Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-10/2025 08.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Saat 12:53 Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı –Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinn prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakı ilə. xx xxxx 1989-cu il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 fevral 2024-cü il tarixli, 1(005)-60/2024 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, sonradan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)- 1276/2024 saylı, 27 iyun 2024-cü il tarixli qərarı ilə hökm dəyişdirilərək ona qəti olaraq 01 (bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdılmaqla 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, məhkumluğu ödənilməmiş, Ağdam rayonu, Qiyaslı kəndində pasport qeydiyyatında olmaqla, ünvan 1 ünvanında yaşayımş, barəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 234.1-ci (təsviriəsaslandırıcı hissədə CM) maddələri ilə təqsirləndirilməsinə dair və xx xxxxxx 1998-ci il tarixdə Zəngilan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli hökmü ilə 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, Zəngilan şəhəri, Natavan küçəsi, ev 5-də qeydiyyatda olmaqla, ünvan 3 ünvanında yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci (təsviriəsaslandırıcı hissədə CM) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən oğurluq etmiş, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə istintaqa məlum olmayan “Ayxan” adlı şəxslə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 23 sentyabr 2022-ci il tarixdə saat 01.00 radələrində Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 4 ünvanın qarşısında Zərərçəkmiş şəxs6 İsimxan oğluna məxsus 1700 manat dəyərində “Jianshen” markalı, “NNB-49” modelli, VİN kodu “LXEF AZ 403NB11” mühərrikinin iş həcmi 49 kub santimetr olan mopedi gizli olaraq talayıb Zərərçəkmiş şəxs6 İsimxan oğluna ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 03 dekabr 2022-ci il tarixdə saat 05:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Müşviqabad qəsəbəsində yerləşən «Ağdamlılar» kafesinin yaxınlığında Zərərçəkmiş şəxs5 etibarnamə əsasında idarə etdiyi «Kamaz» markalı **-UK-*** dövlət qeydiyyat nişanlı avtomobildən 1 ədədinin dəyəri 335 manat olmaqla cəmi dəyəri 670 manat olan 2 ədəd «Enerji» markalı, 190 amperlik akkumulyatorları gizli olaraq talayıb zərərçəkmih şəxs Zərərçəkmiş şəxs5 ümumilikdə 670 manat məbləğində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 13 dekabr 2022-ci il tarixdə saat 03:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Ş.Məmmədova küçəsində yerləşən “ETK”nın həyətyanı sahəsində “Vətən” firmasına məxsus “Daevo” markalı, ** TG *** dövlət qeydiyyat nişanlı avtobusun üzərində olan 1 ədədinin dəyəri 120 manat olmaqla cəmi dəyəri 240 manat olan 2 ədəd “Euro Start” 12V 190ah markalı akkumlyatoru gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxsə ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 13 dekabr 2022-ci il tarixdə saat 03:40 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Ş.Məmmədova küçəsində yerləşən “ETK”nın həyətyanı sahəsində “Vətən” firmasına məxsus “Daevo” markalı, ** TG *** dövlət qeydiyyat nişanlı avtobusun üzərində olan 1 ədədinin dəyəri 120 manat olmaqla cəmi dəyəri 240 manat olan 2 ədəd “Euro Start” 12V 190ah markalı akkumlyatoru gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxsə ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 13 dekabr 2022-ci il tarixdə saat 04:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Ş.Məmmədova küçəsində yerləşən “ETK”nın həyətyanı sahəsində “Vətən” firmasına məxsus “Daevo” markalı, ** TF *** dövlət qeydiyyat nişanlı avtobusun üzərində olan 1 ədədinin dəyəri 120 manat olmaqla cəmi dəyəri 240 manat olan 2 ədəd “Euro Start” 12V 190ah markalı akkumlyatoru gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxsə ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 29 dekabr 2022-ci il tarixdə saat 01.00 radələrində ünvan 5 ünvanın yaxınlığında Zərərçəkmiş şəxs1 məxsus “Ford” markalı, **-LF-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol qapısını üzərində olan vintaçanla açaraq avtomobilin salonuna daxil olub, oradan 1 ədəd 400 manat dəyərində “Amuage” markalı ətir, 1 ədəd 99 manat dəyərində adapter və 1 ədəd 100 manat dəyərində səsgücləndiricini gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 499 manat məbləğində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 29 dekabr 2022-ci il tarixdə saat 06:20 radələrində ünvan 5 ünvanın yaxınlığında Zərərçəkmiş şəxs2 məxsus “Opel Astra” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ qapısının tutacağını sındırmaqla açaraq avtomobilin salonuna daxil olub, oradan 1 ədəd 250 manat dəyərində monitor və avtomobilin arxa yük yerindən 1 ədəd 200 manat dəyərində səsgücləndiricini gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 450 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 31 dekabr 2022-ci il tarixdə gecə saatlarında ünvan 6 ünvanın qarşısında Musayev Vakhidə məxsus “Ford Tranzit” markalı NA 888 HD Gürcüstan dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinin qapısını istintaqa məlum olmayan formada açaraq oradan 2 ədəd prefarator, 1 ədəd laqonda, 2 ədəd direl, 1 ədəd sverlo, 1 ədəd plastik boruları yapışdırmaq üçün ütü və həmin ütüyə aid aksesuarları gizli olaraq talayıb zərərçəkmiş şəxs Musayev Vakhidə ümumilikdə 1000 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, 03 yanvar 2023-cü il tarixində səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu, «Papanin» adlanan yerdə şəxsiyyəti istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 0,187 qram çəkidə narkotik vasitə heroini 25 manat pulun müqabilində əldə edib üzərində daşımaqla saxlamış və Bakı şəhəri, Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 04 yanvar 2023-cü il tarixdə saat 22:00 radələrində ünvan 7 ünvanın qarşısında saxlanılaraq, ünvan 8da yerləşən Binəqədi RPİnin 5-ci Polis Bölməsinə gətirilmiş və orada həmin tarixdə saat 22:30 dəqiqədə üzərinə aparılan şəxsi axtarış zamanı əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 01 ədəd gümüşü rəngli falqa bükümdə təmiz çəkisi 0,187 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 13 dekabr 2022-ci il tarixdə saat 03:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Ş.Məmmədova küçəsində yerləşən “ETK”nın həyətyanı sahəsində “Vətən” firmasına məxsus “Daevo” markalı, ** TG *** dövlət qeydiyyat nişanlı avtobusun üzərində olan 1 ədədinin dəyəri 120 manat olmaqla cəmi dəyəri 240 manat olan 2 ədəd “Euro Start” 12V 190ah markalı akkumlyatoru gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxsə ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 13 dekabr 2022-ci il tarixdə saat 03:40 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Ş.Məmmədova küçəsində yerləşən “ETK”nın həyətyanı sahəsində “Vətən” firmasına məxsus “Daevo” markalı, ** TG *** dövlət qeydiyyat nişanlı avtobusun üzərində olan 1 ədədinin dəyəri 120 manat olmaqla cəmi dəyəri 240 manat olan 2 ədəd “Euro Start” 12V 190ah markalı akkumlyatoru gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxsə ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 13 dekabr 2022-ci il tarixdə saat 04:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Ş.Məmmədova küçəsində yerləşən “ETK”nın həyətyanı sahəsində “Vətən” firmasına məxsus “Daevo” markalı, ** TF *** dövlət qeydiyyat nişanlı avtobusun üzərində olan 1 ədədinin dəyəri 120 manat olmaqla cəmi dəyəri 240 manat olan 2 ədəd “Euro Start” 12V 190ah markalı akkumlyatoru gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxsə ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs1 ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 234.1–ci maddələri ilə nəzərdə tutulan ittihamda özünü qismən təqsirli bilərək göstərmişdir ki, 06 yanvar 2023-cü il tarixdə Binəqədi rayon məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 234.1-ci maddələri ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir.Tutulmazdan əvvəl heç bir yerdə işləmədiyi üçün maddi çətinlikləri olduğuna görə Bakı şəhərinin müxtəlif ərazilərdən oğurluq hadisələri törətmişdir. Belə ki, 22 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Şahid2 küçəsi 25 ünvanından piyada keçərkən yolun kənarında qırmızı rəngli «Vaz 2109» markalı, **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobili görmüş, ətrafda hər-hansı bir şəxsin olmadığını görüb həmin avtomobilə yaxınlaşdıqda avtomobilin içərisində qiymətli maqnitafon olduğunu görmüş və oğurlayıb sataraq gəlir əldə etmək qərarına gəlmişdir.Bu məqsədlə özündə olan əlcəkləri əllərinə geyinib sol arxa qapının nəfəslik pəncərəsini əli ilə vuraraq içəri salmış, həmin vaxtı üzərində olan sim naqildən istifadə etməklə avtomobilin qapısını açıb salona daxil olmuşdur. Siqnalizasiya olduğundan dərhal avtomobilin mühərrik hissəsini acıb akumlyatordan elektrik naqilini ayırmış, bundan sonra avtomobildən maqnitafon, səs gücləndirici və 1 ədəd qulaqcığı oğurlayaraq həmin yerdən uzaqlaşmış, oğurladığı əşyaları tanımadığı şəxsə satıb əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir.Bundan başqa, 23 sentyabr 2022-ci il tarixdə saat 01.00 radələrində çay evində təsadüfən tanış olduğu Ayxan adlı şəxslə birlikdə Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi küçəsi 49 saylı binanın qarşısı ilə piyada hərəkət edən zaman təsadüfən qara rəngli mopedin dayandığını görmüşdür. Pulları olmadığından həmin mopedi oğurlamaq qərarına gəlmişlər.Ətrafa nəzər salıb heç kimin onları görmədiyinə əmin olduqdan sonra mopedə yaxınlaşmışlar və üzərində mühərriki işə salmaq üçün açarlarının olmadığını görmüşlər.Mopedi əllərilə hərəkətə gətirərək yaxınlıqda yerləşən K.Rəhimov küçəsindəki yaşayış binasının həyətinə gətirmişlər.Sonra isə həmin yeri tərk edib yaşadıqları evə getmişlər. Həmin mopedi satmaq qərarına gəlmişlər və təxminən iki gün sonra dostu və keçmiş qonşusu Rəşada zəng edib özünə məxsus mopedi satmaq istədiyini ona bildirmişdir. Bir qədər sonra Rəşad zəng edib demişdir ki, Elçin adlı dostu mopedə baxıb almaq istəyir. Həmin şəxsləri mopedi saxladığı yerə çağırmış, özü isə Ayxanla birlikdə həmin yerə getmişlər. Həmin yer Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “İnşaatçılar” metrosunun yaxınlığında yerləşir. Orada Elçin mopedə baxmış və mopedi 500 manata almasına dair razılaşmışlar.Elçin mopedi rəsmiləşdirmək üçün notarisua getmiş, lakin notariusda demişlər ki, mopedin dövlət qeydiyyat nömrə nişanı olmadığı üçün alqı-satqını rəsmiləşdirmək mümkün deyildir.Bundan sonra onun razılığı ilə Elçin videoçəkiliş aparmış və çəkilişdə bildirmişdir ki, moped ona məxsusdur və pula ehtiyacı olduğu üçün satır.Mopedi alarkən Şahid9 və Şahid10 mopedin oğurluq olduğunu bilməmişlər. Bu barədə soruşanda onlara bildirmişdir ki, moped özünə məxsusdur və pula ehtiyacı olduğu üçün satır. Mopedi satdıqdan sonra pula ehtiyacı olduğu üçün əldə etdiyi 500 manat pulun 400 manatını özü götürmüş, Ayxana isə 100 manat pul vermişdir. Lakin, Ayxanın anket məlumatlarını, mobil telefon nömrəsini bilmir. Ayxanla təsadüfən tanış olmuşdur.24 noyabr 2022-ci il tarixdə saat 03.00 radələrində Bakı şəhəri, Nizami rayonu, M.Şərifli küçəsi ilə piyada hərəkət edən zaman yolun kənarında olan binanın həyətinə gedib orada olan avtomobillərdən oğurluq etmək qərarına gəlmişdir.Binanın həyətində dayanan qırmızı rəngli “VAZ 2109” markalı **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşmış, ətrafda kiminsə olmamasına əmin olduqdan sonra əvvəlcədən özülə gətirdiyi əlcəkləri əlinə geyinib cibində olan vintaçan vasitəsilə avtomobilin sol qabaq qapısını sıxıb açmışdır.Daha sonra avtomobilin salonuna daxil olmuş və salonda olan gün eynəyini, “Pioner” markalı maqnitafonu, avtomobilin qabaq sağ hissəsində olan saxlanc yerindən 1 ədəd “Samsung” markalı mobil telefonu və 1 ədəd kişi üçün pul qabını götürüb oradan uzaqlaşmışdır.Narkotik vasitə istifadə etdiyi üçün oğurladığı maqnitafonu və “Samsung” markalı mobil telefonu yaşadığı evin yaxınlığında tanımadığı, təxminən 30 yaşlı, orta boylu, orta bədən quruluşlu şəxsə narkotik vasitə qarşılığında vermişdir. Oğurluq yolu ilə əldə etdiyi mobil telefon işlək vəziyyətdə olmamışdır, ona görə də həmin mobil telefonu yadında qalmayan yerdə yolun kənarına atmışdır.Oğurladığı gün eynəyini və pul kisəsini bir müddət istifadə etdikdən sonra onları da yadında qalmayan yerə tullamışdır. 27 noyabr 2022-ci il tarixdə saat 23.00 radələrində yaşadığım evdən çıxıb oğurluq etmək məqsədilə Bakı şəhəri, Nizami rayonu ərazisinə getmişdir.Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “İnterturan” mebel mağazasının qarşısından keçib sağ tərəfdə olan “Bravo” marketin qarşısında bər qədər gəzişdikdən sonra bir qədər irəlidə, Nəsimi küçəsində, yolun sağ tərəfində olan mağazaların qarşısında ağ rəngli Vaz 2104 markalı avtomobilin dayandığını görmüşdür.Həmin avtomobilin dövlət qeydiyyat nişanının əvvəli 44 ilə başlamışdır.Həmin avtomobil digər avtomobillərin arasında dayanmışdır. Rusiya istehsalı olan avtomobillərə daxil olmaq asan olduğu üçün 28 noyabr 2022-ci il tarixdə saat 03.00 radələrində həmin avtomobilə yaxınlaşmış, ilk olaraq cibində olan tibbi əlcəyi geyinib həmin avtomobilin qabaq sağ qapısının şüşəsini əlilə fiziki güc tətbiq edərək aşağıya endirib əlini içəri salıb qapısını açmış və salona daxil olmuşdur, qoltuqaltı hissədən 2 ədəd LED lampaları, arxa şüşənin qarşısına quraşdırılmış 2 ədəd səsgücləndiricini söküb götürmüşdür.Sonra avtomobilin kapotunu açıb akumlyatorunu çıxarıb götürmüşdür.Daha sonra həmin əşyaları sürücüsünü tanımadığı yol maşını ilə “Maşın bazarı” deyilən yerə aparıb orada tanımadığı şəxslərə işlənmiş ehtiyyat hissəsi kimi satmışdır. Həmin şəxslərə satdığı ehtiyyat hissələrinin özünə məxsus olduğunu, yenilərini aldığı üçün satdığını demişdir. Satdığı ehtiyyat hissələrinə görə təxminən 80 manat pul əldə etmişdir və həmin pulu şəxsi ehtiyyaclarına xərcləmişdir. Narkotik vasitə aludəçisi olduğundan tez-tez ağrıları olur. Heç bir yerdə işləmədiyindən narkotik vasitə almaq üçün pul əldə etmək məqsədilə oğurluq etmişdir.Yuxarıda qeyd etdiyi oğurluq hadisəsini törədən zaman yanında heç kim olmamışdır, heç kim ona kömək etməmişdir, oğurluq edəcəyi barədə heç kimə bildirməmişdir. 03 dekabr 2022-ci il tarixdə saat 05:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Müşviqabad qəsəbəsində yerləşən “Ağdamlılar” kafesinin yaxınlığında olan zaman yolun kənarında “Kamaz” markalı avtomaşının dayandığını görmüş, həmin vaxtı “Kamaz”ın akumlyatorlarını oğurlamaq qərarına gəlmişdir.Bu məqsədlə Kamaza yaxınlaşaraq yerdən tapdığı metal parçası ilə akumlyatorların bağlandığı dəmir zənciri sındırmış və orada olan 2 ədəd akumlyatoru oğurlayaraq bir qədər həmin yerdən uzaqlaşmışdır.Daha sonra yoldan keçən sürücüsünü tanımadığı yol maşını ilə akumlyatorları Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən 17 nömrəli Polis Bölməsinin yaxınlığındakı metal qəbulu məntəqəsinə aparmşdır.Taksi sürücüsünə bunun qarşılığında 10 manat pul vermişdir.Oğurladığı akkumlyatorların hər birini 60 manata olmaqla satıb ümumilikdə 120 manat pul əldə etmiş və həmin pulu şəxsi ehtiyaclarına xərcləmişdir.Qeyd etdiyi oğurluq hadisəsini tək törətmiş, həmin vaxt yanında heç kim olmamış, heç kim ona kömək etməmişdir.10 dekabr 2023-cü il tarixdən əvvəl və sonra müxtəlif yerlərdə avtomobillərin üzərində olan akumulyatorları oğurlayaraq onları müxtəlif ünvanlarda yerləşən metal qəbulu məntəqələrinə satıb pul əldə etmişdir. Bununla da, dolanışığını təmin etməyə çalışmışdır.10 dekabr 2023-cü il tarixdə saat 17.00 radələrində ünvan 11 ünvanın qarşısından keçərkən ağ rəngli, “Mitsubishi L200” markalı, arxa yük yeri açıq formada olan avtomobilin binanın qarşısında dayandığını görmüşdür.Həmin avtomobilin yük yeri açıq olduğu üçün baxdıqda yük yerində 2 ədəd akumulyatorların olduğunu görmüşdür.Günün qaranlıq saatı və hava soyuq vaxtı olduğu üçün küçədə demək olar ki, heç kim olmamışdır. Ətrafa diqqətlə baxıb heç kimin onu görmədiyinə əmin olduqdan sonra avtomobilin yük yerinə qalxmış və orada olan 2 ədəd akumulyatorları götürmək qərarına gəlmişdir.Həmin vaxt cibində olan rezin əlcəyi çıxarıb əllərinə taxmışdır.Akumulyatorların birini, sonra isə digər akumulyatoru avtomobilin yük yerindən götürüb yerə qoymuşdur. Həmin zaman akkumulyatorların yanında açar dəstinin olduğunu görüb onu da götürmüşdür.Bundan sonra isə hər iki akkumulyatoru və açar dəstinin olduğu çantanı götürüb oradan uzaqlaşmışdır.Təxminən 20-30 metr uzaqlaşdıqdan sonra oğurladığı əşyaları təsadüfən yoldan keçən yol maşınına qoyub oradan Bakı şəhəri, Binəqədi rayonu ərazisinə getmişdir. Əvvəllər də Binəqədi rayon ərazisində yerləşən metal qəbulu məntəqəsinə akumulyator satmışdır.Lakin, həmin yeri dəqiq xatırlamadığı üçün taksi ilə sözügedən metal qəbulu məntəqəsini axtarmalı olmuş, lakin tapa bilmədiyi üçün həmin ərazidə yerləşən başqa məntəqəyə akkumulyatorları və açar dəstini satmışdır.Metal qəbulu məntəqəsində işləyən orta yaşlı, orta boylu, qaraşın kişi akumulyatorların bir ədədini 90 manata, açar dəstini isə 55 manata almış, yəni ümumilikdə 235 manat qazanc əldə etmişdir. Bundan sonra yaşadığı evə getmiş və əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir.Tanışı Elçin adlı şəxslə birlikdə 13 dekabr 2022ci il tarixdə saat 03:30 radələrindən saat 04:00 radələrinədək olan müddət ərzində Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, Ş.Məmmədova küçəsində yerləşən hündürmərtəbəli yaşayış binalarından bir qədər aralıda əvvəlcə “Daevo” markalı, ** TG *** dövlət qeydiyyat nişanlı avtobusun, sonra “Daevo” markalı, ** TG *** dövlət qeydiyyat nişanlı avtobusun və daha sonra “Daevo” markalı, ** TF *** dövlət qeydiyyat nişanlı avtobusun hər birinin üzərindən 2 ədəd olmaqla, ümumilikdə 6 ədəd akkumlyatoru oğurlayıb Elçinin idarə etdiyi Opel markalı, göy rəngli, hazırda dövlət nömrə nişanını xatırlamadığı avtomobilinin yük yerinə yüklədikdən sonra “Şeş-beş” restoranının yaxınlığındakı metal qəbulu məntəqəsinə cəmi 270 manata satmışlar və əldə etdikləri həmin pulu öz aralarında bölüb şəxsi ehtiyaclarına xərcləmişlər.13 dekabr 2023-ci il tarixdə saat 18.00 radələrində ünvan 12 ünvanın qarşısından keçərkən ön hissəsi qırmızı rəngli, arxa yük hissəsi ağ rəngli, “Mersedes Benz” markalı avtomobilin yolun kənarında saxlanıldığını görmüşdür. Bu kimi yük avtomobillərində akumulyatorlar avtomobilin kənarında yerləşdiyindən onları açmaq çətin olmur. Günün qaranlıq saatı və havanın soyuq vaxtı olduğu üçün küçədə demək olar ki, heç kim olmamışdır.Ətrafa diqqətlə baxıb kimsənin onu görmədiyinə əmin olduqdan sonra avtomobilin kənarında olan akumulyatorların yerində olduğuna baxmış və daha sonra akkumulyartorların üzərində olan ipi yerdən tapdığı iti daşla kəsmişdir.Həmin vaxt cibində olan rezin əlcəyi çıxarıb əllərinə taxmış, sonra akkumulyatorları özü ilə təxminən 100 metr irəli aparmış və akkumulyatorlar ağır olduğu üçün biraz sonra onları yerə qoyub taksi gözləmişdir.Həmin vaxt yanından təsadüfən keçən taksini saxlayıb həmin akkumulyatorları taksiyə qoyub oradan Nəsimi rayon ərazisinə getmişdir. Əvvəllər də Nəsimi rayon ərazisində yerləşən metal qəbul məntəqəsinə akkumulyator satmışdır. Lakin həmin yeri dəqiq xatırlamadığı üçün taksi ilə sözügedən metal qəbulu məntəqəsini axtarmalı olmuşdur, lakin tapa bilmədiyi üçün həmin ərazidə yerləşən başqa məntəqəyə akkumulyatorları satmışdır. Metal qəbulu məntəqəsində işləyən təxminən 20-25 yaşlı, orta boylu, sarışın kişi akkumulyatorların birini ondan 110 manata almış, yəni ümumilikdə 220 manat qazanc əldə etmişdir. Oradan yaşadığı evə getmişdir. 17 dekabr 2022-ci il tarixdə saat 03 radələrində yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsindəki mənzildən çıxaraq bir qədər piyada gəzməyə başlamışdır. “Qurtuluş-93” yaşayış kompleksinin yaxınlığında yerləşən işıqfordan sol istiqamətə aşağı düşmüş, həmin vaxt orada binanın qarşısında dayanan “Daevo- Nexia” markalı **-HB-*** dövlət qeydiyyat nişanlı avtomobilin içərisində “Pioner” markalı maqnitafonun yanıb-sönən işıqları diqqətini cəlb etmişdir.Buna görə də həmin avtomobilə yaxınlaşmışdır.Evdən oğurluq etmək niyyəti ilə çıxdığı üçün üzərində vintaçan götürmüşdür.Ətrafa nəzər yetirib heç kimin olmadığını gördükdən sonra avtomobilə yaxınlaşıb vintaçandan istifadə edib qapını açmışdır.Avtomobilə daxil olandan sonra maqnitafonun qıraq hissəsinə vintaçanı salıb köməyindən istifadə etməklə yerindən çıxartmışdır. Sonra isə özü ilə gətirdiyi kəlbətindən istifadə etməklə maqnitafonun naqillərini kəsib maqnitafonu götürmüşdür.Sonra avtomobilin qapısını bağlayıb oradan uzaqlaşmışdır.Növbəti gün oğurladığı maqnitafonu Sumqayıt şəhərində tanımadığı şəxsə 80 manat müqabilində satmışdır. Əldə etdiyi pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. 28 dekabr 2022-ci il tarixə keçən gecə, təxminən saat 01-02 radələrində Bakı şəhəri, Nərimanov rayonu, A.Nemətulla küçəsində yerləşən “Nənəmin Təndiri” adlı çörək sexinin yaxınlığında binaların arasında gəzib münasib maşın axtarmışdır ki, qapısını açıb salonundan nəsə qiymətli bir şey oğurlasın.Həmin vaxt “Wrangler” markalı avtomobili görüb onun qapsını özü ilə gətirdiyi vintaçanla açmış və salona daxil olduqda salondan 1 ədəd gün eynəyini, 1 ədəd ətiri, 1 cüt ayaqqabını, eləcə də avtomobilin monitorunu söküb oğurlamışdır.Bundan başqa avtomobilin salonunda olan başqa bir avtomobilə məxsus pultu da götürmüşdür.Daha sonra binaların arası ilə həmin pultu yoxlaya-yoxlaya gəzmiş, pultu vurduqda birdən binanın digər tərəfində dayanmış Nissan Micra markalı avtomobilin qapısının açıldığını görmüşdür.Həmin avtomobilin salonundan 1 ədəd HP markalı noutbuk, 1 ədəd telefon şarj aləti və alın şüşəsinə quraşdırılmış güzgü-monitoru söküb oğurlamışdır.Oğurladığı HP markalı notutbuku “20 Yanvar” metrostansiyası yaxınlığında yerləşən lombarda girov qoyub 420 manat pul götürmüşdür. “Wrangler” markalı avtomobilin monitorunu isə tanımadığı şəxsə satmışdır. Oğurladığı digər əşyaları nə etdiyini isə hazırda xatırlamır. “Wrangler” markalı avtomobildən qaraj pultu oğurladığını dəqiq xatırlamır. Ola bilsin ki, oğurladığı digər əşyaların arasında olub və hazırda həmin pultu nə etdiyini xatırlamır. Lakin “Nissan Micra” markalı avtomobildən 2450 manat pul oğurlamamışdır. Ümumiyyətlə avtomobildə pul olduğunu görməmişdir. Həmin oğurluq hadisəsini tək törətmiş, ona heç kim köməklik etməmişdir. “Wrangler” markalı avtomobildən oğurladığı monitoru satdığı taksi sürücüsünün adı Elvindir, 070 ***-**-** və 070 ***-**-** saylı mobil nömrələrdən istifadə edir. Elvinə monitorun özünə məxsus olduğunu demişdir və o, monitorun oğurluq olmasını bilməmişdir. Noutbuku isə lombarda girov qoymuşdur. Sadəcə etiraf ərizəsi yazarkən həmin yerin adını çəkmək istəməmişdir. Buna görə də Firuz adlı şəxsə satdığını demişdir. Əslində Firuz adlı bir şəxs tanımır. 29 dekabr 2022-ci il tarixdə saat 01.00 radələrində ünvan 5 ünvanında olarkən «Ford» markalı, **-LF-*** dövlət qeydiyyat nişanlı avtomobilin olduğunu görüb həmin avtomobildən oğurluq etmək qərarına gəlmişdir.Belə ki, ətrafda hər-hansı bir şəxsin olmadığını görüb həmin avtomobilin sol tərəfinə yaxınlaşıb, üzərində əvvəldən saxladığı vintaçanla avtomobilin ön sol qapısını açıb avtomobilə daxil olmuş, həmin avtomobilin içərisindən səs gücləndirici, 01 ədəd qulaqcıq və 01 ədəd ətiri oğurlayıb avtomobilin sürücü tərəf qapısından avtomobildən düşərək həmin avtomobildən uzaqlaşmış, bundan sonra həmin ünvanda bir qədər kənarda «Opel Astra H» markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobil olduğunu görmüş və həmin avtomobildən də oğurluq etmək qərarına gəlmişdir. Həmin avtomobildən oğurladığı əşyaları Bakı şəhəri, Yasamal rayonunda yerləşən «20 yanvar» dairəsinin yaxınlığında tanımadığı şəxsə xatırlamadığı qiymətə satmış və əldə etdiyi pulları öz şəxsi ehtiyaclarına xərcləmişdir. 29 dekabr 2022-ci il tarixdə gecə saatlarında «Ford» markalı, **-LF-*** dövlət qeydiyyat nişanlı avtomobildən oğurluq etdikdən sonra «Opel Astra H» markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşmış, ətrafda heç kimin olmadığını görüb, həmin avtomobilin ön qapısının tutacağını sındıraraq qapısını açıb, həmin avtomobilə daxil olmuşdur. Həmin vaxtı qeyd olunan avtomobilin salonunda smartfon tipli manitor olduğunu görüb həmin manitoru yerindən çıxarmış və avtomobilin bardaçokuna baxdıqda işlək vəziyyətdə olmayan kiçik ölçülü «Samsung» markalı mobil telefon olduğunu görüb oğurlamış və avtomobildən düşüb avtomobilin arxa yük bölməsini açdıqda orada 01 ədəd səs gücləndirici olduğunu görüb oğurlamış və hadisə yerini tərk etmişdir. Həmin avtomobildən oğurladığı əşyaları Bakı şəhəri, Yasamal rayonunda yerləşən «20 yanvar» dairəsinin yaxınlığında tanımadığı şəxsə xatırlamadığı qiymətə satmış və əldə etdiyi pulları öz şəxsi ehtiyaclarına xərcləmişdir. Digər kiçik ölçülü «Samsung» markalı mobil telefon isə işlək vəziyyətdə olmadığı üçün hazırda xatırladığı yerə atmışdır. 31 dekabr 2022-ci il tarixdə təxminən gecə saat 02.00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X.Məlikaslanov küçəsi ilə hərəkətdə olan zaman Gürcüstan dövlət qeydiyyat nişanlı “Ford tranzit” markalı avtomobilin dayandığını görmüşdür. Ətrafa baxıb heç kimin olmadığına əmin olduqdan sonra avtomobilə yaxınlaşmış və özü ilə gətirdiyi dəmir parçası ilə avtomobilin yük yerini açmış, oradan 2 ədəd preparator, 2 ədəd direl, 1 ədəd laqonda və 1 ədəd plastik boruları yapışdıran ütü götürmüşdür. Sonra həmin yerdən ara küçələr ilə gedərək bir qədər uzaqlaşdıqdan sonra markasını xatırlamadığı taksi saxlayaraq Binəqədi rayonu ərazisinə getmiş və həmin avadanlıqları orada tanımadığı bir şəxsə ümumilikdə 150 manata satmışdır. Əşyaları satdığı şəxsə həmin əşyaların oğurluq olmasını deməmiş, təcili pul lazım olduğu üçün uçuz satdığını demişdir. Əldə etdiyi pulu gündəlik tələbatlarına və narkotik vasitə almağa xərcləmişdir. Oğurluq edən zaman yanında heç kim olmamışdır. 02 yanvar 2023-cü il tarixdə təxminən gecə saat 03 radələrində ünvan 13 ünvanın qarşısından keçən zaman binanın qarşısında tünd göy rəngli, Opel markalı **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığını görmüşdür. Ətrafa baxıb heç kimin olmadığına əmin olduqdan sonra avtomobilə yaxınlaşmış, özü ilə gətirdiyi məftil vasitəsilə yük yerinin kilidini açmışdır. Əl izinin düşməməsi üçün oğurluq zamanı əlçəkdən istifadə etmişdir. Yük yerinə baxdıqda orada təmir və tikintidə istfadə olunan müxtəlif avadanlıqların və alətlərin olduğunu görüb oğurlamaq qərarına gəlmişdir. Orada 2 ədəd preparator, 2 ədəd “matika” markalı direl, 1 ədəd “royce” markalı ütü aparatı və 1 ədəd “matika” markalı laqondanı götürmüşdür. Sonra həmin yerdən ara küçələr ilə gedərək bir qədər uzaqlaşdıqdan sonra markasını xatırlamadığı taksi saxlayaraq Binəqədi rayonu ərazisinə getmiş və həmin avadanlıqları orada tanımadığı bir şəxsə ümumilikdə 270 manata satmışdır. Əşyaları satdığı şəxsə həmin əşyaların oğurluq olmasını deməmiş, təcili pul lazım olduğu üçün uçuz satdığını demişdir. Əldə etdiyi pulu gündəlik tələbatlarına və narkotik vasitə almağa xərcləmişdir. Oğurluq edən zaman yanında heç kim olmamışdır. Xeyli müddətdir ki, narkotik vasitə qəbul edir və bu onda asılılıq yaratmışdır. Son vaxtlar narkotik vasitə hesab edilən heroini əldə etməkdə çətinlik çəkdiyinə görə daha ucuz qiymətə narkotik vasitə əldə edib qəbul edir.Əvvəllər cinayət hadisəsi törətdiyinə görə məsuliyyətə cəlb edilmiş və məhkum olunmuşdur.03 yanvar 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu ərazisində “Papanin” adlanan ərazidə əvvəllər tanımadığı, arıq bədən quruluşlu, təxminən 45-50 yaşlarında, qarabəniz, anket məlumatlarını bilmədiyi şəxsdən 25 manat pulun müqabilində 1 ədəd gümüşü falqaya bükülmüş birdəfəlik istifadə üçün narkotik vasitə olan heroini alaraq, əynindəki boz rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur. 04 yanvar 2023-cü il tarixdə saat 22:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Əhməd Rəcəbli küçəsi 14 ünvanın yaxınlığında piyada hərəkətdə olduğu zaman mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları olduqlarını və narkotik vasitə əldə etməyi barədə məlumat əldə etdiklərini bildirərək, onu Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis bölməsinə dəvət etmişlər. Polis əməkdaşlarının təklifi ilə razılaşaraq onlarla birlikdə Binəqədi RP-nin 5-ci Polis bölməsinə gəlmiş və polis bölməsində öz xahişilə hüquqlarının müdafiəsi ilə bağlı vəkil dəvət olunmuşdur. Vəkil gəldikdən sonra konfidensial görüşləri təşkil olunmuş və bundan sonra hüquqları izah olunaraq üzərində videoçəkilişdən istifadə olunmaqla axtarış aparılacağı izah edilmişdir. Polis əməkdaşlarından vəkilin iştirakı olmadan üzərində axtarış aparmalarını xahiş etmiş və bu barədə ərizə vermişdir. Bundan sonra polis əməkdaşları şəxsi axtarışın başlanıldığını elan etmişlər. Şəxsi axtarış zamanı əynində olan boz rəngli cins şalvarın sağ yan cibində saxladığı 01 ədəd gümüşü falqaya bükülmüş narkotik vasitə adlandırılan heroini və həmin şalvarın sol yan cibindəki içərisində mobil nömrə olmayan Samsung A03 markalı mobil telefonu təqdim etmişdir. Üzərində aşkar edilmiş həmin narkotik vasitəni kimdən, hansı məqsədlə, necə, nə vaxt və harada əldə etdiyi barədə polis əməkdaşlarına məlumat vermişdir. Üzərindən aşkar edilmiş 01 ədəd bükümdəki narkotik vasitə heroin qablaşdırılmış və üzəri möhürlənmişdir. Bununla bağlı müvafiq protokol tərtib edilmiş, iştirakçılara uca səslə oxunmuş və protokol doğru tərtib edildiyinə görə imzalarla təsdiq edilmişdir. O, bildirmişdir ki, polis əməkdaşları tərəfindən saxlanılan, Polis Bölməsinə gətirilən və üzərinə şəxsi axtarış keçirilən zaman ona heç bir formada zor tətbiq edilməmiş, həmin vaxtı heç bir xəsarət almamışdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 təqsirini qismən etiraf etdiyini, əməlindən səmimi peşman olduğunu nəzərə alaraq məhkəmədən ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CMnin 177.2.1 və 177.2.2-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, sonradan apelyasiya məhkəməsi cəza müddətini azaltmışdır.Həmçinin barəsində amnistiya aktı tətbiq edilmiş və nəhayət epilepsiya xəstəliyilə əlaqədar çəzasını çəkdiyi, Binə qəsəbəsində yerləşən 2 saylı CÇM-dən 17 mart 2022-ci il tarixində azadlığa buraxılmışdır. Xəstə olduğu üçün ağır işlərdə işləyə bilmir, ona görə də əvvəlcə rəngsaz ustanın yanında köməkçi kimi işləmiş, sonra isə tanışı Şərif adlı şəxsə məxsus dövlət qeydiyyat nişanlarını xatırlamadığı «Opel-Astra» markalı avtomobili icarəyə götürüb fərdi taksi fəaliyyəti ilə məşğul olaraq qazandığı pula dolanmışdır. Təqsirləndirilən şəxs1 dörd-beş ilə yaxındır ki, tanıyır və onunla ortaq tanışları vasitəsi ilə tanışlığı yaranmış, sonra da yaxın dostluq münasibəti olmuşdur. O, cəzaçəkmə müəsissəsindən çıxdıqdan sonra ilk dəfə təxminən üç ay öncə təsadüfən görüşüb bir-birinə telefon nömrələrini vermişlər.12 dekabr 2022-ci il tarixdə saat 15.00 radələrində idarə etdiyi «Opel Astra» markalı avtomobillə Masazır qəsəbəsi, «Qurtuluş» yeni yaşayış massivində taksi fəaliyyəti ilə məşğul olduğu zaman təsadüfən Turalla rastlaşmış və hal-əhval tutduqdan sonra Tural idarə etdiyi avtomobilə oturaraq ondan xahiş etmişdir ki, onu metronun 20 Yanvar stansiyasına aparsın. Razılaşaraq idarə etdiyi avtomobillə Turalı dediyi yerə aparmışdır.Metronun girəcəyində Tural özünə məxsus mobil telefonu tanımadığı bir şəxsə 100 manata satmış, sonra həmin puldan onun üçün dönər almışdır. Avtomobildə dönəri yeyib bir qədər gəzdikdən sonra 8-ci km qəsəbəsinə getmişlər və orada Tural tanımadığı ünvanda yerləşən oteldə bir gecəsi 25 manatdan bir otaqlı nömrə götürmüşdür. Özü həmin oteldə qalmış, Tural isə çıxıb getmiş və axşam yenə otelə qayıtmışdır.Səhərə yaxın dekabrın 12-dən 13-nə keçən gecə Turalın xahişi ilə qaldıqları oteldən çıxıb Binəqədi rayonunda yerləşən 8-ci mikrorayon deyilən əraziyə getmişlər. Yolda Tural ona demişdir ki, burada bir neçə avtobus dayanır və o, həmin avtobusların köhnə akkumulyatorları var, onları götürəcək və akkumlyatorları götürdükdən sonra onu Ulduz metro stansiyası yaxınlığına aparmasını istəmişdir. Turalla razılaşmış, sonra idarə etdiyi avtomobili Turalın göstərdiyi yerdə binaların yaxınlığında saxlamış və həmin yerdən təxminən 30 metr aralıda 3 ədəd «Daewoo» markalı avtobusların dayandığını görmüşdür. Tural ona avtomobildə oturub gözləməsini demişdir. Tural isə avtomobildən düşüb həmin avtobuslara tərəf getmiş və təxminən 3 dəqiqədən sonra onu öz yanına səsləmişdir. Tural həmin avtobuslardan bir ədəd akkumulyatoru artıq söküb avtomobilin yanına gətirmişdir. Sonra isə Tural akkumulyatoru qoymaq üçün yük yerini açmağını demiş və ona həmin akkumulyatoru avtomobilin yük yerinə qoymağa kömək etmişdir.Belə ki, avtomobilin yük yerini açmış, bundan sonra Turalın avtobuslardan sökdüyü daha beş ədəd akkumulyatoru daşıyaraq gətirib onun idarə etdiyi avtomobilin arxa yük yerinə qoymuşdur.Axırıncı akkumlyatoru avtomobilə tərəf gətirəndə akkumulyatorun turşusu Turalın üstünə dağıldığına baxmayaraq birlikdə həmin işi yekunlaşdırmişlar və sonra da qeyd etdiyi avtobuslardan götürülmüş cəmisi 6 ədəd akkumulyator yüklənmiş avtomobili idarə edib metronun «Ulduz» stansiyasının yaxınlığına gəlmişlər. Orada Tural metal qəbul edilən məntəqədə həmin akkumulyatorları tanımadığı bir şəxsə təqdim etmişdir. Sonra Tural ona taksi xidməti göstərdiyi üçün 25 manat pul vermiş və həmin pulu idarə etdiyi avtomobilin sahibi Şərifin bank kart hesabına keçirtmişdir.Oradan Turalı gecələdikləri otelə qoymuş, idarə etdiyi avtomobilin sahibi nəqliyyat vasitəsini istədiyindən avtomobili aparıb ona təhvil vermişdir. Bundan sonra onu Masazır qəsəbəsində yerləşən Zəngilan şəhərciyi polis şöbəsinə dəvət etmişlər. Sonra ora Binəqədi RPİ-nin 5-ci polis bölməsinin əməkdaşları gəlib onu akkumulyator oğurlanması ilə bağlı söhbət apardıqdan sonra Polis Bölməsinə aparmışlar. Onlara Turalın onun avtomobilinə akkumlyatorları yükləməsini və Ulduz metro stansiyasına apardıqlarını bildirmişdir. Sonra da polis əməkdaşları onun vasitəsilə Turalı tapmışlar.Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 ona verilmiş ittiham üzrə CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə özünü təqsirli bilmədiyini nəzərə alaraq həmin maddələr üzrə ona bəraət verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ifadə verən Zərərçəkmiş şəxs3 bildirmişdir ki, 2015-ci ildən etibarən Bakı şəhəri hüdudlarında sərnişin daşıma ilə məşğul olan “Vətən” firmasında baş dispetçer vəzifəsində çalışır. İşlədiyi nəqliyyat şirkətinə məxsus 23 ədəd “DAEWOO” markalı avtobuslar Bakı şəhərində 26 saylı marşrut xətti üzrə sərnişin daşımaqla məşğuldur və qeyd etdiyi həmin marşrut xətti Bakı şəhərinin Nərimanov rayonunda yerləşən “Montin bazarı” deyilən yerdən Binəqədi rayonu ərazisində yerləşən 9-cu mikrorayonda H.Babaşov küçəsinə qədər davam edir.Vəzifə səlahiyyətləri çərçivəsində işi gündəlik olaraq marşrut xətti üzrə hərəkətdə olan nəqliyyat vasitələri arasında müvafiq intervalların saxlanılmasını təmin etməkdən, sürücülərin işə çıxmasına və onların öz funksiyalarının həyata keçirilməsinə nəzarət etmək və sairədən ibarətdir.Qeyd etdiyi marşrut xəttində işləyən sürücülər saat 06.00 radələrində xəttə çıxır və saat 24.00 radələrində gündəlik işlərini bitirirlər.Reysdə olan avtobus sürücüləri gündəlik işlərini bitirdikdən sonra idarə etdikləri avtobusları ya Nərimanov rayonunda yerləşən «Montin bazarı» deyilən yerin yaxınlığında, digərləri isə Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, H.Babaşov küçəsində yerləşən duracaqda saxlayırlar. Səhər saat 06.00 radələrində isə reysə çıxan sürücülər həmin yerdən nəqliyyat vasitələrini götürüb marşrut xəttinə çıxırlar.12 dekabr 2022-ci il tarixindən 13 dekabr 2022-ci il tarixə keçən gecə təxminən saat 06.00 radələrində məhz Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, H.Babaşov küçəsində yerləşən duracaqdan reysə çıxmaq üçün avtobusu götürməyə gələn sürücülər zəng edərək bildirmişlər ki, onların reysə çıxmaq üçün qəbul etdikləri avtobusların akkumulyatorları oğurlanmışdır. Onlara bildirmişdir ki, tez bu barədə polisə məlumat versinlər. Sonra həmin yerə getdikdə görmüşdür ki, artıq Binəqədi RPİ-nin 5-ci Polis bölməsinin əməkdaşları hadisə yerini müayinə edirlər. Məlum olmuşdur ki, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, Ş.Məmmədova küçəsi, ETK-nın həyəti, ev 8-də yerləşən duracaqdan çalışdığı “Vətən” firmasına məxsus “DAEWOO” markalı, ** TG ***, ** TG *** və ** TF *** dövlət qeydiyyat nişanlı avtobusların üzərində olan cəmisi 6 ədəd “Euro Start” 12V 190ah” markalı akkumulyatorlar naməlum şəxslər tərəfindən oğurlanmışdır. Belə ki, hər avtobusda iki ədəd “Euro Start” 12V 190ah” markalı akkumulyatorlar olmuş və onlar şikətin vəsaiti hesabına hər birisi 250 manata alındığından şirkətə xeyli miqdarda maddi zərər vurulmuşdur. Oğurluq səbəbindən yuxarıda qeyd etdiyi avtobuslar 13 dekabr 2022-ci il tarixində reysə çıxa bilməmişlər. Sonradan məlum olmuşdur ki, həmin oğurluq hadisəsini Tural və Elçin adlı şəxslər törətmişlər və oğurladıqları akkumulyatorları isə metal qəbulu məntəqəsinə satmışlar. Nəticədə çalışdığı “Vətən” firmasına maddi və mənəvi ziyan dəymişdir. O, bildirmişdir ki, çalışdığı “Vətən” firmasına məxsus “DAEWOO” markalı, ** TG ***, ** TG *** və ** TF *** dövlət qeydiyyat nişanlı avtobusların üzərində olan cəmisi 6 ədəd “Euro Start” 12V 190ah” markalı akkumulyatorların hər birisini şirkət 250 manata almışdır və 6 ədəd akkumulyatorun alınmasına “Vətən” firması 1500 manat vəsait sərf etmişdir. Bundan başqa yuxarıda sözügedən oğurluq cinayəti törədilərkən akkumulyatorların qoşulduğu avtobusun kabelləri də oğurluq etmiş şəxslər tərəfindən qırılıb tam yararsız hala salınmışdır. Sonradan həmin avtobusları xəttə buraxmaq üçün qeyd etdiyi kabellərin bərpasına “Vətən” firması tərəfindən daha 500 manat sərf edilmişdir. Bununla da həmin oğurluq nəticəsində çalışdığı “Vətən” firmasına, ümumilikdə 2000 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs3 bildirmişdir ki, təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş maddi ziyan tam ödənilmişdir, həmin şəxslərlə barışmışdır, onlara qarşı heç bir şikayət və tələbi yoxdur və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında ifadə verən Zərərçəkmiş şəxs2 bildirmişdir ki, 29 dekabr 2022-ci il tarixdə saat 13:00 radələrində ünvan 5 ünvanında saxladığı özünə məxsus göy rəngli “Opel Astra” markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşan zaman ona məlum olmuşdur ki, avtomobilin ön sol qapısının 40 manat dəyərində olan tutacağı naməlum şəxs tərəfindən sındırılmışdır.Avtomobilin salonuna baxan zaman oradan 250 manat dəyərində monitor və 200 manat dəyərində səs gücləndiricinin oğurlandığını aşkar etmişdir.Bundan sonra Bakı şəhəri, Nizami RPİ-nin 25-ci Polis Çöbəsinə ərizə ilə müraciət etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 490 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 elan edilmiş ifadəsinə əsasən məlum olur ki, o, 29 dekabr 2022-ci il tarixdə saat 11:00 radələrində idarə etdiyi “Ford” markalı **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşan zaman aşkar etmişdir ki, avtomobilin qabaq sol qapısı naməlum şəxs tərəfindən açılmış və avtomobilin salonundan 300 manat dəyərində “Amuage” adlı ətir, 99 manat dəyərində telefon adapteri, 100 manat dəyərində səs gücləndirici oğurlanmışdır. Baş vermiş oğurluq hadisəsilə bağlı şübhələndiyi şəxs yoxdur. Hadisə nəticəsində ona 499 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 elan edilmiş ifadəsinə əsasən məlum olur ki, o, Gürcüstan Respublikasının vətəndaşı olsa da, 2004-cü ildən Bakı şəhərində yaşayır. Azərbaycan dilində latın əlifbası ilə sərbəst şəkildə yazıb, oxuya bilir, mütəxəssisin iştirakına ehtiyacı yoxdur. Hazırda meyvə-tərəvəz mağazasında satıcı işləyir. Özünə məxsus “Ford Tranzit” markalı NA-888-HD Gürcüstan dövlət qeydiyyat nişanlı avtomobili idarə edir.Hazırda yaşadığı fərdi yaşayış evində təmir-tikinti işləri aparır. Bu səbəbdən də X8 və X11 qeyd olunan ünvanda təmir-tikinti işləri ilə məşğul olurlar. Həmin şəxslər özlərinə məxsus tikinti avadanlıqlarını işdən sonra ona məxsus avtomobilin yük yerinə qoyurlar. 30 dekabr 2022-ci il tarixdə saat 19 radələrində özünə məxsus “Ford Tranzit” markalı NA-888-HD Gürcüstan dövlət qeydiyyat nişanlı avtomobili yaşadığı evin yaxınlığında saxlayaraq evinə getmiş, 31 dekabr 2022-ci il tarixdə səhər saatlarında avtomobilə yaxınlaşdıqda yük yerinin qapısının açıq vəziyyətdə olduğunu görmüşdür. Avtomobildən oğurluq hadisəsi baş verməsindən şübhələnib DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermiş, hadisə yerinə gələn polis əməkdaşları avtomobili müayinə etdikdən sonra məlum olmuşdur ki, avtomobilin yük yerində Teymur İbrahimova məxsus 1 ədəd böyük ölçülü preforator, 1 ədəd laqonda, 1 ədəd ehtiyyat enerjili direl, 1 ədəd elektrikli direl və 1 ədəd kiçik ölçülü preferator, Aydın Həşimova məxsus 1 ədəd sverlo, 1 ədəd plastik boruları yapışdıran ütü və həmin ütüyə aid aksesuarlar oğurlanmışdır. Baş vermiş hadisə nəticəsində ona 1000 manat məbləğində maddi ziyan dəymişdir. Belə ki, hadisədən sonra Teymur İbrahimova 700 manat, Aydın Həşimova isə 300 manat pul vermiş, yəni, baş vermiş oğurluq hadisəsi nəticəsində maddi ziyan bütövlükdə özünə vurulmuşdur. Baş vermiş oğurluq hadisəsinə görə şübhələndiyi şəxs yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs X2 elan edilmiş ifadəsinə əsasən məlum olur ki, qardaşına məxsus olan “Kamaz” markalı **-UK-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamı ilə idarə edir. Həmin avtomobilə yaxınlıqda yerləşən yataqlardan peyin yığıb Müşfiqabad qəsəbəsinə apararaq orada satmaqla məşğul olur. İşləri bitdikdən sonra avtomobili mütəmadi olaraq Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində yerləşən “Ağdamlılar” kafesinin qarşısında saxlayır. 02 dekabr 2022-ci il tarixdə işi bitdikdən sonra təxminən saat 20:00-da yenidən idarə etdiyi avtomobili Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində yerləşən “Ağdamlılar” kafesinin qarşısında saxlayıb yaşadığı Qobustan rayonu, Ərəbqədim kəndinə qayıtmışdır. 04 dekabr 2022-ci il tarixdə saat 07:00 radələrində polis əməkdaşları ona zəng edərək qeyd edilən avtomobilin üzərində olan akkumlyatorların oğurlandığı barədə məlumat vermişlər. Avtomobili saxladığı ünvana gedən zaman ona məlum olmuşdur ki, idarə etdiyi “Kamaz” markalı **- UK-*** dövlət qeydiyyat nişanlı avtomobildən hər birinin qiyməti 335 manat olan 2 ədəd “Enerji” markalı 190 amperlik akkumlyatorların oğurlanması nıticəsində ümumilikdə 670 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs6 İsimxan oğlunun elan edilmiş ifadəsinə əsasən məlum olur ki, Volt Şirkətində kuryer işləyir. 23 sentyabr 2022-ci il tarixdə saat 22:10 radələrində özünə məxsus olan “Jiansen” markalı, “NNB-49” model, vin kodu “LXEF AZ 403NB11”, mühərrikinin iş həcmi 49 kubsantimetr olan, dövlət qeydiyyat nömrə nişanı olmayan mopedini yaşadığı binanın qarşısında saxlamışdır. Gecə saat 01 radələrində eyvandan baxanda görmüşdür ki, moped saxladığı yerdədir. Səhər saat 09 radələrində işə getmək üçün həyətə düşmüş və mopedi saxladığı yerə yaxınlaşanda görmüşdür ki, moped yerində yoxdur. Mopedin oğurlandığını görüb bu barədə polisə müraciət etmişdir. İlkin təhqiqat araşdırması zamanı mopedini oğurlamış şəxsin Təqsirləndirilən şəxs1 olması müəyyən edilmiş və aparılmış araşdırma nəticəsində mopedi müəyyən olunaraq ona qaytarılmışdır. Baş vermiş hadisə nəticəsində ona 1700 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 bildirmişdir ki, Bakı şəhəri hüdudlarında sərnişin daşıma ilə məşğul olan «Vətən» firmasında 2000-ci ildən sürücü işləyir.İşlədiyi nəqliyyat şirkətinə məxsus 23 ədəd «Daevo» markalı avtobuslar Bakı şəhərində 26 saylı marşrut xətti üzrə sərnişin daşımaqla məşğuldur və qeyd etdiyi həmin marşrut xəttinin bir reysi Bakı şəhərinin Nərimanov rayonunda yerləşən «Montin bazarı» deyilən yerdən Binəqədi rayonu ərazisində yerləşən 9-cu mikrorayonda H.Babaşov küçəsinə qədər davam edir.Qeyd etdiyi marşrut xəttində işləyən digər sürücülər kimi o da saat 06 radələrində xəttə çıxır və iş gününü bitirdikdən sonra isə idarə etdiyi avtobusu Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, Ş.Məmmədova küçəsi, ETK-nın həyəti, ev 8-də yerləşən duracaqda saxlayır. Səhər saat 06.00 radələrində isə reysə çıxan digər sürücülər kimi həmin yerdən nəqliyyat vasitəsini götürüb marşrut xəttinə çıxır.12 dekabr 2022-ci il tarixində saat 23:50 radələrində idarə etdiyi «DAEWOO» markalı ** TF *** dövlət qeydiyyat nişanlı marşrut avtobusunu yaşadığı binanın həyətində, yəni Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, Ş.Məmmədova küçəsi, ev 8-də yerləşən ETK-nın həyətində yerləşən duracaqda saxlayıb öz mənzilinə getmişdir.13 dekabr 2022-ci il tarixində saat 05:30 radələrində mənzildən çıxıb həmin avtobusa yaxınlaşan zaman avtobusa quraşdırılmış 2 ədəd akkumulyatorun oğurlandığını aşkar etmişdir. Dərhal bu barədə Azərbaycan Respublikası DİN-in 102 zəng xidmətinə məlumat vermişdir. Həmin vaxt öyrənmişdir ki, onunla eyni şirkətdə sürücü işləyən və eyni binada yaşayan Şahid3 idarə etdiyi «DAEWOO» markalı, ** TQ *** qeydiyyat nişanlı marşrut avtobusunun 2 ədəd akkumulyatoru, həmçinin onunla eyni şirkətdə avtobus sürücüsü işləyən Şahid2 idarə etdiyi «DAEWOO» markalı, ** TG *** dövlət qeydiyyat nişanlı avtobusun 2 ədəd akkumulyatoru oğurlanmışdır.İdarə etdiyi avtobusdan oğurlanmış 2 ədəd akkumulyatorlar işlənmiş vəziyyətdə olmuşdur. Həmin akkumulyatorlar çalışdığı «Vətən» firması tərəfindən alınmış və təxmini qiyməti 400 manat civarında olmuşdur. Oğurluq səbəbindən yuxarıda qeyd etdiyi avtobuslar 13 dekabr 2022-ci il tarixində reysə çıxa bilməmişlər və həmin gün işsiz qalmışlar. Sonradan məlum olmuşdur ki, həmin oğurluq hadisəsini Tural və Elçin adlı şəxslər törətmişlər və oğurladıqları akkumulyatorları isə metal qəbulu məntəqəsinə satmışlar.Nəticədə çalışdığı «Vətən» firmasına maddi və mənəvi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid3 bildirmişdir ki, Bakı şəhəri hüdudlarında sərnişin daşıma ilə məşğul olan «Vətən» firmasında 2010-cu ildən sürücü işləyir.İşlədiyi nəqliyyat şirkətinə məxsus 23 ədəd «Daevo» markalı avtobuslar Bakı şəhərində 26 saylı marşrut xətti üzrə sərnişin daşımaqla məşğuldur və qeyd etdiyi həmin marşrut xəttinin bir reysi Bakı şəhərinin Nərimanov rayonunda yerləşən «Montin bazarı» deyilən yerdən Binəqədi rayonu ərazisində yerləşən 9-cu mikrorayonda H.Babaşov küçəsinə qədər davam edir. Qeyd etdiyi marşrut xəttində işləyən digər sürücülər kimi o da saat 06.00 radələrində xəttə çıxır və iş gününü bitirdikdən sonra isə idarə etdiyi avtobusu Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, Ş.Məmmədova küçəsi, ETK-nın həyəti, ev 8-də yerləşən duracaqda saxlayır. Səhər saat 06 radələrində isə reysə çıxan digər sürücülər kimi həmin yerdən nəqliyyat vasitəsini götürüb marşrut xəttinə çıxır. 12 dekabr 2022-ci il tarixində saat 23:55 radələrində idarə etdiyim «DAEWOO» markalı ** TG *** dövlət qeydiyyat nişanlı marşrut avtobusunu yaşadığı binanın həyətində, yəni Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, Ş.Məmmədova küçəsi, ev 8-də yerləşən ETK-nın həyətində yerləşən duracaqda saxlayıb öz mənzilinə getmişdir.13 dekabr 2022-ci il tarixində saat 05:20 radələrində mənzildən çıxıb həmin avtobusa yaxınlaşan zaman avtobusa quraşdırılmış 2 ədəd akkumulyatorun oğurlandığını aşkar etmişdir.Dərhal bu barədə Azərbaycan Respublikası DİN-in 102 zəng xidmətinə məlumat vermişdir.Həmin vaxt öyrənmişdir ki, onunla eyni şirkətdə sürücü işləyən və eyni binada yaşayan Şahid1 idarə etdiyi «DAEWOO» markalı markalı, ** TF *** qeydiyyat nişanlı marşrut avtobusunun 2 ədəd akkumulyatoru, həmçinin eyni şirkətdə avtobus sürücüsü işləyən Şahid2 idarə etdiyi «DAEWOO» markalı markalı, ** TG *** dövlət qeydiyyat nişanlı avtobusun 2 ədəd akkumulyatoru oğurlanmışdır.İdarə etdiyi avtobusdan oğurlanmış 2 ədəd akkumulyatorlar işlənmiş vəziyyətdə olmuşdur. Həmin akkumulyatorlar çalışdığı «Vətən» firması tərəfindən alınmış və təxmini qiyməti 400 manat civarında olmuşdur.Oğurluq səbəbindən yuxarıda qeyd etdiyi avtobuslar 13 dekabr 2022-ci il tarixində reysə çıxa bilməmişlər. Sonradan məlum olmuşdur ki, həmin oğurluq hadisəsini Tural və Elçin adlı şəxslər törətmiş, oğurladıqları akkumulyatorları isə metal qəbulu məntəqəsinə satmışlar. Nəticədə çalışdığı «Vətən» firmasına maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid9 bildirmişdir ki, 26 sentyabr 2022-ci il tarixdə əvvəllər tanıdığı Şahid10 ona zəng edib tanışının moped satmaq istədiyini demişdir. Telefonda qiyməti 500 manat demiş, əlavə olaraq bildirmişdir ki, moped saz vəziyyətdədir.Həmin günü saat 14:00 radələrində Bakı şəhəri 20 Yanvar dairəsi adlanan yerdə Rəşad, Rəşadın tanışı Tural və Turalın yanında tanımadığı bir şəxslə mopedin olduğu Bakı şəhəri Yasamal rayonu İnşaatçılar metrosunun arxa tərəflərində yerləşən, dəqiq adresini və yerini xatırlamadığı bir məhəlləyə getmişlər.Orada mopedə baxmış və bəyəndikdən sonra yaxınlıqda olan xatırlamadığı notariusa getmişdir ki, mopedi öz adına rəsmiləşdirsin. Notarius mopedin dövlət qeydiyyat nömrə nişanının olmadığını bildirib sənədləşdirmək mümkün olmadığı qeyd etmişdir. Aralarında olan razılaşmanı sübutla dəlillə etmək üçün Turalın razılığı ilə onu videoçəkilişlə çəkmiş və videoda Tural demişdir ki, moped ona məxsusdur, oğurluq deyildir.Bundan sonra 500 manat verib mopedi almışdır. Həmin videoçəkilişi ilkin araşdırma zamanı izahatıma əlavə etmiş. Bundan başqa mopedi qaytarmışdır. Mopedi alan zaman Tural onun özünə məxsus olduğunu, pula ehtiyacı olduğu üçün satdığını demişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid5 bildirmişdir ki, Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci Polis bölməsinin sahə inspektoru vəzifəsində çalışır və polis kapitanı rütbəsi daşıyır. Binəqədi RPİ-nin 5-ci Polis bölməsinə etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş əməliyyat məlumatında bildirilmişdir ki, xx xxxx 1989-cu ildə Gəncə şəhərində doğulmuş, Ağdam rayonunun Qiyaslı kəndində pasport qeydiyyatında olan və faktiki ünvan 1-də yaşayan Təqsirləndirilən şəxs1 üzərində qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr gəzdirir.Əməliyyat yolu ilə daxil olmuş məlumatın yoxlanılması məqsədi ilə Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid4 ibarət əməliyyat qrupu yaradılmışdır. Üzərində narkotik vasitələr və psixotrop maddələr daşımaqda şübhəli bilinən şəxsin müəyyən edilməsi, yaxalanması və narkotik vasitələrin dövriyyədən çıxarılmasının təmin edilməsi məqsədi ilə əməliyyat qrupunun rəhbəri ilə birlikdə xarici əlamətlərindən Təqsirləndirilən şəxs1 oxşayan şəxsi bir müddət gizli olaraq müşahidə etdikdən sonra 04 yanvar 2023-cü il tarixində saat 22:00 dəqiqədə ünvan 14 ünvanın yaxınlığında saxlayaraq üzərində şəxsi axtarış aparılması məqsədi ilə Binəqədi RPİ-nin 5-ci Polis bölməsinə gətirmişlər. Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi üçün “11” saylı Vəkil Bürosundan vəkil dəvət edilmiş və Binəqədi RPİ-nin 5-ci Polis bölməsinin baş təhqiqatçısı, polis mayoru X5 tərəfindən əməliyyat qrupu üzvlərinin iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərində axtarış aparılmışdır. Təqsirləndirilən şəxs1 üstündə, paltarında, ciblərində, əşyalarında və bədənində qanunsuz əşyalar olduğu halda təqdim edilməsi təklif edildikdə o, əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli falqa bükümü, həmin şalvarının sol yan cibindən isə bir ədəd «Samsung A03» markalı qara rəngli mobil telefonu çıxardaraq masanın üstünə qoymuşdur.Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərində başqa hər hansı bir əşyanın olub-olmaması soruşulmuş, lakin o, üstündə başqa heç nəyin olmadığını bildirmişdir.Bundan sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış aparılmağa başlanılmış, lakin, Təqsirləndirilən şəxs1 başqa hər hansı bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş bir ədəd gümüşü rəngli falqa bükümdə olan maddənin narkotik vasitə heroin olduğunu, həmin bükümü 03 yanvar 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlandırılan yerdə tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 25 manata alaraq üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş narkotik vasitə heroinə bənzər kütlə kağız zərfə qoyularaq qablaşdırılmış və üzəri Daxili İşlər Nazirliyinin müvafiq möhürü ilə möhürlənmişdir. Binəqədi RPİ-nin 5-ci Polis bölməsinin baş təhqiqatçısı, polis mayoru X5 tərəfindən video çəkilişdən istifadə edilməklə keçirilmiş şəxsi axtarış və götürmə başa çatdıqdan sonra müvafiq protokol tərtib edilmiş, uca səslə oxunduqdan sonra Təqsirləndirilən şəxs1 və axtarışda iştirak etmiş şəxslər tərəfindən imzalanmışdır. Məhkəmə iclasında Şahid2 elan edilmiş ifadəsinə əsasən məlum olur ki, Bakı şəhəri hüdudlarında sərnişin daşıma ilə məşğul olan «Vətən» firmasında 2010-cu ildən sürücü işləyir.İşlədiyi nəqliyyat şirkətinə məxsus 23 ədəd «Daevo» markalı avtobuslar Bakı şəhərində 26 saylı marşrut xətti üzrə sərnişin daşımaqla məşğuldur və qeyd etdiyi həmin marşrut xəttinin bir reysi Bakı şəhərinin Nərimanov rayonunda yerləşən «Montin bazarı» deyilən yerdən Binəqədi rayonu ərazisində yerləşən 9-cu mikrorayonda H.Babaşov küçəsinə qədər davam edir. Qeyd etdiyi marşrut xəttində işləyən digər sürücülər kimi o da saat 06 radələrində xəttə çıxır və iş gününü bitirdikdən sonra isə idarə etdiyi avtobusu Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, Ş.Məmmədova küçəsi, ETK-nın həyəti, ev 8-də yerləşən duracaqda saxlayır. Səhər saat 06 radələrində isə reysə çıxan digər sürücülər kimi həmin yerdən nəqliyyat vasitəsini götürüb marşrut xəttinə çıxır. 12 dekabr 2022-ci il tarixində saat 23:50 radələrində idarə etdiyi «DAEWOO» markalı ** TG *** dövlət qeydiyyat nişanlı marşrut avtobusunu yaşadığı binanın həyətində, yəni Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, Ş.Məmmədova küçəsi, ev 8-də yerləşən ETK-nın həyətində yerləşən duracaqda saxlayıb öz mənzilinə getmişdir. 13 dekabr 2022-ci il tarixində saat 05:30 radələrində mənzildən çıxıb həmin avtobusa yaxınlaşan zaman avtobusa quraşdırılmış 2 ədəd akkumulyatorun oğurlandığını aşkar etmişdir. Dərhal bu barədə Azərbaycan Respublikası DİN-in 102 zəng xidmətinə məlumat vermişdir. Həmin vaxt öyrənmişdir ki, onunla eyni şirkətdə sürücü işləyən və eyni binada yaşayan Şahid3 idarə etdiyi «DAEWOO» markalı markalı, ** TQ *** qeydiyyat nişanlı marşrut avtobusunun 2 ədəd akkumulyatoru, həmçinin sürücüsü işləyən Şahid1 idarə etdiyi «DAEWOO» markalı markalı, ** TF *** dövlət qeydiyyat nişanlı avtobusun 2 ədəd akkumulyatoru oğurlanmışdır. İdarə etdiyi avtobusdan oğurlanmış 2 ədəd akkumulyatorlar işlənmiş vəziyyətdə olmuşdur. Həmin akkumulyatorlar çalışdığı «Vətən» firması tərəfindən alınmış və təxmini qiyməti 400 manat civarında olmuşdur. Oğurluq səbəbindən yuxarıda qeyd etdiyi avtobuslar 13 dekabr 2022-ci il tarixində reysə çıxa bilməmişlər və sürücü kimi həmin gün işsiz qalmışlar.Sonradan məlum olmuşdur ki, həmin oğurluq hadisəsini Tural və Elçin adlı şəxslər törətmişlər və oğurladıqları akkumulyatorları isə metal qəbulu məntəqəsinə satmışlar. Nəticədə çalışdığı «Vətən» firmasına maddi və mənəvi ziyan dəymişdir. Məhkəmə iclasında Şahid6 elan edilmiş ifadəsinə əsasən məlum olur ki, 2022-ci ilin sentyabr ayının sonlarından etibarən Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən metronun «Ulduz» stasiyasının yaxınlığında əvvəllər «Şampan-çaxır zavodu» kimi tanınan yerin qonşuluğunda olan metal qəbul etmə məntəqəsində işləyir. Həmin məntəqənin sahibi kimi Tahir Hüseynovu tanıyır və orada ondan başqa həmyerliləri və eyni zamanda qohumluq münasibətlərində olan Şahid8 və Şahid7 də işləyirlər. İş günləri hər gün səhər saat 09:00-da başlayıb saat 18:00-dək davam edir, hər iş gününə görə hər biri Tahirdən 20 manat pul alır və işləri ancaq əlvan metal qəbul etməkdən ibarətdir. Belə ki, qonşuluqda yerləşən digər məntəqə isə qara metal qəbul etməklə məşğuldur. Təxminən 2022-ci ilin dekabr ayının ortalarında saat 08:45 radələrində işə gəlib paltarını dəyişmişdim ki, markasını və nömrəsini xatırlmadığı qara rəngli bir avtomobil çalışdığı məntəqənin qarşısında dayanmış və həmin avtomobildən sürücünün yanında əyləşən, əvvəllər tanımadığı bir şəxs işləyib-işləmədiklərini soruşmuşdur.Həmin vaxt iş yerində olan Şahid8la birlikdə məntəqənin fəaliyyət göstərdiyini təsdiq etmişlər.Sonra qeyd etdiyi avtomobildən düşən sürücü və həmin şəxs gəldikləri nəqliyyat vasitəsinin yük yerini açıb 8 ədəd böyük akkmulyatorları boşaldaraq məntəqənin tərəzisinə qoymuşlar. Rusiflə birlikdə iki dəfəyə həmin səkkiz ədəd akkumulyatorları çəkib 350-400 manat civarında nağd pulu sayıb şəxsən həmin şəxsə vermişdir. Həmin şəxslər gəldikləri avtomobili sürüb oradan uzaqlaşmışlar.Hər dəfə metal və sairə qəbul edərkən müştərinin şəxsiyyət vəsiqəsinin surətini tələb edirlər, həmçinin məntəqənin dəftərçəsində buna dair müvafiq qeydlər aparırlar.Həmin vaxt isə hələ işə başlamadıqlarından və paltarlarını dəyişməklə məşğul olduqlarından nəyə görəsə akkumulyatorları təhvil verən şəxslərdən onların şəxsiyyət vəsiqələrini tələb etməyi, habelə dəftərdə müvafiq qeydlər aparmağı unutmuşlar.Yanvar ayının əvvəllərində təxminən 18.00 radələrində iş yerinə bir nəfər şəxs yaxınlaşıb özünü polis əməkdaşı kimi təqdim edərək Binəqədi RPİ-nin 5-ci Polis bölməsində xidmət etdiyini bildirmiş və sonra da məntəqənin 4 ədəd müşahidə kameralarının görüntülərinə baxmaq istədiyini bildirmişdir. Bundan sonra həmin polis əməkdaşı onların təqdim etdikləri videogüntülərə baxmış və təxminən bir ay öncə qəbul etdikləri 8 ədəd avtobus akkumulyatorlarının harada olduğunu soruşmuşdur. Həmin şəxsə həmin akkumulyatorları göstərmişlər və həmin vaxt məlum olmuşdur ki, akkumulyatorlar sərnişin daşıma şirkətinə məxsus avtobuslardan iki nəfər şəxs tərəfindən oğurlanmışdır.Sonra da müvafiq sənədləşdirmə keçirilərək həmin 8 ədəd akkumulyatorlar polislər tərəfindən götürülüb Binəqədi RPİ-nin 5-ci Polis bölməsində aparılmışdır.Baş vermiş hadisə barəsində, habelə həmin akkumulyatorları oğurlamış şəxslər barəsində başqa heç bir məlumatı yoxdur. Məhkəmə iclasında şahidlər Şahid7 və Şahid8 elan edilmiş ifadələrinə əsasən məlum olur ki, eyni məzmunlu ifadələr verərək, Şahid6 göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə iclasında Şahid4 elan edilmiş ifadəsinə əsasən məlum olur ki, Şahid5 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında Şahid10 elan edilmiş ifadəsinə əsasən məlum olur ki, Şahid9 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs3 25 sentyabr 2023-cü il tarixli məhkəməyə ünvanladığı yazılı ərizəsinə əsasən məlum olur ki, təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş maddi ziyan tam ödənilmişdir, həmin şəxslərlə barışmışdır, onlara qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 16 fevral 2023-cü il tarixli tələbnamədən görünür ki, təqsirləndirilən şəxs Qafarov X7 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 66.2, 66.4, 66.5-ci maddələri ilə qəti olaraq 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə, 01 (bir) il 06 (altı) ay müddətə isə nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin Qərarı ilə xx.xx.2021-ci il tarixli Nərimanov Rayon Məhkəməsinin hökmü ilə təyin edilmiş 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi Azərbaycan Respublikası Milli Məclisinin Qərarının 4-cü hissəsi tətbiq edilməklə 6 (altı) ay azaldılmışdır. Eyni zamanda, xx.xx.2022-ci il tarixli Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin Qərarı ilə Təqsirləndirilən şəxs1 cəzasının çəkilməmiş qalan 05 (beş) ay 19 (on doqquz) gününü çəkməkdən şərti olaraq azad edilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.Eyni zamanda, Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası tərəfindən qəbul edilmiş Qərara əsasən məlum olur ki, Azərbaycan Respublikası Baş Prokurorunun müavini Heydər Məmmədov tərəfindən verilmiş apellyasiya protesti təmin olunaraq, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, 1(005)-367/2021 saylı hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması əlavə cəzası, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə növündə cəza ilə birləşdirilməklə Təqsirləndirilən şəxs1 qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası və 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması cəzası təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 06 mart 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin Hökmü ilə Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli Qərarı ilə 06 (altı) ay 12 (on iki) gün vaxtından əvvəl şərti azad olunmuşdur. İş materiallarında olan cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 03 noyabr 2022-ci il tarixli 9/7195 nömrəli rəyindən görünür ki :Respublikada yerləşən avtobazarlarda mövcud olan qiymətlərə, internet saytı və Məhkəmə ekspertizası mərkəzinin ekspert ptaktikasında toplanmış məlumatlara əsasən, ekspertiza tədqiqatına təqdim edilmiş aktda və fotocədvəllərdə göstərilən 01 ədəd qara rəngli, 2022-ci ilin buraxılışı olan, “Jianshen” markalı, “NNB-49” model, VİN kodu “LXEF AZ 403NB11, mühərrikinin iş gücü 49 sm3 olan mopedin orta istismar intensivliyi parametrlərinə uyğun olaraq hazırki, yəni 2022-ci ilin oktyabr ayına olan orta bazar qiyməti, nəzəri qaydada 1700 manat müəyyən edilir. İş materiallarında olan cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 05 yanvar 2023-cü il tarixli 6/18 nömrəli rəyindən görünür ki tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №174 dairəvi möhür əksi olan “T,Qafarov” sözü, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,187 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbacan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. İş materiallarında olan cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 05 yanvar 2023-cü il tarixli 9/01 nömrəli rəyindən görünür ki, Ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd “Euro Start” 12V 190Ah markalı akkumlyatorun istifadə olunması nəzərə alınmaqla orta bazar qiyməti təxminən 120 manat, 06 ədədi 720 manat müəyyən edilir. İş materiallarında olan cinayət işinə əlavə edilmiş Məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin verdiyi 08 aprel 2023-cü il tarixli, 2007 №-li rəyinə əsasən Təqsirləndirilən şəxs1 psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsini 15 iyun 2023-cü il tarixli 23/446/2 nömrəli rəyindən görünür ki, 29.12.2-22-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi 32 ünvanının qarşısında vət. Zərərçəkmiş şəxs2 məxsus “Opel” markalı **-BO-*** dövlət nömrə nişanlı avtomaşında baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülərək tədqiqata təqdim edilmiş 08 ədəd yapışqanlı lent kəsiklərini üzərində olan 94 ədəd əl-barmaq və 04 ədəd ovuc izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Tədqiqata təqdim edilmiş vətəndaş Təqsirləndirilən şəxs1 əl-barmaq və ovuc əksləri(daktiloskopik xəritə) müqayisəli tədqiqat üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçüm yararlı olan əl izlərindən 01 ədədi xx.xx.1989-cu ildə Gəncə şəhərində anadan olmuş Təqsirləndirilən şəxs1 sağ əlinin böyük barmağının əksi ilə eynilik müəyyən edilmişdir. İş materiallarında olan cinayət işinə əlavə edilmiş Cinayət işi üzrə 04 yanvar 2023cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərinə polis əməkdaşların iştirakı ilə şəxsi axtarış keçirilərkən əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd gümüşü falqaya bükülmüş narkotik vasitə heroinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Məhkəmə CM-nin 59-cu maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs1 təqsirini qismən etiraf etməsini, səmimi peşmançılığını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cinayətin residivini cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə CM-nin 59-cu maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə tərəfindən CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cinayətin residivini cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 CM-nin 177.2.1-ci, 177.2.2ci və 234.1-ci maddələrində, Təqsirləndirilən şəxs2 AR CM-nin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini təqsirli olaraq törətmələri tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs2 özünü Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2-ci maddələri ilə elan edilmiş ittiham üzrə təqsirli bilməməsi, özünü müdafiə xarakteri daşıyır, onu gözləyən daha ağır məsuliyyətdən yayınmaq üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs1 özünü Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2-ci və 234.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilməsi, özünü müdafiə xarakteri daşıyır, onu gözləyən daha ağır məsuliyyətdən yayınmaq üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirilməlidir. Qeyd edilənlər onu göstərir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 CM-nin 177.2.1-ci, 177.2.2-ci və 234.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 AR CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə düzgün olaraq tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxslər həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdırlar. Məhkəmə, təqsirləndirilən şəxslərə cəza təyin edərkən, CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla aparılması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5 və 349.5.1-ci maddələrinin tələblərinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. Eyni zamanda, «Məhkəmə hökmü» haqqında Azərbaycan Respublikası Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarında göstərilmişdir ki, məhkəmə hökmü ilə şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələ həll edilir.Bu səbəbdən də, hökm işdə olan bütün sübutlar qanunun tələbinə uyğun surətdə tədqiq edilib qiymətləndirilməklə çıxarıla bilər. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 234.1-ci maddələri ilə təqsirli bilinməli, əməlində cinayətin residivi olduğuna görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəzasının əvvəli tutulduğu tarixdən, yəni 04 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin baş təhqiqatçısı, polis mayoru X5 tərəfindən qəbul olunmuş 04 yanvar 2023-cü il tarixli qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs1 04 yanvar 2023-cü il tarixdə tutulmuşdur. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edərkən CM-nin 65-ci maddəsinin tələbi nəzərə alınmalıdır. Belə ki, CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmçinin, Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Eyni zamanda, Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə ilə bağlı olan cəza təyin edildiyindən barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Həmçinin, Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cinayətin residivi olduğuna görə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2-ci maddələri ilə təqsirli bilinməli, əməlində cinayətin residivi olduğuna görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 06 yanvar 2023-cü il tarixdən 08 yanvar 2023-cü il saat 11.10 radələrinədək tutulduğu 2 gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılmalı və ona yekun olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir.Belə ki, iş materiallarında olan Binəqədi RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru X9 tərəfindən tərtib olunmuş 06 yanvar 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” qərardan görünür ki, X9 06 yanvar 2023-cü il tarixdə tutulmuşdur. Eyni zamanda, Bakı şəhəri, Binəqədi rayon prokuroru, baş ədliyyə müşaviri Fuad Məmmədov tərəfindən qəbul olunmuş xx.xx.2023-cü il tarixli qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilməsi barədə Binəqədi RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru X6 vəsatətinin müdafiə edilməsindən imtina olunmuşdur. Həmçinin, iş materiallarında olan Bakı şəhəri, Binəqədi RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru X9 tərəfindən qəbul olunmuş xx.xx.2023-cü il tarixli qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs2 barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, xx.xx.2023-cü il tarixdə saat 11.10 radələrində azad edilmişdir. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edərkən CM-nin 65-ci maddəsinin tələbi nəzərə alınmalıdır. Belə ki, CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmçinin, Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Eyni zamanda, Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə ilə bağlı olan cəza təyin edildiyindən barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə dəyişdirilməlidir və o, məhkəmə iclas zalından həbs edilməlidir. Həmçinin, Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cinayətin residivi olduğuna görə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Eyni zamanda, CPM-nin 353.4.11-ci maddəsinə əsasən iş üzrə maddi sübutlar– təqsirləndirilən şəxslərin üzərinə baxış keçirilməsinə dair görüntüləri özündə əks etdirən 3 ədəd CD farmatlı disk və içərisində Təqsirləndirilən şəxs1 sağ əlinin böyük barmağının izi olan 1 ədəd zərf cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Binəqədi RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan narkotik vasitə olan heroinin – 0,137 qram olan qalığı məhv edilməlidir. Həmçinin, iş üzrə maddi sübutlar – 1 ədəd moped, 6 ədəd akumlyatorun sahiblərinə qaytarılması nəzərə alınsmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 165 (yüz altmış beş) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına _VÖEN **********, X4 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilməlidir. İş üzrə Müdafiəçi1 Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı sərf etdiyi 120 (yüz iyirmi) saat hüquqi xidmətin dəyəri 720 (yeddi yüz iyirmi) manat "xxxx"ASC-nin Binəqədi filialına (kod200156, VÖEN**********, m/h AZ37 NABZ******************** S.W.İ.F.T. B.İ.K:AİİBAZ 2X,hesab№AZ48AİİB ********************,VÖEN-1000 597151) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə Müdafiəçi2 Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı sərf etdiyi 120 (yüz iyirmi) saat hüquqi xidmətin dəyəri 720 (yeddi yüz iyirmi) manat "xxxx"ASC-nin Binəqədi filialına (kod200156, VÖEN**********, m/h AZ37 NABZ******************** S.W.İ.F.T. B.İ.K:AİİBAZ 2X,hesab№AZ48AİİB ********************,VÖEN-1000 597151) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 02 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 01 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzalar qismən toplanılmaqla o, 02 (il) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhuretmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş cəza Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1276/2024 saylı, 27 iyun 2024-cü il tarixli qərarı ilə qəti olaraq təyin edilmiş 01 (bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdılmaqla 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs1 qəti olaraq 01 (bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdılmaqla 03 (üç) il 9 (doqquz) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzasının əvvəli tutulduğu tarixdən, yəni 04 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin olunsun və o, qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Binəqədi RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan narkotik vasitə olan heroinin – 0,137 qram olan qalığı məhv edilsin.
2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 02 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs2 06 yanvar 2023-cü il tarixdən 08 yanvar 2023-cü il tarixədək həbsdə olduğu 2 (iki) gün müddət təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs2 qəti olaraq 02 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunsun və o, məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzasının əvvəli hökm çıxarıldığı tarixdən, yəni 08 yanvar 2025-ci il tarixdən hesablansın. İş üzrə maddi sübutlar– təqsirləndirilən şəxslərin üzərinə baxış keçirilməsinə dair görüntüləri özündə əks etdirən 3 ədəd CD farmatlı disk və içərisində Təqsirləndirilən şəxs1 sağ əlinin böyük barmağının izi olan 1 ədəd zərf cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübutlar – 1 ədəd moped, 6 ədəd akumlyatorun sahiblərinə qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 165 (yüz altmış beş) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına _VÖEN **********, X4 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. Cinayət işi üzrə Müdafiəçi1 Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı sərf etdiyi 120 (yüz iyirmi) saat hüquqi xidmətin dəyəri 720 (yeddi yüz iyirmi) manat "xxxx"ASC-nin Binəqədi filialına (kod200156, VÖEN**********, m/h AZ37 NABZ******************** S.W.İ.F.T. B.İ.K:AİİBAZ 2X,hesab№AZ48AİİB ********************,VÖEN-1000 597151) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Cinayət işi üzrə Müdafiəçi2 Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı sərf etdiyi 120 (yüz iyirmi) saat hüquqi xidmətin dəyəri 720 (yeddi yüz iyirmi) manat "xxxx"ASC-nin Binəqədi filialına (kod200156, VÖEN**********, m/h AZ37 NABZ******************** S.W.İ.F.T. B.İ.K:AİİBAZ 2X,hesab№AZ48AİİB ********************,VÖEN-1000 597151) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir.
Sədrlik edən Hakim: Abbas Rzayev