Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-102/2021 14.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1976-cı il tarixdə Salyan rayonunun Xurşud kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, işləməyən, Salyan rayonu Xurşud kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən 16.05.2016-cı il tarixdə dövlət qeydiyyatına alınmaqla (VÖEN **********) ərzaq və qeyri-ərzaq məhsullarının topdan satışı fəaliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs MMC-də 21.02.2019-cu il tarixdən 15.04.2020ci il tarixədək satış təmsilçisi vəzifəsində işləyərkən həmin Cəmiyyətlə arasında bağlanmış 21.02.2019-cu il tarixli əmək və tam maddi-məsuliyyət haqqında müqavilələrə əsasən, ona etibar edilmiş və qulluq mövqeyinə görə öhdəsində olan əmlakı qəbul etmək, satmaq və vaxtında müştəriyə çatdırmaq, satışdan əldə olunmuş məbləği toplayıb xəzinəyə təhvil vermək, maddi sərvətlərin, pul vəsaitlərinin və görüləcək işlərin dəqiq uçotunu aparmaqla hesabat vermək və digər səlahiyyətlərə malik maddi məsul şəxs kimi öz qulluq mövqeyindən istifadə etməklə ona etibar olunmuş özgə əmlakını mənimsəməklə talamaq məqsədilə 21 fevral 2019-cu il tarixdən 14 fevral 2020-ci il tarixədək Cəmiyyətin ünvan 1 ünvanında yerləşən anbarından rəsmi sənədlər, o cümlədən 6 yanvar 2020-ci il tarixli ümumilikdə 4 (dörd) ədəd üzləşdirmə aktı ilə hesabında uçot üzrə ilkin 46.004,01 manat (qırx altı min dörd manat bir qəpik) mal qalığı qalmaqla, eləcə də 08.01.2020-ci il tarixli AKMB-000045, AKMB-000048, 14.01.2020-ci il tarixli AKMB-000126, 18.01.2020-ci il tarixli AKMB-000204, 21.01.2020-ci il tarixli AKMB-000235, 25.01.2020-ci il tarixli AKMB- 000312, 27.01.2020-ci il tarixli AKMB-000342, 03.02.2020-ci il tarixli AKMB-000441, 05.02.2020-ci il tarixli AKMB-000470, 10.02.2020-ci il tarixli AKMB-000555, AKMB-000562 və AKMB-000571 №-li olmaqla, cəmi 12 ədəd qaimə-faktura əsasında maddi məsuliyyətinə götürdüyü – 55.638,64 manat (əlli beş min altı yüz otuz səkkiz manat altmış dörd qəpik) məbləğində olmaqla, ümumilikdə 101.642,65 manat (bir yüz bir min altı yüz qırx iki manat altmış beş qəpik) dəyərində kolbasa və sosis məhsullarını Salyan, Neftçala, Hacıqabul, Şirvan, Kürdəmir, Sabirabad, Saatlı, İmişli, Beyləqan, Horadiz, Biləsuvar, Cəlilabad, Masallı, Astara, Lənkəran rayonları ərazisində yerləşən ayrı-ayrı ticarət obyektlərinə satış məqsədilə təhvil verərək, həmin ərzaq məhsullarının 28.072,79 manat (iyirmi səkkiz min yetmiş iki manat yetmiş doqquz qəpik) dəyərində olan hissəsini tələbata cavab verməyən məhsul kimi Cəmiyyətin anbarına qaytarmaqla, Cəmiyyət tərəfindən 2.178,48 manatlıq (iki min bir yüz yetmiş səkkiz manat qırx səkkiz qəpik) malın dəyəri xidməti məlumatlar (güzəştli satış və s.) əsasında hesabından azaldılmaqla, 27.526,3 manatlıq (iyirmi yeddi min beş yüz iyirmi altı manat otuz qəpik) mal təhvil-təslim aktları ilə Cəmiyyətin digər satış nümayəndələrinə təhvil verilməklə, ərzaq məhsullarının satışından əldə etdiyi cəmi 43.865,08 manat (qırx üç min səkkiz yüz altmış beş manat səkkiz qəpik) məbləğdə pul vəsaitinin həmin müddət ərzində 13.442,13 manatını (on üç min dörd yüz qırx iki manat on üç qəpik) nağd şəkildə Cəmiyyətin kassasına təqdim edib, 18.397,48 manatını (on səkkiz min üç yüz doxsan yeddi manat qırx səkkiz qəpik) cəmiyyətin “xxxx” ASC-nin Nərimanov filialında olan AZ37NABZ01 **********00001944 nömrəli hesabına ödəməsinə baxmayaraq, satışdan əldə etdiyi cəmi 12.025,47 manat (on iki min iyirmi beş manat qırx yeddi qəpik) pul vəsaitini ticarət obyektlərindən təhkim olunduğu Salyan, Neftçala, Hacıqabul, Şirvan, Kürdəmir, Sabirabad, Saatlı, İmişli, Beyləqan, Horadiz, Biləsuvar, Cəlilabad, Masallı, Astara, Lənkəran rayonları ərazisində təhvil aldıqdan sonra Cəmiyyətin ünvan 1 ünvanında yerləşən xəzinəsinə təhvil verməyərək şəxsi ehtiyaclarına xərcləyib, ona etibar olunmuş özgəyə, yəni Zərərçəkmiş şəxs MMC-yə məxsus əmlakı öz qulluq mövqeyindən istifadə edərək vahid niyyətlə xeyli miqdarda ziyan vurub mənimsəməklə qəsdən talamışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 179.2.3 və 179.2.4cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 21.02.2019-cu il tarixdən 2020-ci ilin mart ayının ortalarınadək Zərərçəkmiş şəxs MMCdə satış təmsilçisi vəzifəsində işləmişdir. Satış təmsilçisi kimi ona təhkim olunmuş Salyan, Neftçala, Hacıqabul, Şirvan, Kürdəmir, Sabirabad, Saatlı, İmişli, Beyləqan, Horadiz, Biləsuvar, Cəlilabad, Masallı, Astara, Lənkəran rayonlarında yerləşən satış nöqtələrindən sifarişləri qəbul etmiş və elektron ötürmə vasitəsilə MMC-nin vermiş olduğu qiymət kataloqları əsasında kompüter şöbəsinə bu sifarişləri ötürmüş, kompüter şöbəsi də qəbul etdiyi sifarişləri təsdiqlədikdən sonra anbara ötürmüş, anbardan da sifarişlər əsasında mallar qablaşdırıldıqdan sonra sifariş vermiş satış nöqtələrinə qaimələr yazılmış, qaimələr əsasında malları MMC-nin anbarından qəbul edib aidiyyəti satış nöqtələrinə Cəmiyyətin yük avtomobilləri ilə aparmış, sifariş olunmuş mallar satış nöqtələrində satıldıqdan sonra satış təmsilçisi olaraq satış nöqtələrindən pulları 1 ay ərzində yığaraq Cəmiyyətin hesabına köçürmüşdür. Cəmiyyətdə satış təmsilçisi işlədiyi müddətdə malların satışı nağd və nisyə şəkildə həyata keçirilmiş, yəni müştərilərə malları həm nağd şəkildə onlardan malların pullarını almaqla vermiş, həm də malları verdikdən bir müddət sonra onların həmin mallara görə ödədikləri pulları ödəniş qəbzləri əsasında onlardan götürmüş və aldığı pulları da Cəmiyyətin kassasına ödəmişdir. 14 fevral 2020-ci il tarixdə Zərərçəkmiş şəxs MMC-nin sürücüsü Şahid3 idarə etdiyi ət məhsulları olan kolbasa və sosis malları ilə dolu avtomobilin təkəri partladığı üçün qəza baş vermiş. O, Zərərçəkmiş şəxs MMC-nin sürücüsü Şahid3 idarə etdiyi “İsuzu” markalı **-JA-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük tutumunun 1,5 ton olduğunu, lakin qəza baş verərkən avtomobildə 2,5-3 tona yaxın mal olmuş, buna səbəb geri qaytarılan mallar maşında çox olduğundan və bir aydan artıq müddət ərzində şirkətə həmin malları qaytara bilmədiyi üçün avtomobildə 2,5-3 tona yaxın mal olmuşdur. Həmin malların xeyli hissəsi yola səpələnmiş və malların ən çox səpələndiyi yer maşının aşdığı yerdən dayandığı yerə qədər yolboyu olmuşdur. Hadisə baş verən günü telefonla hadisə yerinin və aşmış maşının video görünütüsünü qeydə alaraq həmin görüntüləri şirkət rəhbərliyinə “WhatsApp” proqramı vasitəsilə göndərmişdir. Sonra yoldan təsadüfən şirkətin “Makfa” qolundan olan sürücü Şahid4 avtomobilinə yolun kənarında olan mallar sürücü Şahid3 iştirakı ilə yüklənmiş, daha sonra onu təcili tibbi yardım tərəfindən yardım edilmişdir. Sonradan Şahid3 ona deməsinə görə mallar Atifin maşınından sürücü Şahid6 avtomobilinə Masallı rayonu ərazisində yüklənərək Bakı şəhərinə anbara gətirilmişdir. O, Zərərçəkmiş şəxs MMC-də satış təmsilçisi kimi 17 mart 2020-ci il tarixə kimi olan dövr üzrə fəaliyyətinin yoxlanılmasına dair tərtib edilmiş 19 mart 2020-ci il tarixli Audit aktı ona təqdim edilərək həmin aktla öhdəsində 06.01.2020-ci il tarixli üzləşmə aktlarına əsasən 2019-cu ilin sonuna onun cəmiyyətin anbarından qəbul edərək ticarət obyektlərinə təhvil verdiyi mallar üzrə qalan 46.004,01 manat qalıq da nəzərə alınmaqla cəmi 101.642,65 manat dəyərində mal verilmiş, həmin mallardan 28.072,79 manat dəyərində olan hissəsi anbara qaytarılmış, 2.178,48 manat dəyərində mallar ticarət obyektlərinə hədiyyə və endirim formasında güzəşt edilmiş, malların satışından əldə edilən 13.442,13 manat pul vəsaiti nağd qaydada cəmiyyətin kassasına təhvil verilmiş, 18.397,48 manat pul vəsaiti iri marketlər tərəfindən cəmiyyətin bank hesabına köçürülmüş, təhviltəslim aktlarına (üzləşdirmə aktları) əsasən ticarət obyektlərində 27.526,30 manat dəyərində mal qalmış və nəticədə 12.025,47 manat pul vəsaiti isə cəmiyyətin xəzinəsinə təqdim edilməmiş və həmin çatışmazlığa görə onu işdən çıxartmışlar. O, həmin çatışmazlığın necə və hansı səbəbdən yarandığını bilmir, çatışmazlıq süni olaraq yaradılmış və rəqəmlər şişirdilmiş ona görə də hesabında yaranmış çatışmazlıq kimi qəbul etməmişdir. O, 24 oktyabr 2019-cu il tarixli balans qalığına dair tərtib edilmiş aktla tanış olmuşdur. Üzləşdirmə aktları audit Şahid2 iştirakı ilə tərtib edilmiş, həmin aktın tərtibində mağaza sahibləri ilə birlikdə özü də iştirak etmişdir. Aktlarda göstərilən məbləğ mağaza sahibləri tərəfindən ona, o da öz növbəsində şirkətə ödəmişdir. O, Zərərçəkmiş şəxs MMC-də 21.02.2019-cu il tarixdən 15.04.2020-ci il tarixədək satış təmsilçisi vəzifəsində işləyərkən həmin Cəmiyyətlə aralarında bağlanmış əmək və tam maddi-məsuliyyət haqqında müqavilələrə əsasən, ona etibar edilmiş və qulluq mövqeyinə görə öhdəsində olan əmlakı qəbul etmək, satmaq və vaxtında müştəriyə çatdırmaq, satışdan əldə olunmuş məbləği toplayıb xəzinəyə təhvil vermək, maddi sərvətlərin, pul vəsaitlərinin və görüləcək işlərin dəqiq uçotunu aparmaqla hesabat vermək və digər səlahiyyətlərə malik maddi məsul şəxs olmuşdur. Baş vermiş avtomobil qəzası zamanı yük avtomobilindən yola səpələnmiş və həmin mallar orada olan insanların köməkliyi ilə yolun kənarına səliqəli şəkildə yığılmışdır. O, baş vermiş qəzadan sonra evində xəstə yatarkən 06 mart 2020-ci il tarixdə şirkətə çağırılmağı barədə ona teleqram gəlmiş, 2 saat sonra şirkətin hüquqşünası və audit şöbəsinin rəhbəri Şahid1 Salyana gələrək ondan iltizam almış və malların sürücülər və anbardar tərəfindən mənimsənildiyini və onlardan şübhələndiklərini bildirmişlər. O, 11-12 mart 2020-ci il tarixdə şirkətdə olmuş, şirkət rəhbərliyi ilə görüşməyi tələb etmiş və onunla heç kim görüşmədiyindən oranı tərk etmişdir. O, istintaq materiallarına əlavə edilmiş videogörüntülər tərəfindən hadisədən 40-45 dəqiqə sonra yola səpələnmiş malları yolun kənarına səliqəli şəkildə yığdıqdan sonra qeydə alınmışdır. Bundan sonra o, özünü pis hiss etdiyi üçün yolun kənarına yığılmış karobkaların (taraların) yanında uzanmışdır. Ola bilsin ki, məhz bu səbəbdən diqqətindən yayındığına görə yolun qırağına yığılmış mallar oğurlanmışdır. O, işlədiyi müddət ərzində hər-hansı bir məbləğdə pulu mənimsəməmişdir. Bunu hadisədən əvvəl keçirilmiş audit yoxlamalarıda təsdiq edir. Ola bilsin ki, çatışmamazlığa səbəb baş vermiş hadisə nəticəsində malların yola səpələnməsi və orada olan kənar şəxslər tərəfindən oğurlanması olmuşdur. Qeyd olunanların nəzərə alınaraq ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Zərərçəkmiş şəxs MMC-də maliyyə təftiş şöbəsinin müdiri vəzifəsində işləyən Şahid1 ifadəsində göstərmişdir ki, audit şöbəsinin rəisi kimi vəzifəsi təftişçilərin ticarət nümayəndələrinin balansını yoxlatdırmaq, ödənişlərə nəzarət etmək, mənimsəmə faktlarını aşkar etmək və şirkət rəhbərliyinin işə dair digər göstərişlərini icra etməkdən ibarətdir. Zərərçəkmiş şəxs MMC-nin ət və ət məhsulları şöbəsi kolbasa və sosis məmulatlarının satışını həyata keçirir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-nin satış təmsilçisi vəzifəsində işlədiyi müddətdə tanımış, onunla hər hansı bir ədavəti, düşmənçiliyi və qohumluq münasibətləri olmamışdır. Təqsirləndirilən şəxs 21 fevral 2019-cu il tarixdə Zərərçəkmiş şəxs MMC-də satış təmsilçisi vəzifəsinə qəbul edilərək şirkətlə arasında əmək və tam maddi məsuliyyət haqqında müqavilələr rəsmiləşdirilmişdir. Təqsirləndirilən şəxs Salyan, Neftçala, Hacıqabul, Şirvan, Kürdəmir, Sabirabad, Saatlı, İmişli, Beyləqan, Horadiz, Biləsuvar, Cəlilabad, Masallı, Astara və Lənkəran şəhəri ərazisində satış nöqtələri olan mağaza və super marketlərə lazım olan məhsulları satış nümayəndəsi bildiyindən şirkətin ticarət nümayəndəsinə verdiyi post terminal elektron ötürmə vasitəsilə Cəmiyyətin kompüter şöbəsinə ümumi sifarişləri ötürmüş, kompüter şöbəsi mümkün olanları təsdiqləyib anbara ötürmüş, anbardan da qəbul olunmuş sifarişlərə əsasən mallar qablaşdırılmış və sifariş verdiyi mallar qablaşdırıldıqdan sonra qaimələr yazılmış, qaimələr əsasında malları şirkətin satış təmsilçisi Təqsirləndirilən şəxs qəbul edib təhkim olunduğu ərazidə aidiyyəti satış nöqtələrinə satmışdır. Sifariş olunmuş mallar satış nöqtələrində satıldıqdan sonra satış təmsilçisi satış nöqtələrindən pulları alaraq MMC-nin bank hesabına və ya əlbəəl ödəmişdir. Təqsirləndirilən şəxs satış təmsilçisi işlədiyi müddətdə malların satışı əsasən nisyə və bəzən nağd şəkildə həyata keçirmiş, nisyə şəkildə satış müştərilərə malları verdikdən bir müddət sonra onların həmin mallara görə ödədikləri pulları ödəniş qəbzləri əsasında onlardan satış təmsilşisi qəbul etmiş və aldığı pulları cəmiyyətin xəzinəsinə ödəmişdir. 14.02.2020-ci il tarixdə sürücü Şahid3 və yanında ticarət nümayəndəsi Təqsirləndirilən şəxs olmaqla şirkətə məxsus **-JA-*** dövlət qeydiyyat nişanlı avtomobil yüklə dolu Lənkəran rayonu ərazisində hərəkətdə olarkən qəzaya düşmüş, qəza nəticəsində yük avtomobili aşmış, lakin avtomobilin yük yerinin qapısı bağlı olmaqla taralar avtomobilin yük yerində bir-birinin üstünə dağılmış, yüklər əvvəlcə yolun kənarına səliqəli şəkildə yığılmış, daha sonra yüklər şirkətin başqa yük avtomobillərinə yığılaraq şirkətin anbarına komissiya təşkil edilməklə təhvil verilmiş və nəticədə bir tona yaxın mal çatışmazlığı aşkar edilmişdir. Həmin çatışmayan məhsulun dəyəri 10.566.27 manat olmuşdur. Bundan əlavə, Təqsirləndirilən şəxs xidməti ərazilərində maliyyə təftiş yoxlamaları aparılmış və 1.459.20 manatlıq çatışmazlıq aşkar edilməklə Təqsirləndirilən şəxs ümumilikdə 12.025,47 (on iki min iyirmi beş manat qırx yeddi qəpik) manat çatışmazlığı yaranmışdır. Bununla əlaqədar olaraq 12.03.2020-ci il tarixdə Təqsirləndirilən şəxs şirkətə dəvət edilmiş və çatışmazlığın olmasını maliyyə hesabatı cədvəlində öz imzası ilə təsdiq etmiş, sonradan bu çatışmazlığın araşdırılması və ödənilməsi ilə əlaqədar olaraq şirkətə dəfələrlə dəvət edilməsi məqsədilə yaşadığı ünvana teleqramlar vurulmuş, lakin Təqsirləndirilən şəxs maddi məsul şəxs olmasına, baxmayaraq müxtəlif əsassız bəhanələr gətirərək şirkətə gəlməmişdir. İlk növbədə Təqsirləndirilən şəxs maşın qalığında çəki ilə 743.2 kq (məbləğlə 10.566.27 manat) çatışmazlıq yaranmış, əskikliyin yaranma səbəbini ticarət nümayəndəsi Təqsirləndirilən şəxs maşın aşan zaman özündə olmaması səbəbindən malların oğurlandığını bildirsə də bu daha çox bəhanəyə bənzəyir, çünki qəzaya uğramış avtomobilin qanuni yük tutumu 1,3 ton olmaqla ümumilikdə yük tutumu 1.5-2 tondan artıq ola bilməz. Belə ki, avtoqəza zamanı isə göründüyü kimi 743.2 kq məhsul oğurlana bilməzdi, əgər Təqsirləndirilən şəxs belə bir şübhələri var idisə malın digər maşına və anbara təhvil verilməsini özü tələb edib, iştirak etməli və yaxud oğurluq halının olduğunu görüb hadisə yerinə şirkət nümayəndələrinin gəlməsini tələb etməliydi. Lakin Təqsirləndirilən şəxs baş vermiş qəzadan istifadə edərək çatışmazlığı ört-basdır etmək məqsədilə bunlara maraq göstərməmiş və çatışmazlığın araşdırılması üçün şirkətə dəfələrlə rəsmi və şifahi çağırılsa da gəlməkdən imtina etmişdir. Ümumiyyətlə, maşın qalığında malın əskik gəlməsi o zaman yarana bilər ki, ya mal oğurlana bilər, ya da satış təmsilçisi tərəfindən mal onların bildiyi və ya bilmədiyi satış nöqtələrinə nağd satılıb pulu mənimsənilə bilər. Bundan başqa, 14.02.2020-ci il tarixinə şirkətin elektron sitemində ticarət nümayəndəsi Təqsirləndirilən şəxs mal qalığı 2650.96 kq olmuşdur. Təqsirləndirilən şəxs və sürücü Şahid3 şirkət tərəfindən aparılmış araşdırma zamanı ilkin öz izahatlarında hadisə baş verən zaman maşında təqribi olaraq 2.5-3 ton, hətta 4 ton məhsul olduğunu bildirmələrinə baxmayaraq, mərkəzi anbara 1.750.31 kq məhsul gəlib çatmışdır ki, bu da daxili maliyyə təftiş komissiyanın iştirakı ilə anbara təhvil verilmiş və video görüntülər istintaqa təqdim edilmişdir. Təqsirləndirilən şəxs maşın aşan zaman özündə olmadığını bildirsə də özünün “WhatsApp” proqramı vasitəsilə göndərdiyi video görüntülərdə rahat şəkildə hadisəni çəkərək hadisənin necə baş verdiyini izah etməklə 200 metrə yaxın məsafəni rahat şəkildə danışa-danışa yolu qət etmişdir. Təqsirləndirilən şəxs “WhatsApp”dan göndərdiyi görüntülərdə yola hər hansı bir məhsulların səpələnməsi görünmür və yol kənarına məhsulların səliqəli şəkildə yığılması ondan xəbər verir ki, qeyd olunan mallar maddi məsul şəxs Təqsirləndirilən şəxs sərəncamında və nəzarətində olmuşdur. Həmin yol kənarına yığılmış məhsullar təqribi olaraq faktiki anbara təhvil verilən miqdar qədər görünür. Bu o deməkdir ki, maşında 2.5-3 ton mal olmamışdır. Həmin yüklər əvvəlcə sürücü Şahid4 daha sonra isə şirkətin digər sürücüsü Şahid6 idarə etdiyi yük avtomobilinə Şahid3 iştirakı ilə yüklənərək şirkət rəhbərliyinin göstərişinə əsasən yük avtomobilinin qapısına plomb əvəzi asma qıfılı sürücü Şahid3 tərəfindən keçirilərək açarı özü ilə götürmüş və mallar şirkətin Bakı şəhərində yerləşən mərkəzi anbarına 15 fevral 2020-ci il tarixdə gətirilmişdir. Həmin qıfıl Bakı şəhərində şirkətin həyətində sındırılaraq yük avtomobili anbarın qarşısına sürülmüş və Elşad Məmməhüseynovun, anbardar Şahid11, baş anbardar Şahid10, anbardar Şahid12, Səfər Məmmədov və digər fəhlələrin köməkliyi və iştirakları ilə anbara daşınaraq yığılmışdır. Həmin malların çeşidlənməsi və sayımını maddi məsul şəxs Təqsirləndirilən şəxs iştirakı ilə həyata keçirilməsindən ötrü ona şirkət rəhbərliyi tərəfindən dəfələrlə xəbərdarlıq edilərək 5 gün gəlişinin gözlənilməsinə baxmayaraq, Təqsirləndirilən şəxs gəlməkdən imtina etmiş və məhsulların tez xarab olan və istehlak müddəti qısa vaxt ərzində olduğu səbəbindən onun rəhbərliyi və bir neçə işçinin iştirakı olmaqla təşkil edilmiş komissiya üzvləri ilə mallar çeşidlənərək tərəzidə çəkilib anbara təhvil verilmiş və nəticədə 743,2 kq mal çatışmazlığı aşkar edilmişdir. Həmin əskik gələn məhsulların 90%-i daha sürətli satıla bilən məhsullar olmaqla həmin məhsullardan “Çar.Doktorskaya QOST” bişmiş, çəkili məhsulu 114 kq, “Çar.Russkaya QOST” bişmiş, çəkili məhsulu 95 kq, “Çar.Servelat Russkiy” bişmiş h/v çəkili məhsulu 67 kq, “Çar.Nejnaya bişmiş” çəkili məhsulu 72 kq və “Çar.Qubernskaya” bişmiş çəkili məhsulu 60 kq əskik gəlmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs xidməti ərazilərində mağazaların təhvil-təslimi aparılan zaman bir neçə çatışmazlıq faktı da aşkarlanmış, belə ki, 09.01.2020-ci il tarixdə Horadizdə yerləşən mağazada Pərviz adlı müştəriyə əlyazma qaimə ilə məhsul satmış, pulunu almış və sistemə vurmamış, habelə Lənkəran şəhərində yerləşən “Çinar” mağazasına əlyazma qaiməsi ilə dəfələrlə məhsul satmış, lakin sistemə fərqli rəqəmlərdə satış və iadə vuraraq borcu sıfır saxlamış, halbuki qaimələrdən görünür ki, mallar nağd satılmışdır. Bundan əlavə, Təqsirləndirilən şəxs Salyan rayonunun Yenikənd qəsəbəsində yerləşən “İdeal” mağazasına 16.12.2019-cu il tarixdə sistemdən kənar mal satmış 589.60 manat nağd şəkildə pul götürmüş, Salyan rayonunun Yenikənd qəsəbəsində yerləşən “Elegant” mağazasına 15.12.2019-cu il tarixdə sistemdən kənar mal satmış 97.2 manat nağd şəkildə pul götürmüşdür. Bununla da ticarət nümayəndəsi Təqsirləndirilən şəxs əvvəlcədən planlaşdıraraq sistemə vurmayacağı, yəni mənimsəyəcəyi məhsulları satan zaman qaimələrdə şirkətə məxsus 055 ***-**-** telefon nömrəsini yox, məhz öz şəxsi mobil nömrəsi olan 055 ***-**-** nömrəsini qeyd etmişdir. Bu kimi hallar onu göstərir ki, Təqsirləndirilən şəxs məhsulları sataraq mənimsəmiş və mal qalığı əskik gəlmişdir. O, həmçinin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs isti satış üzrə satışlar etmiş, belə ki, isti satış dedikdə ticarət nümayəndəsi mərkəzi anbardan öz adına məhsullar götürərək xidməti ərazilərində satış nöqtələrinə kolbasa və sosis məhsullarını sataraq, pulunu gətirib şirkətin kassasına ödəyir və bəlli müştərilərdə borc kimi saxlaya bilir. Bunlar hər biri ticarət nümayəndəsinin öhdəliyi sayılır və sistem üzərindən nəzarətdə saxlanılır. Yəni, ticarət nümayəndəsinin qalıq ümumi borcu ya mal şəklində maşınında, ya da borc şəklində mağazalarda olmalıdır. Həmin mağazalarda 1.459.2 manat çatışmayan məbləğin açıqlaması belə olmuşdur ki, Salyan rayonunda yerləşən “Kral” marketdə 831.5 manat əskiklik olmuş, Təqsirləndirilən şəxs öz imzası ilə məsuliyyətin üzərində olmasını təsdiq etmişdir. Salyan rayonunda yerləşən “Əhliman” marketdə 207.7 manat əskiklik olmaqla Təqsirləndirilən şəxs həmin məbləği avans kimi götürdüyünü təsdiq etmişdir. Salyan rayonunda yerləşən “Ay işığı” marketdə 300 manat və “Yeni” marketdə 100 manat əskiklik olmaqla müştərinin borcu azaldılması məqsədilə 20.02.2020-ci il tarixdə pul vurulsa da mərkəzi kassaya ödənilməmişdir. Salyan rayonu Yenikənd kəndində yerləşən “İdeal” marketdə 40 manat əskiklik olmaqla 21.10.2019-cu il tarixdə mağaza administratoru 40 manat əlavə ödəniş etmiş, lakin Təqsirləndirilən şəxs bunu sistemə işləməmiş və Salyanda yerləşən “Mini” marketdə 20 manat artıq ödəniş olmuşdur. Bütün bunlar onu deməyə əsas vermişdir ki, Təqsirləndirilən şəxs maddi məsul şəxs olmaqla hesabında yaranmış 12.025,47 manat pulu mənimsəmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Zərərçəkmiş şəxs MMC-də maliyyə təftiş şöbəsinin təftişçisi vəzifəsində işləyən Şahid2 ifadəsində göstərmişdir ki, təftiş kimi əsas vəzifəsi ticarət nümayəndəsinin balansını yoxlamaqdan, ödənişlərə nəzarət etməkdən, yeyintiləri aşkar etməkdən ibarətdir. O, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-nin satış təmsilçisi vəzifəsində işlədiyi müddətdə tanımış, onunla hər hansı bir ədavəti, düşmənçiliyi və qohumluq münasibətləri olmamışdır. Təqsirləndirilən şəxs 21.02.2019-cu il tarixdən 2020-ci ilin mart ayının ortalarınadək faktiki olaraq Zərərçəkmiş şəxs MMC-də satış təmsilçisi vəzifəsində işləmiş, satış təmsilçisi kimi ona təhkim olunmuş Salyan, Neftçala, Hacıqabul, Şirvan, Kürdəmir, Sabirabad, Saatlı, İmişli, Beyləqan, Horadiz, Biləsuvar, Cəlilabad, Masallı, Astara və Lənkəran rayonlarında yerləşən satış nöqtələrindən sifarişləri qəbul etmiş və elektron ötürmə vasitəsilə MMC-nin vermiş olduğu qiymət kataloqları əsasında kompüter şöbəsinə bu sifarişləri ötürmüş, kompüter şöbəsi də qəbul etdiyi sifarişləri təsdiqlədikdən sonra anbara ötürmüş, anbardan da sifarişlər əsasında mallar qablaşdırıldıqdan sonra sifariş vermiş satış nöqtələrinə qaimələr yazılmış, qaimələr əsasında malları MMC-nin anbarından qəbul edib aidiyyəti satış nöqtələrinə Cəmiyyətin yük avtomobilləri ilə aparmış, sifariş olunmuş mallar satış nöqtələrində satıldıqdan sonra satış təmsilçisi olaraq satış nöqtələrindən pulları alaraq MMC-nin bank hesabına və ya əlbəəl ödəmiş, nağd ödəmə zamanı kassa qəbzi tərtib edilmişdir. Satış təmsilçisi işlədiyi müddətdə malların satışı əsasən nisyə və bəzən nağd şəkildə həyata keçirilmişdir. Nisyə şəkildə satış müştərilərə malları verdikdən bir müddət sonra onların həmin mallara görə ödədikləri pulları ödəniş qəbzləri əsasında onlardan satış təmsilçisi qəbul etmiş və aldığı pulları cəmiyyətin xəzinəsinə ödəmişdir. 14.02.2020-ci il tarixdə Cəmiyyətin sürücüsü Şahid3 və yanında ticarət nümayəndəsi Təqsirləndirilən şəxs şirkətə məxsus **-JA-*** dövlət qeydiyyat nişanlı avtomobil yüklə dolu halda Lənkəran rayonu ərazisində hərəkətdə olarkən maşının arxa təkərinin qəflətən partlaması nəticəsində avtomobil qəzaya düşmüş, qəza nəticəsində yük avtomobili aşmış, avtomobilin yük yerinin qapısı açılmayaraq yük yerində olan taralar əvvəlcə yolun kənarına səliqəli şəkildə yığılmış, daha sonra yüklər şirkətin başqa yük avtomobillərinə yığılaraq şirkətin anbarına komissiya təşkil edilməklə təhvil verilmiş və nəticədə mal çatışmazlığı aşkar edilmişdir. Həmin çatışmayan məhsulun dəyəri 10.566.27 manat olmuş, Təqsirləndirilən şəxs xidməti ərazilərində maliyyə təftiş yoxlamaları tərəfindən aparılmış və 1.459.20 manatlıq çatışmazlıq faktı aşkar edilmişdir. Təqsirləndirilən şəxs Əlhüseyn oğlunun ümumilikdə 12.025,47 (on iki min iyirmi beş manat qırx yeddi qəpik) manat çatışmazlıq faktı aşkar edlmişdir. Bununla əlaqədar olaraq 12.03.2020-ci il tarixdə Təqsirləndirilən şəxs şirkətə dəvət edilmiş və çatışmazlığın olmasını maliyyə hesabatı cədvəlində öz imzası ilə təsdiq etmişdir. Sonradan bu çatışmazlığın araşdırılması və ödənilməsi ilə əlaqədar olaraq Təqsirləndirilən şəxs şirkətə dəvət edilsə də müxtəlif bəhanələr gətirərək şirkətə gəlməmişdir. Təqsirləndirilən şəxs isti satış üzrə satışlar etmiş, belə ki, isti satış dedikdə ticarət nümayəndəsi mərkəzi anbardan öz adına məhsullar götürərək xidməti ərazilərində satış nöqtələrinə kolbasa və sosis məhsullarını sataraq, pulunu gətirib şirkətin kassasına ödəyir və bəlli müştərilərdə borc kimi saxlaya bilir. Bunlar hər biri ticarət nümayəndəsinin öhdəliyi sayılır və sistem üzərindən nəzarətdə saxlanılır. Yəni, ticarət nümayəndəsinin qalıq ümumi borcu ya mal şəkilində maşınında, ya da borc şəkilində mağazalarda olmalıdır. Həmin mağazalarda 1.459.20 manat çatışmayan məbləğin açıqlaması belədir ki, Salyan rayonunda yerləşən “Kral market”də 831.5 manat əskiklik olmuş, əskikliyin yaranma səbəbi mağazanın bağlanması olsa da Təqsirləndirilən şəxs öz imzası ilə məsuliyyətin üzərində olmasını təsdiq etmiş, yəni həmin pulu mağaza sahibindən alaraq şəxsi məqsədlərinə xərcləmişdir. Salyan rayonunda yerləşən “Əhliman market”də 207.7 manat əskiklik olmaqla Təqsirləndirilən şəxs həmin məbləği avans kimi götürdüyünü təsdiq etmiş, Salyan rayonunda yerləşən “Ay işığı market”də 300 manat və “Yeni market”də 100 manat əskiklik olmaqla müştərinin borcu azaldılması məqsədi ilə 20.02.2020-ci il tarixdə pul vurulsa da mərkəzi kassaya ödənilməmişdir. Salyan rayonu Yenikənd kəndində yerləşən “İdeal market”də 40 manat əskiklik olmaqla 21.10.2019-cu il tarixdə mağaza administratoru 40 manat əlavə ödəniş etmiş, lakin Təqsirləndirilən şəxs bunu sistemə işləməmiş və Salyanda yerləşən “Mini market”də 20 manat artıq ödəniş olmuşdur. Təqsirləndirilən şəxs maşın qalığında çəki ilə 743.2 kq məbləğlə 10.566.27 manat çatışmazlıq yaranmış, əskikliyin yaranma səbəbini satış təmsilçisi Təqsirləndirilən şəxs maşın aşan zaman özündə olmaması səbəbindən oğurlandığını bildirmiş, lakin bu özünü müdafiə etməkdən başqa bir yol deyildir. Təqsirləndirilən şəxs ilkin araşdırma zamanı izahatında maşın aşan zaman özündə olmadığını desə də özünün “WhatsApp” proqramı vasitəsilə göndərdiyi video görüntülərdə rahat şəkildə hadisəni çəkərək hadisənin necə baş verdiyini və 200 metrə yaxın məsafəni rahat şəkildə danışa-danışa yeridiyi görünür. Təqsirləndirilən şəxs “WhatsApp”-dan göndərdiyi görüntülərdə yola hər hansı bir məhsulların səpələnməsi görünmür və yol kənarına yığılmış məhsullar təqribi olaraq faktiki anbara təhvil verilən miqdar qədər olmuşdur. Həmin əskik gələn məhsulların 90%-i daha sürətli satıla bilən məhsullar olmaqla bu faktdan başqa Təqsirləndirilən şəxs xidməti ərazilərində mağazaların təhvil-təslimi aparılarkən bir neçə neqativ hallar da aşkarlanmışdır. Belə ki, 09.01.2020-ci il tarixdə Horadizdə yerləşən Pərviz adlı müştəriyə əlyazma qaimə ilə məhsul satmış, pulunu almış və sistemə vurmamış, Lənkəran şəhərində yerləşən “Çinar” mağazasına əlyazma qaiməsi ilə dəfələrlə məhsul satmış, lakin sistemə fərqli rəqəmlərdə satış və iadə vuraraq borcu sıfır saxlamış, halbuki qaimələrdən görünür ki, mallar nağd satılmışdır. Bundan əlavə, Təqsirləndirilən şəxs Salyan rayonunun Yenikənd qəsəbəsində yerləşən “İdeal” mağazasına 16.12.2019-cu il tarixdə mağazaya sistemdən kənar mal satmış 589.60 manat nağd şəkildə pul götürmüş, Salyan rayonunun Yenikənd qəsəbəsində yerləşən “Elegant” mağazasına 15.12.2019-cu il tarixdə mağazaya sistemdən kənar mal satmış 97.2 manat nağd şəkildə pul götürmüşdür. Bu kimi hallar onu göstərir ki, Təqsirləndirilən şəxs hesabında 12.025,47 manat məbləğində malları ayrı-ayrı sistemdən kənar mağazalara satıb pullarını yığaraq cəmiyyətin kassasına mədaxil etməyib şəxsi məqsədlərinə xərclədiyi müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Zərərçəkmiş şəxs MMC-də sürücü vəzifəsində işləyən Şahid3 ifadəsində göstərmişdir ki, ona şirkət tərəfindən “İsuzu” markalı **-JA-*** dövlət qeydiyyat nişanlı 1,3 tondan az olan yük avtomobili təhkim olunmuşdur. O, Təqsirləndirilən şəxs Salyan rayon sakini kimi çoxdan tanımış, onunla ədavəti, düşmənçiliyi və qohumluq münasibətləri yoxdur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-də satış təmsilçisi vəzifəsində işləməklə isti satış şöbəsində Rusiya Federasiyası istehsalı olan ət və ət məhsulları olan kolbasa və sosis məmulatlarını Salyan, Neftçala, Hacıqabul, Şirvan, Kürdəmir, Sabirabad, Saatlı, İmişli, Beyləqan, Horadiz, Biləsuvar, Cəlilabad, Masallı, Astara və Lənkəran rayonlarında yerləşən satış nöqtələrində satışını həyata keçirtmişdir. Sifariş olunmuş mallar satış nöqtələrində satıldıqdan sonra satış təmsilçisi satış nöqtələrindən pulları alaraq MMC-nin bank hesabına və ya əlbəəl ödəyirdi. Nağd ödəmə zamanı kassa qəbzi tərtib edilirdi. Satış təmsilçisi işlədiyi müddətdə malların satışı əsasən nağd və bəzən nisyə şəkildə həyata keçirilirdi. Nisyə şəkildə satış müştərilərə malları verdikdən bir müddət sonra onların həmin mallara görə ödədikləri pulları ödəniş qəbzləri əsasında onlardan satış təmsilçisi qəbul etmiş və aldığı pulları cəmiyyətin xəzinəsinə ödəmişdir. O, malın alışı və satışı ilə heç vaxt məşğul olmamış, ona görə də malların necə və hansı qaydada neçəyə satıldığını bilməmişdir. 2020-ci ilin fevral ayında Lənkəran rayonu ərazisində idarə etdiyi malla dolu avtomobilin arxa təkəri partladığı üçün qəza baş vermiş və avtomobil yanı üstə aşmışdır. Hadisə baş verən yerə şirkətə məxsus digər avtomobil gəlmiş və onun yük avtomobilində olan yolun kənarına səliqəli şəkildə yığılmış mallar Şahid4 idarə etdiyi yük avtomobilinə yığılmışdır. Atifin avtomobilində mağaza və dükanlara aidiyyəti üzrə paylanmalı mallar qaldığından Masallı rayonu ərazisində Şahid4 yük avtomobilində olan mallar şirkətin digər sürücüsü Şahid6 idarə etdiyi avtomobilə yüklənmişdir. Yüklər hər iki avtomobilə yüklənən zaman orada iştirak etmiş və Şahid6 idarə etdiyi avtomobilə mallar yükləndikdən sonra maşının yük yerinin qapısını təsərrüfat mağazasından aldığı asma qıfılla plomb əvəzi bağlayıb açarını özü ilə götürmüş və maşın yola düşmüşdür. Həmçinin verilmiş suallara cavab olaraq bildirmişdir ki, həmin zaman avtomobildə təxminən 3 ton yük olmuş, hadisə baş verdikdən sonra mallar səliqəli şəkildə yolun qırağına yığılmış və həmin zaman malların oğurlanması halını görməmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Zərərçəkmiş şəxs MMC-də sürücü vəzifəsində işləyən Şahid4 ifadəsində göstərmişdir ki, ona şirkət tərəfindən “Hunday” markalı **-JN-*** dövlət qeydiyyat nişanlı 3,5 tondan az olan yük avtomobili təhkim olunmuşdur. O, Təqsirləndirilən şəxs tanıyır, onunla ədavəti, düşmənçiliyi və qohumluq münasibətləri yoxdur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-də satış təmsilçisi vəzifəsində işləməklə isti satış şöbəsində Rusiya Federasiyası istehsalı olan ət və ət məhsulları olan kolbasa və sosis məmulatlarının satışını həyata keçirtmişdir. 14 fevral 2020-ci il tarixdə saat 12 radələrində şirkətin çatdırıcısı Şahid5lə birlikdə Lənkəran rayonunda bir neçə dükanlara çatdırılmalı məhsulları maşında qaldığından Lənkəran rayonu istiqamətində hərəkətdə olarkən Təqsirləndirilən şəxslə birlikdə işləyən Şahid3 idarə etdiyi **-JA-*** dövlət qeydiyyat nişanlı avtomobili aşmış vəziyyətdə görüb maşını saxlamış, Rasillə hadisə yerinə çatdıqda mallar səliqəli şəkildə yolun kənarına yığılmışdı və Nofəl özü də həmin karobkaların yanında dayanıb nəzarət etməklə bütün malların bir kənara yığılması onun sərəncamında və nəzarətində olmuşdur. Təqsirləndirilən şəxs hadisə yerində video çəkiliş apararaq avtomobilin aşmağa başladığı yerdən maşının dayandığı yerə qədər olan məsafəni, hətta tormoz yolunu da video görünütü ilə qeydə almışdır. Həmin görüntülərdən də görünür ki, maşın yan üstə aşdığından mallar avtomobilin yük yerində kağız karton taralarda olduğundan maşının yük yerində dağınıqlı olmasına baxmayaraq, yola səpələnməmiş, pərakəndəlik olmamış, əksinə avtomobilin yük yerində olan mallar yolun kənarına səliqəli şəkildə yığılmışdı. Hadisə yerində polis əməkdaşları və yoldan keçən sərnişinlər də saxlayıb kömək etmək arzularının olduğunu bildirmişlər. Təcili və təxirəsalınmaz tibbi yardım avtomobili də kimsə çağırdığından gəlmişdi, həmin avtomobil körpünün üstündə dayandığından Təqsirləndirilən şəxs körpünün hündür beton pilləkənlərini özü tək sərbəst şəkildə qalxmışdı, bu da onun halının üstündə olduğunu və avtoqəza vaxtı heç bir xəsarət almamışdı. Onun idarə etdiyi avtomobilin yük yerində qismən mal olmasına, lakin yük yerinin əsas hissəsi boş olduğundan Zərərçəkmiş şəxs şirkət rəhbərliyinin göstərişinə əsasən həmin qəzalı avtomobildən çıxarılaraq yolun kənarına səliqəli yığılmış məhsullar onun, Rasilin, Şahid3 və iki nəfər polis əməkdaşının köməkliyi ilə idarə etdiyi avtomobilin yük yerinə yığılmış və maşının qapısı plomblanmışdır. 14 fevral 2020-ci il tarixdə Logistika şöbəsinin rəisi Kənan müəllim bildirmişdir ki, şirkətin sürücüsü Şahid6 idarə etdiyi yük avtomobili tamamilə boşalmış və mallar onun maşınından Gündüzün idarə etdiyi yük maşınına yüklənib Bakı şəhərinə yola düşməlidir. Şahid3 zəng olunaraq yük boşaldılmasında iştirakının vacib olduğunu və gəlməsini bildirmiş və həmin günün ikinci yarısı rəhbərliyin göstərişinə əsasən Masallı şəhəri “Azpetrol” yanacaq doldurma məntəqəsinin yaxınlığında onun idarə etdiyi avtomobilin yük yerinə yığılmış mallar Şahid3 iştirakı ilə açılaraq Cəmiyyətin digər sürücüsü Şahid6 idarə etdiyi avtomobilin yük yerinə kolbasa və sosis məmulatlarının yüklənməsi olmuşdur. Malların qablaşdırıldığı taraların əksəriyyəti salamat olmuş, bir neçəsi cüzi bir hissəsi 5-6 ədəd tara karobka cırılmışdı. Həmin yükləmədə o, Gündüz, Rasil, sürücü Şahid3 və Elşənin özü ilə gətirdiyi 2 nəfər fəhlə iştirak etmişdir. Cəmiyyət rəhbərliyinin göstərişinə əsasən avtomobilin yük yerindəki mallar Bakıdakı anbara çatdırılanadək avtomobilin qapısı plomblanmalı oçmuş, lakin həmin vaxt plomb olmadığı üçün maşının qapısı sürücü Şahid3 tərəfindən təsərrüfat mağazasından alınan qıfılla bağlanaraq qıfılın açarını Elşən özü ilə götürmüş və maşın Bakı şəhərinə yola düşmüşdür. Bundan sonra Rasillə işinə davam edərək Lənkəran şəhərində yarımçıq qalan dükanlara malları çatdırmış və başqa heç nədən məlumatı olmamışdır. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, 14.02.2020-ci il tarixdə Rasillə hadisə baş verən yerə gəldikdən sonra malların səliqəli şəkildə yolun kənarına yığılıb Təqsirləndirilən şəxs nəzarəti altında olduğunu görmüşdür. Şahid3 idarə etdiyi avtomobilin yük tutumu 1,3 ton olmaqla həmin avtomobilə 2,5-3 ton malın yüklənməsi qeyri mümkündür. O, ticarət nümayəndəsi Təqsirləndirilən şəxs 14 fevral 2020-ci il tarixdə hadisə baş verən gün özünü pis hiss etdiyi üçün karobkaların yanında uzanmış vəziyyətdə görməmiş, əksinə Təqsirləndirilən şəxs hadisədən sonra onların hadisə yerinə gələnədək hadisə yerində video çəkiliş apararaq avtomobilin tormoz yolunu, aşmağa başladığı yerdən maşının dayandığı yerə qədər olan məsafəni video görünütü ilə qeydə almışdır. Həmin görüntülərdən də açıq-aydın görünür ki, mallar yolun heç bir tərəfinə səpələnməmiş, əksinə mallar səliqəli şəkildə Təqsirləndirilən şəxs sərəncam və nəzarəti altında yolun kənarına yığılmışdır. Hadisə yerində malların kinsə tərəfindən oğurlanmasının şahidi olmamış, həmin zaman hadisə yerində polis əməkdaşları təxminən 3-5 avtomobilin sürücüsü olmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Zərərçəkmiş şəxs MMC-də çatdırıcı vəzifəsində işləyən Şahid5, məhkəmə baxışı zamanı dindirilmiş digər Şahid4 ilə oxşar məzmunda ifadə verərək, sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Zərərçəkmiş şəxs MMC-də sürücü vəzifəsində işləyən Şahid6 ifadəsində göstərmişdir ki, ona şirkət tərəfindən “İsuzu” markalı **-JN-*** dövlət qeydiyyat nişanlı 3,5 tondan az olan yük avtomobili təhkim olunmuşdur. O, Təqsirləndirilən şəxs, Şahid3 və sürücü Şahid4 tanıyır, onlarla ədavəti, düşmənçiliyi və qohumluq münasibətləri yoxdur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-də satış təmsilçisi vəzifəsində işləməklə isti satış şöbəsində Rusiya Federasiyası istehsalı olan ət və ət məhsulları olan kolbasa və sosis məmulatlarının satışı ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs Lənkəran, Kürdəmir və digər zonaları ərazisində satış nöqtələri olan mağaza və super marketlərə lazım olan məhsulları şirkətin ona verdiyi post terminal elektron ötürmə vasitəsilə Cəmiyyətin kompüter şöbəsinə ümumi sifarişləri ötürmüş, kompüter şöbəsi mümkün olanları təsdiqləyib anbara ötürmüş, anbardan da qəbul olunmuş sifarişlərə əsasən mallar qablaşdırılmış və sifariş verdiyi mallar qablaşdırıldıqdan sonra qaimələr yazılmış, qaimələr əsasında malları şirkətin satış təmsilçisi Təqsirləndirilən şəxs qəbul edib təhkim olunduğu ərazidə aidiyyəti satış nöqtələrinə satmışdır. Sifariş olunmuş mallar satış nöqtələrində satıldıqdan sonra satış təmsilçisi satış nöqtələrindən pulları alaraq MMC-nin bank hesabına və ya əlbəəl ödəyirdi. 2020-ci ilin fevral ayının 14də Təqsirləndirilən şəxslə birlikdə işləyən Şahid3 idarə etdiyi **-JA-*** dövlət qeydiyyat nişanlı avtomobillə cənub istiqamətində hərəkətdə olarkən avtomobilin təkərinin partlaması nəticəsində aşmış və həmin vaxt Şahid4 idarə etdiyi avtomobilin yük yeri qismən boş olduğundan rəhbərliyin göstərişinə əsasən həmin qəzalı avtomobildə olan məhsullar onun idarə etdiyi avtomobilin yük yerinə Şahid3 iştirakı ilə yığılmışdır. Həmin gün, yəni 14 fevral 2020-ci il tarixdə saat 16-17 radələrində şirkət rəhbərliyinin göstərişinə əsasən Masallı şəhəri “Azpetrol” YDM-nin yaxınlığında Atifin idarə etdiyi avtomobilin yük yerinə yığılmış mallar onun idarə etdiyi avtomobilin yük yerinə yığılmış, lakin yükləmə zamanı malların sayımı olmamışdır. Malların qablaşdırıldığı taraların cüzi bir hissəsinin tamlığı pozulmuş vəziyyətdə olmuş, qalan taralar isə salamat olmuşdur. Həmin yükləmədə Atif, çatdırıcı Rasil, sürücü Şahid3 və şəxsən özü iştirak etmişdir. Cəmiyyət rəhbərliyinin göstərişinə əsasən avtomobilin yük yerindəki mallar Bakıdakı anbara çatdırılanadək avtomobilin qapısı plomblanmalı olmuş, lakin həmin vaxt plomb olmadığı üçün maşının qapısı sürücü Şahid3 tərəfindən qıfılla bağlanaraq qıfılın açarını Elşən özü ilə götürmüş və maşın Bakı şəhərinə yola düşmüşdür. Bundan sonra o, Bakı şəhərinə gecə saatlarında çataraq səhəri gün yəni, 15 fevral 2020-ci il tarixdə saat 12 radələrində şirkətə gəlib şirkətin həyətində çilingər Səbuhi tərəfindən maşının yük yerinin qapısına vurulmuş qıfıl qırılaraq şirkətin audit şöbəsinin əməkdaşları tərəfindən məhsullar təhvil götürülmüş və anbara yığılmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, 02 dekabr 2017-ci il tarixdə Zərərçəkmiş şəxs MMC ilə arasında əmək və tam maddi məsuliyyət haqqında müqavilələr bağlanaraq ət və ət məhsulları şöbəsinin Kommersiya direktorunun müavini vəzifəsinə işə qəbul edilmişdir. Onun işlədiyi şöbə kolbasa və sosis məmulatlarının satışını həyata keçirir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-nin satış təmsilçisi vəzifəsində işlədiyi müddətdə tanımış, onunla hər hansı bir ədavəti, düşmənçiliyi və qohumluq münasibətləri olmamışdır. Təqsirləndirilən şəxs 21.02.2019-cu il tarixdən 2020-ci ilin mart ayının ortalarınadək faktiki olaraq Zərərçəkmiş şəxs MMC-də satış təmsilçisi vəzifəsində işləmiş, satış təmsilçisi kimi ona təhkim olunmuş Salyan, Neftçala, Hacıqabul, Şirvan, Kürdəmir, Sabirabad, Saatlı, İmişli, Beyləqan, Horadiz, Biləsuvar, Cəlilabad, Masallı, Astara və Lənkəran rayonlarında yerləşən satış nöqtələrindən sifarişləri qəbul etmiş və elektron ötürmə vasitəsilə MMC-nin vermiş olduğu qiymət kataloqları əsasında kompüter şöbəsinə bu sifarişləri ötürmüş, kompüter şöbəsi də qəbul etdiyi sifarişləri təsdiqlədikdən sonra anbara ötürmüş, anbardan da sifarişlər əsasında mallar qablaşdırıldıqdan sonra sifariş vermiş satış nöqtələrinə qaimələr yazılmış, qaimələr əsasında malları MMC-nin anbarından qəbul edib aidiyyəti satış nöqtələrinə Cəmiyyətin yük avtomobilləri ilə aparmış, sifariş olunmuş mallar satış nöqtələrində satıldıqdan sonra satış təmsilçisi olaraq satış nöqtələrindən pulları alaraq MMC-nin bank hesabına və ya əlbəəl ödəmiş, nağd ödəmə zamanı kassa qəbzi tərtib edilmişdir. Satış təmsilçisi işlədiyi müddətdə malların satışı əsasən nisyə və bəzən nağd şəkildə həyata keçirilmişdir. Nisyə şəkildə satış müştərilərə malları verdikdən bir müddət sonra onların həmin mallara görə ödədikləri pulları ödəniş qəbzləri əsasında onlardan satış təmsilçisi qəbul etmiş və aldığı pulları cəmiyyətin xəzinəsinə ödəmişdir. 14.02.2020-ci il tarixdə Cəmiyyətin sürücüsü Şahid3 və yanında ticarət nümayəndəsi Təqsirləndirilən şəxs şirkətə məxsus **-JA-*** dövlət qeydiyyat nişanlı avtomobil yüklə dolu halda Lənkəran rayonu ərazisində hərəkətdə olarkən maşının arxa təkərinin partlaması nəticəsində avtomobil qəzaya düşmüş, qəza nəticəsində yük avtomobili aşmış, lakin avtomobilin yük yerinin qapısı açılmayaraq yük yerində olan taralar maddi məsul şəxs olan Təqsirləndirilən şəxs iştirakı və nəzarəti altında əvvəlcə yolun kənarına səliqəli şəkildə yığılmış, daha sonra yüklər şirkətin başqa yük avtomobillərinə yığılaraq şirkətin anbarına gətirilib boşaldılmışdır. Təqsirləndirilən şəxs iştirakının təmin edilməsi üçün şirkət rəhbərliyi adından onun şirkətə dəvət edilməsi məqsədilə yaşadığı ünvana teleqram və çağırışlar göndərilməsinə baxmayaraq, ticarət nümayəndəsi Təqsirləndirilən şəxs cəmiyyətə gəlməkdən imtina etmiş və nəticədə onun işə gəlməməsi səbəbindən tabeliyində olan məhsulların anbara qaytarılması üçün 20 fevral 2020-ci il tarixdə ət məhsulları Audit şöbəsinin müdiri Şahid1 sədrliyi ilə komissiya yaradılmaqla həmin komissiyanın üzvlərindən biri özü də olmaqla ət məhsulları Audit şöbəsinin təftişçisi Şahid2, təftişçi Şahid8, Maliyyə şöbəsinin mühasibi Şahid9, Mərkəzi anbarın anbardarları Şahid10 və Şahid11 iştirakları ilə faktiki məhsullar anbara təhvil verilmiş və nəticədə mal çatışmazlığı aşkar edilmişdir. Həmin çatışmayan məhsulun dəyəri 10.566.27 manat olmaqla, Təqsirləndirilən şəxs xidməti ərazilərində maliyyə təftiş yoxlamaları təftişçi Şahid2 tərəfindən aparılmış və ərazi üzrə 1.459.20 manatlıq çatışmazlıq faktı da aşkar edilmişdir. Təqsirləndirilən şəxs Əlhüseyn oğlunun ümumilikdə 12.025,47 (on iki min iyirmi beş manat qırx yeddi qəpik) manat çatışmazlığı aşkar edlmişdir. Bununla əlaqədar olaraq 12.03.2020-ci il tarixdə Təqsirləndirilən şəxs şirkətə dəvət edilmiş və çatışmazlığın olmasını maliyyə hesabatı cədvəlində öz imzası ilə təsdiq etmişdir. Sonradan bu çatışmazlığın araşdırılması və ödənilməsi ilə əlaqədar olaraq şirkətə dəvət edilsə də müxtəlif bəhanələr gətirərək şirkətə gəlməkdən boyun qaçırmışdır. Təqsirləndirilən şəxs isti satış üzrə işini yerinə yetirmiş, belə ki, isti satış dedikdə ticarət nümayəndəsi mərkəzi anbardan öz adına məhsullar götürərək xidməti ərazilərində satış nöqtələrinə kolbasa və sosis məhsullarını sataraq, pulunu gətirib şirkətin kassasına ödəyir və bəlli müştərilərdə borc kimi saxlaya bilir. Bunlar hər biri ticarət nümayəndəsinin öhdəliyi sayılır və sistem üzərindən nəzarətdə saxlanılmaqla ticarət nümayəndəsinin qalıq ümumi borcu ya mal şəkilində öhdəliyində olan maşınında, ya da borc şəkilində mağazalarda olmalıdır. Qeyd olunan çatışmazlığın yaranma səbəbini satış təmsilçisi Təqsirləndirilən şəxs maşın aşan zaman özündə olmaması səbəbindən oğurlandığını bildirmiş, lakin yük avtomobili aşan zaman Təqsirləndirilən şəxs özündə olmadığını desə də, özünün “WhatsApp” proqramı vasitəsilə cəmiyyətə göndərdiyi video görüntülərdə rahat şəkildə hadisəni çəkərək hadisənin necə baş verdiyini və 150-200 metrə yaxın məsafəni rahat şəkildə danışa-danışa yeridiyi görünür. Təqsirləndirilən şəxs “WhatsApp”-dan göndərdiyi görüntülərdə yola hər hansı bir məhsulların səpələnməsi görünmür və yol kənarına yığılmış məhsullar təqribi olaraq faktiki anbara təhvil verilən miqdar qədər olmuşdur. Həmin əskik gələn məhsulların 90%-i daha sürətli satıla bilən məhsullar olmuşdur. Təqsirləndirilən şəxs tam maddi məsul şəxs olmaqla öhdəsində olan mallara cavabdehlik daşıyır və həmin malların hər cür təhlükədən qorunması, daşınması və digər səlahiyyətlərə malik vəzifəli şəxs olmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş şahidlər Zərərçəkmiş şəxs MMC-də təftişçi vəzifəsində işləyən Şahid8, Maliyyə şöbəsinin mühasibi vəzifəsində işləyən Şahid9, Mərkəzi anbarın anbardarları Şahid10, Şahid11 və Şahid12, məhkəmə baxışı zamanı dindirilmiş digər Şahid7 ilə oxşar məzmunda ifadə verərək, sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 19.11.2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından X5, X7, Təqsirləndirilən şəxs, X6, X8 və qeyrilərinin öz qulluq mövqeyindən istifadə etməklə onlara etibar edilmiş xeyli miqdarda özgə əmlakını mənimsəməklə talaması faktı üzrə CM-in 179.2.3 və 179.2.4-cü maddələri ilə başqa cinayət işi ayrılaraq icraata qəbul edilmiş və ayrılmış cinayət işinə ********* nömrəsi verilmişdir. 21.02.2019-cu il tarixli 86/19 nömrəli əmək müqaviləsindən görünür ki, Zərərçəkmiş şəxs MMC ilə Təqsirləndirilən şəxs arasında əmək müqaviləsi bağlanılmışdır. 21.02.2019-cu il tarixli təlimatdan görünür ki, Zərərçəkmiş şəxs MMC ilə Təqsirləndirilən şəxs arasında bağlanılmış 86/19 nömrəli əmək müqaviləsinə əsasən sonuncu həmin təlimat üzrə əsas vəzifələri, məsuliyyəti və hüquqları ilə tanış olmuşdur. 21.02.2019-cu il tarixli müqavilədən görünür ki, Zərərçəkmiş şəxs MMC ilə Təqsirləndirilən şəxs arasında tam fərdi məsuliyyət haqqında müqavilə bağlanılmışdır. Azərbaycan Respublikasının Auditorlar Palatası tərəfindən verilmiş 28.12.2016-cı il tarixli, 074 saylı icazə əsasında fəaliyyət göstərən, sərbəst auditor X4 23-01 nömrəli auditor rəyindən görünür ki, Zərərçəkmiş şəxs MMC-nin sabiq satış təmsilçisi Təqsirləndirilən şəxs 06.01.2020-ci il tarixdən 17.03.2020-ci il tarixə kimi mal dövriyyəsinin auditi aparılmışdır. 19.03.2020-ci il tarixli audit aktından görünür ki, Zərərçəkmiş şəxs MMC-nin sabiq satış təmsilçisi Təqsirləndirilən şəxs maddi məsuliyyətində 18 mart 2020-ci il tarixə 12.025,47 manat çatışmazlıq aşkar edilmişdir. 05.05.2020-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. 18.05.2020-ci il tarixli Arbatan inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Salyan rayonu Xurşud kəndində ailə üzvləri ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. AZE 18449741 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 02.07.2008-ci il təvəllüdlü X9 adlı bir azyaşlı uşağı vardır. 02.09.2020-ci il tarixli protokoldan, ona əlavə edilmiş fotoşəkillərdən və disklərdən görünür ki, avtoqəza magistral yolda baş vermiş, həmin yerdə bir neçə şəxs aşmış avtomobilin qaldırılmasına köməklik etmək məqsədilə yaxınlaşmış, avtomobilin yük hissəsində yüklər dağınıqlı görünsə də yol üzərinə səpələnməsi və ya nəzarətsiz qalması, malların maddi məsul şəxs olan, video çəkilişi aparan Təqsirləndirilən şəxs diqqətindən yayınması və sərəncamından çıxması halı görünmür, video çəkiliş aparan Təqsirləndirilən şəxs özünün video çəkiliş apararaq təsvir olunanlara şərh verməsi və magistral yolda baş vermiş avtoqəza hadisəsinin sərbəst olaraq video çəkilişini aparması ona dəlalət edir ki, həmin vaxt Təqsirləndirilən şəxs avtomobilində olan mallara tam nəzarət etmək qabiliyyətində olmuş, mallar onun istəyi ilə səliqəli şəkildə taraların tamlığı pozulmadan yolun kənarına yığılaraq digər avtomobilə yüklənməsi üçün hazır vəziyyətə gətirilmişdir. Təqsirləndirilən şəxs yük avtomobilində olan mallara tam nəzarət etmək qabiliyyətində olaola, mallar onun istəyi ilə səliqəli şəkildə taraların tamlığı pozulmadan yolun kənarına yığılaraq malların yığılması və yığılmasından sonra Təqsirləndirilən şəxs və ya başqa hər hansı bir hadisə iştirakçısı tərəfindən bu prosesin həyata keçirilməsinə kimsənin, o cümlədən Təqsirləndirilən şəxs hər hansı bir məsələ ilə bağlı etiraz etməsi və narazılıq bildirməsi halı olmamışdır. “xxxx” MMC tərəfindən malla dolu yük avtomobilinin qapısının açılması, anbara boşaldırlması və anbarda çeşidlənməsinə dair video görüntüləri özündə əks etdirən 2 ədəd disklə birlikdə işin mahiyyəti ilə əlaqədar aşağıdakı qaydada təhlil edilməklə baxış zamanı görünür ki, avtomobilə yüklənmiş eyni mallar sürücü Şahid6 idarə etdiyi avtomobilin yük hissəsində olan qıfıl 15 fevral 2020-ci il tarixdə açılmaqla Cəmiyyətin işçilərinin müşayiəti ilə anbara boşaldılmışdır. Avtomobilin yük hissəsi açılarkən video çəkilişdən də görünür ki, həmin yükün görüntüsü ilə avtoqəza hadisəsi yerində maddi məsul şəxs Təqsirləndirilən şəxs aparmış olduğu video çəkiliş zamanı malların avtomobilə anbara aparılması üçün yolun kənarına səliqəli şəkildə yığılmış malların görüntüsü ilə eynilik təşkil edir. 27.08.2020-ci il tarixli, 610 nömrəli “Lənkəran rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs Lənkəran MRX-ya müraciəti qeydə alınmamışdır. 22.09.2020-ci il tarixli rəydən görünür ki, Təqsirləndirilən şəxs cəmiyyətin anbarından cəmi 101642,65 manat dəyərində mal verilmiş həmin mallardan 28072,79 manat dəyərində olan hissəsi anbara qaytarılmış, 2178,48 manat dəyərində mallar ticarət obyektlərinə hədiyyə və endirim formasında güzəşt edilmiş, malların satışından əldə edilən 13442,13 manat pul vəsaiti iri marketlər tərəfindən cəmiyyətin kassasına təhvil verilmiş, 18397,48 manat pul vəsaiti iri marketlər tərəfindən cəmiyyətin bank hesabına köçürülmüş, təhvil-təslim aktlarına əsasən ticarət obyektlərində 27526,30 manat dəyərində mal qalmış, ticarət obyektlərindən malların satışından əldə edilən 12025,47 manat pul vəsaiti isə cəmiyyətin xəzinəsinə təqdim edilməmişdir. 15.10.2020-ci il tarixli, 4/817 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, ekspertizaya tədim edilmiş 08.01.2020-ci il tarixli AKMB-000045, AKMB- 000048, 14.01.2020-ci il tarixli AKMB-000126, 18.01.2020-ci il tarixli AKMB-000204, 21.01.2020-ci il tarixli AKMB-000235, 25.01.2020-ci il tarixli AKMB-000312, 27.01.2020-ci il tarixli AKMB-000342, 03.02.2020-ci il tarixli AKMB-000441, 05.02.2020-ci il tarixli AKMB- 000470, 10.02.2020-ci il tarixli AKMB-000555, AKMB-000562 və AKMB-000571 nömrəli qaimə-fakturalarda müvafiq olaraq “İmza: Təqsirləndirilən şəxs öz imzamla təsdiq edirəm”, “İmza: Təqsirləndirilən şəxs öz imzamla təsdiq edirəm”, “İmza: öz imzamla təsdiq edirəm M.Nofəl” əlyazmaları və “İmza” əlyazmaları qarşısındakı imzalar, 21.02.2019-cu il tarixli Tam fərdi maddi-məsuliyyət haqqında müqavilədə “İşçi” qrafasındakı imza, Zərərçəkmiş şəxs MMC ilə Təqsirləndirilən şəxs arasında olan 21 fevral 2019-cu il tarixli 86/19 nömrəli Əmək müqaviləsinin 1-3-cü vərəqələrində “İşçi” qrafalarındakı, 4-cü vərəqəsində “İşçi” və “12.1.2.İşçi:” qrafalarındakı imzalar, 21 fevral 2019-cu il tarixli Zərərçəkmiş şəxs və Ticarət Nümayəndəsi arasında bağlanan əmək müqaviləsinə 1 saylı əlavə və satış şöbəsinin ticarət nümayəndəsinin vəzifə təlimatının 1-2-ci vərəqələrindəki və 3-cü vərəqəsində “ticarət nümayəndəsi” qrafasındakı imzalar, 01 noyabr 2017-ci il tarixli 015 nömrəli əmrlə tanış olmağa dair tərtib edilmiş iltizamdakı əlyazmalar və “Təqsirləndirilən şəxs” əlyazmalarından əvvəl yerləşən imza, 06.03.2020-ci il tarixli iltizamdakı əlyazmalar və “İmza:” qrafasındakı imza, 26 oktyabr 2019-cu il tarixli izahatdakı əlyazmalar və “İmza:” əlyazması qarşısındakı imza, 06.03.2020-ci il tarixli izahatdakı əlyazmalar, 1-ci vərəqənin aşağı hissəsindəki və 2-ci vərəqədə “İmza:” qrafasındakı imzalar, 24 oktyabr 2019-cu il tarixli balans qalığına dair tərtib edilmiş üzləşdirmə aktında “Ticarət nümayəndəsi” qrafasındakı imza, 12 mart 2020-ci il tarixli kassa hesabatına dair tərtib edilmiş sənəddə “MəmiyevN.” Yazısı qarşısındakı imza və 06 yanvar 2020-ci il tarixinə balans qalığına dair tərtib edilmiş 04 vərəqdən ibarət olmaqla tərtib edilmiş üzləşmə aktlarında “Ticarət nümayəndəsi” qrafalarındakı imzalar Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. 26.10.2020-ci il tarixli, 9/4040 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, auditor rəyinin düzgünlüyü istintaq orqanı tərəfindən nəzərə alındığı təqdirdə Təqsirləndirilən şəxs hesabında 12.025,47 manat məbləğində çatışmazlığın yaranması müəyyən edilmişdir. 20.11.2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs MMC-nin istintaqa təqdim etdiyi əmək müqavilələri, tam fərdi məsuliyyət haqqında müqavilə, təhvil-təslim aktları, satış qaimə fakturaları, mühasibatlıq sənədləri maddi sübut kimi tanınmış, eləcə də 3 (üç) ədəd CD disk sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. 23.11.2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs CM-in 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunmuşdur. 23.11.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. 09.03.2021-ci il tarixli Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon şöbəsinin sorğuya cavab məktubundan görünür ki, Salyan rayonu, Xurşud kəndində qeydiyyatda olan X10 02.10.2019-cu il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə göndərilmiş və Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə təhvil verilmişdir. 06.04.2021-ci il tarixli Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli Hərbi Hissəsinin arayışından görünür ki, X11 27.09.2020-ci il tarixdən 10.11.2020-ci il tarixədək N nömrəli hərbi hissənin tərkibində Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə etmiş və yaralanmamışdır. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək, “xxxx” MMC-də işlədiyi müddət ərzində hər-hansı bir məbləğdə pul mənimsəməməsi ilə bağlı ifadəsinə məhkəmə hüquqi qiymət verilməsini zəruri hesab edib qeyd edir ki, təqsirləndirilən şəxsin ifadələrini, istintaq hərəkətlərinin aparılması haqqında protokolların və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutların qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs tərəfindən elan edilmiş ittiham üzrə cinayətlərin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə araşdırması zamanı heç bir mötəbər hala əsaslanmayan ifadəsi ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Yəni başqa sözlə desək, ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihamda göstərilən cinayət əməlini törətməsi məhkəmə tərəfindən tədqiq edilmiş sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 179.2.3 və 179.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 179.2.3 və 179.2.4-cü maddələri cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşağının olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (müsbət xarakterizə olunmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini (övladı X3 İİ Qarabağ müharibəsi uğrunda gedən döyüşlərdə iştirak etməsini) nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 179.2.3 və 179.2.4-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halın olmasını və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Salyan rayonu Xurşud kəndində yerləşən evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Salyan rayonu hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs MMC-nin istintaqa təqdim etdiyi əmək müqavilələri, tam fərdi məsuliyyət haqqında müqavilə, təhvil-təslim aktları, satış qaimə fakturaları, mühasibatlıq sənədləri və iş üzrə sübut kimi tanınmış 3 (üç) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş cəmi 282 (iki yüz səksən iki) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxsdan tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə ümumilikdə 42 (qırx iki) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 34 (otuz dörd) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 34 (otuz dörd) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 204 (iki yüz dörd) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC cinayət hadisəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi ilə bağlı mülki iddia verilsə də, mülki iddianın icraata qəbul edilməsindən imtina edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iş üzrə zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nə cinayət hadisəsi nəticəsində dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüququnun olması izah edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Salyan rayonu Xurşud kəndində yerləşən evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Salyan rayonu hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs MMC-nin istintaqa təqdim etdiyi əmək müqavilələri, tam fərdi məsuliyyət haqqında müqavilə, təhvil-təslim aktları, satış qaimə fakturaları, mühasibatlıq sənədləri və iş üzrə sübut kimi tanınmış 3 (üç) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 282 (iki yüz səksən iki) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxsdan tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 34 (otuz dörd) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 204 (iki yüz dörd) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. İş üzrə zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nə cinayət hadisəsi nəticəsində dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüququnun olması izah edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №1(001)-102/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-102/2021
14.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver