Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-102/2023 05.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Saat 11.20 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Rzayev Abbas Əhəd oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Bayramov Tural Ural oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, anlaqsız vəziyyətdə cinayət törətmiş şəxs Təqsirləndirilən şəxs qanuni nümayəndəsi (bacısı) Qanuni nümayəndə iştirakı ilə, 3 sentyabr 1962-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, Səbail Rayon Məhkəməsinin 12 yanvar 2006-cı il tarixli qərarı ilə ümumi tipli psixiatriya stasionarında məcburi müalicəyə cəlb edilmiş, işləməyən, ünvan 1 ünvanda yaşamış, halhazırda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Psixatriya Xəstəxanası» X17 müalicə alan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) CM-in 310 və 32.4, 312.1-ci maddələri ilə anlaqsız vəziyyətdə cinayət törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqi üzrə icraat aparılmasına dair iş materiallarına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqi üzrə icraat aparılmasına dair iş materiallarına əsasən müəyyən edilir ki, Bakı şəhəri, M.Hüseyn küçəsi, ev 79, mənzil 42 ünvanında qeydiyyatda olmaqla, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində xüsusi tibb müəssisəsinə (psixiatrik stasionara) yerləşdirmə növündə təhlükəsizlik tədbiri tətbiq edilmiş və müvafiq xüsusi tibb müəssisəsinə (psixiatrik stasionara) yerləşdirilmiş Təqsirləndirilən şəxs özbaşına özünü vəzifəli şəxs kimi təqdim etməklə hüquqi şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə təkrarən vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemətin rüşvət qismində verilməsinə qeyrisini təhrik etmişdir.Belə ki, o, 2021-ci ilin sentyabr ayında “X18” X12 şöbə müdiri vəzifəsində işləyən Şahid3 istifadəsində olan ***- ***-**-** nömrəli mobil telefona özünə məxsus ***-***-**-** mobil nömrəsindən dəfələrlə zəng edərək özbaşına özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikası Baş Prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini X2 təqdim edib, oğlu X4 Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə işə düzəldilməsində köməklik göstərilməsi ilə bağlı 2021-ci ilin dekabr ayında Bakı şəhəri, Səbail rayonu 59 ünvanında yerləşən M.F.Axundov adına bağda görüşləri zamanı Şahid3 özünə müraciəti ilə əlaqədar ona özünü işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib özünə olan inam və etibardan sui-istifadə edərək guya Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində yüksək vəzifədə işləyən “Emin” adlı şəxslə münasibətinin olmasını, həmin şəxsin vasitəsilə Əhməd Rəhimovun işə düzəlməsini təmin etmək imkanına malik olduğunu yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Əhməd Rəhimovun xeyrinə edəcəyi hərəkətə, yəni müvafiq vəzifəyə təyin etməsi üçün zəruri tədbirləri görməsinə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 500 (beş yüz) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla bildirərək, onunla razılaşmaqla sövdələşib, həmin niyyətlə həmin gün 500 (beş yüz) manat məbləğində pul vəsaitini qeyd edilən yerdə ondan alıb şəxsi ehtiyaclarına sərf etməklə vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Əhməd Rəhimovun xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə Şahid3 təhrik etmiş, özbaşına özünün vəzifəli şəxs qismində təqdim edilməsində ifadə olunan həmin hərəkətləri ilə Azərbaycan Respublikası Prokurorluğunu əhali arasında nüfuzdan salınması və vətəndaşların qarşısında etimadsızlığına zəmin yaradaraq hüquqlarının və qanunla qorunan mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmişdir. Bundan başqa, o, təkrarən, 2022-ci ilin aprel ayının ortalarında cinayətdən xəbərsiz tanışı Şahid2 tərəfindən nəşr olunmuş “Qalib Sərkərdə” adlı kitabın çox sayda nüsxəsini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə satışını həyata keçirmək məqsədi ilə Nazirliyin Media və Kommunikasiya şöbəsinin müdir müavini vəzifəsində işləyən Şahid1 xidməti nömrəsinə istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən zəng edərək özbaşına özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikası Baş Prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini X2 təqdim edib Şahid2 adlı dostunun “Qalib Sərkərdə” adlı kitab yazdığını, həmin kitabı Bakı şəhəri İcra Hakimiyyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər dövlət qurumlarının xeyli sayda aldığını, Səhiyyə Nazirliyinin də həmin kitabdan təxminən 2000 ədəd almalı olduğunu bildirərək, özbaşına özünün vəzifəli şəxs qismində təqdim edilməsində ifadə olunan həmin hərəkətləri ilə Azərbaycan Respublikası Prokurorluğunun əhali arasında nüfuzdan salınması və vətəndaşların qarşısında etimadsızlığına zəmin yaradaraq hüquqlarının və qanunla qorunan mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə təkrarən vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmişdir. Məhkəmə baxışı zamanı ifadəsi elan olunmuş anlaqsız vəziyyətdə cinayət törətmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsinə əsasən məlum olur ki, o, CMnin 310 və 32.4,312.1-ci maddələri ilə ona elan edilmiş ittihamla özünü təqsirli bilərək göstərmişdir ki, ümumi xəstəliklə əlaqədar 1-ci qrup əlilliyi var, 1993-cü ildə şizofreniya xəstəliyi ilə əlaqədar 3-cü qrup əlillik təyin edilmişdir.2000-ci ildə vəziyyəti pis olduğu üçün 2 X22 Dispanserində 40 gün qaldıqdan sonra ona şizofreniya paronoid diaqnozu ilə ömürlük 2-ci qrup əlillik verilmişdir.Bundan sonra işdən çıxmış, 2008-ci ildə atası rəhmətə gedəndən sonra yaranmış stresslə əlaqədar 5 ay 1 X22 Dispanserində stasionar qaydada qalmışdır. Bundan sonra şizofreniya xəstəliyi nəticəsində ağır psixi qüsuru diaqnozu ilə ömürlük 1-ci qrup əlillik verilmişdir.Aylıq 400 manat pensiya alır, bacısı Qanuni nümayəndə ona qulluğa görə 80 manat təqaüd alır.Baş Prokurorluqda Polisə nəzarət idarəsinin böyük prokuroru X5 tanıyır, Elçin Sultanovun atası Konstitusiya Məhkəməsinin hakimi Ələddin Sultanov rəhmətə gedəndə onun yas mərasimində Baş prokrurorun xüsusi işlər üzrə köməkçisi X6 görmüş, həmin vaxt Ələddin sonuncunu onunla tanış etmiş, Toğrul Muxtarovun davranışını, tərbiyəsini çox bəyənmiş, onun yadında qalmışdır. Şahid2 ilə 2021-ci ilin iyun ayında ortaq tanışları vasitəsilə tanış olmuş, onu reklam şirkətinin vitseprezidenti kimi tanımış, lakin şirkətin adının nə olduğunu bilməmişdir.Rəşadla normal münasibətləri olmuşdur. 2021-ci ilin oktyabr ayının ortalarında Rəşad onunla əlaqə saxlayaraq görüşmək istədiyini bildirmiş və sonuncu ilə görüşmüşdür. Əvvəlki görüşləri zamanı Şahid2 müxtəlif dövlət orqanlarında işləyən çoxlu tanışlarının olduğunu dediyi üçün görüş zamanı sonuncu ona ölkə başçısı haqqında “Qalib Sərkərdə” adlı kitab yazdığını, həmin kitabın müxtəlif dövlət qurumlarında satışını təşkil etməkdə köməklik göstərməyini xahiş etmiş, kitabın qiymətinin 15 manat olduğunu, əgər həmin kitabın 5.000 ədəd satışısını təşkil etsə, ona 3.500 manat pul verəcəyini bildirmişdir.O da razılıq vermişdir.Bundan sonra o, dostu Elçin Sultanovla görüşmüş, kitabın bir nüsxəsini ona hədiyyə etmiş və sonuncudan kitabın Baş Prokrurorluqda satışına köməklik göstərməsini xahiş etmişdir.Elçin Sultanov bir neçə gündən sonra zəng edərək təsərrüfatla danışdığını və kitabın alışının mümkün olmadığını bildirmişdir.Buna görə də, Səhiyyə Nazirliyinə Şahid2 yazdığı kitabı satmaq istəmiş, bununla bağlı, 109 Çağrı Mərkəzinə zəng edərək Səhiyyə Nazirliyinin Ümumi şöbəsinin əməkdaşı olan Sevinc adlı xanımın 3565 nömrəli xidməti nömrəsini tapmış, həmin nömrə ilə danışdıqda Sevinc xanıma özünü Baş Prokurorluğun polisə nəzarət idarəsinin rəis müavini vəzifəsində çalışan Toğrul Muxtarov kimi təqdim etmişdir.Özü 1-ci dərəcəli əlil olduğundan, özünü Sevinc xanıma öz adı ilə təqdim edəcəyi halda sözünün və xahişinin keçməyəcəyini bildiyi üçün, özünü vəzifəli şəxs olan Toğrul Muxtarov kimi, həmçinin yüksək vəzifədə çalışan bəzi şəxslərin sinif yoldaşı kimi təqdim etmişdir. Telefon danışığı zamanı Səhiyyə Nazirliyinin Sevinc adlı əməkdaşına dostunun “Qalib Sərkərdə” adlı kitab yazdığını, həmin kitabın nazirlik tərəfindən alınması ilə bağlı köməklik göstərmələrini xahiş etmiş, Sevinc xanım isə bu işin onun səlahiyyətində olmadığını, bununla bağlı nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışan Pərviz Əbubəkirova müraciət etməli olduğunu bildirmişdir.Bundan sonra dəfələrlə P. Əbubəkirovla danışmağa çalışsa da sonuncu ilə əlaqə saxlaya bilməmişdir.Bir müddət sonra həmin şöbənin müavini Elvin adlı şəxs onunla əlaqə saxlayaraq məsələnin nədən ibarət olduğunu soruşmuş, sonuncuya yenə də özünü Baş prokurorluğun idarə rəisinin müavini Toğrul Muxtarov kimi təqdim edərək, yuxarıda göstərilən kitabın satışı ilə bağlı müraciət etdiyini bildirmişdir. Elvin də şöbə müdirinin işdə olmadığını, ezamiyyətdən qayıtdıqda onunla əlaqə saxlayacağını bildirmiş, lakin hal-hazıradək əlaqə saxlamamışdır. O, Şahid1 tərəfindən təqdim edilmiş səs yazısında olan həmin səs yazısının ona məxsus olduğunu, səs yazısında X16 kimi təqdim etdiyini qeyd etmişdir. Bundan əlavə, 2021-ci ilin sentyabr ayının əvvəllərində anası X1 problemlər yarandığından Əfəndiyev adına 2 saylı şəhər xəstəxanasında müalicə almış, vəziyyəti yaxşı olmadığından, anasına köməklik göstərilməsi üçün tanış axtararkən, hazırda xatırlamadığı bir tanışı 3 saylı Uşaq xəstəxanasının baş həkimi olan Şahid3 2 saylı şəhər xəstəxanasının rəhbərliyi ilə yaxınlığı olduğunu bildirmiş, bu səbəbdən 109 Çağrı Mərkəzinə zəng vuraraq Şahid3 mobil telefon nömrəsini tapmışdır. Sonuncu ilə danışarkən o, yenə də özünü Baş Prokurorluğun polisə nəzarət idarəsinin rəsi müavini vəzifəsində çalışan Toğrul Muxtarov kimi təqdim etmişdir. Bunu etməkdə məqsədi yenə də özünü vəzifəli şəxs kimi təqdim edərək xahişinin yerinə yetirilməsindən ibarət olmuşdur.Şahid3 özünü T.Muxtarov kimi təqdim edərək anasının 2 saylı şəhər xəstəxanasında müalicə aldığını, oranın rəhbərliyinə anasına daha yaxşı baxmaları üçün tapşırmağını xahiş etmiş, o da buna etiraz etməyərək tapşırmışdır.xx.xx.2021-ci il tarixdə anası vəfat etmişdir. Şahid3 da ona zəng vuraraq başsağlığı vermiş, bundan 2 ay sonra Şahid3 zəng edərək oğlunun Xarkovda oxuduğunu, sonuncunu Prokurorluqda və ya Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində işə düzəlməsində köməklik göstərməyini xahiş etmişdir.O, prokurorluğa qəbulun imtahanla olduğunu, Penitensiar Xidmətində isə tanışının olmadığını, uyğun bir yer olduğu halda ona məlumat verəcəyini bildirmişdir. Lakin bu işlə bağlı heç bir real addım atmamışdır. O, ifadəsində həmçinin Şahid3 ondan oğlunu işə düzəltməyini xahiş etdiyini, cavabında işə qəbulun imtahan vasitəsilə olduğunu bildirdiyini, Şahid3la Axundov parkında görüşdüyünü, sonuncunun onu həmin parka dəvət etdiyini, anasının yası ilə əlaqədar ona zərfdə pul verdiyini, həmin pulu bacısına təqdim etdiyini, bacısına həmin pulu anasının yası ilə əlaqədar Məzahir müəllimin verdiyini dediyini, həmin pulu Şahid3 uşağını işə düzəltmək adı ilə almadığını, zərfin içinə baxmadığını, amma xatırladığı qədəri ilə zərfin içərisində 2 ədəd 200 manatlıq pul əskinasın olduğunu bildirmişdir. Məhkəmə baxışı zamanı şahid qismində ifadə verən Şahid2 bildirmişdir ki, 2020-ci ildən "xxxx" MMC-də direktor vəzifəsində işləyir, şirkətin fəaliyyət istiqaməti reklam, dizayn, yayım, çapdan ibarətdir və şirkətdə 2 nəfər işçi fəaliyyət göstərir. 2021-ci ilin iyun ayından Təqsirləndirilən şəxs ilə ortaq tanışları vasitəsilə tanış olmuş, sonuncu özünü ona Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçisi kimi təqdim etmiş, normal münasibətləri olmuş, 2021-ci ilin oktyabr ayının ortalarında Sənanla görüşləri zamanı sonuncuya ölkə başçısı haqqında “Qalib Sərkərdə” adlı kitab yazdığını bildirəndə Sənan kitabın satışında ona köməklik edə biləcəyini, bir çox dövlət orqanlarında tanışlarının və qohumlarının olduğunu, onlardan həmin kitab satışında ona köməklik etmələrini xahiş edəcəyini bildirmişdir. O, Təqsirləndirilən şəxs satacağı kitab müqabilində 1.500-2.000 manat pul verəcəyinə söz vermiş, Sənan ona ölkə rəhbəri və başqa yüksək vəzifədə çalışan şəxslərlə birlikdə eyni sinifdə oxuduğunu, onlarla yaxşı münasibətlərinin olduğunu bildirmiş, o da bu səbəbdən inanaraq yazdığı kitabın müxtəlif dövlət qurumlarında xeyli sayda satışını təşkil edəcəyini düşünmüşdür. Təqsirləndirilən şəxs bu işə razılıq verdikdən sonra Mədəniyyət Nazirliyində yüksək vəzifədə çalışan Sevda adlı xanımın onun qohumu olduğunu, bu işlə bağlı ona müraciət edərək həmin nazirlik tərəfindən 2-3 min ədəd kitab satışını təşkil edəcəyini bildirmişdir. Sənan həmin qurumla bir neçə dəfə danışdıqdan sonra Sevda xanımın köməkçisi olan Zivər xanımla danışdığını, onu nazirlikdə gözlədiklərini demişdir. O, da yazdığı kitabdan bir ədəd götürüb həmin nazirliyə getmiş və Zivər xanımla əlaqə saxlamışdır. Zivər xanım özü onu qəbul etməsə də, nazirlikdə nəşriyyat və kitablarla bağlı olan, adını bilmədiyi şöbənin əməkdaşı Fuad adlı şəxslə onu əlaqələndirmişdir. Fuadla görüşüb kitabı ona təqdim etmiş, sonuncu da kitabla tanış olduqdan sonra nazirlikdə bu işə baxan komissiya tərəfindən məsələnin müzakirə ediləcəyini və müzakirənin nəticəsində yekun qərar veriləcəyini bildirmişdir.Bundan sonra həmin nazirliklə heç bir əlaqəsi olmamış, oraya getməmişdir.Məsələnin komissiya tərəfindən müzakirə edilib-edilməməsindən məlumatı olmamış, hal-hazıradək həmin nazirlik tərəfindən heç bir kitabı alınmamışdır.Bundan əlavə, Təqsirləndirilən şəxs Səhiyyə Nazirliyində də çalışan tanışının olduğunu bildirərək həmin şəxslə kitab satışı ilə bağlı danışdığını, həmin tanışının qeyd edilən məsələnin onun səlahiyyətində deyil, nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri olan Pərviz adlı şəxsin səlahiyyətində olduğunu, Pərviz müəllimin də ezamiyyətdə olduğunu, ezamiyyətdən qayıtdıqdan sonra sonuncu ilə bu məsələ barəsində danışacağını bildirmişdir. Səhiyyə Nazirliyindən heç kimlə əlaqəsi və danışığı olmamış, həmin nazirliyə getməmiş, nazirlik tərəfindən hazıradək heç bir kitabı alınmamışdır. O, Sənanın qeyd edilən nazirliklərə X16 kimi təqdim etməsi barədə məlumatının olmadığını, lakin Təqsirləndirilən şəxs tez-tez prokurorluqda Toğrul Muxtarov adında tanışının olduğunu dediyini eşitmişdir. Məhkəmə baxışı zamanı şahid qismində ifadə verən Şahid3 bildirmişdir ki, 2020-ci ildə “X18” PHŞ-ilə xəstəxana birləşdiyi üçün baş həkim vəzifəsi ləğv edildiyi üçün hazırda “X18” PHŞ-də şöbə müdiri vəzifəsində işləyir. Təxminən 2019-cu ilin mart-aprel aylarında mobil telefon nömrəsinə ***-***-**-** saylı mobil telefon nömrəsindən zəng gəlmiş, telefonu götürdükdə özünü Baş Prokurorluğun polisə nəzarət idarəsinin rəis müavini vəzifəsində çalışan Toğrul Muxtarov kimi təqdim edən şəxs vəzifəsini və adını deyəndən sonra 3 Saylı uşaq xəstəxanasında bir yaxınının müalicə aldığını bildirərək, ona yaxından qayğı göstərməyini xahiş etmiş, o da sonuncunun dediyi şəxsi tapıb xəstəliyi ilə maraqlanmış və həkimlərdən birini məsləhət görmüşdür. Bu formada qeyd edilən şəxs bir neçə dəfə ona zəng edib xəstəxanada müalicə alan bir neçə nəfəri ondan xahiş etmişdir.Hətta 2021-ci ilin təxminən sentyabr ayının əvvəllərində X16 kimi təqdim edən şəxs yenidən ona zəng edərək anası X3 COVİD 19 xəstəliyindən əziyyət çəkdiyini, Əfəndiyev adına 2 saylı şəhər xəstəxanasında müalicə aldığını, vəziyyətinin yaxşı olmadığını, lakin anası ilə danışa bilmədiyini deyərək, ondan anası ilə əlaqə saxlamağına köməklik göstərməyi xahiş etmişdir. O, da növbətçi həkimin nömrəsini taparaq əlaqə saxlamış, həmin xanıma xüsusi diqqət göstərməyini və imkan olarsa oğlu ilə danışdırmağını xahiş etmişdir. Həmin şəxs bundan sonra ona zəng edərək təşəkkür etmişdir. Həmin vaxt artıq X16 kimi təqdim edən şəxslə münasibətləri yaranmışdır. Lakin sonuncunun üzünü görməmişdir.Həmin şəxs atasının adının Fuad olduğunu, onun professor olduğunu demişdir. Həmin məsələdən bir müddət sonra sonuncu yenə ondan bir məsələ ilə əlaqədar xahiş etdikdə, o, oğlunun Xarkovda hüquq təhsili aldığını, hal-hazırda Bakıya qayıdaraq ailə həyatı qurmağına baxmayaraq, normal iş tapa bilmədiyini bildirmiş, buna görə də həmin vaxt T.Muxtarovla da məsləhətləşmək qərarına gəlmiş və sonuncunun yuxarıda qeyd edilən mobil telefon nömrəsinə zəng vuraraq oğluna iş axtardığını, bu işdə ona hər hansı köməklik göstərə bilib-bilməyəcəyini soruşmuşdur. X16 kimi təqdim edən şəxs onun dəfələrlə köməklik etdiyini, yüksək hörmət göstərdiyini bildirərək, oğlunu uyğun bir işə düzəldəcəyini, heç bir problem olmadığını, bu işlə məşğul olacağını bildirmişdir. Bundan sonra bir neçə dəfə həmin şəxslə danışdıqdan sonra sonuncu Ədliyyə Nazirliyində İdarə rəisi vəzifəsində çalışan Emin adlı dostunun olduğunu, oğlunun işini sonuncudan xahiş edəcəyini bildirmiş, təxminən 2021-ci ilin dekabr ayında özünü T.Muxtarov kimi təqdim edən şəxs onunla əlaqə saxlayaraq Emin adlı dostunun ad günü olduğunu, ona hədiyyə verməyi məsləhət bildiyini, gələcəkdə də Eminin oğlunun iş məsələsini həll edilməsinə köməklik göstərə biləcəyini bildirmiş, o da buna etiraz etməmiş, 2021-ci ilin dekabr ayında axşam saatlarında Bakı şəhəri, Səbail rayonu, Axundov bağında özünü T.Muxtarov kimi təqdim edən şəxslə görüşmüş, sonuncu hədiyyə verməkdənsə nağd şəkildə pulu verməyin daha məsləhətli olduğunu bildirdiyi üçün özünü T.Muxtarov kimi təqdim edən şəxsə inanaraq 500 manat pulu vermişdir. Bundan sonra həmin şəxs növbəti gün saat 11-də görüşüb birlikdə Emin deyilən şəxsin ad günü məclisinə getməyi təklif etmiş, həmin məclisin dar çərçivədə dostlar arasında olacağını bildirmiş, növbəti gün saat 11-də zəng edərək görüşüb- görüşməyəcəklərini soruşanda, həmin şəxs ona məclisin dar çərçivədə olacağını, ona görə də onun oraya gəlməyinin məsləhət olmadığını bildirmişdir. Sonradan özü zəng edərək Emin adlı şəxslə görüşdüyünü, onun adından 500 manat pulu həmin şəxsə verdiyini, sonuncunun təşəkkür etdiyini, yaxın vaxtlarda oğluna köməklik göstəriləcəyini bildirmişdir.Həmin söhbətdən müəyyən müddət keçsə də, xəbər çıxmamış, həmin şəxslə yenidən əlaqə saxlayanda ona ilin sonu olduğunu, ştatların hələ təsdiq edilmədiyini, təsdiq ediləndə oğlunu da işlə təmin edəcəyini bildirmişdir. Pul veriləndən təxminən 2-3 ay keçməsinə baxmayaraq, həmin şəxs onu müxtəlif bəhanələrlə aldatmağa başlamışdır.O, da şübhələndiyi üçün, internetdə T.Muxtarov adlı şəxsin kim olmasını araşdırmış, internetdə T.Muxtarovun şəklini gördükdə sonuncunun görüşdüyü şəxs olmadığını, aldadıldığını başa düşmüşdür. Lakin bu barədə sonuncuya heç nə bildirməmiş, zəng edərək ona Baş Prokurorluğa getdiyini, lakin X9 adında bir şəxsin işləmədiyini, Toğrul müəllimin atasının adının Novruz olduğunu bildirmişdir. Belə olanda, telefonla onunla danışan, özünü T.Muxtarov adlandıran şəxs atasının adının Novruz olduğunu, Fuadın onun qardaşı olduğunu bildirmişdir. Bundan sonra o, 109 xidməti ilə əlaqə saxlayıb həmin şəxsin ona zəng elədiyi ***-**-** şəhər nömrəsinin kimə məxsus olduğunu soruşmuş, ona həmin nömrənin Təqsirləndirilən şəxs məxsus olduğu məlum olmuşdur. Həmin vaxt bir daha aldadıldığına əmin olmuşdur. O, X16 kimi təqdim edən Təqsirləndirilən şəxs 55-60 yaşlarında, orta boylu bir şəxs olduğunu, atasının Şamaxılı, anasının Maştağalı olduğunu dediyini bildirmişdir. Məhkəmə baxışı zamanı ifadəsi elan olunmuş Şahid1 ifadəsinə əsasən məlum olur ki, 2018-ci ildən Səhiyyə Nazirliyinin Media və Kommunikasiya şöbəsinin müdir müavini vəzifəsində işləyir, 2022-ci ilin aprel ayının ortalarında işlədiyi şöbənin əməkdaşları ona özünü Baş Prokurorluğun idarə rəisinin müavini Toğrul Muxtarov kimi təqdim edən şəxsin zəng vurduğunu və şöbənin rəhbərliyi ilə danışmaq istədiyini bildirmiş, həmin şəxsin zəng vurduğu ***-***-**-** saylı şəhər nömrəsinə xidməti otağındakı telefondan zəng vurmuş, zəng vurduğu şəxsi həyatda tanımadığı və adətən öz danışıqlarını qeydə aldığı üçün həmin şəxslə arasında olan danışığı qeydə almış, zəng vurduqdan sonra özünü ona təqdim etmiş, həmin şəxsin kim olduğu ilə maraqlanmış, sonuncu özünü Baş Prokurorluğun Daxili İşlər orqanlarına nəzarət idarəsinin rəis müavini vəzifəsində işləyən Toğrul Muxtarov kimi təqdim etmiş, əvvəllər Baş Prokurorluqda müxtəlif rəhbər vəzifələrdə çalışdığını bildirərək, Şahid2 adlı yaxın dostunun ölkə rəhbərliyi barəsində “Qalib Sərkərdə” adlı kitab yazdığını, həmin kitabı Bakı şəhəri İcra Hakimiyyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər dövlət qurumlarının xeyli sayda aldığını qeyd edərək Səhiyyə Nazirliyinin də həmin kitabdan təxminən 2.000 ədəd almalı olduğunu bildirmişdir. Həmin şəxs özünə məxsus ***-***-**-** saylı nömrəsinin də olduğunu bildirərək şöbə rəhbərinin ona zəng etməsini tələb etmiş, sonuncuya bu barədə rəhbərliklə danışacağını bildirsə də, söhbət zamanı həmin şəxsin qeyri-ciddi danışığı özünü təqdim etdiyi vəzifədə çalışan şəxs olmasına şübhə yaratmış, bu səbəbdən dövlət qurumlarına məlumat verərək özünü dövlət qurumlarının vəzifəli şəxsi kimi təqdim edən şəxsin şəxsiyyətinin və onun qanunsuz əməllərinin araşdırılmalı olduğunu düşünmüşdür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli qərardan görünür ki, fakta görə CM-nin 310-cu maddəsi ilə cinayət işi başlanmış və ********* nömrəli cinayət işinin istintaqı aparılması üçün icraata qəbul edilmişdir. 22 iyul 2022-ci il tarixli qərara əsasən cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-in 310-cu maddəsindən həmin Məcəllənin 310 və 32.4,312.1-ci maddələrinə tövsif edilmişdir. xx.xx.2022-ci il tarixli AR Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X20 tərəfindən verilmiş məktuba əsasən məlum olur ki, xx.xx.1962-ci il təvəllüdlü Təqsirləndirilən şəxs arxiv məlumatına görə “Şizofreniya fasiləsiz gedişli paranoid forma” diaqnozu ilə xx.xx.2006-xx.xx.2006-ci il tarixdə məcburi müalicədə olub. Təqsirləndirilən şəxs məxsus “Əlillik vəsiqəsi”ndən görünür ki, sonuncuya 26 aprel 2010-cu il tarixdən ümumi xəstəlik əsasında 1-ci qrup əlillik dərəcəsi təyin edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1 X23 Sosial Ekspert Komissiyasının SER TSE-01 saylı 758004 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs əmək qabiliyyətsizdir, kənar şəxsin qulluğuna ehtiyacı var. “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X20 tərəfindən verilmiş komisyon stasionar məhkəmə-psixiatrik ekspertizasının 25 avqust 2022-ci il tarixli 101 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs xroniki gedişli psixi patologiya olan “Paranoid şizofreniya, fasiləsiz gedişli” xroniki psixi xəstəliyindən əziyyət çəkir. Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədərkən fasiləsiz gedişli paranoid şizofreniya xəstəliyinə xas olan münasibət və özünüböyütmə məzmunlu sayıqlama fikirləri kimi psixotik əlamətlərin təsiri altında olmuşdur. Onun əziyyət çəkdiyi paranoid formalı şizofreniya xəstəliyi xroniki gedişli olmaqla, çox vaxt cavan yaşlarda meydana çıxan və bütün ömür boyu psixotik əlamətlərlə gedərək, xəstələrin fəaliyyətinə əhəmiyyətli dərəcədə təsir edən klinik mənzərə ilə xarakterizə olunur. Belə ki, xəstələrin təfəkkür, emosional sferasında olan enmə əlamətləri onların özünü və mühiti dərketməsinin yadlaşması, şəxsiyyətin dəyişməsi kimi əlamətlərin onların ictimai-faydalı əməkdən uzaqlaşmasına, ailə və sosial münasibətlərin pozulmasına gətirib çıxarır. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman fasiləsiz gedişli paranoid şizofreniya xəstəliyindən əziyyət çəkmişdir. O, cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamış, buna görə də Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməli barəsində anlaqsız hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikasının CM-in 21.1-ci maddəsinin təsiri altına düşür. Xəstəliyin gedişində psixotik xarakterli əlamətlərin hal-hazırda davam etməsinə görə onun stasionar şəraitdə məcburi müalicəyə ehtiyacının yarandığı müəyyənləşir. Hal-hazırki psixi vəziyyətinə görə Təqsirləndirilən şəxs barəsində CM-nin 95.0.2-ci maddəsinə uyğun olaraq ümumi tipli psixatriya stasionarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. O, hal-hazırda da “Paranoid şizofreniya, fasiləsiz gedişli” xəstəliyindən əziyyət çəkir. Psixotik vəziyyət hazırki dövrdə də davam etdiyindən Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında deyildir. Onun təfəkkürü autik və paroloji xarakter daşıyır, proqnozlaşdırma qabiliyyəti zəif çıxış edir, mühakimə və mülahizələrinin səthi olması, özünəməxsus tərzdə dərk etməsi müəyyən edilir. Yaddaş prosesləri və intelektual imkanları normaya uyğundur. Əqli inkişafında gerilik əlamətləri aşkar olunmur. Fərdi-psixi xüsusiyyətlərində inadkarlıq, davranışında özünü iradi tənzimləməsinin çatışmazlığı, şübhəlilik, laqeydlik, qıcığa qarşı həssaslıq və s. kimi xarakterik əlamətlərin olması müəyyən edilir. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən hadisə zamanı psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamışdır. Emosional vəziyyətini onda müəyyən edilən psixi xəstəliyi şərtləşdirmişdir. Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi, İ dərəcəli hüquqşünas Orxan Duşdurov tərəfindən Təqsirləndirilən şəxs prosessual fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə 03 oktyabr 2022-ci il tarixli protokol tərtib edilmişdir. 1 iyul 2022-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Səbail Rayon Məhkəməsinin 12 yanvar 2006-cı il tarixli qərarı ilə CM-in 310 və 178.1-ci maddələri ilə təqsirli bilinmiş, CPM-in 447.1, 447.3-cü maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilmiş və CPM-in 93.1.1, 95.0.2-ci maddələrinə əsasən ümumi tipli psixiatriya stasionarında məcburi müalicəyə cəlb edilmişdir. xx.xx.2022-ci il tarixli “Respublika Narkoloji Mərkəzi” X20 tərəfindən verilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən tibb müəssisəsində müalicədə olmayıb və qeydiyyatda yoxdur. xx.xx.2023-cü il tarixli AR Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X20 tərəfindən verilmiş məktuba əsasən məlum olur ki, hal-hazırda X8 psixi vəziyyətində yaxşılaşma qeyd olunmur. Onun psixi vəziyyəti məhkəmə iclasında iştirak etməsinə imkan vermir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-1164/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs prosessual fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdir. Beləliklə məhkəmə, dövlət ittihamçısını, anlaqsız vəziyyətdə cinayət törətmiş şəxs Təqsirləndirilən şəxs qanuni nümayəndəsini və müdafiəçini dinləyib, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 310 və 32.4, 312.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, eləcə də iş üzrə ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmiş və Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 310 və 32.4, 312.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Bununla da məhkəmə, Təqsirləndirilən şəxs hazırda olduğu kimi cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən zaman da anlaqsız vəziyyətdə olmasını nəzərə alıb barəsində CM-in 95.0.2-ci maddəsinə uyğun olaraq ümumi tipli psixatriya stasionarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi qənaətinə gəlmişdir. Belə ki, CM-in 21.1-ci maddəsinə əsasən ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, əqli gerilik və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir. CM-in 21.2-ci maddəsinə əsasən anlaqsız vəziyyətdə ictimai təhlükəli əməl (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs barəsində məhkəmə tərəfindən bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. CM-in 93.1.1-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 93.2-ci maddəsində nəzərdə tutulmuş halda psixi pozuntusu olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. CM-in 93.2-ci maddəsinə əsasən bu Məcəllənin 93.1-1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə tibbi xarakterli məcburi tədbirlər o halda təyin edilir ki, psixi pozuntu şəxsin özünə və ya başqa şəxslərə zərər yetirilməsi təhlükəsi yaradır. CM-in 95.0-cı maddəsinə əsasən məhkəmə psixi pozuntusu olan şəxslərə aşağıdakı tibbi xarakterli məcburi tədbirləri təyin edə bilər: məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi (95.0.1), ümumi tipli psixiatriya stasionarlarında məcburi müalicə (95.0.2), ixtisaslaşdırılmış psixiatriya stasionarlarında məcburi müalicə (95.0.3), ixtisaslaşdırılmış psixiatriya stasionarlarında intensiv müşahidə altında məcburi müalicə (95.0.4). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 348.2 və 348.2.1-ci maddələrinə əsasən əməlin törədilməsi zamanı təqsirləndirilən şəxs anlaqsız vəziyyətdə olduqda məhkəmə baxışının nəticələrinə dair məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlərdən birinin tətbiq edilməsi barədə qərar çıxarır. CPM-in 477.3-cü maddəsinə əsasən şəxs tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin anlaqsız vəziyyətdə törədilməsini sübuta yetirilmiş hesab etdikdə, məhkəmə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 310 və 32.4, 312.1-ci maddələrində nəzərdə tutulan ictimai təhlükəli əməli anlaqsız vəziyyətdə törətdiyinə görə cinayət məsuliyyətindən və cəzadan azad olunmalı, barəsində həmin Məcəllənin 95.0.2-ci maddəsinə uyğun olaraq ümumi tipli psixatriya stasionarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməli, barəsində tətbiq edilmiş xüsusi tibbi müəssisəyə (psixiatriya stasionarına) yerləşdirmə təhlükəsizlik tədbiri qərar qanuni qüvvəyə minənədək dəyişdirilmədən öz qüvvəsində saxlanılmalıdır. Bundan başqa, məhkəmə CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış- cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən Şahid1 tərəfindən istintaqa təqdim edilmiş və sonuncu ilə Təqsirləndirilən şəxs ğlu arasında keçən telefon danışığına dair səs yazısı olan 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabatlara əsasən o, ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək anlaqsız vəziyyətdə cinayət törətmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə cəmi 56 (əlli altı) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi anlaqsız vəziyyətdə cinayət törətmiş şəxsin müdafiəçisi qismində ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək ümumilikdə anlaqsız vəziyyətdə cinayət törətmiş şəxsin hüquqlarının müdafiəsinə 56 (əlli altı) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 56 (əlli altı) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 336 (üç yüz otuz altı) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və CPM-in 132, 344-347, 356, 384-385, 477, 483.2 və 485-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 310 və 32.4, 312.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini anlaqsız vəziyyətdə törətdiyinə görə cinayət məsuliyyətindən və cəzadan azad olunsun. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ümumi tipli psixatriya stasionarında məcburi müalicə olunsun. Təqsirləndirilən şəxs barəsində tətbiq edilmiş xüsusi tibb müəssisəsinə (psixiatriya stasionarına) yerləşdirmə təhlükəsizlik tədbiri qərar qanuni qüvvəyə minənədək dəyişdirilmədən öz qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 1 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ibtidai istintaqda və məhkəmə iclaslarında göstərdiyi cəmi 56 (əlli altı) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 336 (üç yüz otuz altı) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərar elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №1(001)-102/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-102/2023
05.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver