Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-100/2022 03.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızı Məhkəmə iclasının katibi: X31 Xüsusi ittihamçısı: X39 Xüsusi ittihamçısının nümayəndəsi və vəkili: Müdafiəçi1 Xüsusi ittiham qaydasında təqsirləndirilən şəxs: X51 və onun müdafiəçisi “ARBİTRİUM” Vəkil Bürosunun vəkili Müdafiəçi2 Xüsusi ittiham qaydasında təqsirləndirilən şəxs: X52 və onun müdafiəçisi “ARBİTRİUM” Vəkil Bürosunun vəkili Müdafiəçi2 və 11 saylı vəkil bürosunun vəkili X32 Xüsusi ittiham qaydasında təqsirləndirilən şəxs: X17 və onun müdafiəçisi “ARBİTRİUM” Vəkil Bürosunun vəkili Müdafiəçi3 11 saylı vəkil bürosunun vəkili X21 Xüsusi ittiham qaydasında təqsirləndirilən şəxs: X22 və onun müdafiəçisi “ARBİTRİUM” Vəkil Bürosunun vəkili Müdafiəçi4 iştirakı ilə, xx.xx.1963-cü il tarixdə Kəlbəcər rayonunun Dəmirçidam kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmayan, işləməyən, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan X33 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə təqsirləndirilməsinə xx.xx.1981-ci il tarixdə Əli-Bayramlı rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmayan, işləməyən, ünvan 3 ünvanında qeydiyyatda olan və yaşayan X34 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə təqsirləndirilməsinə xx.xx.2000-ci il tarixdə Sabirabad rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmayan, işləməyən, ünvan 4 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Yuxarı Sulutəpə qəsəbəsi, Nicat Həşimov küçəsində yerləşən fərdi yaşayış evində yaşayan X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə təqsirləndirilməsinə xx.xx.1989-cu il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmayan, Azərbaycan Media və İnformasiya Agentliyinin təsisçisi olan və AMEA.AZ-ın baş redaktoru vəzifəsində işləyən, ünvan 6 ünvanında qeydiyyatda olan və ünvan 7 ünvanında yaşayan X15 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X39 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, X34, X8, X15 və X33 əməllərində Azərbaycan Respublikası CM-nin 147.2 və 148-ci maddələrinin tərkibi mövcud olduğuna görə, onların həmin maddələrlə cinayət məsuliyyətinə cəlb edilməsi və cəzalandırılmaları barədə hökm çıxarılmasını xahiş etmişdir. X7 mülki iddia təqdim edərək, cavabdehlərdən ona qarşı olan təhqiredici və böhtan xarakterli hərəkətlərinin (hərəkətsizliyinin) qadağan olunmasına, cavabdehlərin məni təhqir etdikləri və mənə böhtan atdıqları formada, yəni məni hansı sosial (facebook və s) şəbəkə və sayt (lar) vasitəsilə təhqir edib və ona böhtan atıblarsa, həmin sosial şəbəkə (lər) və sayt (lar) vasitəsilə ondan üzr istəmələri və vurduqları mənəvi zərərə görə 100000 (yüz min) manat məbləğində pul vəsaitinin cavabdehlərdən alınıb ona verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra xüsusi ittihamçı şikayətə əlavə-dəqiqləşmə təqdim edərək, X35 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi, onun barəsində həmin maddələrlə cəzanının təyin edilməsi və mülki iddianın təmin olunması, X15 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi, onun barəsində həmin maddələrlə cəzanın təyin edilməsi və mülki iddianın təmin olunması, X34 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi, onun barəsində həmin maddələrlə cəzanın təyin edilməsi və mülki iddianın təmin olunması, X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi, onun barəsində həmin maddələrlə cəzanın təyin edilməsi və mülki iddianın təmin olunması barədə hökm çıxarılmasını xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, X51 və X52 təşkil etdikləri yığıncaqda bir neçə nəçə şəxsin yanında mənə böhtan atmışlar. Onlar həmin yığıncaqda onu təhqir etməklə şərəf və ləyaqətimi də alçaltmışlar. Bundan sonra, həmin iclasın video görüntüsü X51 tərəfindən özünə məxsus facebook sosial şəbəkəsində yerləşdirilmişdir. X13, X52 və X17 özlərinə məxsus facebook sosial şəbəkəsi vasitəsilə ona böhtan atmış və təhqir etmişlər. Belə ki, X51 28 may və 09 sentyabr 2020-ci il tarixdə özünə məxsus Facebook sosial şəbəkəsində X34 ona böhtan atması və təhqir etməsi ilə bağlı 01 mart 2020-ci il tarixdəki çıxışını yerləşdirmişdir. Həmin video görüntüdə X52 və X51 insanların kütləvi toplaşdığı yığıncaqda onun haqqında böhtan xarakterli məlumat verməklə, onu təhqir etmişlər. Həmçinin o, 28 may 2020-ci il tarixli paylaşımında qeyd etmişdir ki, yaxından tanıyacaqsınız, bu videonu paylaşın xahiş edirəm, kim nankor və şərəfsizdir görsünlər”. X3 onun guya onun evini sökdürməyi ilə bağlı youtube kanalında yayımlanmış çıxışını, X51 özünə məxsus Facebook sosial şəbəkəsində 02 iyun 2020-ci il tarixdə yayımlamışdır. X51 01 mart 2020-ci il tarixdə özünə məxsus Facebook sosial şəbəkəsində yerləşdirdiyi video görüntünün altından onun haqqında böhtan xarakterli məlumat yazaraq qeyd edib ki, “Məqami məndən öz tələbələrinin valideyinlərinə ərizələr yazdırır. Düzgün olsa məni incitməz amma şər böhtan yazdırır. Yazıq valideyinlər bilmirlər ki, Məqami onların hamısını aldadıb. Pulu alıb xərcləyib. Onun gözündən gəlsin onun ona çəkdiyim əziyyət, haram haramı olsun onun adıma alıb xərclədiyi pullar” Bundan başqa, 01 mart 2020-ci il tarixdə Abbas Hünbətov özünə məxsus Facebook sosial şəbəkəsində onun ünvanına təhqir xarakterli yazı yazaraq göstərib ki, “X58 var bir iki nəfər guya federasiyanı onlar yaradıblar. Mənim xəbərim yox imiş. Məqami........ceyhun.” Bundan başqa, X51 21 və 22 oktyabr 2021-ci il tarixdə özünə məxsus Facebook sosial şəbəkəsində onun haqqında böhtan və təhqir xarakterli məlumat yazaraq göstərmişdir ki, ‘Bayramov Məqamiyə 13 il təmənnasız dərs demişəm.Bütün xarici yarışlara öz hesabıma aparmışam. Tələbələrindən nə pul yığıb hamısını öz cibinə qoyub. Ukraynada keçirilən bütün yarışlarda iştirak etmək üçün yığma komanda üzvlərini və qızların hamısını öz hesabıma aparmışam. Digər iştirakçılar isə ən çox 250 azn veriblər. 250 azndən 50-ni yenidən özünə qaytarmışam. Daxili yarışlara onun tələbələri heç vaxt üzvülük haqqı ödəməyib. Nə pul yığıbsa özü xərcləyib. Nə qədər insanları aldadıb onun adımdan. Bu qədər yaxşılıq etmişəm Məqamiyə. o isə məndən bütün dünyaya böhtan, şər. yalanlarla dolu şikayət məktubları yazdırıb. Siz belə məxluqa nə ad verərdi/”. Bundan başqa, X51 21 oktvabr 2021-cı il tarixdə özünə məxsus Facebook sosial şəbəkəsində onun haqqında böhtan və təhqir yazaraq göstərib ki, “Dərd orasıdır ki. öz tələbəsindən pul yığıb onun adıma çıxır hamısını. Hamıyada deyir ki, durun Abbas müəllimin üzünə. Dəhşət burasıdır. HƏTTA UKRAYNAYA GEDƏN UŞAQLARDAN MƏN DEMİŞƏM ÇOX ALMAYİN 250 AZN ALİN 200 VERİN FEDERASİYAYA 50 az da cibinizə qoyun xərclik edin. Bu Məqami 450 yığıb. 200 federasiyaya verib. 250 özü xərcləyib və hamısında çıxıb onun adıma. İnsan bu qədər nankor olarmı. Doktor?” Bundan başqa, Abbas Hünbətov 21 oktyabr 2021-ci il tarixdə həmçinin özünə məxsus Facebook sosial şəbəkəsində onun barəsində böhtan və təhqir xarakterli məlumat yazaraq qeyd edib ki, “Məqami Əkbərdən 300 azn alıb o vaxt qəhvəyi kəmər üçün xərcləyib. Mənim xəbərim yoxdur. Diplomun üstündə onun xətti ilə yazılıb. Etibardan suiistifadə edib. Buna nə ad qoyum bilmirəm siz deyin. Əkbərə də deyir ki, at kimi dur müəllimin üzünə. Siz deyin bunun adı nədir?” Bundan başqa, X51 21 və 30 oktvabr 2021 -ci il tarixdə özünə məxsus Facebook sosial şəbəkəsində, onun haqqında yalan məlumat yaymaqla, vaxtı ilə onun qələbəm ilə yekunlaşan yarışın video görüntüsünü qismən paylaşaraq qeyd edib ki, “X47 Məqamini təmiz qələbə ilə udur. Əfsuslar olsun ki, mənimdə razılığımla qələbəni Məqamiyə veririk. Çox heyfslənirəm ki, İsmət İsrafılova qarşı haqsızlıq etdik. Allah günahımızı bağışlasın, belə çox videolar var yaxın günlərdə hamısını ardıcıllıqla paylaşacam”. 29 fevral 2020-ci il tarixdə X33 özünə məxsus Facebook sosial şəbəkəsində yazdığı statusa münasibət bildirən X23 da onun haqqında böhtan və təhqir xarakterli yazı yazmışdır. X30 sosial şəbəsində adı “Nicat Ocaqlı” kimi qeyd edilir. O, həmin səhvədən istifadə edərək yazmışdır ki, “insanda vicdan gözəl şeydir. Kimlər ki, vicdanını itirirsə onlardan insan olmaz. Mən özüm şəxsən yığmada məşq edənlərlə bir yerdə məşq etmişəm. Orada bəzilərinin hər şeyini bilirəm. Məqaminin Əkbərin və sair kimilərinin üstündə Abbas müəllimin əziyyəti çoxdur. Kimlər ki, indi deyirsə Abbas müəllim mənə nə edib ki, bəyəm. Sözüm həmin insanlaradı: Vaxt var idi gəlib yalvarırdız, keçmişiniz yadınızdan çıxıb. Bəzilərinin valideyinləri gəlib Abbas müəllimdən xahiş edirdi ki, qurban olum oğlumun idman üzrə inkişaf etməyində kömək ol. Bəziləriniz Abbas müəllimi görəndə 2 qat əyilirsiniz qabağında, deyirdiniz müəllim nə qulluq edək. İndi Abbas müəllimin hesabına əliniz çörəyə çatıb deyə kişi olub müəllimi bəyənmirsiz. Sizin kinlilərin çoxusunıı Abbas imiəlllint adam edib. Mən neçə dəfələrlə Abbas müəllimə deyirdim ki. bu yaltaqlar Sizin qədrinizi bilməyəcək. Müəllim deyirdi ki, yazıqdılar qoy əlləri çörə çatsın, çörək qazansın. Kimlər ki. Abbas müəllimin əziyyətini yerə vurursa ar olsun o adamlara. Keçmişdə nə olmusuz ki, gələcəkdə nə olasız. Abbas müəllim idman üzrə dünya arenasında öz sözünü demiş idman ustasıdır, Sizin kimi şərəfsizlər müəllimin gördüyü kölgə sala bilməz. Sitatın sonu!!!”. 29 fevral 2020-ci il tarixdə X33 özünə məxsus Facebook sosial şəbəkəsində yazdığı statusa münasibət bildirən X52 onun haqqında böhtan və təhqir yazaraq qeyd edib ki. “Məqamı İdman Nazirlisinin iclasında Hə dedi ki, onun bıı işlərdən xəbərim yoxdu. İnanmışdım, sən demə dili başqa şex leyir hərəkəti başqa şey edir. Köhnə kişilərin sözü vardı öl amma sözünü vemə.! Tay nə qədər şey yedilər bunlar”. Həmçinin o, digər yazısında qeyd edir ki, “Mən 2003-cü ildən bu federasiyada döyüşürəm, o vaxtlar Maqami Bayramov aşırma şalvar geyinirdin sensey ona yumruq təpik atmaq öyrədirdin.! Demək ki, bu işə arxayın imişlər” Həmin vaxtı Rusiya Federasiyasının bayrağı altında yarışlara çıxdığına görə 29 fevral 2020-ci il tarixdə Abbas Hünbətov özünə məxsus Facebook sosial şəbəkəsində onu təhqir edərək yazıb ki, “bunlar rus köpəyinin itinə dönüb mənə hürürlər”, X51 tərəfindən sosial şəbəkədə yayılmış videoda X52 da onun haqqında böhtan və təhqir xarakterli çıxışlar etmişdir. Belə ki, o, 01 mart 2020-ci il tarixli yığıncaqda çıxış edərək onun haqqında deyir ki, “Məqamidəki kişilik bizdə olan kişilikdən deyil. Məqami sən getdin yıxıldın rusun altına, Məqami sənin kişiliyin bura qədər idi? Ay Məqami səninləyəm, rusun fitvası ilə hərəkət etdin. Məqami sənin nə kişilikdən xəbərin var, nədə Allahı tanıyırsan, Məqami sənin kimilərə görədir də, o torpaqlar hamısı gedib də. Məqami və onun komandası Fildir. Şəsxən Məqami və onun komandası Fildir. Abbas Hünbətov isə həmin yığıncaqda xeyli sayda insanların gözü qarşında qeyd edir ki. “hakimlik imtahanına görə Məqami dizini ataraq yerə, yalvarıb məndən 50 dollar pul aldı, hətta nəsilini qoydu yerə.” X17 da 02 iyun 2020-ci il tarixdə özünə məxsus Facebook sosial şəbəkəsi vasitəsilə Abbas Hünbətovun yazdıqlarına münasibət bildirərkən onun haqqında böhtan xarakterli məlumat yazaraq qeyd edib ki, “Gördüyünüz kimi bunlar qanunları tapdalayaraq, günün günorta çağı onun evimi sökdürdülər, inanıram ki. qanun qarşısında cavab verəcəklər! Məqami, Oruc, Emil Teymur və bunların başçıları Ceyhun”. Bundan başqa. X17 xx.xx.2020-ci il tarixdə AFİA. AZ saytı vasitəsilə onun haqqında böhtan xarakterli məlumat yazdıraraq bildirmişdir ki, “guya mən onun yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, X80 qəsəbəsi. Rasta a Allahverdiyev küçəsində yerləşən qeydiyyatsız exini sökdürmüşəm." 30 oktyabr 2021-ci il tarixdə X51 özünə məxsus Facebook sosial şəbəkəsində, onun haqqında yalan məlumat yaymaqla, vaxtı ilə onun qələbəsi ilə yekunlaşan yarışın video görüntüsünü qismən paylaşaraq qeyd edib ki, “X49 Məqamini təmiz qələbə ilə udur. Əfsuslar olsun ki. mənimdə razılığımla qələbəni Məqamiyə veririk. Çox heyfislənirəm ki. İsmət İsrafilova qarşı haqsızlıq etdik. Allah günahımızı bağışlasın, belə çox videolar var yaxın günlərdə hamısını ardıcıllıqla paylaşacam" Həmin video görüntüyə dəskək olaraq, 30 oktyabr 2021-ci il tarixdə X17 onun haqqında təhqir və böhtan xarakterli yazısında qeyd etmişdir ki, “Bilirsiz necədi gəlin düzünü danışaq, yalan deyirəmsə bura yazın ki. yalan deyirəm. Hamı görüb olanı deyirəm, Məqami Bayramov özü döyüşəndə tələbələri döyüşəndə uduzan kimi səs-küy edirdi, gəlirdi Abbas müəllim oturduğu stolun qabağına deyirdi ki, gedirəm qələbəni tələbələrimə ver, qız kimi küsüb, durun uşaqlar gedək, müəllimə həm yalvarırdı, həm minnət edirdi, müəllim isə əlavə vaxt verdi. Bu da bütün dostları, hakimlər, Əkbər və sair hakimlər onun tələbələrinə verdilər qələbəni. Bunu mən görmüşəm. Kim olub axı Məqami, ancaq fitnə fəsad və s iyrənc işlər.” Bundan başqa, Ceyhun Əşrəf adlı şəxsin özünə məxsus Facebook sosial şəbəkəsindəki 18 noyabr 2021-ci il tarixli paşlaşımının altından X17 onun haqqında böhtan və təhqir xarakterli yazı yazaraq göstərmişdir ki, “Əkbər sən və qardaşın Məhəmməd hər dəfə zaldan çıxanda göz yaşı tökürdünüz ki, pulumuz yoxdur bizə yol pulu ver. O, yazıq Abbas müəllim də hər dəfə sizə 5 manat yaxud bir manat pul verirdi. İndi sən Abbas müəllimə şər atırsan. Elə də Məqami olsun. Yadımdadı mən təzə gələndə zala Məqami Abbas müəllimin sensey deyərək əlini öpürdü. Nə tez unutdunuz Allah gözünüzdən gətirəcək sizin. Buna bütün zalın uşaqları şahiddir Ancaq yadımdadır ki, bir dəfə Məqami Abbas müəllimdən xəbərsiz sənə qəhvəyi kəmər vermişdi. Səndən də 300 azn pul almışdı Onun üstündə dədən də gəlmişdi zala, sən isə Məqamini söyürdün. Bu olanlar hamının yadındadı. Siz iki qardaş müəllimə nə qədər şər böhtan atırsanız, o qədər günaha girirsiniz, zalda nə qədər uşaq məşq edirdi, hər kəs mən dediyimi sübut edər sizə. Necə ki, polisdə üzləşmədə qaçdınız. Hamı sizə nifrət edir. Yalançı olduğunuza görə. Müəllim yadımdadı sənin üstündə Məqamivə çox pis hirslənmişdi. Hətta ona ağır sözlər də dedi. Bunu Həbib də Ziyada təsdiq edər. Axır sözüm Allahdan qorx müəllimə şər atma. O dünyada bunun cəzası çox ağırdı”. Məhkəmə iclasında xüsusi ittihamçı və onun vəkili xüsusi ittihamda və dəqiqləşmə barədə ərizədə qeyd edilənləri bir daha vurğulayaraq, X35 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməsinə və X51 barəsində CM-nin 147.2-ci maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasının, CM-nin 148-ci maddəsi ilə isə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin olunmasına və CM-nin 66.2-ci maddəsinə əsasən ona təyin edilmiş cəzaları tamamilə toplamaq yolu ilə onun qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə, onun barəsində həbs qətimkan tədbiri seçilməklə məhkəmə iclas zalından dərhal həbs olunmasına və eyni zamanda iş üzrə mövcud olan mülki iddianın təmin edilməsinə, X15 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməsinə və X22 barəsində CM-nin 147.2-ci maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasının, CM-nin 148-ci maddəsi ilə isə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin olunmasına və CM-nin 66.2-ci maddəsinə əsasən ona təyin edilmiş cəzaları tamamilə toplamaq yolu ilə onun qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə, onun barəsində həbs qətimkan tədbiri seçilməklə məhkəmə iclas zalından dərhal həbs olunmasına və eyni zamanda iş üzrə mövcud olan mülki iddianın təmin edilməsinə, X53 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməsinə və X52 barəsində CM-nin 147.2-ci maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasının, CM-nin 148-ci maddəsi ilə isə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin olunmasına və CM-nin 66.2-ci maddəsinə əsasən ona təyin edilmiş cəzaları tamamilə toplamaq yolu ilə onun qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə, onun barəsində həbs qətimkan tədbiri seçilməklə məhkəmə iclas zalından dərhal həbs olunmasına və eyni zamanda iş üzrə mövcud olan mülki iddianın təmin edilməsinə, X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməsinə və X17 barəsində CM- nin 147.2-ci maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasının, CM- nin 148-ci maddəsi ilə isə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin olunmasına və CM-nin 66.2-ci maddəsinə əsasən ona təyin edilmiş cəzaları tamamilə toplamaq yolu ilə onun qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə, onun barəsində həbs qətimkan tədbiri seçilməklə məhkəmə iclas zalından dərhal həbs olunmasına və eyni zamanda iş üzrə mövcud olan mülki iddianın təmin edilməsinə dair hökm çıxarılmasını məhkəmədən xahiş etdilər. Əlavə olaraq Bayramov Məqami qeyd etmişdir ki, o, 2014-cü ildə Feredarsiyadan çıxmış və Rusiya komandasında məşq etmişdir. O, Azərbaycanda stenka idman növünü öyrətmək istəmişdir. Bir neçə il Federasiyadan uzaqlaşmış və o zaman Abbas müəllim haqqında valideynlər şikayət etmişdir. Onun barəsində sosial şəbəkədə olan təhqirləri əvvəldən bilmiş lakin heç bir reaksiya verməmişdir. 2021-ci ilin avqutun 17-dən X42 məşqçi kimi əmək fəaliyətinə başlamışdır. İş yerinə Abbas Hünbətov məktub yazmış və bundan sonra işə götürən onun haqqında olan məktub, o cümlədən soial şəbəkələrdə yazılanlara münasibət bildirməsə qeyd edilənlərin doğru olduğu qənaətinə gələcəyini bildirmişdir. Odur ki, iş yerində nüfuzuna xələl gəldiyi üçün hazırki şikayətlə məhkəməyə müraciət etməyə məcbur olduğunu bildirmişdir. Onun haqqında yazılanlara cavab verməsə idi ona iş yerində heç kimin hörmət etməyəcəyini bildirmişdir. Odur ki şikayətin və mülki iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X51 özünü təqsirli bilməyərək göstərmişdir ki,Məqami Bayramov 2003-cü ildən onun yanına gəlmişdir. Kəlbəcərli olduğunu bildirmişdir. Onun yanına gələndə heç karate zərbəsini düzgün vura bilmirdi Dəfələrlə döyüş müydanında ağ bayraq atıb onu rəqiblərin əlindən almışdır. İllərlə ondan idman zalına giriş haqqı almamış, öz övladı kimi həmişə qoruduğunu bildirmişdir. Maddi vəziyyəti çox aşağı idi və Avropa çempionu oyununa viza pulunu ödəmədiyi üçün getməmişdi oyuna. 2011-ci ildə 30-a yaxın tələbələrindən Məqamiyə verdiyini, qazanc əldə etməsinə kömək etdiyini bildirmişdir. Bu minvalla Məqami Bayramovu ortalığa çıxartdığını bildirmişdir. Daha sonra Məqami Rusiyaya getmiş və Abbas Hünbətov həmin ölkədə işləyən Valeri Maistroviyə (O Okinava- Karate Federasiyasının Avropa üzrə rəhbəridir) yazmışdır ki, münasibətlərinin normalalşmasını istəyirsə Məqamiyə vəzifə ver. Buna görə o X26 federasiyaya bölmə rəhbəri vermişdir. Məqami stenka idman növünü Azərbaycana da gətirmək istəyirdi. Rusiyada stenka idman növü üzrə məşqlər edirdi. Amma stenka idman növü üzrə heç bir yerdə Məqami Bayramov iştirak etməmişdir. Abbas Hünbətov sosial şəbəkədə “şərəfsizlər” sözünü Məqami Bayramova münasibətdə demədiyini bildirmişdir. Amma gərək işlətməzdim o sözü deyərək peşman olduğunu bildirmişdir. Məqaminin dalımca danışdığını, arxadan işlər çevirdiyini eşidirdim. Tələbələrimi öyrədirmiş ki, Abbas müəllimdən şikayət ərizəsi yazsınlar. Buna görə Abbas Hünbətov əsəbiləşirmiş. Məqami Bayramova təmənnasız dərs keçdiyini bildirmişdir. Hətta ilk dəfə Məqami Bayramov onun əleyhinə federasiya şikayət məktubu (X68 verdiyi sertifikatlar saxtadır məzmunlu) yazmışdır a. Hesab edir ki, onun əməllərində hər hansı cinayətin tərkibi olmadığından ona bəraət verilməlidir. Məqami Bayramovun təhqiq hesab etdiyi məxluq sözünə münasibətdə isə bilidrmişdir ki, pis söz deyil və yaradılış canlı mənasını verir. Məqami Bayramov özü bütün tələbələrindən pul yığdığını, Abbas Hünbətov isə özünün bircə dəfə 300 dollar pul aldığını və Məqaminin bunu niyə və hansı əsasla aldəığını yaxşı bildiyini bildirmişdir. Həmçinin o, ifadəsində bildirmişdir ki, nankor sözü də təhqir hesab edilə bilməz. Şəmilli Əkbərdən Bayramov Məqami o vaxt 300 manat almışdı və qəhvəyi kəmər vermişdir Abbas Hünbətov. O vaxt bunu biləndə Məqamiyə demişdir ki, “nahaqq ondan pul almısan görürsən ki, gələndən ağlayır.” O həmçinin bildirişdir ki, 1 dəfə yarışda İsrafilov Məqamini udmuş lakin qələbə qazanmamasına baxmayaraq onun səyi nəticəsində qələbə Məqami Bayramova verilmişdir. Adam uman yerdən küsər deyərək Abbas Hünbətov övladı kimi qorudu Məqamidən incidiyini bildirmişdir. “Düşmənin mərhəmətindən, dostun xəyanətindən qorxmaq azım polduğu bildirmişdir. Məqami Bayramovu təhqir etmək fikri heç vaxt olmadığından barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında X52 özünü təqsirli bilməyərək göstərmişdir ki, Məqami Bayramovla yoldaşlığı 2004-cü ilə söykənir. Bugünkü günə qədər Məqami Bayramovla münasibətləri mövcuddur. O həmişə Məqami Bayramova irad bildirmişdir heç vaxt nəinki Məqamini, heç kimi təhqir etməmişdir. O vaxt Abbas Hünbətovla bağlı arxada iş çevirdiyi ilə bağlı söhbətləri eşitmiş və 1 gün sonra Məqami Bayramovu çağıraraq bu məsələlərə aydınlıq gətirmişdirlər. 02 il keçdikdən sonra bu məsələlər məhkəmə müstəvisinə çıxarılmalı deyildi. Oruc onlara deyirmiş ki, əKbəri və atasını öyrədən Məqami Bayramovdur. Bu idman növü ilə məşğul olanda heç bir yumruq da ata bilmədiyini, müəllimi Abbas Hünbətovun onun üzərində böyük əməyi olduğunu bildirmişdir. Bu vaxta qədər 1 qəpik də pul vermədiyini bütün xərcləri Abbas müəllimin qarşıladığını bildirmişdir. Müəllim həmişə Məqami Bayramova doğma və fərqli münasibət bildirmişdir. Əgər yarışa 03 nəfər aparılacaqdısa hamısı bilirmiş ki, Məqami 01-cisidir. X59 Bayramovun arasını vuranlar olduğunu və müəllimə də elə bu mənfi söhbətlərin pis təsir etdiyini bildirmişdir. Ona məşq zmanı da ondan sonra da bəzi ifadələr işlətdiyini, “Gic Kəlbəcərli” dediyini bildirmişdir. Hər kəsə bir adla xitab edildiyini və heç kimin o bənzəytmələrdən incimədiyini, təhqir hesab etmədiyini bildirmişdir. Hollandiyaya yarışa gedəndə də pulu olmadığını bildirmiş və Abbas Hünbətovun o vaxta apardığı 10 nəfərin pulunu özü ödədiyini bildirmişdir. Hətta yarışdan sonra restorana yeməyə getdiklərini və orada da hesabı müəllimin ödədiyini bildirmişdir. Fil ağır təbiətli səbrli heyvandır.. Fil tapdalayıb keçir. Məqami Bayramova heç bir fikir maraqlı olmadığından səbrli olduğundan o ifadəni işlətdiyini bildirmişdir. Qeyd edilənlərə əsasən onun əməllərində hər hansı cinayətin tərkibi olmadığından onun barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında X17 özünü təqsirli bilməyərək göstərmişdir ki, Abbas Hünbətovun işi oladan Məqami Bayramov onları öyrətmişdir. O Oruc Məmmədli ilə 2020-ci ildə görüşərkən Məqami Bayramova vaxtilə şərəfsiz olduğunu dediyini lakin buigün onunla görüşdüyü bildirmişdir.. Həmin vaxt yanlarında Emil Əliyev adlı polisin olduğunu da bildirmişdir. O vaxt Teymur gəldi içəri və dedi ki, sən Abbas Hünbətovun yanından çıxıb gəlməsən evini sökdürəcəyik. Bir müddət sonra həqiqətən də evdə oarkən evi sökülmüşdür. Bütün dövlət orqanlarına evinin sökülməsi ilə bağlı şikayətlər ünvanlamışdır. Bu məsələyə görə çevik polis alayı Emil Əliyev barəsində\ qanuna müvafiq tədbir görüldüyünü bildirmişdir. Məqami Bayramova “qız kimi” deməkl\ə alçaltmadığını bildirmişdir. O Məqami Bayramovun küsəyən olduğunu, 2018-ci ildə şəhidlərə həsr olunmuş yarışda Məqami Bayramovun bəzi şeylərdən küsüb paltarını yığıb getdiyini bildirmişdir. Buna görə Məqami bayramovun həmişə iyrənc işlər gördüyünü bidirmişdir. Hər insan dünyaya 02 cür gəlir:qız və oğlan. Bu ifadə təhqir hesab edilə bilməz. Deyə bildirmişdirt. 2010-cu ildən Elnur İsayevin müəllimi olduğunu və o vaxt 10 yaşı olduğunu bildirmişdir. 2012-ci ildən özünün kəmər imtahanları olduğunu, Əkbərin də yanında olduğunuy və 300 manat ona pul verdiyini görmüşdür. Daha sonra həmin pulun zalın puu olduğunu bilmişdir. Qeyd edilənlərə əsasən onun əməllərində hər hansı cinayətin tərkibi olmadığından barəsində bəraət hökmü çıxarılmasını bildirmişdir. Məhkəmə iclasında X22 özünü təqsirli bilməyərək göstərmişdir ki, o “Amia.az” saytının baş redaktorudur və Məqami Bayramovu sərt tənqid etmişdir. Sözü ortaya atmışdır ki, Məqami Bayramov götürsün. X60 02 yaxın şəxs var ki, onlardan biri Bayramov Məqami və digərinin isə özü olduğunu bildirmişdir. O müəllimi Abbas Hünbətova həmişə ehtiyatlı olmasını, Məqaminin ona qarşı səhv etdiyini bildirdiyini qeyd etmişdir. Federasiyadan aldığı məlumatlara əsasən saytda məqaləni yayımladığını bildirmişdir. Qarşı tərəfin də mövqeyini həmişə yayımlamağa hazır olduğunu bildirmişdir. Qeyd edilənlərə əsasən onun əməllərində hər hansı cinayətin tərkibi olmadığından barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəmilli Əkbər Teymur oğlu ifadəsində göstərmişdir ki, o uzun zaman Abbas Hümbətovun yanına məşq dərslərinə getmişdir. Maddi imkanı elə yüksək deyildir ki, Abbas Hümbətov hər pul istəyəndə ona bu pul versin. O, Abbas müəllimin yanında məşq edən dövr 2008-2009-cu illərə təsadüf edirdi. Həmin dövrdə orada nə Abdulla var idi, nə də Ziya var idi. Ona Abbas müəllim tərəfindən diplom təqdim olunmuş və bundan başqa da ona qəhvəyi kəmər verilmişdir. O heç vaxt Məqami Bayramova 300 manat pul vermədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Əhmədov Teymur Şamil oğlu ifadəsində göstərmişdir ki, Şəmilli Əkbər onun oğludur və o Abbas Hünbətovu 2007-ci ildən tanıyır. O, “Sindo-Ryu və Pençak Silat” federasiyasının məşqçisi idi. Abbas müəllim onun iki oğluna məşq keçmişdir. İdmançı imtahan verir, imtahanın nəticələri və idmançının nəaliyyət göndərilir beynəlxalq federasiyaya, əlavə də rüsumu var o, da ödənilir. Sarı kəmərdən qara kəmərə qədər fərqli-fərqli rüsumlardır, xaricə göndərildiyi üçün hamısı dollar ilə ödəniş edilir. Sonra da guya xaricdən sertifikatlar gəlir və paylanılır. Hər kəmərin verilməsi üçün Abbas müəllim ondan şəxsən özü pul istəyirmiş və ondan bu barədə oğlu və ya telefon vasitəsi ilə pul tələb edirmiş. Məqami Bayramov nə ondan, nə də oğullarından pul istəməmişdir, çünki onun belə bir səlahiyyəti olmamışdır. Həmin dövrdə Məqami Bayramov da oğulları kimi həmin zalda tələbə olmuşdur. Məqami Bayramovu zalda məşq edən tələbə kimi tanımışdır. O Abbas müəllimə pulu ya oğlunun yanında, ya da tək verdiyini bildirmişdir. Bunu o Nizami Rayon Məhkəməsinə şikayət verəndə orada da, Abbas müəllimin özünün qeyd etdiyini bildirmiş, demişdir ki, rüsum alınmışdır və federasiyanın məsrəflərinə xərclənmişdir. Teymur Əhmədov ifadəsində həmin rüsum şəklində.ödədiyini bildirmişdir. Ümumilikdə iki oğlu üçün 3300 dollar ödədiyini qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X54 ifadəısində göstərmişdir ki, o həmin zalda məşq edir. Məqami Abbas müəllimin yanında uşaqlıqdan məşq etmişdir. Teymur və Əkbər uduzsduqları üçün tez-tez onunla mübahisə edirmişlər, hətta bu mübahisələrə görə dəfələrlə oyun zamanı o cərimə olunduğunu bildirmişdir.Ukrayna yarışlarına getmək üçün 100-150 manat pul ödənilirdi deyə hər yarışa qatılacaq tələbədən təxmini o, qədər də yığılmışdır. X19 deyirdilər ki, əgər Abdulla onlar tərəfə keçməsə Abdullanın evini sökdürəcəklər. Onlar ona federasiyalarında işləməsini, onların tərəfə keçmələrini təklif edirlər. O bütün bu qeyd etdiklərini Sabunçu rayon məhkəmsində olarkən eşitmişdir. Belə ki, tərəflər arasında həmin məhkəmədə iş mövcud olmuşdur. Aralarında söhbət Məqamini federasiyaya baş məşqçi kimi təyin olunması üçün Abbas müəllimə qarşı durmasından yaranmışdır. Bundan əvvəlki məhkəmədən bəri bu hadisələrin üstündə işləyirdilər. Onun qarşımda Məqami təhqir olunmayıb nə də bu barədə o heç nə eşitməmişdir. Abbas müəllim onun əlini-ayağını düzəltmiş və bütün yarışlara pulsuz aparmış və heç kimdən pul almamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X43 bidirmişdir ki, pençak-silat idman növünü Abbas müəllim ona öyrətmişdir. Məqami Bayramova da həmçinin Abbas müəllim öyrətmişdir. O bildirmişdir ki, Abbas müəllimin Məqami Bayramovla isti münasibətləri olmuşdur. Məqami ilə Abbas m. münasibətlərinin pozulması ilə bağlı heç məlumatım yoxdur. O, Məqaminin xəyanətindən sonra aAbbas müəllimlə Məqami arasında münasibətin soyuduğunu yəqin etdiyini bildirmişdir. Qəhvəyi kəməri həmişə Abbas müəllim təqdim etmişdiur, o Məqami tərəfindən təqdim edildiyini heç vaxt görməmişdir. Əkbərə qəhvəyi kəmər veriləndə Məqaminin ondan 300 manat pul aldığını o yalnız eşitdiyi, birbaşa hadisənin şahidi olmadığını bildirmişdir. Əkbərin atası bir gün zalda Məqaminin onlardan pul aldığı barədə qırğın salmışdır. Həmin vaxt Məqami zalda olmamışdır. O həmçinin, Əkbər və atasının həmişə Məqami Bayramovun arxasından danışdığını, lakin bugün onun yanında olduğunu bildirmişdir. O bunu Əkbər və tasının satqın olması ilə əlaqələndirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X27 bildirmişdir ki, o, 1992-ci ildən Abbas müəllimin tələbəsi olmuşdur. O həmişə Abbas müəllimin zalında məşq etmişdir. Həmin vaxt o Məqamini də görmüşdür. Qəhvəyi kəməri idmançılar mərhələləri keçdikcə aldıqlarını bildirmişdir. Kəmərlərin pul müqabilində verilməsini bilmədiyini beynəlxalq yarışlarda isə pulları olmadığı üçün pul vermədiklərini bildirmişdir. Abbas müəllim pul vermədiyi halda onların heç birinin beynəlxalq turnirdə iştirak edə bilməyəcəyini bildirmişdir. O Abbas müəllimin onun yeriə pul verdiyi üçün, Məqaminin də yerinə pul vediyini düşündüyünü qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X44 bildirmişdir ki, o zalda məşq edir və kiminsə Məqaminin yerinə pul verdiyini eşitməmişdir. Qəhvəyi kəmərin pul müqabilində verilməsini isə başqa şəxslərdən eşitdiyini bildirmişdir. O bir dəfə qəhvəyi kəmərin verilməsi üçün Məqaminin Əkbərin atasından pul aldığını eşitdiyini qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X55 ifadəsində bildirmişdir ki, Məqami Bayramov və Abbas Hünbətovu o idman müəllimi kimi tanımışdır. Övladı da Məqami Bayramovun yanına məşqə gedir. X79, nə də Abbas Hünbətova yarışlara getməsi üçün pul ödəmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X36 ifadəsində bildirmişdir ki, ona yaxın olduğuna görə uşaqlarını Məqami Bayramovun yanına məşqə qoymuşdur. Uşağı onun yanına qoyan zaman Xırdalan şəhəri, Masazır qəsəbəsində məşq keçirdi. O uşağını məşqə qoyan zaman aylıq ödəniş etmədiyini bildirmişdir. Üç-dörd ay uşaqlar gedəndə ayda pul ödəmiş, lakin uşaqlar yaxşı məşq etdikləri üçün daha sonra onun uşaqlarından Məqami Bayramovun pul almadığını bildirmişdir. Bundan başqa Məqamiyə heç bir ödəniş etmədiyini bildirmişdir. O pulu özü əlbəəl ödəmədiyini, uşağa verdiyini və onun ödəniş etdiyini bildirmişdir. Uşağa müəllimə pulu vermək üçün verdiyini qeyd etmişdir. Həmin vaxt uşaqların müəllimi Məqami Bayramov olmuşdur. Uşaqlar heç vaxt pulun Abbas müəllim tərəfindən əlindən alındığını deməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materialalrına əlavə edilmiş Facebook sosial şəbəkəsindən çıxarışdan görünür ki, 01 mart 2020-ci il tarixdə Abbas Hünbətov özünə məxsus Facebook sosial şəbəkəsində Məqami Bayramovun ünvanına yazı yazaraq göstərmişdir ki, “X58 var bir iki nəfər guya federasiyanı onlar yaradıblar. Mənim xəbərim yox imiş. Məqami q.......ceyhun.” İş materialalrına əlavə edilmiş Facebook sosial şəbəkəsindən çıxarışdan görünür ki, Abbas Hünbətov 21 oktyabr 2021-ci il tarixdə həmçinin özünə məxsus Facebook sosial şəbəkəsində Məqami Bayramovun yazaraq qeyd edib ki, “Məqami Əkbərdən 300 azn alıb o vaxt qəhvəyi kəmər üçün xərcləyib. Mənim xəbərim yoxdur. Diplomun üstündə onun xətti ilə yazılıb. Etibardan sui-istifadə edib. Buna nə ad qoyum bilmirəm siz deyin. Əkbərə də deyir ki, at kimi dur müəllimin üzünə. Siz deyin bunun adı nədir?” İş materiallarına əlavə edilmiş Facebook sosial şəbəkəsindən çıxarışdan görünür ki, X51 21 oktvabr 2021-cı il tarixdə özünə məxsus Facebook sosial şəbəkəsində Bayramov Məqami haqqında yazaraq göstərib ki, “Dərd orasıdır ki. öz tələbəsindən pul yığıb onun adıma çıxır hamısını. Hamıyada deyir ki, durun Abbas müəllimin üzünə. Dəhşət burasıdır. HƏTTA UKRAYNAYA GEDƏN UŞAQLARDAN MƏN DEMİŞƏM ÇOX ALMAYİN 250 AZN ALİN 200 VERİN FEDERASİYAYA 50 az da cibinizə qoyun xərclik edin. Bu Məqami 450 yığıb. 200 federasiyaya verib. 250 özü xərcləyib və hamısında çıxıb onun adıma. İnsan bu qədər nankor olarmı. Doktor?” İş materialalrına əlavə edilmiş Facebook sosial şəbəkəsindən çıxarışdan görünür ki, X51 21 və 22 oktyabr 2021-ci il tarixdə özünə məxsus Facebook sosial şəbəkəsində Bayramov Məqami haqqında yazaraq göstərmişdir ki, ‘Bayramov Məqamiyə 13 il təmənnasız dərs demişəm.Bütün xarici yarışlara öz hesabıma aparmışam. Tələbələrindən nə pul yığıb hamısını öz cibinə qoyub. Ukraynada keçirilən bütün yarışlarda iştirak etmək üçün yığma komanda üzvlərini və qızların hamısını öz hesabıma aparmışam. Digər iştirakçılar isə ən çox 250 azn veriblər. 250 azndən 50-ni yenidən özünə qaytarmışam. Daxili yarışlara onun tələbələri heç vaxt üzvülük haqqı ödəməyib. Nə pul yığıbsa özü xərcləyib. Nə qədər insanları aldadıb onun adımdan. Bu qədər yaxşılıq etmişəm Məqamiyə. o isə məndən bütün dünyaya böhtan, şər. yalanlarla dolu şikayət məktubları yazdırıb. Siz belə məxluqa nə ad verərdiniz”. İş materialalrına əlavə edilmiş Facebook sosial şəbəkəsindən çıxarışdan görünür ki, X51 21 oktyabr 2021-ci il tarixdə özünə məxsus Facebook sosial şəbəkəsində Bayramov Məqami haqqında yazaraq göstərmişdir ki, “X47 Məqamini təmiz qələbə ilə udur. Əfsuslar olsun ki, mənimdə razılığımla qələbəni Məqamiyə veririk. Çox heyfslənirəm ki, İsmət İsrafılova qarşı haqsızlıq etdik. Allah günahımızı bağışlasın, belə çox videolar var yaxın günlərdə hamısını ardıcıllıqla paylaşacam”. İş materialalrına əlavə edilmiş Facebook sosial şəbəkəsindən çıxarışdan görünür ki, 29 fevral 2020-ci il tarixdə X33 özünə məxsus Facebook sosial şəbəkəsində yazdığı statusa xx.xx.2020-ci il tarixdə münasibət bildirən X16 Bayramov haqqında rəy yazaraq göstərmişdir ki, “Məqamidəki kişilik bizdə olan kişilikdən deyil. Məqami sən getdin yıxıldın rusun altına, Məqami sənin kişiliyin bura qədər idi? Ay Məqami səninləyəm, rusun fitvası ilə hərəkət etdin. Məqami sənin nə kişilikdən xəbərin var, nədə Allahı tanıyırsan, Məqami sənin kimilərə görədir də, o torpaqlar hamısı gedib də. Məqami və onun komandası Fildir. Şəsxən Məqami və onun komandası Fildir.” İş materialalrına əlavə edilmiş Facebook sosial şəbəkəsindən çıxarışdan görünür ki, X17 02 iyun 2020-ci il tarixdə özünə məxsus Facebook sosial şəbəkəsi vasitəsilə Abbas Hünbətovun yazdıqlarına münasibət bildirərkən Məqami Bayramov haqqında yazaraq qeyd edib ki, “Gördüyünüz kimi bunlar qanunları tapdalayaraq, günün günorta çağı onun evimi sökdürdülər, inanıram ki. qanun qarşısında cavab verəcəklər! Məqami, Oruc, Emil Teymur və bunların başçıları Ceyhun”. İş materialalrına əlavə edilmiş Facebook sosial şəbəkəsindən çıxarışdan görünür ki, X17 30 oktyabr 2020-ci il tarixdə özünə məxsus Facebook sosial şəbəkəsi vasitəsilə Abbas Hünbətovun yazdıqlarına münasibət bildirərkən Məqami Bayramov haqqında yazaraq “Bilirsiz necədi gəlin düzünü danışaq, yalan deyirəmsə bura yazın ki. yalan deyirəm. Hamı görüb olanı deyirəm, Məqami Bayramov özü döyüşəndə tələbələri döyüşəndə uduzan kimi səs-küy edirdi, gəlirdi Abbas müəllim oturduğu stolun qabağına deyirdi ki, gedirəm qələbəni tələbələrimə ver, qız kimi küsüb, durun uşaqlar gedək, müəllimə həm yalvarırdı, həm minnət edirdi, müəllim isə əlavə vaxt verdi. Bu da bütün dostları, hakimlər, Əkbər və sair hakimlər onun tələbələrinə verdilər qələbəni. Bunu mən görmüşəm. Kim olub axı Məqami, ancaq fitnə fəsad və s iyrənc işlər.” İş materialalrına əlavə edilmiş Facebook sosial şəbəkəsindən çıxarışdan görünür ki, X22 29 fevral 2020-ci il tarixdə özünə məxsus Facebook sosial şəbəkəsi vasitəsilə Abbas Hünbətovun yazdıqlarına münasibət bildirərkən Məqami Bayramov haqqında yazaraq qeyd etmişdir ki, “Məqaminin, Əkbərin və s kimilərin üstündə Abbas müəllimin əziyyəti çox olub..Sizin kimilərin çoxunu Abbas müəllim adam edib.. Mən neçə dəfələrlə Abbas müəllimə deyirdim ki, bu yaltaqlar sizin qədrinizi bilməyəcək..Sizin kimi şərəfsizlər müəllimin gördüyü kölgə sala biməz, Statın sonu!. İş materialalrında olan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyindən Şamilli Əkbər Teymur oğlu barədə verilmiş sorğuya cavab olaraq daxil olmuş xx.xx.2022-ci il tarixli 486/12-17 nömrəli məktubdan görünür ki, sorğuda göstərilən müddətdə naziriyə daxil olmuş vətəndaş müreaciətləri məhv edilmişdir. H\mçinin əlavə olaraq bildirilmişdir ki, “Azərbaycan Sindro-Ryu və X50 İB-nin fəaliyyətində ciddi nöqsanlar və çatışmazlıqlar olduğu üçün nazirliyin xx.xx.2022-ci il tarixli kollegiya qərarı ilə birliyin “federasiya” statusu ləğv edilmişdir. İş materialalrında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Əlahiddə X71 xx.xx.2020-ci il tarixli məktubunda qeyd edilmişdir ki, səlahiyyəti daxilində olmayan məsələlərə müdaxilə etdiyinə görə polis nəfəri Emil Əliyev barəsində intizam tənbehi tətbiq edilmişdir. Portaldan çıxarışdan görünür ki, X37 məhkumluğu barədə məlumat yoxdur. Portaldan çıxarışdan görünür ki, X34 məhkumluğu barədə məlumat yoxdur. Portaldan çıxarışdan görünür ki, X8 məhkumluğu barədə məlumat yoxdur. Portaldan çıxarışdan görünür ki, X15 məhkumluğu barədə məlumat yoxdur. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2015-ci il tarixli, 3 saylı qərarının 2-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzudedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Həmin Qərarın 6-cı bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fıkrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur (bax, yuxarıda qeyd olunan De Haes və Gijsels, § 42 və Lingens, § 46). Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər (bax, Jerusalem Avstriyaya qarşı, §43). Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, ifadə azadlığına hər hansı məhdudiyyətin “zəruriliyi” əsaslı qaydada müəyyən edilməlidir. İlk növbədə məhkəmələr məhdudiyyətin tətbiqi üçün “ciddi ictimai tələbatın” mövcud olub-olmadığını müəyyən etməlidirlər; bu halda onların müəyyən mülahizə hüdudları vardır. Mətbuat ilə bağlı işlərdə məhkəmələrin malik olduğu mülahizə hüdudları demokratik cəmiyyətin azad mətbuatı təmin etmək və qorumaq marağı ilə müəyyən edilir. Eynilə, Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən məhdudiyyətin qanuni məqsədə mütənasib olubolmamasının müəyyən edilməsində bu maraq daha ağır çəkiyə malikdir (bax, Fressoz və Ruar Fransaya qarşı (BP), § 45). Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunculuq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikasının CPM-nin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır; 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır; 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər; 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanılmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət-Prosessual Məcəlləsində (bundan sonra-CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət-prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 349.3., 349.4., 349.5-ci maddələri). Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şəxsin şərəf və ləyaqəti onun fundamental dəyəridir. Bu səbəbdən, şərəf və ləyaqət milli və beynəlxalq hüquqla qorunur və şərəf və ləyaqətə qəsd cinayət və ya mülki məsuliyyətə səbəb olur. Yuxarıda qeyd edildiyi kimi, təqsirləndirilən şəxs X51 oğlu “Facebook” sosial şəbəkəsində qeydə alınmış “Abbas Hunbatov” səhifəsində xx.xx.2020 və xx.xx.2021-ci il tarixlərdə paylaşdığı və çoxsaylı sosial şəbəkə istifadəçisi tərəfindən izlənilməklə yanaşı rəylər bildirilmiş xüsusi ittihamçı X39 ilə bağlı paylaşımında və əlavə rəylərində onun barəsində “binamus”, “nankor”, “X47 Məqamini təmiz qələbə ilə udur. Əfsuslar olsun ki, mənimdə razılığımla qələbəni Məqamiyə veririk”, “Məqami Əkbərdən 300 azn alıb o vaxt qəhvəyi kəmər üçün xərcləyib” sözlərindən istifadə etmişdir. Hansı ki, bu sözlər və ifadələr, barəsində işlədilmiş X28 münasibətdə təhqir və böhtan xarakterli olmaqla, həmin şəxsin şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələmişdir. Hazırkı halda məhkəmə törədilmiş əməldə cinayətin əlamətlərinin olmasını müəyyən edərkən, məhkəmə təcrübəsinə müvafiq olaraq, toplanmış sübutları tədqiq etməklə yanaşı, “Azərbaycan dilinin izahlı lüğəti”nə də nəzər salmış, təqsirləndirilən şəxs X33 xüsusi ittihamçı X24 barəsində ifadə etdiyi, kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında yaydığı məlumatların məzmun və ifadə tərzi baxımından X24 şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələməsini xüsusi bilik tələb edilmədən, məhkəməlinqvistik ekspertizasının keçirilməsinə hər hansı zərurət görmədən, yəni cəmiyyətdə mövcud olan sosial-əxlaqi dəyərlər baxımından qiymətləndirmə aparmaqla müəyyən etmişdir. “Azərbaycan dilinin izahlı lüğəti”nə görə aşağıda qeyd edilən sözlərin mənaları göstərilən qaydada başa düşülür: -“binamus” sözünün mənası - namussuz; -“nankor” – yaxşılıq bilməyən, haqq-sayı itirən, yaxşılığı yerə vuran, duz-çörək itirən. X5 xüsusi ittihamçı X24 barəsində ifadə etdiyi, kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında yaydığı məlumatların, yəni “Məqamidəki kişilik bizdə olan kişilikdən deyil. Məqami sən getdin yıxıldın rusun altına, Məqami sənin kişiliyin bura qədər idi”, “fil” kimi ifadələr məzmun və ifadə tərzi baxımından X24 şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələməsini xüsusi bilik tələb edilmədən, məhkəmə-linqvistik ekspertizasının keçirilməsinə hər hansı zərurət görmədən, yəni cəmiyyətdə mövcud olan sosial-əxlaqi dəyərlər baxımından qiymətləndirmə aparmaqla müəyyən etmişdir. “Azərbaycan dilinin izahlı lüğəti”nə görə aşağıda qeyd edilən sözlərin mənaları göstərilən qaydada başa düşülür: -“ Məqamidəki kişilik bizdə olan kişilikdən deyil. Məqami sən getdin yıxıldın rusun altına, Məqami sənin kişiliyin bura qədər idi” cümləsinin mənası – sosial əxlaqi dəyərlər baxımından qiymətləndirildikdə şəxsin fizioloji mənada kişi olmadığı qənaətinə gəlinməsi ilə nəticələnir. -“fil” – 1. Nəhəng, xortumlu ,tüksüz heyvan 2.dioqanal üzrə istənilən xanaya hərəkət edən şahmayt fiquru X3 xüsusi ittihamçı X24 barəsində ifadə etdiyi, kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında yaydığı məlumatların, yəni “fitnə fəsad və s iyrənc işlər” kimi ifadələr məzmun və ifadə tərzi baxımından X24 şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələməsini xüsusi bilik tələb edilmədən, məhkəmə-linqvistik ekspertizasının keçirilməsinə hər hansı zərurət görmədən, yəni cəmiyyətdə mövcud olan sosial-əxlaqi dəyərlər baxımından qiymətləndirmə aparmaqla müəyyən etmişdir. “Azərbaycan dilinin izahlı lüğəti”nə görə aşağıda qeyd edilən sözlərin mənaları göstərilən qaydada başa düşülür: -“fitnə” – 1. Qarışıqlıq, ara pozma, adamları bir-biri ilə vuruşdurma, nifaq 2. Hiylə, tələ -“fəsad” - 1. Nifaq, qarışıqlıq, intriqa 2. Pis nəticə - “iyrənc” – özünə nifrət doğuran, qətiyyən xoşa gəlməyən, çox çirkin 2. rəzil , yaramaz, alçaq, mənfur. Qeyd edilənlər baxımından məhkəmə hesab edir ki, iş üzrə məhkəmə-linqvistik ekspertizasının keçirilməsinə əsaslar yoxdur. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarının 2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Göründüyü kimi, Azərbaycan Respublikasının Konstitusiyası fikir və söz azadlığı kimi, hər kəsin şərəf və ləyaqətinin müdafiə hüququna da eyni qaydada təminat nəzərdə tutmuşdur. Eləcə də, İnsan Hüquqları haqqında Ümumi Bəyannamədə və 1966-cı il mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktda da həmin qaydada fikir ifadə edilmişdir. Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinin 2-ci bəndində nəzərdə tutulur ki, “…mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün, …qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmiyyətə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən müəyyən olunmuş presedent hüququna görə faktlar və qiymətləndirici mülahizələrin diqqətlə fərqləndirilməsinə ehtiyac var. Faktların mövcudluğu nümayiş etdirilə bildiyi halda qiymətləndirici mülahizənin həqiqiliyi sübut oluna bilən deyil (bax, Lingens v. Austria, judgment of 8 July 1986, Series A no. 103, p. 28/46). İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Pakta görə insanın şərəf və ləyaqəti onun iqtisadi, sosial və mədəni hüquqlarının mənəvi əsasını təşkil edir. “Mülki və Siyası Hüquqlar haqqında” Beynəlxalq Paktın müqəddiməsinə əsasən bu hüquqlar insan şəxsiyyətinə xas olan ləyaqətdən irəli gəlir. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarına əsasən şəxsi həyat sirrinin qorunması hüququ ailədə, qohumlar, dostlar arasında əlaqələrdə, insanlar arasında azadlıqda ifadəsini tapır. Düşüncə tərzi, siyasi və sosial dünyagörüş, məşğuliyyət və yaradıcılıq da şəxsi həyatın təzahürlərinə aiddir. İnsanın şəxsi həyatı, şəxsi və ailə sirri, şərəf və təmiz adı qanunun müdafiəsi altındadır. Qanunda nəzərdə tutulduğu hallardan başqa insanın hüquqlarından istifadəsinə müdaxilə edilməsinə yol verilmir. “X20” Haqqında Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə görə “rəsmi, mötəbər olmayan mənbə adı altında şayələr, yalan və qərəzli yazılar çap etdirmək, böhtan atmaq yaxud digər qanunsuz əməllər törətmək məqsədi ilə X20ndə istifadə olunmasına yol verilmir”. Həmin Qanunun “Kütləvi informasiya azadlığından sui-istifadənin yolverilməzliyi”ndən bəhs edən 10-cu maddəsində deyilir ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunan sirləri yaymaq, mövcud konstitusiyalı dövlət quruluşunu zorakılıqla devirmək, dövlətin bütövlüyünə qəsd etmək, müharibəni, zorakılığı və qəddarlığı, milli, irqi, sosial ədavəti, yaxud dözülməzliyi təbliğ etmək, mötəbər mənbə adı altında vətəndaşların şərəf və ləyaqətini alçaldan şayələr, yalan və qərəzli yazılar, pornoqrafik materiallar çap etdirmək, böhtan atmaq, yaxud digər qanunazidd əməllər törətmək məqsədilə X20ndən istifadə olunmasına yol verilmir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Bodroşıçin Serbiyaya qarşı işi üzrə” 23 iyun 2009-cu il tarixli 32550/05 nömrəli Qərarında qeyd edilmişdir ki, məhkəmə demokratik cəmiyyətdə mətbuatın yerinə yetirdiyi mühüm funksiyanı xüsusi olaraq qeyd edir ki, baxmayaraq ki, mətbuat üçün də müəyyən sərhədlər vardır. Xüsusilə, başqalarının reputasiyası və hüquqlarına münasibətdə, mətbuat həmin sərhədləri aşmamalıdır. Mətbuatın vəzifəsi hər bir halda ictimai maraq kəsb edən bütün məlumatları özünün hüquq və vəzifələri ilə bir araya sığan tərzdə ötürməkdir. Jurnalist azadlığı həmçinin şişirtmə və ya təxribatın da müəyyən həddə mümkünlüyünü əhatə edir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarının 5-ci bəndində qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Məhkəmə qeyd edir ki, həm şərəf, həm də ləyaqət insanda yüksək mənəvi keyfiyyətləri göstərən xassələrin məcmusudur, şərəf bu xüsusiyyətlərə görə hər hansı şəxsə ətrafdan verilən dəyəri, qiyməti ehtiva edirsə, ləyaqət həmin xassələrin dəyərini dərk edən şəxsin özünə qarşı duyduğu ehtiram hissidir. Bu baxımdan şəxsin şərəfinin alçaldılmış hesab edilməsi üçün yalan məlumatların və ya ittihamedici ifadələrin ən azı bir neçə şəxs arasında yayılmasının tələb edildiyi halda, ləyaqətin alçaldılmış hesab edilməsi üçün belə ifadələrin üçüncü şəxslərin iştirakı olmadan da şəxsə bildirilməsi kifayət edir. Halbuki, təqsirləndirilən şəxslər xüsusi ittihamçı X28 münasibətdə yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən, nüfuzdan salan məlumatları kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında yayaraq ona böhtan atmış, şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqla təhqir etmiş, X24 cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi, mədəni keyfiyyətlərini alçaltmış, onun cəmiyyətdə tutduğu mövqeyini ləkələmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipi baxımından insan ləyaqəti qorunur və ona hörmət edilir. Bu, hər bir insana münasibətdə belədir, xüsusi ittihamçı X39 da idman sahəsində kifayət qədər tanınmış şəxsdir. Təqsirləndirilən şəxslər tərəfindən isə həmin şəxsin barəsində qeyd edilən məlumatlar məhz kütləvi formada, “Facebook” sosial şəbəkəsinin Abbas Hünbətova məxsus “Abbas Hunbatov” səhifəsində yayılmışdır, hansı ki, “Facebook” sosial şəbəkəsi kütləvi nümayiş etdirilən informasiya resursudur, onun kifayət qədər izləyicisi, təqibçisi vardır. Təqsirləndirilən şəxslərin xüsusi ittihamçı X24 barəsində ifadə etdiyi böhtan və təhqir xarakterli həmin sözlər, ifadələr “Facebook” soaial şəbəkəsində şoxsaylı istifadəçilər tərəfindən izlənilmiş, hətta onlar tərəfindən şərhlər yazılaraq müxtəlif formalarda (mənfi və ya müsbət olmasından asılı olmayaraq) münasibət bildirilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı xüsusi ittiham qaydasında təqsirləndirilən şəxs X56 ona qarşı verilmiş xüsusi ittihamda özünü təqsirli bilməsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən xüsusi ittihamçının ifadəsinə, ittiham və müdafiə tərəfinin də təqdim etdiyi kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayımlanmış yuxarıda göstərilən məlumatlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır cinayət əməlininin təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir. Lakin məhkəmə qeyd edir ki , təqsirləndirilən şəxsin törətdiyi əməl qəsdən yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma əməli kimi Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə tövsif edilməlidir. Belə ki, onun əməlində 03 epizod üzrə, yəni 21.21 və 30 oktyabr tarixlərdə törətdiyi əməllərdə AR CMnin 147.2-ci maddəsinin tərkibi müəyyən edilməmişdir. Odur ki, onun törətmiş olduğu cinayət əməli Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddəsi ilə tövsif edilir. X37 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini təsdiq edən, tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. X9 01 epizod üzrə, yəni xx.xx.2020-ci il tarixdə facebook sosial şəbəkəsində “X58 var bir iki nəfər guya federasiyanı onlar yaradıblar..Mənim xəbərim yox imiş.Məqami ....Ceyhun..” məzmunlu cinayət əməlli üzrə müddət keçdiyindən o, cinayət məsuliyyətinə cəlb edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə görə böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə əxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Resdpublikası CPM-nin 44.2.1-ci maddəsinə görə bu Məcəllənin 39.1.3cü maddəsində nəzərdə tutulmuş halda — təqsirləndirilən şəxsə cəza təyin etməməklə məhkəmə ittiham hökmü çıxarır. Odur ki, təqsirləndirlən şəxs 21, 22 və 30 oktyabr tarixlərində törətdiyi əmələ görə cinayət məsuliyyətinə cəlb edilməli, 01 epizod üzrə isə ona cəza təyin edilməməlidir. Məhkəmə istintaqı zamanı xüsusi ittiham qaydasında təqsirləndirilən şəxs X52 ona qarşı verilmiş xüsusi ittihamda özünü təqsirli bilməsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən xüsusi ittihamçının ifadəsinə, ittiham və müdafiə tərəfinin də təqdim etdiyi kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayımlanmış yuxarıda göstərilən məlumatlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır cinayət əməlininin təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir. Lakin məhkəmə qeyd edir ki , təqsirləndirilən şəxsin törətdiyi əməl qəsdən yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma əməli kimi Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə tövsif edilməlidir. Belə ki, onun əməlində 01 epizod üzrə, 01 mart 2020-ci il tarixdə törətdiyi əməldə AR CM-nin 147.2-ci maddəsinin tərkibi müəyyən edilməmişdir. Odur ki, onun törətmiş olduğu cinayət əməli Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddəsi ilə tövsif edilir. X37 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1ci və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini təsdiq edən, tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. X14 01 epizod üzrə, yəni xx.xx.2020-ci il tarixdə facebook sosial şəbəkəsində “Məqami sən getdin yıxıldın rusun altına..Məqami sənin nə kişilikdən xəbərin var nədə Allah tanıyırsan..Məqami sənin kimilərə görədir o torpaqlar gedib..” məzmunlu cinayət əməlli üzrə müddət keçdiyindən o, cinayət məsuliyyətinə cəlb edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə görə böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə əxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Resdpublikası CPM-nin 44.2.1-ci maddəsinə görə bu Məcəllənin 39.1.3cü maddəsində nəzərdə tutulmuş halda — təqsirləndirilən şəxsə cəza təyin etməməklə məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə istintaqı zamanı xüsusi ittiham qaydasında təqsirləndirilən şəxs X17 ona qarşı verilmiş xüsusi ittihamda özünü təqsirli bilməsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən xüsusi ittihamçının ifadəsinə, ittiham və müdafiə tərəfinin də təqdim etdiyi kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayımlanmış yuxarıda göstərilən məlumatlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır cinayət əməlininin təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir. Lakin məhkəmə qeyd edir ki , təqsirləndirilən şəxsin törətdiyi əməl qəsdən yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma əməli kimi Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə tövsif edilməlidir. Belə ki, onun əməlində 01 epizod üzrə, yəni 30 oktyabr tarixdə törətdiyi əməldə AR CM-nin 147.2-ci maddəsinin tərkibi müəyyən edilməmişdir. Odur ki, onun törətmiş olduğu cinayət əməli Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddəsi ilə tövsif edilir. X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini təsdiq edən, tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. X1 01 epizod üzrə, yəni xx.xx.2020-ci il tarixdə facebook sosial şəbəkəsində “AFİA.AZ saytı vasitəsi ilə Məqami Bayramovun ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, Yuxarı Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsində yerləşən qeydiyyatsız evini sökdürməsi ilə bağlı verdiyi məlumata dair” məzmunlu cinayət əməlli üzrə müddət keçdiyindən o, cinayət məsuliyyətinə cəlb edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə görə böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə əxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Resdpublikası CPM-nin 44.2.1-ci maddəsinə görə bu Məcəllənin 39.1.3cü maddəsində nəzərdə tutulmuş halda — təqsirləndirilən şəxsə cəza təyin etməməklə məhkəmə ittiham hökmü çıxarır. Odur ki, təqsirləndirlən şəxs 30 oktyabr 2020-ci il tarixldə törətdiyi əmələ görə cinayət məsuliyyətinə cəlb edilməli, 01 epizod üzrə isə ona cəza təyin edilməməlidir. Məhkəmə istintaqı zamanı xüsusi ittiham qaydasında təqsirləndirilən şəxs X22 ona qarşı verilmiş xüsusi ittihamda özünü təqsirli bilməsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən xüsusi ittihamçının ifadəsinə, ittiham və müdafiə tərəfinin də təqdim etdiyi kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayımlanmış yuxarıda göstərilən məlumatlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır cinayət əməlininin təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə tövsif edilir. X15 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini təsdiq edən, tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. X2 01 epizod üzrə, yəni 29. Fevral 2020-ci il tarixdə facebook sosial şəbəkəsində “Məqaminin, Əkbərin və s kimilərin üstündə Abbas müəllimin əziyyəti çox olub..Sizin kimilərin çoxunu Abbas müəllim adam edib.. Mən neçə dəfələrlə Abbas müəllimə deyirdim ki, bu yaltaqlar sizin qədrinizi bilməyəcək..Sizin kimi şərəfsizlər müəllimin gördüyü kölgə sala biməz, Statın sonu!.. “ məzmunlu cinayət əməlli üzrə müddət keçdiyindən o, cinayət məsuliyyətinə cəlb edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə görə böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə əxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Resdpublikası CPM-nin 44.2.1-ci maddəsinə görə bu Məcəllənin 39.1.3cü maddəsində nəzərdə tutulmuş halda — təqsirləndirilən şəxsə cəza təyin etməməklə məhkəmə ittiham hökmü çıxarır. Həmçinin məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs X22 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı xüsusi ittihamçısının gəldiyi nəticə əsassız olmaqla, onun əməlinə düzgün hüquqi qiymət verilməmişdir, onun əməli düzgün tövsif edilməmiş və onun hərəkətlərində Cinayət Məcəlləsinin 147.2-ci maddəsinin tərkibinin olması sübuta yetirilməmişdir. Məhkəmə istintaqı zamanı verilmiş şahid ifadələrinə münasibətdə məhkəmə qeyd edir ki, məhkəmə iclasında dindirilmiş Əhmədov Teymur Şəmil oğlu və Şəmilli Əkbər Teymur oğlunun Abbas Hünbətovla arasında əvvəllər mübahisə olması və hazırda da davam etməsi, o cümlədən məhkəmə iclasında bir-birlərinə qərəzli münasibətdə olduqları müəyyən edildiyindən məhkəmə onların ifadəsini mötəbər sübut kimi qəbul etməmişdir. İş üzrə dindirilmiş digər şahidlərin izahatı özgənin sözlərindən verilən məlumatlar olduğu və işin hallarına uyğun olmadığı, obyektiv həqiqəti aşkarlamağa kömək etmədiyi üçün məhkəmə o ifadələri də iş üçün əhəmiyyətli hesab etməyərək mötəbər sübut kimi qəbul etməmişdir. Azərbaycan Respublikası CPM-nin 126.3-cü maddəsinə əsasən şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin və ya şahidlərin cinayət prosesini həyata keçirən orqana özgənin sözlərindən verdikləri məlumatlar sübut kimi istifadə edilə bilməz. Bununla da, məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, təqsirləndirilən şəxs X33 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələrində, X34 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələrində, X8 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələrində, X15 Azərbaycan Respublikası CMnin 148-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən xüsusi ittihamçının ifadəsi və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. Xüsusi ittihamçı X24 şikayəti əsasında X51, X52 və X17 və X15 əməllərinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.1 və 44.2.4-cü maddələrinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirləndirilən şəxs X33 barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 147.1 və 148-ci maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.1-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirləndirilən şəxs X34 barəsində ittiham hökmü çıxarılmalı və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirli bilinməli ona cəza təyin edilməməlidir. Məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.1 və 44.2.4-cü maddələrinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirləndirilən şəxs X8 barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 147.1 və 148-ci maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməli, 01 epizod üzrə üzrə o Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirli bilinməli və ona cəza təyin edilməməlidir. Məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.1-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirləndirilən şəxs X15 barəsində ittiham hökmü çıxarılmalı və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirli bilinməli ona cəza təyin edilməməlidir. Həmçinin o Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi üzrə təqsiri sübuta yetirilmədiyindən həmin ittiham üzrə ona bəraət verilməlidir. Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: -Portaldan çıxarışdan görünür ki, təqsirləndirilən şəxslərin məhkumluğu haqqında məlumat yoxdur, o cümlədən onlar tərəfindən ilk dəfə cinayət törədilmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə iclasında təqsirləndirilən şəxs X33 cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Lakin məhkəmə təqsirləndirilən şəxs X33 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında təqsirləndirilən şəxs X33 cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X8 cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Lakin məhkəmə təqsirləndirilən şəxs X8 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında təqsirləndirilən şəxs X8 cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli Qərarında həmçinin göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə təqsirləndirilən şəxs X51 və X8 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən böyük ictimai təhlükə törətməyən cinayət əməli törətmələrini, cəzalarını yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, islah olunmaları üçün cəmiyyətdən təcrid olunmamaqla barələrində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Buna görə də, təqsirləndirilən şəxslər X51 və X8 əməllərinin tövsif olunduğu maddələrin sanksiyası hüdudlarında cərimə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin ediləcək həmin cəzalar qismən toplanılmalıdır. Sözügedən maddənin tələbinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. İş materiallarından görünür ki, təqsirləndirilən şəxslər hazırkı işlə bağlı tutulmamış, həbsdə saxlanılmamışdır. Ona görə məhkəmə hesab edir ki, cəza müddətinin hesablanması və cəzanın hesaba alınması zamanı Azərbaycan Respublikası CM-nin 69-cu maddəsinin müddəalarının tətbiqi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 23.1-ci maddəsinə əsasən məhkum cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəməlidir. Ona görə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər X51 və X11 təyin edilməsi nəzərdə tutulan cərimə hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürülməklə ödənilməlidir. X52 - xx.xx.2020-ci il tarixlərdə facebook sosial şəbəkəsində “Məqami sən getdin yıxıldın rusun altına..Məqami sənin nə kişilikdən xəbərin var nədə Allah tanıyırsan..Məqami sənin kimilərə görədir o torpaqlar gedib..” məzmunlu cinayət əməllərinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirli bilinməli və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən və ona cəza təyin edilməməlidir. X18 ağır cinayətdə ittiham edilməklə böhtan atılması faktı sübuta yetirilmədiyindən, X24 şikayəti ilə bağlı verilmiş ittiham üzrə Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə bəraət verilməli, xx.xx.2020-ci il tarixlərdə facebook sosial şəbəkəsində “Məqaminin, Əkbərin və s kimilərin üstündə Abbas müəllimin əziyyəti çox olub..Sizin kimilərin çoxunu Abbas müəllim adam edib.. Mən neçə dəfələrlə Abbas müəllimə deyirdim ki, bu yaltaqlar sizin qədrinizi bilməyəcək..Sizin kimi şərəfsizlər müəllimin gördüyü kölgə sala biməz, Statın sonu!.. “” məzmunlu cinayət əməllərinə görə isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi təqsirli bilinməklə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən və ona cəza təyin edilməməlidir. Məhkəmə qeyd edir ki, X51, X52, X17 və X22 təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddələrlə məhkəməyə verilmələri zamanı və sonrakı mərhələdə onların barəsində qətimkan tədbiri seçilməmişdir, ona görə hazırda da qətimkan tədbiri ilə bağlı məsələ müzakirə və həll edilmir. Həmçinin məhkəmə verilmiş mülki iddia ilə bağlı məsələni həll edərkən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Həmin Məcəllənin 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoçula bilən şəxsə verilir. CPM-nin 183.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İdia ərizəsinə hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-cı ıl tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Möhtərəm məhkəmə Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarının tələbləri baxımından onu qeyd edə bilərəm ki, cavabdehləri məni məni təhqir etməsi və mənə böhtan atması nəticəsində mən mənəvi iztirablar keçirmişəm. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" 3 noyabr 2008- ci il tarixli 7 nömrəli aərarınm 2-ci bəndində göstərilir ki. zərərçəkən fiziki səxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin qərarın 8-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki. iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 1096-cı maddəsinin tələblərinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 21.1 -ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki. qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 (zərərin əvəzinin ödənilməsi) və 23 maddələrinin (şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi) şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarında göstərilir ki, şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa o. sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz. şəxsi ailə sirri hərəkət etmək azadlığı yaşayış yeri seçmə ad hüququ müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərərin ödənilinəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumununun 3 noyabr 2008-ci il tarixli 7 N-li qərarına əsasən mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlər) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Cinayət Prosessual Məcəlləsinin 181-ci maddəsində göstərilmişdir ki, ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki şəxs mülki iddia verməyə haqlıdır. Bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3. itirilmiş gəlirin ödənilməsini; 181.2.4. mənəvi ziyanın ödənilməsini. Odur ki, törədilən əməl nəticəsində X28 mənəvi ziyan vurulduğu sübuta yetirildiyindən məhkəmə hesab edir ki, mülki iddia qismən təmin edilməli, cinayət nəticəsində şərəf və ləyaqətin alçaldılması ilə bağlı vurulmuş mənəvi zərərə görə ümumilikdə 4000 manat məbləğində mənəvi ziyan təqsirləndirilən şəxslərdən (mülki cavabdehlərdən) X51, X52, X17 və X12 hər birindən 1000 manat tutularaq X28 ödənilməlidir. Hökmün icrası təqsirləndirilən şəxslərin yaşayış yeri üzrə icra qurumuna həvalə edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; iş üzrə məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza keçirilməmişdir. Məhkəmə hesab edir ki, CD disklər iş materiallarında saxlanılmalıdır. Məhkəməningəldiyinəticələryalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: X33 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə tövsif edilsin. X51 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 147.1-ci maddəsi ilə 1000 (bir min) manat məbləğində cərimə cəzasına, CM-nin 148-ci maddəsi ilə 1000 (bir min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş həmin cəzaları qismən toplamaq yolu ilə X40 qəti olaraq 1500 (min beş yüz) manat məbləğində cərimə cəzası təyin edilsin. X51 – xx.xx.2020-ci il tarixlərdə facebook sosial şəbəkəsində “X58 var bir iki nəfər guya federasiyanı onlar yaradıblar..Mənim xəbərim yox imiş.Məqami ....Ceyhun..” məzmunlu cinayət əməllərinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirli bilinsin və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən və ona cəza təyin edilməsin. İş üzrə mülki iddia qismən təmin olunsun. Təqsirləndirilən şəxs X51 şərəf və ləyaqətin alçaldılması ilə bağlı vurulmuş 1000 (min) manat məbləğində mənəvi ziyan tutularaq X28 ödənilsin. Hökmün icrası X33 yaşayış yeri üzrə icra qurumuna tapşırılsın. X34 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə tövsif edilsin. X52 - xx.xx.2020-ci il tarixlərdə facebook sosial şəbəkəsində “Məqami sən getdin yıxıldın rusun altına..Məqami sənin nə kişilikdən xəbərin var nədə Allah tanıyırsan..Məqami sənin kimilərə görədir o torpaqlar gedib..” məzmunlu cinayət əməllərinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirli bilinsin və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.1ci maddəsinə əsasən və ona cəza təyin edilməsin. İş üzrə mülki iddia qismən təmin olunsun. Təqsirləndirilən şəxs X29 şərəf vələyaqəıtin alçaldılması ilə bağlı vurulmuş 1000 (min) manat məbləğində mənəvi ziyan tutularaq X28 ödənilsin. Hökmün icrası X34 yaşayış yeri üzrə icra qurumuna tapşırılsın. X8 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə tövsif edilsin. X11 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 147.1-ci maddəsi ilə 1000 (bir min) manat məbləğində cərimə cəzasına, CM-nin 148-ci maddəsi ilə 1000 (bir min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş həmin cəzaları tam toplamaq yolu ilə X11 qəti olaraq 1500 (min beş yüz) manat məbləğində cərimə cəzası təyin edilsin. X17 – xx.xx.2020-ci il tarixdə AFİA.AZ saytı vasitəsi ilə Məqami Bayramovun ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, Yuxarı Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsində yerləşən qeydiyyatsız evini sökdürməsi ilə bağlı verdiyi məlumata dair” cinayət əməllərinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirli bilinsin və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən və ona cəza təyin edilməsin. İş üzrə mülki iddia qismən təmin olunsun. Təqsirləndirilən şəxs X6 şərəf və ləyaqəıtin alçaldılması ilə bağlı vurulmuş 1000 (min) manat məbləğində mənəvi ziyan tutularaq X28 ödənilsin. Hökmün icrası X8 yaşayış yeri üzrə icra qurumuna tapşırılsın. X18 ağır cinayətdə ittiham edilməklə böhtan atılması faktı sübuta yetirilmədiyindən, X24 şikayəti ilə bağlı verilmiş ittiham üzrə Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə bəraət verilsin. X22 – xx.xx.2020-ci il tarixlərdə facebook sosial şəbəkəsində “Məqaminin, Əkbərin və s kimilərin üstündə Abbas müəllimin əziyyəti çox olub..Sizin kimilərin çoxunu Abbas müəllim adam edib.. Mən neçə dəfələrlə Abbas müəllimə deyirdim ki, bu yaltaqlar sizin qədrinizi bilməyəcək..Sizin kimi şərəfsizlər müəllimin gördüyü kölgə sala biməz, Statın sonu!.. “” məzmunlu cinayət əməllərinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi təqsirli bilinsin və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən və ona cəza təyin edilməsin. İş üzrə mülki iddia qismən təmin olunsun. Təqsirləndirilən şəxs X12 şərəf vələyaqəıtin alçaldılması ilə bağlı vurulmuş 1000 (min) manat məbləğində mənəvi ziyan tutularaq X28 ödənilsin. Hökmün icrası X15 yaşayış yeri üzrə icra qurumuna tapşırılsın. 03 ədəd CD disk iş üzrə maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarında saxlanılsın. İş üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir, ekspertiza xərci yoxdur. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №1(001)-100/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-100/2022
03.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver