Məhkəmə qərarları › İş №1(001)-102/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-102/2022

23.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-102/2022 23.02.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, xx xxxxxx 1991-ci il tarixdə Oğuz rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində 2 (iki) azyaşlı övladı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Oğuz rayonu, Tərkeş kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanda yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxsə müqavimət göstərməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə, habelə özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 07 fevral 2021-ci il tarixdə saat 22.00 radələrində ünvan 2 ünvanında yerləşən hündürmərtəbəli yaşayış binasının yaxınlığında faktiki istifadəsində olan, həmin vaxt tanışı Şahid2 tərəfindən idarə edilən “Porsche” markalı, **-VM-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sərnişin oturacağında əyləşərkən küçədə piyada hərəkət edən, əvvəllər tanımadığı Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və bacısı Zərərçəkmiş şəxs3 tanışlıq məqsədilə hərəkətlər edərək uca səslə kobud və nalayiq ifadələr işlədib həmin avtomobilə əyləşmələrini bildirdikdə onların bundan imtina etməsini cüzi səbəb kimi bəhanə edib avtomobildən düşərək küçədə olan avtomobillərin, piyadaların normal hərəkətinə və qeyd edilən yaşayış binasında olan sakinlərin istirahətinə mane olmaqla çoxlu sayda şəxslərin gözü qarşısında Zərərçəkmiş şəxs1 ünvanına uca səslə nalayiq ifadələr işlədib söyməklə ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən insanlar arasında təşəkkül tapmış qarşılıqlı davranış qaydalarını pozmaqla ətrafdakı şəxslərə etinasızlıq göstərərək onlara qarşı laqeydliklə eqoizmini nümayiş etdirməklə heç bir əsaslı səbəb olmadan əlləri və ayaqları ilə Zərərçəkmiş şəxs1 bədəninin üz, əl və ayaq nahiyələrinə dəfələrlə qəsdən vurub ona sağ yanağının sıyrığı, burun beli, sol burun qanadının yumşaq toxumalarının əziyi və qançırı kimi sağlamlığına dərəcəsi təyin edilməyən, həmçinin sağ gözaltı və yanağının qançır hematoması, sağ gözünün ağlı qişasına qansızma kimi sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vururaraq döyməklə zor tətbiq edilməsi həmçinin, vurduğu zərbələr nəticəsində əlində olan 200 manat dəyərində “Samsung Galaxy A7” markalı mobil telefonunun yerə çırpılaraq zədələnməsi ilə müşayiət olunan hərəkətlərinin və ictmai qaydanı pozulmasının qarşısını almaq istəyən Zərərçəkmiş şəxs2 baş nahiyəsindən bir dəfə yumruqla, Zərərçəkmiş şəxs3 ayaq nahiyəsindən bir dəfə təpiklə qəsdən vurub onlara fiziki ağrı yetirməklə döyərək zor tətbiq edib həmin şəxslərə müqavimət göstərməklə qərəzli hərəkətlər yəni, xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 221.2.2-ci maddəsi ilə elan edilmiş ittihamda göstərilən cinayət əməlini törətməkdə özünü təqsirli bilərək göstərmişdir ki, “Urud” avtosalonda 10 ildir ki, çilingər kimi işləyir.O özü avtomobil ustası kimi işləsə də Samir Xəlilov adlı dostunun məşğul olduğu avtomobil ticarəti ilə bağlı texniki pasortla adına 02 ədəd Tayota Prius adlı avtomobillər olmuşdur ki, bu avtomobillər faktiki olaraq onun mülkiyyətində deyil. O, hal-hazırda Ceyhun Eyvazov adlı dostuna məxsus olan “Porcshe” markalı, **-VM-*** qeydiyyat nişanlı avtomobili etibarnamə ilə idarə edir, həmin şəxs məşğul olduğu ticarət işi ilə əlaqədar uzun müddət ölkə xaricində olur, ona görə də həmin avtomobili etibarnamə əsasında o idarə edir, Ceyhun ölkəyə qayıdan zaman isə həmin avtomobili özü də idarə edir. O, Şahid2 sonuncunun qardaşı Tural ilə birlikdə hərbi xidmətdə olan zamandan yəni, 2010-cu ildən tanıyır, Vüsalla hər zaman münasibətləri yaxşı olmuşdur.Şahid1 isə 7-8 ildir ki, onun müştəri olduğu vaxtdan tanımış, Ramillə də münsibətləri hər zaman yaxşı olmuşdur.07 fevral 2021-ci il tarixdə saat 22.00 radələrində bəzi vaxtlarda istifadə etdiyi dostu Ceyhun Eyvazova məxsus olan “Porsche” markalı, **-VM-*** qeydiyyat nişanlı avtomobili Vüsal idarə edir, o Vüsalın sağ tərəfində sərnişin oturacağında, Ramil isə tək halda avtomobilin arxa tərəfində əyləşmişdir.Bu zaman onlar Memar Əcəmi metrosu tərəfdən Xutor qəsəbəsi istiqamətində 7-ci mikrorayon yaxınlığında yerləşən Şövkət Məmmədova küçəsində olan iş yerinə gedirmişlər.Həmin vaxt o əslində avtomobili yoxlamaq üçün çıxmış, yolda Ramil və Vüsal onun qaşısına çıxmış, bu zaman Vüsal ondan avtomobili idarə etməyi xahiş etmiş, o da Vüsalın xahişi ilə avtomobili idarə etmək üçün sonuncuya vermişdir.Qeyd etdiyi qaydada Vüsal avtomobili idarə edib Yeganə şadlıq sarayından Xutor qəsəbəsi istiqamətində düşüb, sol tərəfə istiqamətlənərək əsas yola birləşən köməkçi yola dönmüşür ki, buradan fırlanıb əks istqamətdə yəni, Yeganə şadlıq sarayına tərəf yollarını davam etsinlər.Bu zaman o və digərləri spirtli içki qəbul etməmiş, tam ayıq vəziyyətdə imişlər.Vüsal həmin yola dönərkən bu yolla “Yeganə” şadlıq sarayı istiqamətində hərəkət edən əvvəldən tanımadıqları hündür boylu sonradan adının Şəhla olduğunu bildiyi, digər kiçik boylu sonradan adlarının Zəhra və Könül olduğunu bildiyi şəxslərin qarşısına çıxmışlar. Həmin vaxt o, özünü idarə edə bilmədiyi üçün böyük səhv edərək həmin xanımlara tanışlıq məqsədilə başıyla işarə etmişdir ki, avtomobilə əyləşsinlər. Həmin vaxt Şəhla ona sərt formada cavab verdiyindən o əsəbiləşib avtomobildən düşərək Şəhlayla mübahisə etməyə başlamışdır.Bu vaxt o əsəbi olduğu üçün Şəhlanın və digərlərinin ünvanına nalayiq formada uca səslə söyüş söymüş və yumruğuyla Şəhlanın bir neçə dəfə üzünə zərbələr vurmuş, həmçinin təpiyiylə Şəhlanın ayaq nahiyəsində də vururmuş. Lakin onun əlində hər hansı bir əşya olmamışdır.O, Şəhlanı onunla pis danışdığı üçün yalnız əl ayaqlarıyla vurmuşdur. Bu vaxt Şəhla da özünü müdafiə etmək üçün onu sadəcə itləyib özündən uzaqlaşdırmaq istəmişdir.Onların arasında olan mübahisə zamanı o Şəhlaya zor tətbiq edib ünvanına uca səslə nalayiq ifadələr işlətdiyi üçün ətrafa çoxlu sayda piyada şəxslər yığışmış, həmçinin yolda olan avtomobillər dayanıb onlara baxdıqları üçün avtomobillərin tıxacı yaranmışdır.O, Şəhlanı qeyd etdiyi kimi vuran zaman Şəhlanın yanında olan qızlardan əvvəlcə Könül onun qarşısına çıxmışdır ki, onu dayandırsın, o da əsəbiləşib Könülün baş nahiyəsindən bir dəfə yumruqla vurmuş, Könül kənara çəkilmişdir.Daha sonra Zəhra da onun üstünə gəlib guya onu dayandırmaq istəmiş o Könülə də məhəl qoymayıb təpiyiylə sonuncunun ayaq nahiyəsindən vurmuş və Zəhra yerə yıxılmışdır.O, həddindən çox əsəbi olduğu üçün hərəkətlərini dayandıra bilmirmiş.Təxminən 10-15 dəqiqə müddətində hadisə baş vermiş, ətrafa çoxlu sayda şəxslər yığışmışdır. Onun əlində iti uclu hər hansı bir əşyanın olması düzgün deyil, bununla razılaşmır. Həmçinin, hadisə zamanı Şəhlanın telefonunun qırılmasını o görməmişdir. Məhkəmə iclasında çıxış edən təqsirləndirilən şəxs təqsirini etiraf etdiyini, əməlindən səmimi peşmançılıq keçirdiyini, himayəsində 2 (iki) azyaşlı övladının olmasını, bütün zərərçəkmiş şəxslərlə barış əldə etməsini və onlara vurulmuş ziyanı ödəməsini, ailənin yeganə qazanc gətirən şəxs olmasını nəzərə alaraq barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs1 bildirmişdir ki, 07 fevral 2021-ci il tarixdə saat 22.00 radələrində idarə etdiyi **-UN-*** qeydiyyat nişanlı “Chevrolet Cruse” markalı avtomobilini idarə edərək Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi ev 26, mənzil 49-da yaşayan qohumu X2gilə gedirmiş.Həmin vaxt o avtomobilini idarə edir, onunla yanaşı rəfiqələri Zərərçəkmiş şəxs2 və bacısı Zərərçəkmiş şəxs3 onunla brlikdə avtomobildə imiş, o həmin vaxt avtomobilini gedəcəkləri ünvanın yaxınlığında olan avtoyuma məntəqəsinə verib, bir saat sonra avtomobilini götürməklə bağlı orada işləyən işçi ilə razılaşdıqdan sonra o, rəfiqələri Könül və Zərərçəkmiş şəxs3lar birlikdə piyada formada “Yeganə” şadlıq sarayına tərəf qalxmağa başlamışlar, onlar təxminən 500 metr piyada hərəkət etmişlər.Bu zaman onlar yolun kənarında gedən zaman onlarla əks istiqamətdə hərəkət edən əvvəldən görmədiyi, tanımadığı **-VM-*** qeydiyyat nişanlı “Porsche” markalı avtomobil onların yanlarına çataraq sürətini yavaşıtmış, daha sonra onların hərəkət etdikləri yola tərəf sürərək getdikləri yolun qarşısını kəsmiş, bu zaman avtomobilin pəncərələri bağlı olsa da, əvvəldən tanımadıqları qabaq sərnişin oturacağında əyləşən sonradan adının Orxan olduğunu bildiyi şəxs başı ilə ona və rəfiqələrinə avtomobilə əyləşməklərini işarə vermişdir. Bu zaman o həmin şəxsə baş qoşmamaq üçün yollarına davam etmək məqsədilə avtomobilin arxa tərəfinə getməyə başlamış, bu zaman avtomobilin sürücüsü yenə də onların yollarını kəsmək üçün yenidən avtomobili arxaya vermişdir. Avtomobilin qabaq sərnişin oturacağında əyləşən şəxs pəncərəni aşağı endirib nalayiq ifadələr işlədərək üçünün də avtomobilə əyləşmələri istəmiş, bu zaman avtomobildə olan digər şəxslər də uca səslə Orxanın sözünə gülməyə başlamışlar. Qeyd etdiyi avtomobilin qabaq sərnişin oturacağında əyləşən Orxan adlı şəxs yenidən nalayiq ifadələr işlədərək bildirmişdir ki, onlar üçü də avtomobilin arxa oturtacağına əyləşəcəkləri təqdirdə gərək arxada əyləşən sərnişinlərin qucağında otursunlar.Bu zaman o həmin şəxsə qarşı tərbiyəli olmasını bildirib onlara işlətdiyi sözlərə görə ciddi irad tutmuşdur. Bu vaxt həmin Orxan adlı şəxs uca səslə onları təhqir edərək avtomobildən düşmək istəyən zaman və qorxduğu üçün həmin qapını ayağıyla saxlayıb düşməsinə mane olmaq istəmiş, daha sonra müqavimət göstərə bilməmiş və Orxan avtomobildən düşüb onun üstünə gəlmiş, həmin vaxt o bu şəxsin sərxoş olmasını hiss etmişdir. Orxan əlində olan nəsə açara bənzər iti uclu dəmir əşya ilə onun üz nahiyəsindən zərbə vurmuş, daha sonra əlləri ilə onun üz nahiyəsindən, təpiyi ilə ayaq nahiyələrindən zərbələr vurmuşdur.Bu vaxt avtomobildə sürücü yəni, sonradan adının Vüsal olduğunu bildiyi şəxs və avtomobilin arxa oturacağında səhv etmirsə üç nəfər şəxs avtomobildən düşmüşdür.Avtomobildən düşən dörd nəfər şəxs də Orxanın onu vurmasını kənardan hadisəyə müdaxilə etmədən izləyib, uca səslə gülürmüşlər. Orxan onu bildirdiyi kimi döyən zaman hərəkətlərinin qarşısını almaq üçün əvvəlcə Könül Orxanın qarşısına çıxmış, bu zaman Orxan əli ilə zərblə Könülün üz nahiyəsindən bir dəfə vurmuş, bundan sonra Zəhra Orxanın qarşısına çıxanda Zəhranı da təpiyi ilə vurmuşdur. Könül və Zəhra fiziki cəhətdən zəif və balaca olduğu üçün Zəhra yerə yıxılmış, Könül isə kənara çəkilmək məcburiyətində qalmışdır. Bu zaman o istifadəsində olan ********** saylı mobil telefon vasitəsilə 102 zəng xidmətinə zəng vurub hadisə barədə yəni, tanımadıqları şəxsin onları döyməsi ilə bağlı məlumat vermişdir.Həmin yerin yanında olan avtomobilin yağlama məntəqəsinin qarşısında dayanan ata və oğul olan əvvəldən tanımadığı iki nəfər şəxs, əlavə olaraq özünün polis əməkdaşı kimi təqdim edən bir nəfər uca boylu şəxs, həmçinin həmin yerdən dörd nəfər piyada keçən şəxs həmin şəxslər olduqları yerə yaxınlaşmışlar.Baş vermiş hadisə yolun kənarında ətrafda olan çoxlu şəxslərin yanında baş verdyi üçün hamının diqqətini çəkmiş, həmçinin bu hadisəyə görə yolda tıxac da yaranmışdır.Ora gələn şəxslər Orxan və yanında olanlara irad tuturmuşlar.Bu zaman o sonradan polisə təqdim etmək üçün Orxan, yanındakı şəxsləri və idarə etdikləri avtomobili öz istifadəsində olan 128GB yaddaşa malik “Samsung Galaxy A750 2018” markalı mobil telefonuyla çəkməyə başlamışdır. Bu zaman Orxan onun üstünə gəlib əli ilə qolundan vurmuş, mobil telefonu əlindən düşərək ekranı qırılmışdır.Bu zaman həmin avtomobili idarə edən Vüsal Orxana avtomobilə əyləşib oradan getməyi istəmiş, Orxan da gəldikləri avtomobilin sükan arxasına əyləşmiş, digər avtomobildən düşən şəxslərdə avtomobilə əyləşmiş, yalnız Vüsal onların yanlarında qalmış, Orxan isə digər şəxslərlə birlikdə avtomobili sürərək getmişlər. Bundan sonra Vüsal ondan üzrxahlıq edib Orxanı bağışlamağını xahiş etmiş, lakin buna baxmayaraq o şikayət etmiş, daha sonra polis əməkdaşları hadisə yerinə gəlmiş, o və rəfiqələri polis bölməsinə gedib şikayətlərini bildirərək izahatlarını vermişlər. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxslə barışdığını və ona vurulmuş ziyanı ödədiyini bildirmiş və heç bir şikayət və tələbinin olmaması barədə notarial qaydada təsdiq olunmuş yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs2 bildirmişdir ki, 07 fevral 2021-ci il tarixdə saat 22.00 radələrində qohumu Zərərçəkmiş şəxs1 idarə etdiyi **-UN-*** dövlət qeydiyyat nişanlı “Chevrolet Cruse” markalı avtomobillə o və bacısı Zərərçəkmiş şəxs3 ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, ev 26, mənzil 49-da yaşayan həmyerlisi və qohumları olan X2gilə gedirmişlər. Həmin vaxt Şəhla avtomobili idarə edir, o və bacısı Zərərçəkmiş şəxs3 onunla brlikdə avtomobildə imiş, Şəhla həmin vaxt avtomobilini gedəcəkləri ünvanın yaxınlığında olan avtoyuma məntəqəsinə vermişdir.Daha sonra onlar üçü birlikdə piyada formada “Yeganə” şadlıq sarayına tərəf qalxmağa başlamışlar, təxminən 500 metr piyada hərəkət etmişlər.Bu zaman onlar yolun kənarında gedən zaman onlarla əks istiqamətdə hərəkət edən əvvəldən görmədiyi və tanımadığı “**-VM-***” qeydiyyat nişanlı “Porsche” markalı avtomobil onların yanlarına çataraq sürətini yavaşıtmış, daha sonra sürücü onların hərəkət etdikləri yola tərəf sürərək getdikləri yolun qarşısını kəsmiş, avtomobilin pəncərələri bağlı olsa da, əvvəldən tanımadıqları qabaq sərnişin oturacağında əyləşən sonradan adının Orxan olduğunu bildiyi şəxs başı ilə onlara avtomobilə əyləşmələrini işarə vermişdir. Onlar həmin şəxslərə baş qoşmamaq üçün yollarına davam etmək məqsədilə avtomobilin arxa tərəfinə keçmək istəyən zaman avtomobilin sürücüsü yenə də onların yollarını kəsmək üçün yenidən avtomobili arxaya tərəf hərəkət etdirmişdir.Avtomobilin qabaq sərnişin oturacağında əyləşən Orxan adlı şəxs pəncərəni aşağı endirib nalayiq ifadələr işlədərək üçünü də avtomobilə əyləşmələrini bildirmiş, bu zaman avtomobildə olan digər şəxslər də uca səslə gülüşürmüşlər.Həmin avtomobilin qabaq sərnişin oturacağında əyləşən Orxan adlı şəxs yenidən nalayiq ifadələr işlədərək bildirmişdir ki, onlar üçü də avtomobilin arxa oturaacağına əyləşəcəkləri təqdirdə gərək arxada əyləşən həmin şəxslərin dostu olan sərnişinlərin qucağında oturmuşlar.Bu zaman Şəhla Orxan adlı şəxsə qarşı tərbiyəli olmasını bildirib işlətdiyi sözlərə görə ciddi irad tutmuşdu.Bu vaxt həmin Orxan uca səslə onları təhqir edərək avtomobildən düşmək istəyən zaman və qorxduğu üçün həmin qapını ayağıyla saxlayıb Orxanın düşməsinə mane olmaq istəmiş, lakin müqavimət göstərə bilməmiş və Orxan avtomobildən düşüb Şəhlanın üstünə gəlmişdir.Bu zaman o və bacısı Zəhra qorxduqları üçün həyacanlı şəkildə bir qədər kənarda dayanmışlar.Orxanın və digərlərini hərəkətindən həmin şəxslərin sərxoş olması aydın seçilirmiş.Orxan Şəhlanın üstünə getdikdən sonra əlində olan nəsə açara bənzər iti uclu dəmir əşya ilə Şəhlanın üz nahiyəsindəndən möhkəm zərbə vurmuş, həmçinin əlləri ilə Şəhlanın üz nahiyəsindən, təpiyi ilə ayaq nahiyələrindən zərbələr vururmuş. Elə bu zaman avtomobildə sürücü yəni, sonradan adının Vüsal olduğunu bildiyi şəxs və avtomobilin arxa oturacağında səhv etmirsə üç nəfər şəxs avtomobildən düşmüşdür. Avtomobildən düşən ümumilikdə dörd nəfər şəxs də Orxanın Şəhlanı vurmasını kənardan hadisəyə müdaxilə etmədən izləyib, uca səslə təhqiramiz formada gülürmüşlər.O Şəhlanın Orxan tərəfindən amansız formada döyüldüyünü görəndə Orxanın hərəkətlərinin qarşısını almaq üçün Orxanın qarşısına keçib Şəhladan aralamaq istəmiş, lakin Orxan ona heç bir məhəl qoymayıb yumruğu ilə onun üz nahiyəsindən daha doğrusu üzündən başına tərəf olan hissəsindən bir dəfə zərblə vurmuş, həmin vaxt zərbənin təsirindən o kənara çəkilmiş, başından şiddətli ağrı hiss edirmiş. Həmin vaxt bacısı Zəhra da eyniylə onun kimi onları müdafiə etmək və Orxanın Şəhlaya xəsarət yetirməsinin qarşısını alımaq üçün Orxanın qarşısına çıxıb aralaşdırmaq istəyərkən Orxan Zəhraya da heç bir məhəl qoymayıb təpiklə ayaq hissəsindən vurmuş, Zəhra da Orxanın qarşısını ala bilməyib kənara çəkilməyə məcbur olmuşdur.Hadisədən bir neçə gün müddətində onun başı şiddətli fomada ağrımış, Zəhra isə ayağından aldığı xəsarətə görə bir neçə gün axsamışdır. Hadisə olan zaman Şəhla istifadəsində olan mobil telefon vasitəsilə 102 zəng xidmətinə zəng vurub hadisə barədə yəni, tanımadıqları şəxsin onları döyməsi ilə bağlı məlumat vermişdir. Baş vermiş hadisə yolun kənarında ətrafda olan çoxlu şəxslərin yanında baş verdyi üçün, həmçinin Orxan uca səslə nalayiq ifadələr işlədərək onları döydüyü üçün hamının diqqətini çəkmiş, həmçinin bu hadisəyə görə yolda avtomobillərin tıxacı da yaranmışdır. Ora gələn şəxslər Orxan və onun yanında olanlara irad tuturmuşlar. Bu zaman Şəhla Orxan, onun yanındakı şəxsləri və idarə etdikləri avtomobili öz istifadəsində olan “Samsung Galaxy A750 2018” markalı mobil telefonuyla çəkməyə başlamışdır. Orxan Şəhlanın üstünə gəlib əli ilə qolundan vurmuş, Şəhlanın da mobil telefonu əlindən düşərək ekranı qırılmışdır. Həmin vaxt qeyd etdiyi avtomobili idarə edən Vüsal Orxana avtomobilə əyləşib oradan getməyini istəmiş, Orxan da gəldikləri avtomobilin sükan arxasına və avtombildən düşən digər şəxslərdə avtomobilə əyləşmiş, yalnız Vüsal onların yanlarında qalmış, Orxan isə digər şəxslərlə birlikdə avtomobili sürərək getmişlər. Bundan sonra Vüsal ondan üzrxaxlıq edib Orxanı bağışlamağını xahiş etmiş, lakin buna baxmayaraq Şəhla şikayət etmiş, daha sonra polis əməkdaşları hadisə yerinə gəlmiş, onlar birlikdə polis bölməsinə gedib şikayətlərini bildirərək izahatlarını vermişlər.Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxslə barışdığını və ona vurulmuş ziyanı ödədiyini bildirmiş və heç bir şikayət və tələbinin olmaması barədə notarial qaydada təsdiq olunmuş yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs3 bildirmişdir ki, 07 fevral 2021-ci il tarixdə saat 22.00 radələrində qohumu və rəfiqəsi Zərərçəkmiş şəxs1 idarə etdiyi **-UN-*** qeydiyyat nişanlı “Chevrolet Cruse” markalı avtomobillə o və bacısı Zərərçəkmiş şəxs2 ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi ev 26, mənzil 49-da yaşayan həmyerli və qohumu olan X2gilə gedirmişlər. Həmin vaxt Şəhla avtomobili idarə edir, o və bacısı Zərərçəkmiş şəxs2 onunla birlikdə avtomobildə imiş, Şəhla həmin vaxt avtomobilini gedəcəkləri ünvanın yaxınlığında olan avtoyuma məntəqəsinə yuyulması üçün vermişdir. Daha sonra onlar üçü dəbirlikdə piyada formada “Yeganə” şadlıq sarayına tərəf qalxmağa başlamışlar, təxminən 500 metr piyada hərəkət etmişlər. Bu zaman onlar yolun kənarında gedən zaman onlarla əks istiqamətdə hərəkət edən əvvəldən görmədiyi, tanımadığı **-VM-*** qeydiyyat nişanlı “Porsche” markalı avtomobil onların yanlarına çataraq sürətini yavaşıttı daha sonra sürücü onların hərəkət etdikləri yola tərəf sürərək getdikləri yolun qarşısını kəsmiş, avtomobilin pəncərələri bağlı olsa da əvvəldən tanımadıqları qabaq sərnişin oturacağında əyləşən sonradan adının Orxan olduğunu bildiyi şəxs başı ilə onlara avtomobilə əyləşmələrini işarə vermişdir. Onlar da həmin şəxslərə baş qoşmamaq üçün yollarına davam etmək məqsədilə avtomobilin arxa tərəfinə keçmək istəyən zaman avtomobilin sürücüsü yenə də onların yollarını kəsmək üçün yenidən avtomobili arxaya tərəf hərəkət etdirmişdir. Avtomobilin qabaq sərnişin oturacağında əyləşən Orxan adlı şəxs pəncərəni aşağı endirib nalayiq ifadələr işlədərək üçünün də avtomobilə əyləşmələrini bildirmiş, bu zaman avtomobildə olan digər şəxslər də uca səslə gülüşürmüşlər. Həmin avtomobilin qabaq sərnişin oturacağında əyləşən Orxan adlı şəxs yenidən nalayiq ifadələr işlədərək bildirmişdir ki, onlar üçü də avtomobilin arxa oturtacağına əyləşəcəkləri təqdirdə gərək arxada əyləşən onların dostu olan sərnişinlərin qucağında otursunlar. Bu zaman Şəhla Orxan adlı şəxsə qarşı tərbiyəli olmasını bildirib işlətdiyi sözlərə görə ciddi irad tutmuşdur. Bu vaxt həmin Orxan uca səslə onları təhqir edərək avtomobildən düşmək istəyən zaman və qorxduğu üçün həmin qapını ayağıyla saxlayıb Orxanın düşməsinə mane olmaq istəmiş, lakin ona müqavimət göstərə bilməmiş və Orxan avtomobildən düşüb Şəhlanın üstünə gəlmişdir. Bu zaman o və bacısı Könül qorxduqları üçün həyacanlı şəkildə bir qədər kənarda dayanmışlar. Orxanın və digərlərini hərəkətindən həmin şəxslərindən sərxoş olması aydın seçilirmiş. Orxan Şəhlanın üstünə getdikdən sonra əlində olan nəsə açara bənzər iti uclu dəmir əşya ilə Şəhlanın üz nahiyəsindən də möhkəm zərbə vurmuş, həmçinin əlləri ilə Şəhlanın üz nahiyəsindən, təpiyi ilə ayaq nahiyələrindən zərbələr vururmuş. Elə bu zaman avtomobildə sürücü yəni, sonradan adının Vüsal olduğunu bildiyi şəxs və avtomobilin arxa oturacağında səhv etmirsə üç nəfər şəxs avtomobildən düşmüşdür. Avtomobildən düşən ümumilikdə dörd nəfər şəxs də Orxanın Şəhlanı vurmasını kənardan hadisəyə müdaxilə etmədən izləmiş, uca səslə təhqiramiz formada gülürmüşlər.X7 tərəfindən amansız formada döyüldüyünü görəndə Orxanın hərəkətlərinin qarşısını almaq üçün Orxanın qarşısına keçib Şəhladan aralamaq istəmiş, lakin Orxan Könülə heç bir məhəl qoymayıb yumruğu ilə Könülün baş hissəsindən bir dəfə zərblə vurmuş, həmin vaxt zərbənin təsirindən Könül kənara çəkilmişdir.Həmin vaxt o da özlərini müdafiə etmək və Orxanın Şəhlaya xəsarət yetirməsinin qarşısını alımaq üçün Orxanın qarşısına çıxıb Orxanı aralaşdırmaq istəyərkən Orxan ona da heç bir məhəl qoymayıb təpiklə ayaq hissəsindən vurmuş, o da zərbənin təsirindən yerə yıxılmış, o da Orxanın qarşısını ala bilməyib kənara çəkilməyə məcbur olmuşdur. Hadisədən bir neçə gün müddətində bacısı Könülün başı şidətli fomada ağrımış, o isə ayağından aldığı xəsarətə görə bir neçə gün axsamışdır. Hadisə olan zaman Şəhla istifadəsində olan mobil telefon vasitəsilə 102 zəng xidmətinə zəng vurub hadisə barədə yəni, tanımadıqları şəxsin onları döyməsi ilə bağlı məlumat vermişdir. Baş vermiş hadisə yolun kənarında ətrafda olan çoxlu şəxslərin yanında baş verdyi üçün, həmçinin Orxan uca səslə nalayiq ifadələr işlədərək onları döydüyü üçün hamının diqqətini çəkmiş, həmçinin bu hadisəyə görə yolda avtomobillərin tıxacı da yaranmışdır. Ora gələn şəxslər Orxan və yanında olanlara irad tuturmuşlar. Bu zaman Şəhla Orxan, yanındakı şəxsləri və idarə etdikləri avtomobili öz istifadəsində olan “Samsung Galaxy A750 2018” markalı mobil telefonuyla çəkməyə başlamışdır. Orxan Şəhlanın üstünə gəlib əli ilə qolundan vurmuş, Şəhlanın da mobil telefonu əlindən düşərək ekranı qırılmışdır. Həmin vaxt qeyd etdiyi avtomobili idarə edən Vüsal Orxana avtomobilə əyləşib oradan getməyini istəmiş, Orxan da gəldikləri avtomobilin sükan arxasına və avtombildən düşən digər şəxslər də avtomobilə əyləşmiş, yalnız Vüsal onların yanlarında qalmışdır, Orxan isə digər şəxslərlə birlikdə avtomobili sürərək getmişlər. Bundan sonra Vüsal Şəhladan üzrxaxlıq edib Orxanı bağışlamağını xahiş etmiş, lakin buna baxmayaraq Şəhla şikayət etmiş, daha sonra polis əməkdaşları hadisə yerinə gəlmiş, onlar birlikdə polis bölməsinə gedib şikayətlərini bildirərək izahatlarını vermişlər. Həmin hadisə ümumilikdə 15-20 dəqiqə davam etmişdir. Orxanın etdiyi hərəkətlər yəni Şəhlanı və onları uca səslə təhqir edərək onları döyməsi zamanı ətrafa çoxlu sayda təxminən 10-15 nəfər adam yığışmış, bu zaman yolda piyada keçən şəxslərlə yanaşı avtomobillərin tıxacı yaranmış, həmin avtomobillərdə olan şəxslər də onların başlarına yığışmışlar. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs3 təqsirləndirilən şəxslə barışdığını və ona vurulmuş ziyanı ödədiyini bildirmiş və heç bir şikayət və tələbinin olmaması barədə notarial qaydada təsdiq olunmuş yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 bildirmişdir ki, Bir il yarımdır ki, fərdi şəkildə taksi fəaliyyəti ilə məşğul olur, hazırda 6 aydır ki, arendaya götürdüyü “Toyota Prius” markalı, **-RM-*** dövlət qeydiyyat nişanlı avtomobili taksi kimi sürür.O,Təqsirləndirilən şəxs 2011-ci ildən avtomobil ustası kimi tanımış, Orxanla münasibətləri hər zaman yaxşı olmuşdur.Bundan başqa, Şahid2 bir ildir ki, Orxan vasitəsilə tanımış, Orxanla da münasibətləri hər zaman yaxşı olmuşdur.Həmin şəxslərlə arasında heç bir düşmənçilik və ya ədavət olmamışdır.07 fevral 2021-ci il tarixdə saat 22.00 radələrində o idarə etdiyi “Toyota Prius” markalı, ** RM *** qeydiyyat nişanlı avtomobiliylə “Memar Əcəmi” metrosu yaxınlığında olarkən təsadüfən Vüsal və Orxanla qarşılaşmışdır.Bu vaxt Vüsal Orxanın faktiki sahibliyində olan “Porsche” markalı, **-VM-*** dövlət qeydiyyat nişanlı avtomobilini idarə edir, Orxan da Vüsalın yanında əyləşmişdir.Bu zaman o həmin şəxslərlə görüşmüş, bu vaxt Orxanla danışmışdır ki, birlikdə sonuncunun işlədiyi “Kəmalə Nərmin” restoranın yaxınlığında yerləşən avtoservisə getsinlər.Həmin vaxt aralarında razılaşmışlar ki, dalqabaq avtomobilləri idarə edərək 4-cü mikrorayon dairəsi adlanan ərazidə olan park yerinə getsinlər, burada o idarə etdiyi avtomobili saxladıqdan sonra Vüsalın idarə etdiyi avtomobillə Orxanın iş yerinə getsinlər.Belə də olmuş, o avtomobilini saxladıqdan sonra Vüsalın idarə etdiyi avtomobilin arxa sərnişin oturacağına əyləşmiş, həmin vaxt Orxan da bu avtomobilin sağ sərnişin oturacağında əyləşmişdir.Həmin vaxt Vüsal bilmədiyi səbəbə görə Memar Əcəmi metrosu istiqamətində gedib bir dairə fırlandıqdan sonra “Yeganə” şadlıq sarayından Əcəmi metrosu istiqamətində düşürmüş ki, orada olan əsas yola birləşən köməkçi yoldan istifadə edib geri qayıtsın.Vüsal avtomobili idarə edərək yolun əks istiqamətində olan köməkçi yola dönmüşdür ki, fırlanıb geriyə qayıtsın, bu zaman piyada formada əvvəlcədən tanımadığı sonradan adlarının Şəhla, Könül və Zəhra olduğunu bildiyi qızlar piyada formada səki ilə gedirmişlər, onlar avtomobillə qeyd etdiyi formada hərəkət edən zaman özləri də istəmədən həmin qızların qarşısına keçmişlər, o arxa oturacaqda olduğu üçün baş verənləri tam dəqiq görə bilməmişdir.Lakin bu zaman baş verənlərdən ona məlum olan o olmuşdur ki, onlar həmçinin köməkçi yola dönmüşlər ki, geriyə hərəkət edib sonradan gəldikləri istiqamətin əksinə doğru getsinlər.Bu zaman Orxanla həmin qızların arasında nə baş vermişdisə Şəhla Orxana qarşı nalayiq ifadələr işlətməyə başlamış, Orxan da Şəhlanı eyni qaydada nalayiq ifadələrlə cavabını vermişdir.Həmin vaxt Şəhla Orxanın əyləşdiyi oturacağın qapısına əlini atıb qapını açmaq istəmiş, Orxan da qapını açıb aşağı düşmək istəyəndə o arxadan Orxanı əliylə qucaqlayıb düşməməsini xahiş etmiş, Vüsala isə problem yaranmaması üçün sürməsini xahiş etmişdir.Daha sonra Orxan və Şəhla birbirinin ünvanına daha təhqiramiz formada ifadələr işlətməyə başlamış, Orxan da onun əlindən çıxıb avtomobildən yerə düşmüş, təxminən 30 saniyə sonra o da avtomobildən düşmüşdür.Bu zaman baş verən hadisədən yəni, Orxan və Şəhlanın bir-birinə uca səslə nalayiq ifadələr işlətməsinə görə, həmçinin həmin şəxslərin arasında dava düşdüyü üçün ətrafa təxminən 20-30 nəfər şəxs yığışmış, həmçinin yolda avtomobillərin tıxacı yaranmışdı.Vüsal da onunla eyni vaxtda avtomobildən düşmüşdür.O, avtomobildən düşən zaman görmüşdür ki, Orxan onların avtomobilin arxasında park vəziyyətində dayanmış ağ rəngli “Prado” markalı avtomobilə dirənib dayanayaraq Şəhlayla cırmaqlaşır yəni, qarşılıqlı formada əl hərəkətləri ilə bir birini vururmuşlar. Bu zaman Şəhlanın yanında olan iki qız da Orxanı aralamağa çalışırmışlar. Orxan öz əlləri ilə Şəhlanın üz və bədən nahiyəsindən, Şəhla da özünü müdafiə etmək üçün əlləri ilə Orxanın təxminən əllərindən vururmuş. Orxanın Şəhlanın yanındakı qızları vurmasını görməmişdir. Əgər bu avtomobildən düşənə qədər baş vermişdisə o bunu görə bilməzmiş. Ümumiyyətlə avtomobilin arxa yan şüşələri qara şüşələr olduğu üçün o avtomobildə olduğu müddətdə bayırda baş verənləri tam aydın görə bilməmişdir. O avtomobildən düşdükdən sonra əvvəlcə o, daha sonra Vüsal Orxana yaxınlaşıb Orxanı bir müddət sonra ayıra bilmişlər.O, Orxan və Vüsala demişdir ki, avtomobillə ordan çıxıb getsinlər, həmin şəxslər avtomobilə onlar gəldiyi qaydada əyləşib həmin yerdən getmişlər. Vüsalgil getdikdən sonra o Şəhladan üzrxahlıq etmişdir.Lakin buna baxmayaraq o 102 xidmətinə zəng vurub şikayət etmişdir. Ümumi hadisə təxminən 15-20 dəqiqə davam etmiş, bura çoxlu sayda şəxslər yığışmış, o özü Vüsalgil gedəndən sonra orada 5 dəqiqə qaldıqdan sonra piyada bir qədər hərəkət edib sonra yoldan keçən taksi ilə 4-cü mikrarayon dairəsinə gedib avtomobilə əyləşib evinə getmişdir. Həmin günü Orxangillə görüşməmişdir. Hadisə zamanı o heç kimə xəsarət yetirməmiş, heç kimin ünvanına nalayiq ifadə işlətməmiş, heç kim də ona xəsarət yetirməmiş və ünvanına nalayiq ifadə işlətməmişdir. Həmçinin, o arxada əyləşdiyi üçün Orxanın həmin şəxslərə tanışlıq məqsədilə hər hansı bir hərəkət etməsini və yaxud deməsini bilmir. Amma bəlkə də həmin sözlə nəsə desə o, bunu eşidərmiş, lakin hansısa hərəkət etməsini görə bilməzmiş, həmin vaxtı onun başı telefona qarışıbmış. Sonradan Orxan və Şəhla bir-birinə qarşılıqlı formada nalayiq ifadə işlətmişlər. Bildirdiyi kimi Orxanla Şəhla bir-biri ilə cırmaqlaşan zaman yəni, Orxan əlləri ilə Şəhlaya zərbələr endirəndə ola bilər ki, Şəhlada xəsarətlər əmələ gəlsin. Şəhla da həmin vaxt müdafiə olunub əlləri ilə əsasən Orxanın qollarından zərbələr vururmuş. Hadisə vaxtı havanın qaranlıq vaxtı olduğu üçün o bu xəsarətləri görməmişdir. Orxanın əlində hər hansı bir iti uclu əşya olub-olmamasını o görməmişdir. X6 və Zəhranı vurmasını da görməmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid2 bildirmişdir ki, Təqsirləndirilən şəxs 3-4 ildir ki, avtomobil ustası kimi tanımış, münasibətləri hər zaman yaxşı olmuşdur. Orxan Binəqədi rayonu ərazisində yerləşən “Urud” avtomobil servisində slesar kimi fəaliyyət göstərir. Bundan başqa Şahid1 təxminən bir ildir ki, Orxan vasitəsilə tanımış, Ramillə çox da yaxın müqnasibətləri olmamışdır. Həmin şəxslərlə arasında heç bir düşmənçilik və ya ədavət olmamışdır. 07 fevral 2021-ci il tarixdə saat 22 radələrində avtomobilini Orxanın işlədiyi təmir sexinə sonuncunun təmir etməsi üçün vermişdir. Bundan sonra Orxanın təklifi ilə faktiki sahibliyində və sonuncunun dostu olan Ceyhunun mülkiyyətində olan “Porsche” markalı “**-VM-***” dövlət qeydiyyat nişanlı avtomobili idarə etməyi təklif etmişdir. Onlar birlikdə “Memar Əcəmi” metrosu yaxınlığına gedərək burada ortaq tanışları olan Ramili götürmək istəyirmişlər. Beləliklə o avtomobili idarə etmiş, Orxan onun yanında qabaq sərnişin oturacağında əyləşmişdir. Onlar birlikdə qeyd etdiyi kimi Memar Əcəmi metro stansiyasının yaxınlığına getmişlər.Burada Ramillə görüşmüşlər, Ramil də onun idarə etdiyi avtomobilin arxa oturacağında əyləşmişdir. Bundan sonra onlar təxminən bir-birinə nisbətən yaxın olan yaşadıqları əraziyə Binəqədi rayonu 7-ci mikrarayon ərazisində getməyə başlamışlar. O Yeganə şadlıq sarayının qarşısı ilə yəni, həmin şadlıq sarayı onlarıən solunda olmaqla üzü aşağı istiqamətdə hərəkət edirmişlər. Bu zaman Ramil özünə məxsus “Toyota Prius” markalı “**-RM-***” dövlət qeydiyyat nişanlı avtomobilinin arxada qalmasını bildirib götürməsi üçün geri qayıtmalı olduğunu demişdirdir. Bu zaman o üzü aşağı istiqamətdə hərəkət edən zaman geriyə qayıtmaq üçün avtomobili idarə edərək yolun əks istiqamətində olan köməkçi yola dönmüşdür ki, fırlanıb geriyə qayıtsın, bu zaman piyada formada əvvəlcədən tanımadığı sonradan adlarının Şəhla, Könül və Zəhra olduğunu bildiyi qızlar piyada formada səki ilə gedirmişlər, onlar avtomobillə qeyd etdiyi formada hərəkət edən zaman özləri də istəmədən həmin qızların qarşısına keçmişlər. Həmin vaxt Orxan əyləşdiyi oturacaqda pəncərə bağlı vəziyyətdə fırlanıb həmin qızlara tərəf baxmış, həmin vaxt Orxanın nəsə deməsini xatırlamır, həmin vaxt diqqəti yolda olduğu üçün Orxanın hansı hərəkət etməsini də görməmişdir. Orxanın bu hərəkətindən sonra Şəhla Orxanı nalayiq formada söyüş mənasına gələn ortancıl barmağını göstərmişdir. Bu zaman Orxan pəncərəni açaraq Şəhlaya həmin barmağını münasib yerinə soxa biləcəyini demişdir. Bu zaman həmin şəxslərin arasında sözlə mübahisə başlamışdır. Orxan Şəhlanın ünvanına uca səslə nalayiq formada ifadələr işlədir, Şəhla da ona eyni qaydada cavab verirmiş, o avtomobili geri verib həmin yerdən uzaqlaşmaq istəyən zaman Orxan qəfil avtomobilin qapısını açaraq Şəhlagilin üstünə getmişdir. Bundan sonra təxminən 2-3 dəqiqə ərzində Orxan əl zərbələri ilə Şəhlanı vurmağa başlamış, bu vaxt Şəhlanın hansı nahiyələrindən zərbələr almasını dəqiq bilmir. Həmin vaxt Orxanın zərbələrinə cavab olaraq Şəhla özü də əlləri ilə Orxanın qollarına vururmuş. Şəhlanın yanında olan iki qız isə Orxanın Şəhladan aralaşdırmağa çalşırmışlar. Hadisə zamanı Orxanın Şəhlanın yanında olan iki qızı vurmasını və ya həmin qızların Orxanı vurmasını dəqiq görə bilməmişdir. Hadisə böyüməsin deyə o avtomobildən düşməmişdir ki, xanımların qarşısında hər üçü avtomobildən düşməsinlər. Lakin Ramil avtomobildən düşüb Orxanı dalaşdığı qızlardan aralaşdırıb həmin xanımlardan üzrxaxlıq edirmiş. O isə hadisənin əvvəlindən axırına kimi avtomobildə qalmışdır. Orxanın etdiyi hərəkətlərə yəni sonuncunun mübahisə yaradaq uca səslə nalayiq ifadələr işlətdiyi üçün ətrafda olan şərab evində işləyən şəxslər və ətrafdan bir neçə şəxs hadisə olan yerə gəlib burada baş verənləri kənarda izləyirmişlər. Mübahisə yarandığı üçün bir neçə avtoobildə yolun kənarında dayanmışdı. Qeyd etdiyi kimi o hadisənin əvvəlində axırına kimi avtomobildən düşməmiş, bir müddət sonra o sözlə Orxana təkidlə bildirmişdir ki, gəlib atomobilə əyləşsin və onlar buradan uzaqlaşsınlar, Orxan da sonradan gəlib avtomobilə əyləşmiş, o avtomobili idarə edərək 7-ci mikrarayon ərazisinə qayıtmışlar. Daha sonra onlar evlərinə dağılışmışlar. Sonradan Binəqədi RPİ-də araşdırma getdiyini bilmiş, polisin dəvəti əsasında o da həmin idarəyə gedib hadisəni gördüyü kimi danışmışdır. Hadisə zamanı o heç kimə xəsarət yetirməmiş, heç kimin ünvanına nalayiq ifadə işlətməmiş, heç kim də ona xəsarət yetirməmiş və ünvanına nalayiq ifadə işlətməmişdir. Həmçinin, Orxan həqiqətəndə də həmin qızlara fırlanıb bir neçə saniyə baxmışdır. Orxanın başqa nəsə hərəkət etməsini dəqiq görməmişdir. Ola bilər ki, Şəhla Orxanın ona baxmasını tanışlıq kimi qəbul etsin. Orxanın əlində hər hansı bir iti uclu əşya olması düzgün deyil. Belə ki, o Orxanın əlində həmin hadisə zamanı belə bir əşyanın əlində olmamasını dəqiq bilmir. Orxanın əlində hər hansı bir üzük olub-olmamasını isə dəqiq bilmir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 qarşı olan hərəkətləri nəticəsində yəni əlləri ilə Şəhlanın əlindən vurmasından sonra sonuncunun əlində olan mobil telüefonu da yerə düşməsi nəticəsində həmin mobil telefon qırılaraq zədələnməsi ilə bağlı hadisə həqiqətəndə baş verə bilərdi. Lakin o bunun şahidi olmamışdır. O hadisənin sonuna kimi avtomobildə olduğundan, hadisə vaxtı qarışıqlıq yarandığı üçüb o bunu görməmişdir. O avtomobili qızların qabağını kəsmək üçün deyil geri qaytarmaq üçün həmin yoldan dönmüş, avtomobili geri qayıtmaq üçün arxaya vermişdir. Orxan Şəhlanı əlləri ilə vurub, ayaqları və ya iti uclu əşya ilə vurmasını görməmişdir. Avtomobili arxasında isə Ramildən başqa heç kim olmamışdır. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid3 bildirmişdir ki, təxminən 4-5 ildir ki, ünvan 3 ünvanda yerləşən "xxxx" MTK tərəfindən tikilmiş hündürmərtəbəli binanın mühəndisi kimi işləyir, qeyri-rəsmi olaraq həmin binanın komendatı vəzifəsini icra edir. O hər gün saat 20 radələrindən səhər saat 09 radələrinə kimi binada yerləşən ofisdə işdə olur. Həmin binanın altında “Şərab evi” adlanan qeyri-yaşayış obyekti vardır, lakin onun əyləşdiyi ofis binasının əks təırəfində yerləşir. 2021-ci ilin fevral ayının əvvəlində səhv etmirsə fevral ayının 07-də saat 22 radələrində o işdə olduğu zaman hazırda dəqiq xatırlamadığı qeyd etdiyi “şərab evi” obyektinin üstündə yerləşən binanın nisbətən aşağı mərtəbələrində yaşayan sakinlərdən bir neçəsi onunla əlaqə saxlayıb şərab evinin yanında bina ilə üzbəüz dayananda sol tərəfdə yerləşən küçədə “666” nömrəsi olan “Porsche” markalı ağ rəngli avtomobildən düşən sonradan polis əməkdaşlarından eşitdiyinə görə “Orxan” adlı şəxs bir nəfər qızla kobud formada uca səslə nalayiq ifadələr işlədib bina sakinlərinin istirahətini küçədə olan şəxsləri narahat edib mübahisə etdiyi qızı və onun yanında olan əlavə 02 nəfər qızı döyərək onlara bədən xəsarətləri yetirmişdir. O bu xəbəri eşidəndə dərhal həmin yerə getmişdir, bu zaman hadisə baş verib qurtarmışdır. Səhv etmirsə xəsarət alan qızlar orada olmuşdur, onları döyən şəxs isə artıq uzaqlaşmışdır. Bir müddət sonra hadisə yerinə polis əməkdaşları gəlmişdir. Burada olan şəxslərlə söhbət etdiyi zaman onlar da ona bildirmişlər ki, “Porsche” markalı nömrəsində “666” rəqəmləri olan ağ rəngli avtomobildən düşən bir nəfər şəxs tanış olmaq məqsədilə tərbiyəsizlik edərək həmin küçədən keçən qızlara söz atmış, bu qızlarla mübahisə edib uca səslə küçə söyüşləri söyərək bina sakinlərinin istirahətini pozub həmin yerə çoxlu sayda şəxslərin yığışmasına həmçinin, küçədə avtomobillərin tıxacına səbəb olub həmin qızları döymüşdür.O, əlavə olaraq bildirmişdir ki, nə hadisəni törədən şəxs, nə də ki, xəsarət alan qızlar onların binasının sakini deyil, o bu şəxsləri tanımır. O sadəcə olaraq baş vermiş hadisədən sakinlər narahat olduğu, binanın yerləşdiyi küçədə çoxlu sayda şəxslər yığışdığı və avtomobillərin tıxacı yarandığı üçün reaksiya verib həmin yerə getmişdir. Məhkəmə iclasında Şahid4 elan olunmuş ifadəsinə əsasən məlum olur ki, o Bakı şəhəri Binəqədi rayonu Eldar Babayev küçəsində yerləşən binanın birinci mərbəsində olan “şərab evi” adlı içkilər satılan qeyri-yaşayış obyektinin sahibidir.2021-ci ilin fevral ayının əvvəlində sahib olduğu obyektdə 5-10 günlük müddətdə hazırda adını xatırlamadığı əslən Tovuz rayonundan olan bir nəfər satıcı kimi işləmişdir.Həmin işçinin fəaliyyəti sınaq müddətinə təsadüf etdiyindən həmin şəxslə əmək müqaviləsi bağlanmamışdır. 2021-ci ilin təxminən səkkizi o sahibi olduğu obyektə səhər saatlarında gələn zaman həmin işçisi və qonşuluqda olan hazırda dəqiq xatırlamadığı şəxslər ona bildirmişlər ki, bir gün öncə yəni, 07.02.2021-ci il tarixdə saat 22.00 radələrində ağ rəngli “Porsche” markalı avtmobildə əyləşmş bir nəfər cavan oğlan yoldan keçən üç nəfər qızı dəqiq bilmədiyi səbəbə görə döymüşdür.Həmin hadisə zamanı hadisəni törədən şəxs uca səslə qışqırıb nalayiq ifadələr işlətdiyi üçün baş vermiş səs-küyə ətrafa çoxlu sayda şəxslər toplaşmış, həmçinin, burada avtomobillərin tıxacı yaranmışdır.O hadisəni şəxsən görməmiş, hadisə haqqında yalnız qeyd etdiyi həmin vaxtlar müvəqqəti olan işçisinin və digər şəxslərin ona deməsindən məlumatı olmuşdur.Sadəcə ona məlum imiş ki, bir nəfər cavan oğlan “Porsche” markalı avtomobildən düşüb həmin vaxt yoldan keçən üç nəfər qızı döyərək səs-küy salıb uca səslə nalayiq ifadələr işlətmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məhkəmə-tibbi ekspertizasının 08 fevral 2021-ci il tarixli, 178 saylı rəyinə əsasən məlum olur ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarətlər-üzün sağ gözaltı və yanaq nahiyələrinin, burun nahiyəsinin şişkinliklə qançırları, sağ gözün ağlı qişasına qansızma, üzün sağ yanaq nahiyəsinin sıyrığı küt əşyanın (əşyaların) təsirindən müayinədən bir günə qədər əvvəl törənmişdilər, yetirilmə müddəti 07 fevral 2021-ci il tarixinə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs1 bədənində aşkar edilmiş xəsarətlər başqa şəxs tərəfindən əllə və yumruqla vurulan zərbələrin təsirindən əmələ gələ bilərdilər. Üzün sağ yanaq nahiyəsindəki sıyrığın əl barmağının dırnağının təsirindən yetirilməsi inkar edilmir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Espertiza Mərkəzinin məhkəmə-əmtəəşunaslıq ekspertizasının 28 oktyabr 2021-ci il tarixli 9/7422 saylı rəyinə və cinayət işi materiallarına əsasən müəyyən edilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd Vyetnamda istehsal edilmiş “Samsung” markalı “SM- A750FN/DS” (Galaxy A7) model mobil telefon aparatının zədələnməmişdən əvvəl normal vəziyyətdə satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması və istifadədə olduğunu nəzərə alaraq 2021-ci ilin fevral ayına olan orta bazar qiyməti təxminən 200 manat, hazırda zədəli vəziyyətdə ehtiyat hissəsi kimi 50 manat müəyyən olunur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Espertiza Mərkəzinin məhkəmə-trasoloji ekspertizasının 21 oktyabr 2021-ci il tarixli 3/1732 saylı rəyi və cinayət işi materialları ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilən mobil telefon cihazının üzərində yəni, mobil telefonun ön ekran hisəssində kənarları düzxət formalı olmayan və material çatışmazlığı olan zədələr vardır.Həmin zədələr kənar predmetlə mexaniki təsir nəticəsində yaranmağa xarakterik sınma zədələrdir. Telefonun ekran hissəsində olan zədələr yerə düşmə nəticəsində yaranması istisna edilmir. Təqdim edilmiş 01 ədəd mobil telefonun səthində zədə 07 fevral 2021-ci il tarixdə yarana bilməsinin müəyyən edilməsi üçün müvafiq elmi metodika olmadığından bu sual cavablandırılmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məhkəmə-tibbi ekspertizasının 15 oktyabr 2021-ci il tarixli T 267/2021 saylı rəyinə əsasən məlum olur ki, Zərərçəkmiş şəxs1 sağ gözaltı nahiyədə hematoma və qançır, sağ gözün ağlı qişasına qansızma, burun beli və sol qanadda qançır və yumşaq toxumalarda əzik, sağ yanaqda sıyrıq, sol burun dəliyindən tənəffüsün bir qədər çətionləşməsi müəyyən edilmişdir. Qeyd edilən xəsarətlər bərk küt əşya (əşyaların) təsirindən törənmiş, yetirilmə müddəti 07.02.2021-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağ gözaltı və yanağın qançır hematoması, sağ gözün ağlı qişasına qansızma sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aidddir, sağ yanağın sıyrığı və burun beli, sol burun qanadının yumşaq toxumaların əziyi, qançırı sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Xəsarətlərin xarakteri və yerləşdiyi nahiyələr istər onların kənar şəxs tərəfindən itələnməsi, istərsə də zərərçəkmişin özü tərəfindən yetirilə bilməsini inkar edir. Zərərçəkmiş şəxs1 bədənində iti uclu dəmir parçasının təsirindən yarana bilən hər hansı xəsarət və ya onun izi aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəmkir rayon İcra və Probasiya Şöbəsinin 19.09.2019-cu il tarixli 4686/19 nörəli məktubundan görünür ki, Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş, məhkum Təqsirləndirilən şəxs hökm üzrə təyin edilmiş 3,000 (üç min) manat cərimə cəzasını 08.08.2018-ci il tarixdə tam olaraq ödəmişdir.Beləliklə də, məhkəmə hesab edir ki, CM-nin 83.3.2-ci maddəsinin tələbinə əsasən həmin vaxtdan 1 ildən artıq vaxt keçdiyinə görə məhkumluğu ödənilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs ailəli olmaqla himayəsində 2 (iki) azyaşlı övladları var. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin əməli CM-nin 221.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Buna görə də, o, həmin maddə ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzalandırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla aparılması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5 və 349.5.1-ci maddələrinin tələblərinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-cı il tarixli 15 nömrəli qərarında göstərilmişdir ki, cinayət qanunun sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza tədbiri tətbiq etmənin mümkünlyünü nəzərdə tutursa, məhkəmə hökmündə nə üçün müttəhimə məhz azadlıqdan məhrum etmə cəzasının tətbiq olunmasının əsasları göstərilməlidir. Eyni mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında da təsbit olunmuşdur.Belə ki, həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Belə ki, məhz həmin qərarda göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir, həmçinin təqsirləndirilən şəxsin təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, himayəsində 2 (iki) azyaşlı övladının olmasını, zərərçəkmiş şəxslərlə barışmasını və zərərçəkmiş şəxslərə vurulmuş ziyanı ödəməsi cəzanı yüngülləşdirən haldır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halın mövcudluğunu və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə islah işləri növündə cəza təyin olunması, qanuni, ədalətli və əsaslıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun 03 noyabr 2022-ci il tarixdən – 05 noyabr 2021-ci il tarixədək, həbsdə olduğu 2 (iki) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən islaş işləri növündə cəzanın müddətinə 1(bir) günə 4 (dörd) gün olmaqla təyin edilmiş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir.Belə ki, iş materiallarında olan Bakı şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin baş müstəntiqi, polis mayoru Həbib Həbibli tərəfindən qəbul olunmuş protokola əsasən məlum olur ki, Təqsirləndirilən şəxs 03 noyabr 2021-ci il tarixdə tutulmuşdur.Həmçinin, iş materiallarında olan Bakı şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin baş müstəntiqi, polis mayoru Həbib Həbibli tərəfindən qəbul olunmuş 05 noyabr 2021-ci il tarixli qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs 05 noyabr 2021-ci il tarixdə barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilməklə buraxılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. CM-nin 49.2-ci maddəsinə əsasən islah işlərinə məhkum olmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs islah işləri növündə cəza təyin edilməli, bu cəzasını yaşayış yeri üzrə çəkməli və cəzaçəkmə müddətinin əvvəli qazancından tutulmalar aparıldığı vaxtdan hesablanmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs islah işləri cəzası təyin edildiyindən onun barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsini saxlanılmalıdır. Eyni zamanda, CPM-nin 353.4.10-cu maddəsinə əsasən iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 114 manat Təqsirləndirilən şəxs oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və aylıq qazancından dövlət nəfinə 20 (iyirmi) faiz pul tutulmaqla 2 (iki) il müddətinə islah işləri cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs oğlunun 03 noyabr 2022-ci il tarixdən – 05 noyabr 2021-ci il tarixədək, həbsdə olduğu 2 (iki) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən islaş işləri növündə cəzanın müddətinə 1(bir) günə 4 (dörd) gün olmaqla təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs qəti olaraq aylıq qazancından dövlət nəfinə 20 (iyirmi) faiz pul tutulmaqla 1 (bir) il 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətinə islah işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxs islah işləri cəzasını iş yeri üzrə çəksin və hökmün icrası qeydiyyatda olduğu yer üzrə icra qurumuna həvalə olunsun. Təqsirləndirilən şəxs islah işləri cəzasının əvvəli onun qazancından dövlət nəfinə ilk tutulmalar aparıldığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəsini alanadək Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri qüvvədə saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına – VÖEN **********, X3 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar