Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-10/2023 11.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: X1, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: “Kamandar Nəsibov və Partnyotrları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1983-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, himayəsində 2 azyaşlı uşağı olan, “X5” MMC-də Baş direktorun köməkçisi vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan, ünvan 2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 30000,00 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30.00 manat, cəmi 30030,00 manat məbləğində pulun alınaraq Zərərçəkmiş şəxs verilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04,09.2019-cu il tarixli, 2(001)- 5656/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(001)-417/2021 saylı qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs olunmasına və icra sənədindəki tələbi icra etməsi üçün ona xx.xx.2021-ci il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq şəxsi maraq niyyətilə borcunu tələbkara ödəməməklə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq qəsdən icra etməmiş, bununla da Zərərçəkmiş şəxs qeyd olunan məbləğində maddi ziyan vurmaqla yanaşı ədalət mühakiməsinin mənafeyinə xələl gətirmşdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməmiş və ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs 2011-ci ildən tanıyır, bizneslə məşğul olaraq firma nümayəndəsi kimi gömrük idarəsinə gəlib-getmiş, bunun əsnasında normal etibarlı münasibətləri yaranmışdır. 2016-cı ildə Zərərçəkmiş şəxs 30000 manat məbləğində pulu olduğunu bildirərək biznesdə fəallığını nəzərə alaraq işbirliyi təklif etmişdir ki, birlikdə işləyib qazanc əldə etsin. O, bununla razılaşmış və həmin pulu qəbul etmişdir. Təxminən 2-3 gündən sonra onun təklifi ilə Zərərçəkmiş şəxsla birlikdə notarial kontorunda borcu rəsmiləşdirmişlər. Həmin müqaviləyə əsasən borcu xx.xx.2017-cı il tarixinə kimi ödəməli idi. Lakin həmin müddət çatdıqda Ələsgər Süleymanova 13000,00 manat pul qaytarmış, sonradan qalan pulu qaytara bilməmiş, Ələsgər Süleymanova verdiyi pulu hissəhissə verəndə qəbzlər almamış, çünki sonuncuya etibar etmişdir. Lakin sonrakı müddətdə onun maddi vəziyyəti dəyişmiş, maliyyə böhranı ona da təsir etmiş və müflis olmuşdur. Maddi vəziyyəti düzəlməmiş, təxminən 2 il 6 ay müddətində bununla bağlı Zərərçəkmiş şəxsla dəfələrlə söhbətləri olmuşdur. Bundan sonra Zərərçəkmiş şəxs məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş və Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)-5656/2019 №-li qətnaməsi ilə ondan 30000 manat məbləğində borc və 30 manat dövlət rüsumu alınaraq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Lakin qaytardığı həmin 13000,00 manat pul nəzərə alınmadığı səbəbindən qətnamədən narazı olmuş, apelyasiya və kassasiya şikayətləri vermiş, lakin şikayətləri təmin edilməmişdir, belə ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi qüvvəsində saxlanılmışdır. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra o, heç bir ödəniş etməmiş, belə ki, hissə-hissə ödəniş etmək istəmiş, lakin icra məmuru ona imkan verməmişdir. Bundan sonra Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Hazırda bir sıra layihələri olduğunu və xidmətlərə görə sifarişçi təşkilatlardan müəyyən ödəmələrin həyata keçirilməsini gözlədiyini və ödəniş həyata keçirilən kimi qalan 23000 manat borcunu tam şəkildə ödəyəcəyini bildirərək barəsində ədalətli hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2016-ci ildən tanıyr, sonuncu bizneslə,yəni uşaq bezlərinin istehsalı ilə məşğul olmaqla firma nümayəndəsi kimi gömrük idarəsinə gəlib-getmiş, bunun əsnasında normal etibarlı münasibətləri yaranmışdır. Təqsirləndirilən şəxs həmin ərəfədə uşaq bezlərin istehsalı ilə məşğul olan firmada fəaliyyət göstərmiş, bölgələrdə biznesin inkişafı üçün ondan borc istəmişdir. O, Təqsirləndirilən şəxs etibar edərək 30000,00 manat məbləğində kredit vermiş və bu borcu rəsmi olaraq notarial qaydada təsdiq etmişlər. Təqsirləndirilən şəxs borcunu xx.xx.2017-cı il tarixiniə kimi ödəyəcəyini söz vermiş, lakin həmin müddət çatdıqda borcu qaytarmadığı üçün sonuncudan pulunu tələb etmiş, Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirərək borcu qaytarmamışdır. Təxminən 2 il 6 ay müddətində Təqsirləndirilən şəxsla və onun yaxın qohumları ilə dəfələrlə bu barədə söhbət etmiş, lakin nəticə əldə olunmamış, hətta açıq şəkildə bildirmişdir ki, pulu yoxdur, olanda qaytaracaqdır. Bu səbəbdən borcu qaytarmaq məqsədilə məhkəməyə iddia ərizəsi ilə müraciət etməyə məcbur olmuş və Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)-5656/2019 №-li qətnaməsi ilə Təqsirləndirilən şəxs 30000 manat məbləğində borc və 30 manat ödədiyi dövlət rüsumu alınaraq ona ödənilməsi qət edilmişdir. Lakin Təqsirləndirilən şəxs bu qətnamədən narazı olduğundan apellyasiya və kassasiya şikayətlərini vermiş və onun bu şikayətləri təmin edilməmiş, belə ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi qüvvəsində saxlanılmışdır. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs heç bir ödəniş etməmiş və bu səbəbdən Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəi ilə təqirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs edilmiş, lakin bundan nəticə çıxarmamışdır. Bugünədək Təqsirləndirilən şəxs qarşı kifayət qədər humansit davrandığını və onun barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi üzrə verilmiş xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Təqsirləndirilən şəxs 30030 manat pulun tutularaq Zərərçəkmiş şəxs verilməlidir. Binəqədi rayon icra şöbəsində xx.xx.2020-ci il tarixdə başlanılmış icraat zamanı tələbin icrasını təmin etmək məqsədi ilə borcluya bildiriş göndərilmiş, lakin tələb yerinə yetirilməmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Binəqədi Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün inzibati qaydada həbs edilmişdir. İnzibati tənbehdən sonra icra tələbini icra etməsi üçün məsuliyyəti elan olunmaqla yeni müddət verilmişdir. Ancaq sonuncu icra sənədi üzrə müəyyən olunmuş tələbi və borcun ödənilməsini təmin etməmişdir. İcra sənədi üzrə xx.xx.2021-ci il tarixədək tələbkara ödəməli olduğu 30030 manat borcdan heç bir ödəniş etməmişdir. İcraat zamanı Təqsirləndirilən şəxs xəbərdar edilməsinə, inzibati məsuliyyətə cəlb olunmasına, onunla profilaktik söhbətlər aparılmasına baxmayaraq qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasını təmin etməmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinin başlanması məsələsinə baxılması üçün təqdimatı Ədliyyə Nazirliyi İstintaq idarəsinə göndərilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Şahid2 ifadəsində icra işinin icra məmuru Şahid1 icraatında olduğunu bildirərək onun verdiyi ifadələrin məzmununa uyğun ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəində götərmişdir ki, Zərərçəkmiş şəxs ilə 1998-ci ildən bir yerdə işləyirlər. Təxminən 2016-ci ildən firma nümayəndəsi kimi gömrük idarəsinə gəlib-getmiş Təqsirləndirilən şəxs tanıyr, bunun əsnasında normal etibarlı münasibətləri yaranmış, Təqsirləndirilən şəxs normal mədəni bir insan kimi tanımışdır. Təqsirləndirilən şəxs biznes fəaliyyəti ilə məşğul olmuş, həmin ərəfədə uşaq bezlərin istehsalı ilə məşğul olan firmada fəaliyyət göstərmiş, gömrük idarəsinə bahalı xarici avtomobillərlə gəlib-getmişdir. Ona məlumdur ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs 30000,00 manat məbləğində borc vermiş, lakin sonradan Təqsirləndirilən şəxs borcu qaytarmamışdır. Bununla əlaqədar aralarında narazılıq olmuşdur. Bu səbəbdən Zərərçəkmiş şəxs borcunu qaytarmaq məqsədilə məhkəməyə iddia ərizəsi ilə müraciət etməyə məcbur olmuş və Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)-5656/2019 №-li qətnaməsi ilə Təqsirləndirilən şəxs 30000 manat məbləğində borc və 30 manat ödədiyim dövlət rüsumu ondan alınaraq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Təqsirləndirilən şəxs dediyinə görə borcu ödəməyə maddi imkanı olmamış, fərdi bizneslə məşğul olsa da qətnaməni icra etmədiyi üçün inzibati qaydada 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 212950181-№-li cinayət işi xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi başlanılmışdır. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmiş, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin icraatı xx.xx.2021-ci il tarixdə dayandırılmış, xx.xx.2022-ci il tarixdə təzələnmişdir. 19 sentyabr 2022-ci il tarixdə cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş və həmin gün cinayət işinin icraatı icraatı Azərbaycan Respublikası CPM-nin 53.1.3cü maddəsi ilə dayandırılmışdır. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs könüllü olaraq istintaq orqanına gəldiyindən cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.6-cı maddəsinə əsasən təzələnmiş və icraata qəbul olunaraq istintaq davam etdirilmişdir. Təqsirləndirilən şəxs 30030 manat məbləğində pul alınaraq Zərərçəkmiş şəxs verilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cü il tarixli, 2(001)- 5656/2019 saylı qətnaməsi çıxarılmışdır. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi və Azərbaycan Republikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2020-ci il tarixli qərarı ilə qüvvəsində saxlanılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş icra vərəqəsi xx.xx.2020-ci il tarixdə Binəqədi rayon icra şöbəində icraata qəbul edilərək onu könüllü icra edilməsi üçün Təqsirləndirilən şəxs 10 gün vaxt verilmişdir. Lakin borclu Təqsirləndirilən şəxs ona müəyyən vaxtın verilməsinə, yazılı xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini üzrsüz səbəbdən icra etməmiş, bu səbəbdən Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-cı il tarixli, qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs olunmuşdur. İşdə olan Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixli izahatından görünür ki, sonuncunun hər ay 500 manat ödəniş etməyə imkanı vardır. Cinayət işində olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 4 saylı Ərazi Məşğulluq Mərkəzi filialının xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Nazirliyin Mərkəzləşdirilmiş elektron informaiya sisteminin «Məşğulluq» altsistemində işaxtaran kimi qeydiyyatda deyil. İşdə olan xx.xx.2021-ci il tarixli bildiriş-xəbərdarlıqdan görünür ki, Təqsirləndirilən şəxs məhkəmə qətnaməsini icra edilmədiyi təqdirdə barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunması barədə xəbərdarlıq edilmişdir. Binəqədi rayon icra şöbəsi tərəfindən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinin başlanması haqqında təqdimatdan görünür ki, təqdimat verilən günə, yəni xx.xx.2021-ci il tarixə kimi ümumi borcdan heç bir ödəniş edilməmişdir. Cinayət işində olan portal çıxarışı və arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən «X5» MMC-də Baş direktorun köməkçisi vəzifəsində çalışır və aylıq əmək haqqı 1500 manat təşkil edir. Cinayət işinin materiallarına əlavə edilən məhkəmə qətnaməsinin icrası ilə bağlı Təqsirləndirilən şəxs adına ünvanlanmış borcu könüllü ödənilməsinə dair xx.xx.2020-cı il tarixli bildirişdən, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, inzibati xəta haqqında qərarından, xx.xx.2021-ci il tarixli bildiriş-xəbərdarlıqdan və digər icra sənədlərindən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cü il tarixli, 2(001)-5656/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmişdir. Təqsirləndirilən şəxs tərəfindən ümumi 30030 manat borcundan Zərərçəkmiş şəxs istintaq zamanı 5000 manat, məhkəmə istintaqı zamanı isə 2000 manat ödəniş etmişdir. İşdə olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. 143 nömrəli MTK-nın sədri tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, ünvan 3 ünvanda yaşayan Təqsirləndirilən şəxs Nemət oğlu yaşadığı müddətdə öz nümunəvi davranışı və tərbiyəsi ilə diqqəti cəlb etmiş, heç bir qonşu tərəfindən onun barəsində şikayət qeydə alınmamışdır. Doğulduğu gündən bugünədək heç bir səhv hərəkətə yol verməmişdir. Yaşayış bölgəsində azyaşlılar, həmyaşıdları və ağsaqqlar arasında xüsusi hörmətə malikdir. Yas və xeyir işlərində fəaldır, öz fiziki köməyini əsirgəmir. Dövlət əhəmiyyətli tədbirlərdə fəal və bacarıqlıdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətləri protokollarının və digər sənədlərin sübüt növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs Nemət oğlunun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün olaraq tövsüf olunmuş, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinin onun tərəfindən törədilməsi cinayət işinin materialları ilə sübuta yetirilmişdir. Törədilmiş cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır cinayət olmaqla, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətməni nəzərdə tutulur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. 82.3-cü maddəsinə əsasən icra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana (bu Qanunun 84-2.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), icra xidmətinin rəhbəri tərəfindən təsdiq olunan təqdimat verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 2 oktyabr 2012-ci il tarixli Qərarı ilə müəyyən etmişdir ki, «CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə İXM-in 313-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun CM-in 306.1-ci maddəsinin şərh edilməsinə dair 02 oktyabr 2012-ci il tarixli qərarına əsasən Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci (yeni redaksiyada İXM-in 528.1) maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra yaranır. Lakin şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci (yeni redaksiyada İXM-in 528.1) maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş olması qeyd-şərtsiz olaraq onun Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb ola bilməz. Məhkəmə qərarını icra etməyən şəxsin bunu qərəzli olaraq edib-etməməsi və ya məhkəmə aktlarının icrasına maneçilik törətməsi həmin şəxs inzibati məsuliyyətə cəlb edildikdən sonra aydınlaşdırılmalıdır və yalnız bu əlamət mövcud olduqda cinayət təqibi başlana bilər. Məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Həmin qərarda qeyd edilmişdir ki, məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Eyni zamanda, tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun tam ödənilməsi imkanı olduğu halda kiçik məbləğin ödənilməsi ilə məhkəmə qərarının icrasından yayınma məhkəmə aktlarının qərəzli icra edilməməsi kimi qiymətləndirilməlidir. Məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; -borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; -borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; -borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; -borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Belə hərəkətlər nəticəsində borclu icra sənədini qərəzli olaraq icra etmədikdə, icra məmuru həmin şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana, icra xidmətinin rəhbəri tərəfindən təsdiq olunan təqdimat verməlidir (“İcra haqqında” Qanunun 82.3-cü maddəsi). Bununla yanaşı nəzərə alınmalıdır ki, CM-in 306.1-ci maddəsində müəyyən edilmiş “qərəzli” müddəası qiymətləndirici (tövsifedici) əlamət olduğundan ibtidai istintaq aparan orqan və ya məhkəmə yalnız konkret işin hallarına uyğun olaraq bu əlamətin mövcud olub-olmamasını müəyyən etməlidir.». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair» 18 dekabr 2014- cü il qərarında göstərilmişdir ki, inzibati tənbeh təkcə inzibati hüquq pozuntusu ilə deyil, həm də cinayətlə mübarizədə hüquqi vasitə hesab edilir. Belə ki, inzibati pozuntu törətmiş və buna görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs təkrarən eyni pozuntunu törətməsi halında cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdar edilir. İnzibati məsuliyyətə cəlb edilmənin nəticəsiz qalması, bu inzibati tənbehin tərbiyəedici, xəbərdaredici təsir göstərmədiyini sübut edir. Belə olan halda, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilir. İnzibati tənbehin icrası zamanı və qanunla nəzərdə tutulmuş icradan sonrakı müddət şəxsin inzibati məsuliyyətə cəlb olunmuş hesab edildiyi müddətdir. Bu müddət ərzində şəxsin yeni inzibati xəta törətməsi faktı onun üçün hüquqi xarakterli mənfi nəticələr (inzibati məsuliyyəti ağırlaşdıran hal və daha ciddi inzibati tənbehin tətbiqi üçün tövsifedici əlamət) yarada bilər. İnzibati tənbehin ödənilməsi müddəti sınaq müddəti hesab edilir və bu müddətdə məsuliyyətə cəlb olunmuş şəxs özünün islah olunmasını sübut etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Cəza təyin edilərkən ədalət və humanizm prinsiplərinə əməl edilməli olduğundan, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələr nəzərə alınmalıdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli qeyd edilən Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir Məhkəmədə, Təqsirləndirilən şəxsnın əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxıb, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (böyük ictimai təhlükə törətməyən cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CMnin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Məhkəmə CM-nin 59-cu maddəsinə əsasən törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını, ilk dəfə cinayət törətməsini, himayəsində 2 azyaşlı uşağının olmasını, yaşayış yerindən müsbət xarakterizə edilməsini, borcunu qismən, yəni 7000 manat ödəniş etməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs daimi iş yerinin və aylıq əmək haqqısının 1500 manat olduğunu nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyası həddində islah işləri növündə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Cəza çəkməsinin əvvəli Təqsirləndirilən şəxs işlədiyi və onun qazancından tutulmalar aparıldığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351- 353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1 maddəsilə təqsirli bilinsin bilinsin və ona aylıq qazancından dövlət nəfinə 20% (iyirmi) məbləğində pul tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş islah işləri cəzasını iş yeri üzrə çəksin və cəzasının çəkilmə müddətinin əvvəli qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna həvalə edilsin. İş üzrə maddi sübut, mülki iddia, ekspertiza xərci yoxdur. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №1(001)-10/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-10/2023
11.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver