Məhkəmə qərarları › İş №1(001)-101/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-101/2025

03.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-101/2025 03.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhəri rayon məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Əbülfəz Xəqani küçəsi, ev 11, mənzil 66 yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları:

1. Təqsirləndirilən şəxs, etibardan sui-istifadə etmə və aldatma yolu ilə xeyli miqdarda özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir.

2. Belə ki, o, tamah niyyətilə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanıdığı Zərərçəkmiş şəxs təqaüd alması ilə əlaqədar köməklik göstərilməsi barədə özünə müraciətindən sonra yüksək vəzifədə işləyən şəxslərlə yaxın münasibətlərinin olduğunu və həmin şəxslər vasitəsi ilə qeyd olunan məsələni həll etmək imkanına malik olmasını yalandan vəd edərək, həmin məsələnin müsbət həlli üçün xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi kəndi, Mərkəz adlanan yerdə Zərərçəkmiş şəxs işlətdiyi mağazada 150 manat, xx.xx.2023-cü il tarixdə saat 16 radələrində qeyd olunan mağazada 220 manat, xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Şahid3 adına olan 4169********3920 nömrəli bank kart hesabına 550 manat, xx.xx.2023-cü il tarixdə saat 17 radələrində qeyd olunan mağazada 250 manat, xx.xx.2023-cü il tarixdə saat 16 radələrində qeyd olunan mağazada 250 manat, xx.xx.2023-cü il tarixdə saat 17 radələrində qeyd olunan mağazada 350 manat, xx.xx.2023-cü il tarixdə saat 16 radələrində qeyd olunan mağazada 400 manat, xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Şahid3 qeyd olunan bank kart hesabına 500 manat, xx.xx.2023-cü il tarixdə saat 17 radələrində qeyd olunan mağazada 500 manat, xx.xx.2023-cü il tarixdə saat 15 radələrində qeyd olunan mağazada 450 manat, xx.xx.2023-cü il tarixdə saat 18 radələrində qeyd olunan mağazada 250 manat, xx.xx.2023-cü il tarixdə saat 15 radələrində qeyd olunan mağazada 200 manat, xx.xx.2023-cü il tarixdə saat 16 radələrində qeyd olunan mağazada 300 manat, xx.xx.2023-cü il tarixdə saat 18 radələrində qeyd olunan mağazada 300 manat, xx.xx.2023-cü il tarixdə saat 18 radələrində qeyd olunan mağazada 300 manat, xx.xx.2023-cü il tarixdə saat 20 radələrində qeyd olunan mağazada 550 manat, xx.xx.2023-cü il tarixdə saat 16 radələrində qeyd olunan mağazada 500 manat, xx.xx.2023-cü il tarixdə saat 15 radələrində qeyd olunan mağazada 300 manat, xx.xx.2023-cü il tarixdə saat 16 radələrində qeyd olunan mağazada 270 manat, xx.xx.2023-cü il tarixdə saat 18 radələrində qeyd olunan mağazada 300 manat, xx.xx.2023-cü il tarixdə saat 20 radələrində qeyd olunan mağazada Sabirin sözü ilə Vüqarın kartına 450 manat, xx.xx.2023-cü il tarixdə saat 18 radələrində qeyd olunan mağazada 195 manat, xx.xx.2023-cü il tarixdə saat 17 radələrində qeyd olunan mağazada 300 manat, xx.xx.2023-cü il tarixdə saat 16 radələrində qeyd olunan mağazada 200 manat, xx.xx.2023-cü il tarixdə saat 13 radələrində qeyd olunan mağazada Sabirin sözü ilə Araz adlı şəxsə 200 manat, xx.xx.2023-cü il tarixdə saat 18 radələrində qeyd olunan mağazada 450 manat, xx.xx.2023-cü il tarixdə saat 16 radələrində qeyd olunan mağazada 150 manat, xx.xx.2023-cü il tarixdə saat 18 radələrində qeyd olunan mağazada 300 manat, xx.xx.2023-cü il tarixdə saat 17:58-də 416973****4292 nömrəli karta 320 manat, xx.xx.2023-cü il tarixdə saat 17 radələrində qeyd olunan mağazada Sabirə 600 manat, xx.xx.2023-cü il tarixdə saat 16 radələrində qeyd olunan mağazada 150 manat, xx.xx.2023-cü il tarixdə saat 17 radələrində qeyd olunan mağazada 650 manat, xx.xx.2023-cü il tarixdə saat 16:54-də özünün təqdim etdiyi Şahid2 adına ********96313436 nömrəli bank kart hesabına karta 420 manat, xx.xx.2023-cü il tarixdə saat 15 radələrində qeyd olunan mağazada 500 manat, xx.xx.2023-cü il tarixdə saat 16 radələrində qeyd olunan mağazada 400 manat, xx.xx.2023-cü il tarixdə saat 17 radələrində qeyd olunan mağazada 300 manat, xx.xx.2023-cü il tarixdə saat 11:10-da ********96313436 olan bank kart hesabına 500 manat, xx.xx.2023-cü il tarixdə saat 15:46-da özünün təqdim etdiyi Şahid2 adına ********96313436 nömrəli bank kart hesabına 400 manat, xx.xx.2023-cü il tarixdə saat 21:23-də özünün təqdim etdiyi Şahid2 adına ********96313436 olan bank kart hesabına 500 manat, xx.xx.2023-cü il tarixdə saat 17 radələrində qeyd olunan mağazada 1000 manat, xx.xx.2023-cü il tarixdə saat 15 radələrində qeyd olunan mağazada Vüqara 500 manat, xx.xx.2023-cü il tarixdə saat 16 radələrində qeyd olunan mağazada 400 manat, xx.xx.2023-cü il tarixdə saat 18 radələrində qeyd olunan mağazada 230 manat, xx.xx.2023-cü il tarixdə saat 17 radələrində özünün təqdim etdiyi istintaqla müəyyən olunmayan bank kart hesabına 440 manat, xx.xx.2023-cü il tarixdə ssat 17:46-da özünün təqdim etdiyi Şahid2 adına adına ********96313436 nömrəli bank kart hesabına 1100 manat, xx.xx.2023-cü il tarixdə saat 18 radələrində qeyd olunan mağazada 865 manat, xx.xx.2023-cü il tarixdə saat 16 radələrində qeyd olunan mağazada 640 manat, xx.xx.2023-cü il tarixdə özünün təqdim etdiyi istintaqla müəyyən olunmayan bank kart hesabına 400 manat, xx.xx.2023-cü il tarixdə özünün təqdim etdiyi istintaqla müəyyən olunmayan bank kart hesabına 1000 manat, xx.xx.2023-cü il tarixdə saat 15 radələrində qeyd olunan mağazada 1000 manat, xx.xx.2023-cü il tarixdə saat 17:24-də Binəqədi rayonu, Mədən 2, Korpus 52-də yerləşən Araz marketdən ödəmə terminalından 416973****2629 nömrəli bank kart hesabına 600 manat, xx.xx.2023-cü il tarixdə saat 14 radələrində qeyd olunan mağazada 2000 manat pul, xx.xx.2023-cü il tarixdə saat 17:41-də Bakı şəhəri, Binəqədi rayonu, Mədən 2, Korpus 52-də yerləşən Araz marketdən ödəmə terminalından 416973****2629 nömrəli bank kart hesabına 650 manat, 2024-cü ilin yanvar əvvəllərində istintaqa məlum olmayan tarixdə Bakı şəhəri, Binəqədi rayonu, DSK yolunda yerləşən “Nurlan” kafesində 300 manat olmaqla, ümumilikdə vahid niyyətlə 25.000 manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs alıb ələ keçirərək, etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs 25.000 (iyirmi beş min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir.

3. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Vüqar adlı şəxs vasitəsi ilə Pərvanəni tanımışdır. Pərvanə pensiya almaq istəmiş, xəstəxanadan kağız almaq üçün ona müraciət etmişdir. Onlar Binəqədi rayonu ərazisində Pərvanə xanımın mağazasında görüşmüşlər. Pərvanədən pensiya məsələsi üçün 7000 manat məbləğində pul tələb etmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, pulu nəğd qaydada da almış, kart hesabına da göndərilmişdir. Nəğd qaydada pulu ya Pərvanənin mağazasında, ya da Araz adlı şəxsin mağazasında almışdır. İşdən çıxdığı üçün dediyi işi icra edə bilməmişdir. Narkoloji dispanserdə tibb qardaşı vəzifəsində işləmişdir. Tanışı vasitəsi ilə ona deyilən işi görəcəkdi. 7000 manatı pensiya düzəltmək üçün almış, 9000 manat isə borc almışdır. Qalan 9000 manat isə 10 ay üçün hesablanan faiz məbləğidir. Həmin məbləğin işlə əlaqəsi yoxdur. Yetkinlik yaşına çatmayan bir övladı vardır, lakin həyat yoldaşı rəhmətə getdiyindən övladı onun deyil qohumlarının himayəsindədir. Məhkəmədən qeyd olunanların nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini xahiş etmişdir.

4. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır.

5. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Vüqar adlı şəxs vasitəsilə Sabiri tanımışdır. Vüqar mağazanın yanında yoldaşı ilə birlikdə təndir işlətmişdir. Onunla danışarkən maddi imkanı aşağı olduğunu və artıq mağazanın icarə haqqını ödəməkdə belə çətinlik çəkdiyini bildirmişdir. Vüqar ona bildirmişdir ki, tanıdığı etibarlı bir şəxs vardır, o da pensiya düzəldə bilər. Vüqar oğluna da onun vasitəsilə pensiya düzəltdiyini bildirmişdir. Sabir adlı şəxslə birlikdə onun mağazasına gəlmiş və Sabiri etibarlı bir şəxs kimi təqdim etmişdir. Sabir isə onu aldatmışdır. İşin düzələcəyi ilə bağlı Səhiyyə Nazirliyindən ona zəng etdirmişdir. Guya Orxan müəllim ona zəng edəcəkdi, lakin sonradan zəng edən adamın Orxan müəllim olmadığını bilmişdir. Əvvəlcə ona 900 manata işi həll edəcəyini demiş, sonra ondan 150 manat, 200 manat, 300 manat, 1000 manat, 2000 manat məbləğlərdə pullar da almışdır. Ona banklardan zənglər, mesajlar gəlmişdir. Sabir ona pulları verməsini, kartı aldıqdan sonra bütün pulların kartda olacağını və kompensasiya da alacağını bildirmişdir. O da borc alaraq, pulları Sabirə vermişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, pulları nəğd və kart hesabına yollamaq yolu ilə vermişdir. Ümumillikdə Sabirə 25000 manat məbləğində pul vermişdir. Hazırda ona heç bir pensiya təyin olunmamışdır. Sabirə heç vaxt borca pul verməmişdir. Sabir ona xəstəlik kağızı alacağını və pensiya düzəldəcəyini bildirmişdir. "xxxx" ASC-dən mesajlar gəlmiş, lakin o, sonradan "xxxx" ASC-yə yaxınlaşdıqda, əməkdaş ona mesajların "xxxx" ASC-yə aid olmadığı bildirmişdir. Sabir pullardan ona heç bir məbləğ geri qaytarmamışdır. Hazırda Təqsirləndirilən şəxs şikayətçidir və ondan qalan pulunun qaytarılmasını tələb edir.

6. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Sabiri də, Pərvanə xanımı da çoxdan tanıyır. Onun telefon mağazası vardır və Sabir müştərisi olmuşdur. Təxminən 10 il olar ki, Sabiri tanımışdır. Sabir ona zəng edib Pərvanə xanımın 200 manat pul verəcəyini və pulu götürüb ona verməsini demişdir. Pərvanə xanım onun mağazasına gəlmiş və 200 manatı Sabirə verməsi məqsədi ilə pulu ona vermişdir. O da işdən çıxanda Biləcəri qəsəbəsi ərazisində həmin pulu Sabirə vermişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, Pərvanə xanım Sabirə verməsi üçün ona 200 manat pul vermişdir. Həmin məbləğdən başqa Sabirə heç bir məbləğdə pul verməmişdir. Sabir Narkoloji dispanserdə işlədiyini demişdir.

7. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Binəqədi qəsəbəsində təndir işlətmiş və Sabir də müştərisi olmuşdur. Sabiri də oradan tanımışdır. Oğlu müharibədə travma aldığından oğlunu Psixiatriya xəstəxanasına göndərmişlər. Orada heç kəsi tanımadığından Sabirdən kömək istəmişdir. O isə kömək edə biləcəyini bildirmişdir. Sabir həqiqətən də oğlunu həmin xəstəxanaya yerləşdirmiş və dərmanlarını almışdır. Oradan qayıdanda yoldaşına xalat almaq üçün Pərvanə xanımın mağazasına getdikdə, Sabir də yanında olmuşdur. Pərvanə xanım oğlunun xəstə olduğunu və ona pensiya düzəltdirmək istədiyini bildirmişdir. Pərvanə xanış ondan bu barədə soruşduqda Sabirin köməklik göstərə biləcəyini bildirmişdir. Pərvanə xanım da pensiya düzəltmək istədiyini dedikdə, Sabir ona xəstəlik kağızının alınmasında kömək edə biləcəyini bildirmişdir. Onlar yanında 900 manata razılaşmışlar. 2-3 gün sonra isə Pərvanə xanım Sabirə 900 manat verdiyini bildirmişdir. Daha sonra Pərvanə xanım Sabirə iki-üç min pul verdiyini bildirdikdə, ona düzgün etmədiyini, kaş gözləyib xəstəlik kağızını aldıqdan sonra pulu verməsini demişdir. Pərvanə xanım ondan kart hesabına pul göndərdiyini və həmin pulu Sabirə verməsini istəmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, nəğd formada yalnız bir dəfə pul vermişdir. Oğlu xəstədir və onun pensiyası qanunidir. Onun kartı ilə bir neçə dəfə pul göndərmişdir. Demişdir ki, pensiya düzəldəcəkdir.

8. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs anasının ikinci həyat yoldaşıdır. Sabiri oradan tanımışdır. Adına açılmış olan “Leo Bank” bank kartı vardır. Lakin həmin bank kartını evdəkilər istifadə etmişdir. Onu polis bölməsinə dəvət etmişlər və orada bilmişdir ki, belə bir hadisə baş vermişdir. Zərərçəkmiş şəxsi də orada tanımışdır. Həmçinin ona verilən suallara acavab olaraq bildirmişdir ki, bank kartına kim tərəfindən, hansı məqsəd ilə və hansı məbləğdə pul göndərilməsi ilə bağlı məlumatlı olmamışdır. Sabir də həmin bank kartından istifadə etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:

9. Cinayət işinin başlanması və aidiyyəti üzrə göndərilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə CM-in 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır.

10. Könüllü təqdim edilmiş sənədin qəbul edilməsi və baxış keçrilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs könüllü təqdim etdiyi, pulunun dələduzluq yolu ilə ələ keçirilməsini təsdiq edən ödəniş qəbzləri xx.xx.2023-cü il tarixdə saat 16:54-də Şahid2 adına son səkkiz rəqəmi 96313436 olan karta 420 manat, xx.xx.2023-cü il tarixdə ssat 11:10-da Şahid2 adına son səkkiz rəqəmi 96313436 olan karta 500 manat, xx.xx.2023-cü il tarixdə saat 15:46-da Şahid2 adına son səkkiz rəqəmi 96313436 olan karta 400 manat, xx.xx.2023-cü il tarixdə saat 21:23-də Şahid2 adına son səkkiz rəqəmi 96313436 olan karta 500 manat, xx.xx.2023-cü il tarixdə ssat 17:46-da Şahid2 adına son səkkiz rəqəmi 96313436 olan karta 1100 manat, xx.xx.2023-cü il tarixdə saat 17:24-də Binəqədi rayonu, Mədən 2, Korpus 52-də yerləşən Araz marketdən ödəmə terminalından 416973****2629 nömrəli karta 600 manat və xx.xx.2023-cü il tarixdə saat 17:41-də Binəqədi rayonu, Mədən 2, Korpus 52-də yerləşən Araz marketdən ödəmə terminalından 416973****2629 nömrəli karta 650 manat ödəniş qəbzləridir.

11. İttiham elan etmək üçün şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilərək tutulması və tutulduqdan sonra Binəqədi RPİ-nin MSY-nə təhvil verilməsi qərara alınmışdır.

12. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adında xx.xx.2012-ci il tarixdən “Toyota Tercel” markalı **-OF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyatdadır. Etibarnamə ilə Təqsirləndirilən şəxs istifadəsinə nəqliyyat vasitəsinin verilməsi barədə DİN Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemində məlumat mövcud deyildir.

13. Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs 29 iyun 2024-cü il tarixdə saat 19:00-da şübhəli şəxs qismində tutularaq saxlanılma yerinə təhvil verilmişdir.

14. Üzləşdirmə haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs üzünə qarşı demişdir.

15. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur.

16. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)- 477/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 2 ay müddətə həbs qətimkan tədbiri seçilərək, həbsdə saxlanılma müddətinin əvvəli 29 iyun 2024-cü il tarixdən hesablanmışdır.

17. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.

18. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)- 643/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 20 gün müddətə, yəni 18 sentyabr 2024-cü il tarixədək uzadılmışdır.

19. İş üzrə Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi içərisində “WhatsApp” yazışmaları və səsyazının qeydə alındığı 1 (bir) ədəd diskə baxış keçiriləkdən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs vahid niyyətlə ümumilikdə 25.000 manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs müxtəlif vaxtlarda alması və sonuncudan həmin məbləğdə pulu almasına dair Təqsirləndirilən şəxs öz etirafı mövcuddur.

20. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(001)- 101/2025 nömrəli qərarından görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı maddi ziyanın ödənilməsinə dair iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmiş, Zərərçəkmiş şəxs mülki iddiaçı qismində tanınmış və ona Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 89-cu maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edilmiş, Təqsirləndirilən şəxs mülki cavabdeh qismində tanınmış və ona Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 93-cü maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edilmişdir. Tətbiq edilən hüquq, məhkəmənin əsaslandırması və mövqeyi:

21. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

22. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır.

23. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutların axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanunamüvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur.

24. Beləliklə, məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, bu sübutlar Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş digər sübutlarla təsdiq edilmişdir.

25. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilməsinə dair verdiyi ifadəsində bildirmişdir ki, o, Zərərçəkmiş şəxs iddia etdiyi 25000 manat məbləğində pulun 7000 manatını pensiya düzəltmək üçün, digər 18000 manat məğləğin isə 9000 manatını borc kimi almış, 9000 manat borc isə əsas borcun faizi kimi yaranmışdır. Lakin məhkəmə bildirmək istəyir ki, qeyd edilən ifadələr təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən yaxa qurtarması məqsədini daşıyır. Belə ki, zərərçəkən və təqsirləndirilən şəxslər arasında münasibət pensiya düzəltmək məqsədilə yaranmış, onlar arasında hərhansı bir qohumluq və dostluq münasibətləri olmamışdır. Pensiya düzəltməklə bağlı münasibətlərədək hər-hansı bir tanışlıq əlaqələrinin olmaması, qeyd edilən xeyli miqdar məbləğin zərərçəkən tərəfindən təqsirləndirilən şəxsə borc kimi verilməsi halını istisna edir. Qeyd edilən halı Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi “WhatsApp” vasitəsilə aparılan yazışmalar və səs yazıları da təsdiq edir. Belə ki, o səs yazılarında Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ona dəyən zərərin 25000 manat məbləğin geri qaytarılmasını tələb etmiş, təqsirləndirilən şəxs isə məbləğə münasibətdə hər-hansı bir etiraz etmədən evini satışa çıxardığını və tezliklə pulunu geri qaytaracağını bildirmişdir. Bundan başqa səs yazılarında bu pulun məhz pensiya düzəltmək məqsədilə təqsirləndirilən şəxsə verilməsi də öz təsdiqini tapmışdır. Belə ki, tərəflər arasında olan söhbət zamanı Təqsirləndirilən şəxs pulları sənədləşmə üçün aidiyyatı orqanlara verdiyini bildirmiş, hətta Təqsirləndirilən şəxs zərərçəkənə başqa nömrələrdən zəng vurduraraq guya bankda pensiya almaq üçün kartının hazır olduğunu onun pensiyasının kart hesabında yığıldığını bildirərək onu uzun müddət sakitləşdirməyə çalışmışdır.

26. Beləliklə, məhkəmə qeyd edilən hallara hüquqi qiymət verilməsini zəruri hesab edib qeyd edir ki, təqsirləndirilən şəxsin ifadələrini, istintaq hərəkətlərinin aparılması haqqında protokolların və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutların qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, təqsirləndirilən şəxs tərəfindən elan edilmiş ittiham üzrə cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə araşdırması zamanı heç bir mötəbər hala əsaslanmayan ifadəsi ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Başqa sözlə desək, ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihamda göstərilən cinayət əməlini törətməsi məhkəmə tərəfindən tədqiq edilmiş sübutlarla təsdiq edilərək tam sübuta yetirilmişdir.

27. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. CM-nin 177-ci maddəsinin qeyd hissəsinə görə təqsirləndirilən zərərçəkənə beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğdə ziyan vurduğu hallarda 178.2.4-cü maddə ilə məsuliyyət daşıyır.

28. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, məhkəmənin hazırlıq və baxış iclasında təqsirləndirilən şəxsə CM-nin 73-1.2-ci maddəsinin tələbi, yəni əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda, ona dəymiş ziyanı və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödənişi tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilməsi imkanı izah edilsə də təqsirləndirilən şəxs vurulmuş zərəri ödəmək fikrində olmadığını bildirmişdir. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir.

29. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 178.2.4-cü maddəsi (Dələduzluq) cinayətlərin təsnifatına görə az ağır cinayətlər hesab olunur. Dələduzluq cinayəti talama cinayətləri kateqoriyasına daxil olsa da başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir.

30. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında göstərilir ki, törədilmiş əməl CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluqyəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun.

31. Hazırkı cinayət işinin istintaqı zamanı da müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs etibarından istifadə edərək, ona yalan vədlər vermək və aldatma yolu ilə (guya zərərçəkənə pensiya alması üçün köməklik edəcəkdir) 25000 manat pulunu ələ keçirmiş, daha sonra müxtəlif bəhanələrlə bu pulu geri qaytarmaqdan imtina etmişdir. Zərərçəkmiş şəxs bu pulun bir hissəsini öz qazancı, bir hissəsini isə borc alaraq ödədiyini, borc aldıqları şəxslərin də borclarını geri tələb etdiklərindən çıxılmaz vəziyyətdə qaldığını bildirmiş, onun verdiyi ifadələr şahidlər tərəfindən də təsdiqlənmişdir.

32. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2022-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair” qərarında ifadə edilmiş hüquqi mövqeyinə müraciət edilməsini zəruri hesab edir. Konstitusiya Məhkəməsinin həmin qərarda ifadə edilmiş hüquqi mövqeyinə görə cinayət törətmiş şəxsin dövlət məcburetmə tədbirlərinə məruz qalmalı olması cinayət qanunvericiliyinin ümumi qəbul olunmuş yanaşmasıdır. Bu zaman cinayətlərin törədilməsinin qarşısını alan ən təsirli vasitə cəzanın ağırlığı deyil, onun qaçılmazlığıdır (ubi culpa est, ibi poena subesse debet).

33. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.

34. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində CM-in 59-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar və CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir.

35. Məhkəmə, onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58-ci maddəsinin tələbləri nəzərə alınmalıdır.

36. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq cəzasını yüngülləşdirən hallarla yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (əvvəllər məhkum olunmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, CM-in ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir.

37. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs dələduzluq yolu ilə əldə etdiyi məbləğin xeyli miqdarda olmasını (25000 manat), zərərin əvəzinin ödənilməməsini, zərərçəkənin borc aldığı şəxslərə də ödəyəcəyi məbləği, eləcə də təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etməyə nisbətən yüngül cəza növünün təyin edilməsinin ona tərbiyəedici və xəbərdaredici təsir göstərməyəcəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 178.2.4-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir.

38. Belə ki, məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

39. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir.

40. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halın olmasını və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür.

41. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 29 iyun 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)-477/2024 nömrəli qərarı ilə barəsində 2 ay müddətə həbs qətimkan tədbiri seçilərək, həbsdə saxlanılma müddətinin əvvəli 29 iyun 2024-cü il tarixdən hesablanmış, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 4(001)-643/2024 nömrəli qərarı ilə həbsdə saxlanılma müddəti 20 gün müddətə, yəni 18 sentyabr 2024-cü il tarixədək uzadılmış və sonuncu həmin tarixdən hazırkı vaxtadək həbsdə olmuşdur.

42. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir.

43. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir.

44. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə hesablanır.

45. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir.

46. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.

47. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir.

48. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti ona təyin olunacaq cəza müddətə daxil edilməli və cəza müddətinin əvvəli 29 iyun 2024-cü il tarixdən hesablanmalıdır.

49. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır.

50. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi bank qəbzləri və məhkəmədə təqdim etdiyi “WhatsApp” yazışmaları, eləcə də səsyazının olduğu 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır.

51. Bununla yanaşı, iş üzrə zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş mülki iddiaya dair qeyd edilməlidir ki, məhkəmə baş vermiş cinayət hadisəsi nəticəsində dəymiş maddi ziyanın təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs tutularaq mülki iddiaçıya ödənilməsini qanuni və əsaslı hesab edir.

52. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs vahid niyyətlə 25.000 manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs alıb ələ keçirərək, etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs 25.000 (iyirmi beş min) manat məbləğində xeyli miqdar təşkil edən maddi ziyan vuraraq dələduzluq etməsi faktı istər cinayət prosesinin işirakçılarının ifadələri ilə, istərsə də cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş sübutlarla tam təsdiq edilmişdir. Ona görə də, məhkəmə, təqdim edilmiş iddia ərizəsini və ona əlavə edilmiş materialı nəzərdən keçirərək zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddianın təmin edilməsi qənaətinə gəlmişdir.

53. CPM-in 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur.

54. CPM-in 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır.

55. CPM-in 181.2, 181.2.1-ci maddələrinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini edə bilər.

56. CPM-in 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır.

57. CPM-in 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir.

58. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs qarşı mülki iddiası təmin edilməli, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində vurulmuş 25.000 (iyirmi beş min) manat maddi ziyan və dövlət rüsumu qismində ödənilmiş 166 (yüz altmış altı) manat pul zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır.

59. Məhkəmə iş üzrə mülki iddiaçı qismində tanınan Zərərçəkmiş şəxs mülki iddiasına münasibətdə qeyd etmək istəyir ki, məhkəmələr mülki iddialara baxarkən cinayət prosesində mülki iddianın verilməsi, sübut olunması və həll edilməsi üzrə məsələləri tənzimləyən CPM-in 179-188-ci, eləcə də 346.1.17, 353.2.9, 353.3.4, 353.4.10, 353.5.3, 353.5.4, 354-cü maddələrinin tələblərinə əməl etməlidir. O cümlədən nəzərə alınmalıdır ki, CPM-in 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar cinayət prosessual qanunda nəzərdə tutulmadıqda mülki prosessual qanunvericliyin normalarının cinayət prosesində tətbiq edilməsinə yol verilir.

60. Cinayət prosesində zərərçəkmiş qismində tanınmış şəxsə cinayət nəticəsində birbaşa vurulmuş ziyanın ödənilməsi məsələsi ilə əlaqədar onu nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsinə əsasən “Cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır”.

61. “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-c il tarixli Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun Qərarında göstərilir ki, məhkəmə hökm çıxararkən verilmiş hər bir mülki iddia üzrə onun təmin edilib-edilməməsi, kimin xeyrinə və hansı hissədə təmin edilməsi məsələlərini həll etməlidir. Bu zaman cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və yaxud əməlin törədilməsi ilə əlaqədar vurulmuş ziyanın xarakteri və təmin edilməli olan tələblər üzrə ödənişlərin məbləği məhkəmə baxışında tədqiq edilmiş sübutlar göstərilməklə onların məcmusu ilə əsaslandırılmalıdır. Bu mövqedən çıxış edərək məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə mülki iddia qaydasında verilmiş olan 25000 manat məbləğində tələb cinayət işi üzrə şahid, zərərçəkmiş və təqsirləndirilən şəxsin məhkəmə istintaqında vermiş olduğu ifadələr, zərərçəkmiş və təqsirləndirilən şəxs arasında olan “WhatsApp” yazışmaları və səs yazıları ilə tam sübuta yetirilir.

62. Həmin qərarının 72-ci bəndində qeyd edilir ki, məhkəmələr verilmiş mülki iddiaların cinayət prosesi çərçivəsində mahiyyəti üzrə həll edilməsinə səy göstərməli, əsassız olaraq mülki iddiaların baxılmamış saxlanılmasına yol verməməlidir. Əgər verilmiş mülki iddia üzrə tələb olunan məbləğ irəli sürülmüş ittihamda göstərilən cinayət nəticəsində vurulmuş ziyanın miqdarına bağlıdırsa, ziyanın miqdarının dəqiqləşdirilməsi üçün əlavə araşdırmaların aparılmasına zərurətin olması, onun ittihamda göstəriləndən daha az miqdarda müəyyən edilməsi mülki iddianın baxılmamış saxlanılması üçün əsas verən hal kimi qiymətləndirilməməlidir.

63. Plenum Qərarının 73-cü bəndində mülki iddianın təmin edilməsi üsullarına diqqət edilərək göstərilir ki, mülki iddianı təmin etmək üçün təqsirləndirilən şəxsin və yaxud onun törətdiyi cinayətə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsin əmlakı üzərinə həbs qoyulmuşsa, məhkəmə hökmün nəticəvi hissəsində təmin olunmuş tələblər üzrə ödənilməli olan pul məbləğınə uyğun olan dəyərdə üzərinə qoyulmuş həbsin saxlanıldığı əmlakı göstərməlidir.

64. Nəzərə almaq lazımdır ki, cinayət-prosessual qanunun 185, 248, 301.2.5, 354.2-ci maddələrinin mənasına görə məhkəməyədək icraatda mülki iddianın təmin edilməsi üzrə tədbirlər görülməmişsə, məhkəmə müvafiq vəsatət əsasında və yaxud öz təşəbbüsü ilə həmin tədbirləri həm hazırlıq iclasında, həm də mülki iddia təmin edildiyi halda məhkəmə baxışının nəticələrinə görə görmək hüququna malikdir. Belə tədbirlərin görülməsi ilə əlaqədar təqsirləndirilən şəxsin və yaxud onun törətdiyi cinayətə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsin əmlakı üzərinə həbs qoyulursa, müvafiq qərar hökmün nəticəvi hissəsində və yaxud hazırlıq iclasının qərarında göstərilməlidir. Məhkəmə hazırki mülki iddianın təmin edilməsi məqsədilə Təqsirləndirilən şəxs mülkiyyətində olan 1998-ci il buraxılışlı “Toyota Tercel” markalı **-OF-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə həbs qoyulmasını məqsədə müvafiq hesab edir.

65. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə cəmi 45 (qırx) saat vaxt sərf etmişdir.

66. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir.

67. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir.

68. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 45 (qırx) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 45 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 270 (iki yüz yetmiş) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir.

69. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir.

70. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir.

71. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 187, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə

hökm etdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli 29 iyun 2024-cü il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs qarşı mülki iddiası təmin edilsin və təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində vurulmuş 25000 (iyirmi beş min) manat maddi ziyan və dövlət rüsumu qismində ödənilmiş 166 (yüz altmış altı) manat pul zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs xeyrinə tutulsun. Mülki iddianın təmin edilməsi məqsədi ilə Təqsirləndirilən şəxs mülkiyyətində olan 1998-ci il buraxılışlı “Toyota Tercel” markalı **-OF-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə həbs qoyulsun. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi bank qəbzləri və “WhatsApp” yazışmaları, eləcə də səsyazının olduğu 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 45 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 270 (iki yüz yetmiş) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Hakim: Aytəkin İbrahimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar