparılması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5 və 349.5.1-ci maddələrinin tələblərinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. Eyni zamanda, «Məhkəmə hökmü» haqqında Azərbaycan Respublikası Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarında göstərilmişdir ki, məhkəmə hökmü ilə şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələ həll edilir.Bu səbəbdən də, hökm işdə olan bütün sübutlar qanunun tələbinə uyğun surətdə tədqiq edilib qiymətləndirilməklə çıxarıla bilər. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə əsasən -Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmçinin, Azərbaycan Cinayət Məcəlləsinin 147.2-ci maddəsinə görə ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Böhtan şəxsi nüfuzdan salmaq, onun işgüzar, siyasi və digər keyfiyyətlərinə xələl gətirmək üçün ünvanlanır. 1948-ci il Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, 1966-cı il Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktda və Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsinə əsasən hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Şərəf-şəxsin cəmiyyətin üzvü kimi insanın əxlaqi, mənəvi, mədəni keyfiyyətlərinə, başqa şəxslərə, dövlətə, cəmiyyətə münasibətinə görə verilən ictimai qiymətdir. Ləyaqət-şəxsin özünə, özünün davranışına, mənəvi və əxlaqi dünya görüşünə, cəmiyyətdə tutduğu mövqeyinə özünün verdiyi qiymətdir. Nüfuz-şəxsin cəmiyyətdə, kollektivdə, dostların əhatəsində, təşkilatda öz qabiliyyətinə, mövqeyinə, ictimai əhəmiyyət kəsb etməsinə görə başqa şəxslər tərəfindən ona verilən qiymətdir. Hər kəsin şərəfi, ləyaqəti və nüfuzu bir-biri ilə sıx bağlı olan mənəvi-əxlaqi-sosial dəyərlər olduğuna görə dövlət tərəfindən müdafiə olunur. Böhtan-dedikdə yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitələrində yaymada ifadə olunur. Kütləvi informasiya vasitəsi dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, internet saytları, kinoxronika proqramları və digər yayım formaları başa düşülür. Böhtan maddəsi üzrə cinayət məsuliyyətinin yaranması üçün üc hal müəyyən edilməlidir: məlumatın hər hansı şəxsin şərəf və ləyaqətini ləkələməsi və ya onu nüfuzdan salması, həmin məlumatların doğru olmaması, belə məlumatların yayılması. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında 21 fevral 2014-cü i tarixli 3 saylı qərarının 5-ci bəndinə əsasən böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Həmin Qərarın 5-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtivatıdedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Sözü gedən Qərarın 12-ci bəndinə əsasən Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 saylı, 21 fevral 2014-cü il tarixli qərarının 16-cı hissəsində qeyd edilir ki, xüsusi ittiham qaydasında şikayət üzrə cinayət təqibinin əsas xüsusiyyətlərindən biri məhkəmənin müşavirə otağına gedənədək xüsusi ittihamçının barəsində şikayət verilmiş şəxslə barışdıqda həmin təqibə xitam verilməsidir.Tərəflərin barışması halının yeni cinayətlərin törədilməsinin qarşısının alınmasında əhəmiyyət kəsb etdiyini nəzərə alaraq məhkəmələrə bütün hallarda zərərçəkmişə onun cinayət məsuliyyətinə cəlb edilməsi məsələsini qaldırdığı şəxslə barışmaq hüququnun olmasını izah etmələri tövsiyə edilir.Bu hüququn olması barədə izah həm məhkəmənin hazırlıq iclasında, həm də məhkəmə baxışının hər hansı mərhələsində, lakin məhkəmə müşavirə otağına gedənədək verilə bilər. Azərbaycan Respublikası CPM-nin 39.1-ci maddəsinə əsasən aşağıdakı hallarda, o cümlədən cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir, o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir. Məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət ərizəsi üzrə icraata xitam verilməlidir.Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 may 2021-ci il tarixli, 4/314 saylı ekspert rəyinə əsasən məlum olur ki, «Miq.az», «Az.Today.az», «Xural.com», «Millətin səsi», «Xalqxeber.az» saytları vasitəsilə yayımlanmış, «Keçmiş rəisin evindən 250 min manatı kim və necə oğurlayb» - Kərim Soltanov oğlu və gəlini tərəfindən oğlurlanan pula görə başqalarını həbs etdirib» başlıqlı yazılarda X16 və X8 tərəfindən X13 barəsində bildirilmiş «Belə ki, Kərim Soltanovun ... gəlini Zümrüd … onun evindəki seyfi oğurlayblar və küllü miqdarda vəsaiti mənimsəyiblər, … gəlini Zümrüd 2018-ci ilin yanvarında onun evindən 251 000 manat oğurladıqları halda» Kərim Soltanovun evindəki seyfi öz oğlu, gəlini və yaxın qohumları oğurlayaraq qarət ediblər» Məhəmmədlə Zümrüd əlbir olub 2011-ci ildən Kərim Soltanovun evindən pul oğurlayırlar,«…gəlin onları şantaj edərək… cümlələrində və 15 yanvar 2020-ci il tarixli şikayət ərizəsindəki «Soltanlı Zümrüd Əvəz qızı ilə birlikdə gizlincə mütəmadi olaraq atasına məxsus pulları oğurlayaraq…» «…qardaşının həyat yoldaşı X13 ilə cinayət əlaqəsinə girərək,…» oğurluğu qardaşının həyat yoldaşı X13 ilə birlikdə 07 yanvar 2018ci il tarixdə törətmişlər, ancaq evindən övladlarının və gəlinin çoxlu pul oğurluqları etmələrinə baxmayaraq…» cümlələrində işlədilmiş fikir və ifadələr daşıdıqları məna baxımından öz hüquqi təsdiqini tapmadığı təqdirdə X5 şərəf və ləyaqətini alçaldan fikir və ifadələr hesab olunur.Bu isə onu göstərir ki, həmin xüsusi ittiham qaydasında şikayət - barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxslər X12 və X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi (Böhtan) ilə məsuliyyətə cəlb olunması üçün hər hansı hüquqi əsaslar mövcud deyildir.Belə ki, rəydən də aydın olur ki, ….cümlələrində işlədilmiş fikir və ifadələr daşıdıqları məna baxımından öz hüquqi təsdiqini tapmadığı təqdirdə X5 şərəf və ləyaqətini alçaldan fikir və ifadələr hesab olunur, yəni ekspert rəyindən göründüyü kimi hətta həmin fikir və ifadələr öz hüquqi təsdiqini tapdığı halda belə böhtan hesab edilə bilməz, yalnız şərəf və ləyaqətin müdafiəsi ilə bağlı mülki qaydada iddianın verilməsinə səbəb ola bilər.Halbuki, xüsusi ittihamçı X12 və X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasını tələb etmişdir. Həmçinin, nəzərə alınmalıdır ki, iş materiallarında olan «Hürriyyət» qəzetinin 05 yanvar 2019-cu il tarixli, 171 (2789) nömrəli sayında, «Keçmiş rəisin evindən 250 min manatı kim və necə oğurladı» başlıqlı yazı Əbilov Möhlətin şikayətinə əsaslanaraq, qəzet əməkdaşına verdiyi açıqlamada müsahib olaraq onun İlqar Əlinin tərəfindən qeyridəqiqliyə yol verildiyi üçün Soltanlı Zümrüddən üzr istəmiş, həmçinin X2 məhkəməyə ünvanladığı yazılı ərizəsində o, onun adından yazılmış şikayət və ərizələrdə yanlışlıqlara yol verdiyi üçün Soltanlı Zümrüddən üzr istəmişdir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 315-ci maddəsinin tələblərini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Xususi ittihamçı X5 barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxslər X12 və X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilsin. Qərardan, rəsmi qaydada elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №1(001)-10/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-10/2022
18.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver